AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix26.02.2017
ölçüsü5,21 Mb.
#9665
1   ...   16   17   18   19   20   21   22   23   ...   37
§ 1. SƏNAYE VƏ NƏQLĠYYAT 

 

Sənaye  və  nəqliyyat  sahəsində  ikinci  beĢillik  planın  vəzifələri. 

Ġnzibati-amirlik  metodlarının  təĢəkkül  tap ması  və  yeni  iqtisadi  siyasət  (YĠS) 

mexanizmlərin in  məhdudlaĢdırılması  bazar  münasibətlərini  heçə  endirərək, 

ölkənin  bütün  iqtisadiyyatının  milliləĢdirilməsi  ilə  nəticələndi.  Ġqtisadiyyatda 

partiya ideologiyasının hökmlü üstünlüyü öz əks ini Mərkəzdə hazırlanan beĢillik 

planlarda  tapırdı.  Vəzifələri  ÜĠK(b)P  XVII  qurultayı  (yanvar-fevral  1934-cü  il) 

tərəfindən  qəbul  olunan  ikinci  beĢillik  plan  bütün  ölkənin  təsərrüfat  həyatını 

dövlətin  sərt  müdaxilələrlə  idarə  etməsindən,  eləcə  də  hər  bir  müttəfıq  

respublikada in kiĢafı "dəmir" reqla mentə salmasında növbəti, a mma  olduqca ağır 

bir  mərhə lə  oldu.  Part iya  Ġkinci  beĢilliyin  əsas  siyas i  vəzifəsinin  kapitalist 

ünsürlərin i tamamilə  məhv etməkdən, sinfi  fərqləri,  iqtisadiyyatda və adamların  

Ģüurunda kapitalizmin qalıqların ı yaradan səbəbləri tam aradan qaldırmaqdan və 

"sinifsiz  sosializm  cəmiyyəti"  yaratmaqdan  ibarət  olduğunu  açıq  bəyan  etdi. 

Ġkinci  beĢilliy in  baĢlıca  təsərrüfat  vəzifəsi  isə  iqtisadiyyatı  bütünlüklə  yenidən 

qurmağı  baĢa  çatdırmaq  oldu.  Ġn zibati-amirlik  sisteminin  güclən məsi,  beĢillik 

planda  hər  respublikanın  vəzifəsinin  ilk  növbədə  Mərkəzin  mənafelə rinə  uyğun 

müəyyənləĢdirilməsi  müttəfiq  respublikaların  iqtisadi  və  siyasi  həyatının  bütün 

sahələrinə  güclü  təsir  etdi.  Federasiya  pərdəsi  altında,  bütün  Ġttifaqın  marağ ını 

nəzərə almaqla, sənayeni xammal və enerji  mənbələrinə yaxınlaĢdınnaq yolu ilə 

respublikaların  iqtisadiyyatını  sürətlə  inkiĢaf  etdirmək  Ġkinci  beĢilliyin  əsas 

istiqamətlərindən  biri  kimi  müəyyən  edildi.  Bu  baxımdan  ali  partiya  orqanı 

"Pravda"nın  ikinci  beĢillikdə  Zaqafqaziyanın  əhəmiyyəti  haqqında  qeydi 

maraqlıdır: 

"Zaqafqaziya Sovet Ġttifaqının  incisidir,  Ġkinci beĢilliyin  incisidir.  Onun 

tükənməz  sərvətləri  və  ço x  böyük  imkanları  vardır.  Ġkirici  beĢilliyin  vəzifəsi 

Sovet  Zaqafqaziyasının  toxunulma mıĢ  sərvətlərin i  sosializm  quruc uluğuna  cəlb 

etməkdən ibarətdir‖

2



Hələ  1932-ci  ilin  martında  Zaqafqaziya  Ölkə  Ko mitəsinin  və 

Zaqafqaziya  Nəzarət  Ko missiyasının  BirləĢ miĢ  Plenu mu  ZSFSR  Xalq 

təsərrüfatının  Ġkinci  beĢillik  üçün  inkiĢaf  plan ının  (1933-1937-ci  illər)  tərtib 

edilməsi üzrə direktivləri təsdiq etmiĢdi

3



254 

 

