* * *
1915-ci ildə dünyaya gələn Səlim Turan Əli bəy Hüseynzadənin üç
övladından biri və tək oğludur.
Orta təhsilini əvvəlcə Bəyazid Nümuneyi-Zükur məktəbində, sonra
Qalatasarayda alıb. İstanbul Gözəl Sənətlər Akademiyasını bitirib. Rəngkarlıq,
heykəltaraşlıqla yanaşı miniatür, təzhib, əbru kimi ənənəvi sənətlərlə də məşğul
olub. Rəisül-Xəttat Hacı Kamil Əfəndidən (Kamil Aktik) xətt, İsmayıl
Altunbəzərdən təzhib, Nəcməddin Oxyaydan əbru və cild dərslərini alıb. Fatih
divanına miniatürlər çəkib.
Səlim Turan 1940-cı ildə Türkiyədə "Yenilər qrupu"nun yaradıcılarından
biri kimi
235
tanındı. Onu Əli bəy Hüseynzadənin vurğunlarından biri, çağdaş türk
düşüncəsinin məşhurlarından olan Hilmi Ziya Ülken hamıdan əvvəl
dəyərləndirmişdi.
145
1947-ci il aprelin 1-də Parisə köçən Səlim Turan Ekol-De-Boze Ali
Rəssamlıq Məktəbində rəngkarlıq və heykəltaraşlıq ixtisasları üzrə təhsil almışdı.
Parisdə məşhur alman rəssamı, abstraksionist, taşizmin yaradıcılarından
Hans Hartunqla tanış olan Səlim Turanın dostları sırasında simvolizmin təmsilçisi
Andre Jid, sürrealizmin banilərindən Araqon, ekzistensialist Sartr, kubizmin banisi
Pikasso və başqaları vardı.
Səlim bəy Pikassonun xanımı Françoisə Ranson Akademiyasında dərs
demişdi. Səlim Turanın yaddaşında Pikasso ilə birgə keçirdiyi günlərin gözəl
xatirələri vardı: "Pikasso ara-sıra məni və arkadaşım Qoetzi bəzən qəhvəyə, bəzən
də yeməyə dəvət edirdi. Özü yeməyi zeytun və bir az çörəklə keçişdirirkən, biz
istədiyimizi yeyirdik. Zaman-zaman Valorisdəki emalatxanasına gedib çalışmalar
yapardıq. Bir gün Mark Şaqal gəlmişdi, at rəsmi çəkmək istədi, amma alınmadı.
Bunun üzərinə Pikasso aldı və bir eşşək rəsmi çəkdi..."
236
Səlim Turan ünlü fransız rəssamları ilə bir sırada Ranson Akademiyasının
müəllimlərindən idi.
Səlim bəyin mücərrəd rəsmlərdən ibarət ilk sərgisi 1950-ci ildə Parisdə
Breteau qalereyasında keçirilmişdi.
Onun üslubunu mücərrədlə konkretin vəhdətini yaradan bir üslub olaraq
dəyərləndirirlər. "Çarpıcı axıcılıq, rəng harmoniyası Səlim Turanın yaradıcılığına
xas xüsusiyyətlərdir".
237
* * *
Səlim bəy impressionizmin banilərindən Eduar Manenin aşiqiydi.
* * *
Sorbonn universitetindəki divar rəsmləri də Səlim Turanındır.
* * *
1975-ci ilə qədər Paris, Nyu-York, London, Bordo, Viviuan, Edinburq,
Pitsburq, Təl-Əviv və Brüsseldə... 15 fərdi sərgisi keçirilən Səlim Turanın
Türkiyədə şəxsi sərgilərinin təqdimi 1981-ci ildən etibarən başlanıb.
Səlim Turan Fransanın və İtaliyanın müxtəlif guşələrini — küçə və
meydanlarını bəzəyən çoxlu heykəltaraşlıq əsərlərinin müəllifidir. Lille texniki
universitetinin həyətindəki heykəllər də Səlim Turanındır. Onu türk
heykəltaraşlığında bənzərsizlərdən biri hesab edirlər.
O bir Səlim Turan idi ki, "Sezanda kainatı, Rembrantda dünyanı görərsiniz.
Səlim Turan isə kosmik qasırğanın içərisində dünyanın bir alt ifadəsini göstərir"
(Səma Olqaç).
146
Filosof rəssam Səlim Turanın əlavə ifadə vasitələrindən könüllü imtina
etməsi onun dahi sənətçiliyinin təzahürüdür. Eyni zamanda, rəssam Səlim Turanın
təxəyyülünü kətana, kağıza köçərkən nizamlayan qüvvə böyük sənətkarın filosof
təfəkkürüdür. Burada, bu mücərrədlikdə düşünmək üçün mürəkkəblik deyil,
sadəliyin (bəlkə də aydınlığın) özü imkan yaradır. Səlim Turanın əslən Azərbaycan
kökənli olmasını nəzərə alsaq, deməli, mücərrəd rəsmin — abstraksionizmin
dünyadakı birincilərindən biri bizdəndir. Səlim Turan da qəribədir ki, atası kimi
yalnız dünyada olmadığı dönəmdə iftixar qaynağımıza çevrilir. Belə bir tale
sənətkarın hansı dərəcədə xoşbəxtliyidir, deyə bilmərəm. Onu bilirəm ki,
millətimiz üçün bunu ancaq kədərli iftixar adlandırmaq olar. Hər halda, bu
hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm.
* * *
Səlim Turan "Sarı qız" əfsanəsinin içərisində əfsanələşmiş bir sənətkardır.
O, Sarı qıza çoxlu rəsmlər, abidələr həsr edib. Sanki Sarı qıza sevgisinin etirafı
olaraq, Səlim bəy öz şəxsi vəsaiti ilə taxtaçı türkmənləri üçün bir etnoqrafiya
muzeyi də açdı. Taxtaquşlar kəndində 1991-ci ildə yaradılmış bu muzey Türkiyədə
dövlət yardımı olmadan açılmış ilk etnoqrafiya muzeyi idi. İndi Səlim Turanın
adını daşıyır.
Səlim Turanın "Sarı qız" motivlərinə romantik sevgisindən bəhs edən
türkiyəli sənətşünasların diqqətdən qaçırdığı bir məqam var ki, onu xatırlatmağı
lazım bilirəm. "Troya pərisinin hekayəsi"nin (Homer. "İliada") sərbəst və həm də
çox sərbəst tərcüməsini yapan Əli bəy Hüseynzadə izahlarının bir yerində yazırdı:
"Məmləkət" qəzetəsinin 27 şubat 1919-cu il tarixli və 18 nömrəli nüsxəsində Baha
Said bəy "Anadoluda gizli məbədlər" ünvanlı məqaləsində "Qırx könüllü"
türklərdən, "Taxtaçı" türkmənlərdən, "Sarı qız" məbədindən və "Sarı Qızın
yanyatır sürəgi"ndən bəhs ediyor.
Çingiz xana aid Alankova mənaqibini xatırladan bu Sarı Qız Məbədi daha
İda dağının aid olduğu Qaz dağı silsiləsində bir çamlı təpədə bulunur. Qədim
yunanlılarla türklərin bu dağa aid etiqadlarındakı müşabihət şayani-təqdirdir!.. Hər
iki tərəf burasını eşq makdəsinin təcəlligahı ədd edərlər".
Sarıqız əfsanəsinin Türkiyədə ən mötəbər araşdırıcısı Baha Səid yuxarıda
xatırlatdığım kimi, Əli bəyin yaxın dostlarından biri idi. Səlim Turan hələ çox
balacaykən Baha Səidlə doğma münasibətlərdə olmuşdu...
* * *
Səlim Turan doğulduğu İstanbula 33 il gələ bilmədi. Gəlməsinə izn
vermədilər. Amma o, bunu başqalarının və Türkiyənin başına qaxınc etmədi.