Ġkinci  beĢillik  plan  ZSFSR  üçün  ölkənin  bütün  xalq  təsərrüfatını  geniĢ 



surətdə  elektrikləĢdirmə  əsasında  kökündən yenidən  qurmağı  ən  mühüm  vəzifə 

kimi  irəli  sürdü.  Azərbaycana  aid  planda  Bakı  elektrik  stansiyalarının  gücünü 

154,0  min  kvt-dan  277,9  min  kvt-də k  art ırmaq

4

,  əlavə  24  min  kvt-lıq  Salyan-



Muğan  istilik  stansiyası,  140  min  kvt-lıq  Tərtər  SES,  140-150  min  kvt-lıq  

Mingəçevir SES və 25 min kvt-lıq ġamxo r SES tikmək nəzərdə tutulurdu

5

. La kin  



respublika  üçün  çox  vacib  olan  bu  obyektlər  həmin  beĢillik  dövründə  kağız 

üzərində  qaldı.  Mingəçevir  və  ġamxor  su-elektrik  stansiyalarının  tikintisi  isə 

yalnız Böyük Vətən müharibəsindən sonra baĢlandı. 

Ġkinci  beĢillik  plana  daxil  olan,  lakin  həyata  keçirilməyən  tək  bu  

obyektlər  deyildi.  Azərbaycanda  neft  sənayesinin  və  onun  tələbatına  uyğun 

maĢınqayırmanın  inkiĢafı  respublikada  metallurg iya  sahəsinin  də  yaradılmasını 

zəruri  edird i.  Odur  ki,  1931-1936-cı  illərdə  Gəncədə  DaĢkəsən  dəmir  filizi  ilə 

iĢləyən  üç  domna  peçi,  13  marten  peçi,  metal  və  metal  boru  istehsal  edə  bilən 

güclü  prokat  sexi  olan  Zaqafqaziya  metallurgiya  ko mbinatın ın  tikilməsi  üçtin  

layihə  hazırlandı.  Ko mbinatın  tikilməsi  SSRĠ  xalq   təsərrüfatı  Ġkinci  beĢillik 

planının  əsas  obyektləri  siyahısına  salındı

6

.  O  za man  bu  kombinatın  məh z 



Gəncədə tikilməsinin real olacağı heç bir Ģübhə doğurmurdu. Q. Musabəyov hələ 

1930-cu  il  28  apreldə  "Kommunist'  qəzetində  "10  illik  nailiyyətlərimiz"  adlı 

məqaləsində  yazırd ı:  " Gələn  ildən  etibarən,  DaĢkəsən  dəmir  mədənlərindən 

istifadə üçün Gəncə metal  zavodu quruluĢuna baĢlanır. Bu böyük zavod 130 -150 

milyon  manata  baĢa  gələcəkdir.  Bundan  20  milyon  manatı  gələn  il  üçün 

buraxılır.  Burada  yalnız  A zərbaycan  deyil,  bütün  Zaqafqaziya  üçün  əsas 

sənayeləĢdirmə mərkəzi olacaqdır". 

Lakin  ço x  müəmmalı  Ģəkildə  ko mbinat  A zərbaycanda  deyil,  

müharibədən  sonra  Gürcüstanda  -  Rustavelidə  tikild i.  Beləliklə,  ko mbinatın  

məhsuluna  ən  çox  böyük  ehtiyacı  olan  Azərbaycana  bu   zavoda  saflaĢdırılmıĢ 

filiz  vermə k  və  ondan  yarımfabrikat-boru  istehsalı  üçün  mctal  pro katı  a lmaq  

qaldı. 


Bu  ko mb inatın  Tikibuli  və  Tkvarçeli  kö müründən  istifadə  edəcəyi 

nəzərdə  tutulsa  da,  o,  əsasən,  gətirilməsi  baha  baĢa  gələn  Donbas  kömürü  ilə 

iĢləyird i. 

Ġkinci  beĢillikdə  əsas  yerdə,  təbii  ki,  neft  sənayesinin  texn iki  cəhətdən 

yenidən  qurulmasının  davamı  -  dərin  qa zımanın  və  neft  hasilatının  daha 

mü kəmməl üsullarının öyrənilməsi, yeni emal sistemlərinin yaradılması dururdu. 

Əvvəlki  kimi  ittifaqda  birinci  olan  Azərbaycan  neft  və  qaz  hasilatını  137  faiz 

artıraraq, bütün ölkənin neft hasilatın ın 1932-ci  ildəki  56,7 faizi əvəzinə 1937-ci 

ildə 64 faizini verməli id i

7



255 

 

Hər beĢillikdə Azərbaycanın vəzifəsi, onun "beynəlmiləlçi borclarını"  - 



ölkəyə daha ço x neft və pambıq vermək öhdəliklərin i yerinə yetirməsinə uyğun 

olaraq,  Mərkəz  tərəfindən  müəyyən  edilird i.  Ġkinci  beĢillikdə  neft  sənayesi 

maĢınqayırma  zavodlarının  geniĢləndirilməsi  və  müasir  texn ika  ilə  təchiz 

edilməsi,  meliorasiyanın  ehtiyacının  ödənilməsi  üçün  Bakıda  nasos  buraxan  

zavodun,  Gəncədə  pamb ıq  və  pambıqtəmizləmə  maĢınları  üçün  pres,  kənd 

təsərrüfatı,  xüsusilə  pambıq  zərərvericiləri  ilə  mübarizə  üçün  preparat  istehsal 

edən yeni hibrid zavodlarının tikintisi nəzərdə tutulurdu

8



Ölkənin  əlvan  metallurgiyaya  olan  ehtiyacı  nəzərə  alın ır,  Zəylik  alunit 

yataqları  əsasında  alüminiu m  sənayesini  geniĢləndirmək  vəzifəsi  qarĢıya 

qoyulurdu.  Hələ  1932-ci  ildə  Zəylik  yatağı  bazasında  Gəncədə  təcrübə  zavodu 

tikilmiĢdi.  "Soyuza lü miniu m"  Zəylik  a lunitindən  ildə  150  min  ton  alü min iu m 

oksidi  (bu,  75  min  ton  alümin iu ma  bərabərdir)  istehsal  edəcək  böyük  bir 

zavodun layihəsini tərtib etmiĢdi

9



Ġkinci  beĢillikdə  neft  sənayesi  tullantıları  əsasında  kimya  sənayesini 



geniĢləndirməyə  xüsusi  yer  verilirdi.  Bakıda  kükü rd  turĢ usu  istehsal  edən  iki 

zavodun tikintisi planlaĢdırılmıĢdı

10



Ġkinci beĢillik plan yüngül sənaye sahələrinin - pamb ıq-parça, ipək, yun, 



trikotaj sahələrin in geniĢləndirilməsi və yenidən qurulmasını nəzərdə tuturdu. 

Bakıda  güclü  corab-trikotaj  ko mbinatı,  ġəki,  Ordubad  və  Xankəndində 

mü xtəlif ipək sənayesi obyektləri tikilməli idi

11



Yeyinti 

sənayesində  Lənkəran,  Ordubad,  Xaçmazda  konserv 

zavodlarının, Ba kıda biskvit və kara me l fabriklərinin t ikilməsi gö zlən ilird i. 

Xalq  təsərrüfatın ın  in kiĢafının  ehtiyaclarına  uyğun  olaraq  Ələt-Culfa, 

Yevla x-Xankəndi də mir yolla rın ın çəkilməsi p lanlaĢdırılırd ı. 