Susdu. Bu barədə danışmadı. Həsrətini çox çəksə də, Səlim bəyin Bakıya gəlişi də
147
mümkün olmadı. Ancaq buna çox can atdığı Abbas Zamanova göndərdiyi 24 mart
1978-ci il tarixli məktubdan da aşkar görünür:
"Möhtərəm qardaşım Zamanov.
Maaləsəf bir sənə də keçdi. Bəzi üst-üstə gələn hadisələrdən bu günədək
yazamadığımdan üzgünəm.
İlkin, qarım bir qəza keçirdi. Bacağını qırdı. O iyiləşdiyində 33 sənədir
getməmiş olduğum Türkiyəyə girmək üçün bir fürsət edildi. Keçən temmuz ayında
2 ay üçün oraya getdik. Orada ailədən və sənətkar, yazar qəzetəçilər ayrı-ayrı
aradılar və məşğul oldular və açmış olduğum davanı qazandım. Daha sonra bir
sərgi açdım. Çox bəyənildi. Həpsi satıldı. Nəhayət, 7 ay sonra Parisə döndük.
Parisə gəldiyimizdə bir çox adminstrativ işlər birikmiş bulduq. Onları
yapdıqdan sonra gözümdən əməliyyat oldum... Şimdi çox iyi görüyorum gözlüklə.
Göz əməliyyatından bir ay sonra qarnımda bəzi narahatlıqlar oldu, doktorlar tədavi
ediyordu, birdən artdı. Klinikdə əsaslı bir kontrol yapıldı və az qalsın qalın bağısaq
dəlinəcək və ya tıkanacaqmış... Bu təhlükədən qurtardılar. Şimdi tədavi ilə kontrol
ediyorlar. Böylə iyi gedərsə əməliyyat yapmayacaqlar. Onun üçün uğraşıyorlar.
İştə əzizim, bizə arxa-arxaya gələn hadisələri izah etdim.
İnşaallah, yaza qədər tamamilə iyiləşir və sonbahara Azərbaycana bu səfər
artıq gəlmək olur.
Yeni il münasibətilə sizə və bütün ailənizə sağlıq və səadət
təmənnalarımızla hörmət və sevgimizi sunarız. Səlim... Paris".
* * *
Səlim Turan təvazökar bir ömür yaşadı. Hətta haqqında yazılmış kitabda o,
"öz sərgisinin açılışına belə gec gəlib bir kənardan izləyəcək qədər alçaqkönüllü,
dəbdəbədən uzaq bir adam" — deyə tanıtdırılır.
Ona Albert Marçhois kimi fransız şairləri şeirlər qoşub, sənəti haqqında
Avropanın məşhur sənətşünasları — Madelin Russo, Robert Virinat, Klaude,
Vessel... yazıb.
* * *
1992-ci ilin iyul ayında Səlim Turanla İstanbulda görüşən əmisi nəvəsi
Cəmilə xanım deyir ki, Səlim çox bilirdi, ağıllı və az danışan idi. Səsi qeyri-adi
gərəcədə xoş - ipək kimi yumşaq və həzindi...
Məmməd Səlim bəy türk qızı Şahiqa xanımla ailə qurmuşdu. İndi Parisdə
Səlimsiz yaşayan Şahiqa Turan da keramik və çini qablara naxış çəkən tanınmış bir
rəssamdır. Səlim Turan "xanımı bənzərsiz insan Şahiqa xanımla birlikdə tam bir
ermiş ömrü yaşayırdı".
238
148
* * *
Sonacan Parisdə ikiotaqlı mənzilində iddiasız bir ömür sürdü. Daha
doğrusu, birində yaşadı, digərində yaradıcılıqla məşğul oldu...
* * *
Səlim Turan 1994-cü ilin oktyabrında dünyasını dəyişdi. Cənazəsi Türkiyə
prezidenti Süleyman Dəmirəlin himayəsi ilə Parisdən İstanbula gətirilən böyük
rəssam Qaracaəhməd qəbristanında atası Əli bəyin məzarına dəfn olunub.