Ġkinci  beĢilliy in  planına  daxil  edilən  on  iri  yeni  magistral  hava  

yollarından  biri  -  Bakı  -  Krasnovodsk  -  AĢqabad  -  DaĢkənd  -  Alma-Ata  xətti 

idi


12

Ġkinci  beĢillikdə  kolxo z  təsərrüfatlarının  təĢkilati  cəhətdən  də 



möhkəmləndirilməsi, kənd təsərrüfatında istehsalın yenidən qurulmasının davam 

etdirilməsi,  məhsuldarlığın  artırılması,  ilk  növbədə  "respublikanın  SSRĠ -nin  

güclü  pambıq  bazasına  çevrilməsi,  heyvandarlığ ın  inkiĢaf  etdirilməsi  kimi 

vəzifələr  qarĢıya  qoyulmuĢdu.  Ġkinci  beĢillik  planla  həmçin in  zəh mətkeĢlərin  

maddi və mədəni səviyyəsinin yüksəldilməsi proqramı da müəyyənləĢdirilmiĢdi. 

La kin  ikinci  beĢilliyin  yerinə  yetirilməsi  gediĢində  konkret  planla ra  

dəfələrlə  yenidən  baxılmıĢ,  vəzifələr  ya  tamamilə  dəyiĢdirilmiĢ,  ya  da 

müharibəyə qədər onların həyata keçirilməsi mü mkün olmamıĢdı.  



Yenilikçilər  hərəkatının  yaranması.  Staxanov  hərəkatı.  Birinci 

beĢillik  ərzində  yaradılmıĢ  sənaye  obyektlərinin  geniĢləndirilməsini  davam 



256 

 

etdirmək  və  yeni  sənaye  müəssisələrin i  qabaqcıl  texn ika  ilə  təchiz  edərək 



iĢlətmək ikinci beĢilliyin kifayət qədər mürəkkəb və çətin vəzifələrindən idi. 

Fəhlə  və  kəndliləri  -  sovet  cəmiyyətindəki  bütün  zəh mətkeĢ  qüvvələri 

beĢilliyin  yerinə  yetirilməsi  uğrunda  mübarizəyə  qaldır maq,  onların  yaradıcı 

fəallığ ını  səfərbər  edib  daha  da  artırmaq  üçün  respublika  partiya  təĢkilatı  yeni 

həyata ruh yüksəkliyi ilə ü rəkdən ü mid bəsləyən kütlələrin  içərisində geniĢ siyasi 

və təĢkilati-təbliğat fəaliyyətinə baĢladı. 

Ġliç  bu xtası  fəhlə  və  mühəndis-texniki  iĢçiləri  1933-cü  ilin  yanvarında 

"Zərbəçilik  bayrağın ı  yeni,  daha  yüksək  pilləyə  qaldıraq  çağırıĢı  ilə  respublika 

neftçilərinə mü raciət etdilər. 

Lenin  rayonunun  neftçiləri  buna  cavab  olaraq  öz  məktub -

müraciətlərində  yazırdılar:  "Ġliç  bu xtası  zərbəçilərin in  məktubuna  konkret 

öhdəliklərlə qoĢularaq və cavab verərək, " Bakinski raboçi" vasitəsilə "Qro zneft, 

"Maykopneft", "Uralneft", "Qruzneft" və sovet Ġttifaqının digər neft rayonlarının  

bütün  neftçi  fəhlələrini  bizdən  nümunə  götürərək  Bakı  mədən  və  zavodları 

zərbəçilərin in yürüĢünə qoĢulmağa çağırırıq"