*
P.S. Səlim Turanın 1975-ci ildə Fransada qurduğu bir abidə var. "Tezis
Antitezis və Sintez" adlanır. Monumental və mistik görkəmli bu abidənin təməli
Səlim Turanın atasının 1904-cü ildə irəli sürdüyü məsələlərin fəlsəfəsinə söykənir.
Yusuf Akçura demişkən "...Əli bəy... tezis və antitezisləri yüksək bir sintez halında
birləşdirmişdir" ,
239
Əli bəy bunu elmdə, Səlim Turan isə özünün "Tezis. Antitezis.
Sintez"ini islam ümmətindən, türk millətindən və Qərb mədəniyyətindən olmaqla,
Avropanın mərkəzində gerçəkləşdirdi...
Sözardı
Bakıda və doğulduğu Salyan torpağında Əli bəy Hüseynzadənin ev-muzeyi
yoxdur. Ancaq olmalıdır. Həyatı kəşməkəşlər qoynunda keçmiş, yazıb-yaratdıqları
da özü kimi cəlayi-vətən olmuş, dünyaya səpələnmiş bu tarixi şəxsiyyətin
yaradıcılığını - məqalələrini, məktublarını, bədii əsərlərini, məruzələrini... daha
sistemli tədqiq etmək, öyrənmək, bir yerə toplamaq baxımından onun ev
muzeyinin, yaxud Əli bəy Hüseynzadə irsini araşdıran elmi təsisatın yaradılması
zəruridir.
Avqust-noyabr 2007,
Bakı-Neftçala-Salyan-Bakı
*
Səlim Turanla vida mərasimində Azərbaycanı xalq yazıçısı Anar, Abbas Abdulla və Tofiq Abdin
təmsil edirdi. Atatürk Kültür Mərkəzində keçirilən ayrılıq törənində Anar çıxış etmişdi — müəllif.
149
Qaynaqlar
1.
Xeyrulla Məmmədov. "Nəhr gur çeşmələrdən yaranır". "Azərbaycan №1, 2000.
səh.178
2.
Akçuraoğlu Yusuf. "Hüseynzade Ali beg". "Türk yurdu", с VIII, s.2555.
3.
Yusif Vəzir Çəmənzəminli. "Əsərləri". 3-cü cild, Bakı, 1966. səh.93
4.
Mirzə Fətəli Axundov. "Məqalələr məcmuəsi". Bakı, 1962. Azərbaycan SSR
Elmlər Akademiyasının nəşriyyatı. səh.302.
5.
Mirzə Fətəli Axundov. "Əsərləri". 3 cilddə. 3-cü cild, səh.265-266. Bakı, 1962.
Azərbaycan Elmlər Akademiyası Nəşriyyatı.
6.
Şeyxülislami-Zaqafqaz axund Əhməd Hüseynzadə. "Məktubat". "Əkinçi"
qəzeti, 1 yanvar 1876
7.
Hüseynzadə Əli bəy. "Məsaülül-həyat". "Füyuzat", 1907, №13.
8.
Seyid Əzim Şirvani. "Əsərləri". 3 cilddə. 2-ci cild, səh.350-351. Azərbaycan
SSR Elmlər Akademiyasının nəşriyyatı. Bakı, 1969
9.
S.M.Qənizadə. "Gəlinlər həmayili". Bakı, 1986. səh.233.
10.
"Ziya" qəzeti, 1881. 6 yanvar, №3.
11.
F.Ə. Seyidov. "Qori Müəllimlər seminariyası və onun məzunları". Bakı,
"Maarif" nəşriyyatı, 1988. səh.13.
12.
Axundov Mirzə Fətəli. Göstərilən kitab, səh.278.
13.
E. Əhmədov. "XIX əsr Azərbaycan məktəbi". Bakı, "Maarif", 1985. səh. 43-44.
14.