14



Ġkinci  beĢilliyin  əvvəlləri  sənayedə,  nəqliyyatda  yenilikçilər,  zərbəçilər 

hərəkatının  baĢlan ması  ilə  xarakterizə  o lunurdu.  Artıq  1933-cü  il  noyabrın  20-

dək 92  min nəfər  zərbəçi var  idi

15

. Sosializm yarıĢının yeni forma ları - "ən yaxĢı 



briqada"  və "ən yaxĢı  peĢə  ustası"  adları  uğrunda  mübarizə  forma ları  meydana 

gəlir,  "ən  yaxĢı  qazmaçı"  adı  uğrunda  müsabiqələr  elan  olunurdu.  Müsabiqənin 

məğ zi ondan ibarət idi ki, qazma  iĢləri keyfiyyətli və nəzərdə tutulduğu vaxtdan 

əvvəl  yerinə  yetirilsin.  Adlı-sanlı  neftçi  Ağa  Nemətulla  və  Andrey  Barkovun 

briqadaları bu müsabiqənin ilk iĢtirakçılarından idi

16

. Respublika neftçiləri 1933-



cü il üçün Azərneft üzrə nəzərdə tutulan 14,4 mln  ton neft hasilatına qarĢı ö lkəyə 

15,3  mln  ton  neft  vermiĢ,  həmin  ilin  neft  emalı  plan ını  105,7  faiz  yerinə 

yetirmiĢdilər

17



Bununla  belə,  kifayət  qədər  yüksəkixtisas lı  fəhlələrin  olmaması 

ucbatından  yarıĢanların  artan  miqdarı  ilə  bir  sıra  sahələr  üzrə  planların  yerinə 

tam  yetirilməsi  arasında  uyğunsuzluq  nəzərə  çarpırd ı.  Bu,  xüsusilə  dərin  qazma  

texn ikasın ı  yaxĢı  bilən  ustaların,  qazmaçıların,  eyni  zamanda  müasir  texn iki 

avadanlıqların çatıĢmad ığı qa zma  iĢlə rində daha kəskin hiss olunurdu. 

Texniki  təchizat  olmadan,  fəhlə  əməyin i  ixtisaslaĢdırmadan  və  əməyin  

nəticəsinə  görə  maddi  marağı  artırmadan  fəh lə  sinfin in  əmək  coĢqunluğunu 

intensiv  surətdə  davam  etdirmə k  qeyri-mü mkün  id i.  Sosializm  yarıĢı  və  

zərbəçilik hərəkatı bir sıra hallarda əməli nəticəsi olmayan adi bəyanat xarakteri 

alırdı. Ġstehsalatda iĢburaxmalar ço xalır, bütövlükdə əmək  intizamı  zəifləyird i

18



Çətin liklərin  müəyyən  qismi  onunla  bağlı  idi  ki,  sənayenin  demək  olar  bütün 



sahələrinə nəinki  xüsusi ixtisası, hətta adicə savadı olmayan yen i fəhlə dəstələri 

257 

 

gəlird i. Təsadüfi deyild i ki,  iĢ buraxanla rın 80 faizindən çoxu iĢ stajı bir ildən az 



olan  fəhlələr  idi

19

.  Buna  görə  də  çətin  əmək  Ģəraitində  təkcə  ruh  yüksəkliyi 



hesabına müvəffəqiyyət ilə təmin etmək faktiki olaraq mü mkün olmu rdu. 

Ġkinci  beĢilliyin  birinci  ilindən  müəyyən  gerilik  müĢahidə  olunmağa 

baĢladı.  1933-cü  ildə  p lan  qazmada  cəmi  78,3  faiz

20

,  respublikanın  bütün  ağır 



sənayesində 79,7 faiz, yüngül sənayedə isə 82 faiz yerinə yetirildi

21

. Bütün Ġttifaq  



üçün  mühüm  o lan  sənaye  sahəsində  yaranmıĢ  qeyri-qənaətbəxĢ  vəziyyət 

ÜĠK(b)P  MK-nı  ço x  narahat  etdi  və  o,  1934-cü  il  may ın  14-də  "Azərneftin  iĢi 