Xeyrulla Məmmədov. Göstərilən məqalə, səh.174
15.
Hüseynzadə Əli bəy. "Nümunə məktəbi". "Həyat", 1906, №185.
16.
Şəmsəddin Hüseynzadə. "Əli bəy Hüseynzadənin qısa avtobioqrafiyası".
Əlyazma, 1970.
17.
Gülməmməd Məmmədli. "Şeyxülislam Axund Molla Əhməd". "Azərbaycan", 1
iyun 1990. Ofeliya Bayramlı. "Əli bəy Hüseynzadə və Şeyx Əhməd Səlyani".
"Ədəbiyyat qəzeti", 13 oktyabr 2006.
18.
Ş. Mehdiyev. "Şəxsiyyətlər, düşüncələr". "Ədəbiyyat və incəsənət" qəzeti, 3
aprel, №14, 1970.
19.
Akçura Yusuf. "Türkçülüyün tarixi". Bakı, "Hüquq", 2006.
20.
Ə.Turani. "Məktubi-məxsus". "Türk" qəzeti, № 56. 24 təşrini-Sani 1904.
21.
Ə.Hüseynzadə. "Şiller". "Füyuzat", №5, 1906.
22.
Ə.Hüseynzadə. "Ebedi güzellikler" dəftəri. Əlyazma. "Bioqrafik muhteser
malumat", səh. 1.
23.
Selim Turan. Tuğray sanat qalaresi yayınları, s.15. İstanbul, 1992.
24.
Ə.Hüseynzadə. "Bakines" qəzetinin redaksiyasına məktub. 1907.
25.
Ə.H. "Bakı Vilayəti məbusları". "Həyat", № 119, 1906.
26.
Əli bəy Hüseynzadə. "İttihad və tərəqqi" nasıl quruldu? Türkiyədə yayınladığı
əsərləri, səh.149. Türk dünyası Araştırmaları Vakfı, İstanbul, 1992.
150
27.
Ə. Mirəhmədov. Ə.Hüseynzadə haqqında oçerk. "Fikrin karvanı" kitabında,
səh.66. "Yazıçı", Bakı, 1984.
28.
Aslanov Mirabbas. Həqiqəti yazaq. "Xalq qəzeti", 19 may 1992.
29.
"Türkyılı", 1928.
30.
Ə.Hüseynzadə. "Nümunə məktəbi". Ə.Bayatın "Ə.Hüseynzadə" kitabında,
səh.47. Atatürk Kültür Merkezi Başkanlığı, Ankara, 1998.
31.
Rasim Mirzə. "Türkçülüyün babası". Bakı, 2000, "Elm".
32.
Ə.Hüseynzadə. "Molla Nəsrəddin"ə təşəkkür". "Həyat", 1906, №125.
33.
Əli bəy Hüseynzadə. "Rusiya cəmaitinin vəsaiti-inqilabi". "Həyat", 1905,
№111
34.
Abdullah Cevdət. "İhyayi Layemut: Hekim Edib Eli Bey Hüseynzade".
"İctihad", c: 2, sayı 5, 1908.
35.
Abdulla Şaiq. "Füyuzat" məcmuəsi. Xatirələrim, s.200. "Gənclik", Bakı, 1973.
36.
Aslanov Mirabbas. Göstərilən məqalə.
37.
Akçura Yusuf. "Türkçülüyün tarixi", səh.232-233. Bakı, 2006.
38.
Əlabbas Müznib. "Əli bəy Hüseynzadə". "Övraqi-nəfisə" jurnalı, 1919, №5.
39.
Hilmi Ziya Ülken. "Türkçülügün və türk sosializminin babası Ali Turan", səh.7
40.
Abdullah Cevdet. "İhya-yi Layemut: Hekim Edib Ali Bey Hüseynzade".
"İctihat", c:2, sayı 5, 1908.
41.
Akçura Yusuf. Göstərilən əsəri, səh.231.
42.
Ziya Cökalp. "Türkçülüyün əsasları", s.28. Bakı, 1991, "Maarif".