haqqında" xüsusi qərar qəbul etdi.  Qərarda çat ıĢma zlıq ların aradan qaldırılması, 

fəhlələr  arasında  kütləv i  partiya  iĢinin  gücləndirilməsi,  bütün  səylərin  neft 

sənayesi planın ın yerinə yetirilməsinə yönəldilməsi tələb olunurdu

22



Respublika partiya rəhbərliyi təcili tədbirlər görülmədən,  maddi-mənəvi 

baza  yaradılmadan,  texniki  vasitələri  qüvvətləndirmədən  yenə  də  "yarıĢlar" 

vasitəsilə  fəhlə  əməyini  gərgin ləĢdirmək  xəttini  götürdü.  Artıq  1934-cü  ilin  

birinci  yarısında,  de mək  olar  ki,  təsərrüfatın  bütün  sahələrində  fəh lələ rin  

əksəriyyəti sosializm yarıĢı ilə əhatə olunmuĢdu. 1934-cü ilin yayına kimi neftçi 

fəhlələrin  73,1  faizi,  ipək-yun  sənayesi  fəhlələrinin  66,8  faizi,  maĢınqayırma 

sənayesi  fəhlələrinin  isə  62,3  faizi  sosializm  yarıĢına  qoĢuldu

23

.  1934-cü  ildə  



neftçilər  ö lkəyə  19182  min  ton  və  ya  1933-cü  ildəkindən  3856,1  min  ton  artıq 

neft  verdilər

24

.  1933-1934-cü  illərin  neft  hasilatı  planın ı  yerinə  yetirən  



Azərbaycan  neftçilərinin  son  dərəcə gərgin  əməyi  ya lnız  Lenin,  Əmə k  Bayrağı 

ordenləri və SSRĠ MĠK fərman ları ilə təltif o lunmaq la qeyd edild i. 

Neft 

hasilatın ın 



artırılmasında 

istismar 

prosesinin 

mexanikləĢdirilməsin in – dərinlik nasosları və ko mpressorların daha geniĢ tətbiq 

edilməsin in  mühüm əhəmiyyəti var  idi.  1934-cü  ildə neftin bütün hasilat artımı 

neft sənayesində kompressor istismarının texniki cəhətdən yenidən qurulması və 

həmçinin  zərbə  qazıma  üsulunun  dərin  qazımaya  imkan  verən  yeni  rotor  üsulu 

ilə  kütləvi surətdə əvəz edilməsi nəticəsində mü mkün olmuĢd u. 1934-cü ildə bir  

dəzgahın aylıq orta qazıma sürəti  1933-cü  ildəki  173,6  metrdən 222,0  metrədək  

artmıĢdı


25

1935-c i  il  A zərbaycanda  sovet  hakimiyyəti  quru lmasının  15  illiyin in 



təntənəsilə  baĢlandı.  1935-ci  il  martın  15-də  SSRĠ  MĠK  A zərbaycan  SSR-i  neft 

və  pambıq  istehsalı  sahələrində  əldə  etdiyi  nailiyyətlərə  görə  Lenin  ordeni  ilə  

təltif etdi.  Ġyun ayında isə 53

 

nəfər neft sənayesi və partiya iĢçisi mü xtəlif  Ġttifaq  

ordenlərın layiq görüldülər

26



Lakin  bəzi  irə liləy iĢlərə  baxmayaraq,  p lanın  kəsirlə  baĢa  çatmasının  

qarĢısını  almaq  mü mkün  olmamıĢdı.  Bunun  səbəblərindən  biri  əməy in  maddi 

stimullaĢdırılması  mexanizmlərin in  inzibati-amirlik təzyiq i  ilə sıxıĢdırılması  id i. 

Rəhbər  kadrlar  arasında  böyük  axıcılıq  var  idi,  texnikanın  öyrənilməsi 



258 

 

problemin i  "tələm-tələsik  qaydada"  həll  etmək  mü mkün  deyildi.  Ona  görə  də 



əmək  "qəhrəmanları"nı  irəli  çəkmək  zəru rəti  meydana  gəldi.  Beləliklə,  ölkədə  

Aleksey  Staxanovun  Donbasda  əmək  rekordları  ilə  meydana  gələn  küt ləvi 

istehsalat  yenilikçiləri  hərəkatı  baĢlandı.  Staxanov  hərəkatı  yeni  texn ikanı 

öyrənmək,  yüksək  əmək  məhsuldarlığ ı  uğrunda  ümu mxalq  hərəkat ını 

geniĢləndirmək məqsədilə əhəmiyyətli idi. 

Mərkəz  Staxanov  hərəkatının  xalq  təsərrüfatının  bütün  sahələrində 

yayılmasına  xüsusi  səy  göstərirdi.  "Pravda"  qəzeti  1935-ci  il  10  o ktyabr  tarixli 

nömrəsinin  "Staxanov  hərəkatını  təĢkil  etmək  lazımd ır"  adlı  baĢ  məqaləsində 

yazırdı:  "Sosialist  əməy inin  yüksək  məhsuldarlığ ı  uğrunda  staxanovçular 

hərəkatını təĢkil etmək lazımdır.  Bunu iĢgüzarlıq la, əzmlə, hər gün, boĢboğazlığa 

və  zahiri  gurultuya  yol  vemədən  etmək  lazımd ır.  Hər  bir  partiya  və  həmkarlar 

Ġttifaqı  təĢkilatının  baĢlıca  vəzifəsi  indi  bundan  ibarətdir".  "Pravda"  hələ  ilin  

əvvəlindən  Azərbaycan  neft  sənayesində  olan  geriliyin  aradan  qaldırılmasında 

yenilikçilər  hərəkatın ın  həlledici  əhəmiyyətinə  diqqəti  cəlb  edərək  yazırdı: 

"Staxanovçular  hərəkatının  Bakı  və  Qro znı  neft  sahələrin i  əhatə  etməsi  mütləq  

lazımd ır. Məh z bu hərəkat elə b ir baĢlanğıc olar ki, bunun yardımı ilə bakılılar və 

qroznılılar  neft  sənayesini  yenidən  xalq  təsərrüfatının  qabaqcıl  sahəsinə  çıxara 

bilərlər"

27



AK(b)P MK-nın qəra rı ilə  1935-ci ilin oktyabrında Sta xanov iĢ üsulu ilə  



tanıĢ olmaq üçün qabaqcıl neftçilərdən ġiĢkanov, Nəcəfov, Mehrabov, Tümenko, 

Parfyonov Donbasa göndərildi

28

. Həmin ilin noyabr ayında Bakıda neft sənayesi 



staxanovçularının  Ümu mbakı  toplanıĢı  keçirildi  və  burada  staxanovçular  Zaxar 

Parfyonov,  Ġsmayıl  M ikay ıl,  Mixa il  ġiĢkanov  çıxıĢ  edərək,  konkret  fakt larla  

Staxanov  üsulunun  əməkdə  yüksək  göstəricilər  əldə  etməyə,  əmək 

məhsuldarlığın ı  artırmağa  imkan  verməsindən  danıĢdılar.  Toplantı  bütün  Ġttifaq 

neftçilərin i bu hərəkata qoĢulmağa çağırdı.  

Staxanov  hərəkatı  neft  sənayesi  fəhlələrinin  texniki  təlimin in  

geniĢlənməsinə  səbəb  oldu.  Əzizbəyov  neft  trestində  1318  nəfər  dövlət  texn iki 

imtahanından keçdi. 