43.
Əziz Mirəhmədov. "Türklüyə xidmət nümunəsi". Ə. Hüseynzadənin "Türklər
kimdir və kimlərdən ibarətdir" kitabına ön söz, səh.5. Bakı, 1997, "Mütərcim".
44.
Ə.Hüseynzadə. "Kuhi-Qaf və Simurğ". "Həyat", 1906, №143.
45.
Ə.Hüseynzadə. "İttihad ve Tereqqi" nasıl kuruldu?". Türkiyədə yayınladığı
əsərləri, s.154. İstanbul, 1980.
46.
Ə.Hüseynzadə. "Əski Tibbiyə" Türkiyədə yayınladığı əsərləri, s. 51. İstanbul,
1980.
47.
Ənvər Ziya Karal. "Büyük Osmanlı Tarihi". c: 4. səh.513-514. Atatürk Kültür,
Dil ve Tarih Kurumu Yayınları.
48.
Bayat Аli Haydar. "Huseynzade Ali Turan ve Türkiyede yayınladığı eserleri",
s.150
49.
Hilmi Ziya Ülken. "Türkçülügün və türk sosializminin babası Ali Turan", səh.7
50.
Əli bəy Hüseynzadə. "Ebedi güzellikler" dəftəri. Əlyazma. "Bioqrafik muhteser
malumat", səh. 4.
51.
Abdin Tofiq. "Ah İstanbul... İstanbul", s. 94. Bakı, 2005, "Avropa".
52.
O.Bayramlı. "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" kitabına müqəddimə,
s.25. Bakı, 1996, "Azərnəşr".
53.
Nur Rıza. "Hayat ve Hatıratım". 3 cilddə. 1-ci cild. "Rıza Nur kendini
anlatıyor", səh 115. "İşaret" yayınları, İstanbul, 1992.
151
54.
Şevket Süreyya Aydemir. "Makedoniydan Ortaasyaya Ənvər Paşa". "Remzi"
kitabevi, 2000. 1 с səh.164.
55.
Necib Fazıl Kısakürek. "Ulu hakan". Büyük Doğu yayınları, İstanbul, 2003.
s.246
56.
Hilmi Ziya Ülken. "Türkçülügün və türk sosializminin babası Ali Turan", səh.9
57.
"Böyük Lorousse". c.23, səh. 11754. "Milliyet".
58.
"Osmanlı Ansiklopedisi". c: 8. səh. 80. Tarih. Medeniyet. Kültür. İstanbul,
1994. Ağac Yayınçılık Ltd. Şti.
59.
Əli bəy Hüseynzadə. "Ebedi güzellikler" dəftəri. Əlyazma. "Bioqrafik
muhteser malumat", səh. 2.
60.
Kamal Karpat. "Osmanlı". İslam Ansiklopedisi, 12/1. səh.366. Milli Egitim
Basımevi, İstanbul, 1988
61.
M.E.Yurdakulun eserleri - 1, Şiirler, s.251. Türk Tarih Kurumu, Ankara, 1969,
Hazırlayan Feyziye Abdullah Tansel.
62.
O. Bayramlı. "Ə.B.Hüseynzadənin həyatı və türkçülük fəaliyyəti". "Qırmızı
qaranlıqlar içində yaşıl işıqlar" kitabına müqəddimə, səh. 26. Bakı, 1996, Azərnəşr.
63.
Əli bəy Hüseynzadə. "Ebedi güzellikler" dəftəri. Əlyazma. "Bioqrafik
muhteser malumat", səh. 8.
64.
Əli bəy Hüseynzadə. "Ebedi güzellikler" dəftəri. Əlyazma. "Bioqrafik
muhteser malumat", səh. 10.
65.
Bayat Аli Haydar. "Huseynzade Ali Turan ve Türkiyede yayınladığı eserleri",
s.30. İstanbul, 1992, Türk Dünyası Araşdırmaları Vakfı.
66.
Ə.Hüseynzadə. "Nicat - məhəbbətdədir". "Füyuzat", 1906, №6.
67.
Ə.Hüseynzadə. "Novruzi-inqilab". "Füyuzat", 1907, №12.
68.
Əli bəy Hüseynzadə. "Ebedi güzellikler" dəftəri. Əlyazma. "Bioqrafik
muhteser malumat", səh. 2.
69.
Ə. Mirəhmədov. Ə. Hüseynzadə haqqında oçerk, "Fikrin karvanı" kitabında,
səh 68. Bakı, 1984, "Yazıçı".
70.
Rıza Tahsin Gencer. "Mirat-ı Mekteb-i Tibbiye", s. 63,140-142. İstanbul, 1991
71.
Bayat Аli Haydar. "Huseynzade Ali Turan ve Türkiyede yayınladığı eserleri",
s. 21. İstanbul, 1992.
72.
Əli bəy Hüseynzadə, "Ebedi güzellikler" dəftəri. Əlyazma. "Bioqrafik
muhteser malumat", səh. 2.
73.
Hüseyn Bayqara. "Azərbaycan istiqlal mübarizəsi tarixi", səh.146. Bakı, 1992
74.
M.Aslanov. "Üzeyir Hacıbəyov gündəlik yazmış olsaydı", səh. 40. "Şur", Bakı,
1994.
75.
Bakudə müəllimlər ictimaı "Füyuzat" №30, 19 oktyabr 1907.
76.
M. Aslanov. Göstərilən kitab, səh.69.
77.
Hilmi Ziya Ülken. "Türkiyede çağdaş düşünce tarihi", s.274-275. Ülken
yayınları, 2001.
152
78.
Yusif Vəzir Çəmənzəminli, "Əsərləri". 3-cilddə. 1-ci cild, səh.152.
"Avrasiyapress", Bakı, 2005.
79.
Ə. Hüseynzadə. "Bakı vilayəti məbusları". "Həyat", 1906, N 119.
80.
Azərbaycan ədəbiyyatı tarixi. II cild. səh.410. Azərbaycan SSR Elmlər
Akademiyasının nəşriyyatı, Bakı, 1960.
81.
Hüseyn Cavid. "Əsərləri". 5-ci cild, səh.258. Bakı, 2005, "Lider nəşriyyat".
82.
Səadət Qarabağlı. "Həmişəyaşar Leyli və Məcnun". "Xalq qəzeti", 25 yanvar
1998. "Şərqin 95 yaşlı ilk operası". "Musiqi dünyası", səh.58. 2003, №1-2.
83.
Əlabbas Müznib. "Yazıçılarımız və yazılarının əhəmiyyəti". "İqbal" qəzeti, 31
oktyabr 1913.
84.
Manaf Süleymanov. "Eşitdiklərim, oxuduqlarım, gördüklərim...". səh.170.
Bakı, 1989. Azərbaycan Dövlət Nəşriyyatı.
85.
Ə.Müznib. "Əlibəy Hüseynzadə". "Övraqi-nəfisə" jurnalı, 1919, № 5.
86.
Sadəddin Nüzhət Ergün. "Türk şairləri". c.2. səh.477. İstanbul, 1936.
87.
Əlabbas Müznib. "Yazıçılarımız və yazılarının əhəmiyyəti". "İqbal" qəzeti, 31
oktyabr 1913.
88.
Abdulla Şaiq. "Xatirələrim", səh. 201. Bakı, 1973.
89.
А.Гусейнзаде. Что такое младотуречества. "Каспи", 27 март 1905. №55.
90.
İslam Ağayev. "Əlabbas Müznib: həyatı, yaradıcılığı, əsərlərindən seçmələr",
səh.185. Bakı, 2003, "Elm" nəşriyyatı.
91.
Əli bəy Hüseynzadə. "Ebedi güzellikler" dəftəri. Əlyazma. "Bioqrafik
muhteser malumat", səh. 4.
Dostları ilə paylaş: |