Lakin   Staxanov  hərəkatının  neft  sənayesində  zəif  artması  mər  kəzi 

narahat  edirdi,  hətta  ÜĠK(b)  M K  Plenumu  (21-25  dekab  1935-ci  il)  bunu 

vurğulayıb  diqqət  mərkəzinə  çəkmiĢdi.  1936-c  ilə  kimi  respublika  neft 

sənayesində 4300 staxanovçu var idi, bu ara bütün fəhlələrin ü mu mi sayının 15,5 

faizini təĢkil edird i

29



Staxanov  hərəkatı  respublika  xalq  təsərrüfatının  digər  sahələrində  də 

geriləy ird i.  1935-ci  ildə  altı  min  nəfərə  yaxın  fəhləsi  olan  Bakı  dəmir  yol 

qovĢağını  əsas  müəssisələrində  Staxanov  hərəkatı  ilə  cəmi  180  nəfər  əhatə 

olunmuĢdu

30



259 

 

Bütün  ölkədə  olduğu  kimi,  A zərbaycanda  da  zəhmətkeĢlərin  əmək 



fəallığ ının  artması  bir  ço x  hallarda  yaranmıĢ  əlveriĢli  iĢ  Ģəraiti  və  istehsal 

texn ikasın ın təkmilləĢdirilməsi və ondan səmərəli  istifadə edilməsi ilə yox, bu və 

ya  digər  siyasi  hadisələrlə  və  yaxud  rəhbərliyin  göstəriĢləri  ilə  uzlaĢdırılırd ı. 

Məsələn,  1936-cı  ildə  Gəncə  toxuculuq  ko mb inatında  SSRĠ-n in  Yeni 

Konstitusiyası  layihəsinin  müzakirəsi  zaman ı  250  nəfərlik  dörd  Staxanov 

briqadası təĢkil edilmiĢdi. Gəncə yağ-piy ko mb inatında isə SSRĠ yeyinti sənayesi 

xalq  ko missarı  A.Mikoyanın  1936-c ı  il  fevra lın  11-də  göndərdiyi  teleqra m 

əsasında,  məhz  onun  təyin  etdiyi  gündə  -  fevralın  12-də  Staxanov  dekadası 

keçirilməsinə baĢlandı

31



Sta xanov  ili  adlanan  1936-c ı  ildə  Azə rbaycanda  Staxanov  hərəkatı 

partiya,  həmkarlar  Ġttifaqı  və  ko mso mol  təĢkilatların ın  gərgin  fəaliyyəti 

nəticəsində  ayrı-ayrı  adamların  rekord larından  kütləvi  hərəkata  çevrilird i.  Məhz 

bu  ildən  neft  sənayesində  və  eləcə  də  sənayenin  digər  sahələrində   Staxanov 

növbələri, günləri, beĢgünlükləri, ongünlükləri, iy irmigünlükləri, ay lıq ları və i.a.  

kimi yüksək məhsuldar formalardan istifadə olunurdu. 

Azərbaycan  neft  sənayesində  ilk  dəfə  Staxanov  növbəsi  Qaraçuxu r 

mədənin in  2-ci  qazıma  qrupunda  tətbiq  olunmuĢdu.  Staxanov  beĢgünlüyü 

keçirilməsin in  isə  ilk  təĢəbbüsçüsü  Ġliç  bu xtası  mədəninin  kollektivi  idi.  Ġliç 

buxtası  fəhlələri  1936-cı  il  yanvarın  18-də  Len inin  xatirəsinin  yad  edilməsi 

Ģərəfinə  yanvar  ayının  22-26-da  bütün  Azərbaycan  neft  sənayesində  Staxanov 

beĢgünlüyünün keçirilməsin i təklif etmiĢdilər. Ġliç bu xtasının  fəhlələri  Staxanov 

beĢgünlüyündə gündəlik neft hasilatın ı 440-500 tona qədər artırır, qazıma plan ını 

isə hər gün 150-200 faiz ödəyirdilər

32



1936-c ı  il  yanvarın  20-də  "Pravda"  qəzetində  "Staxanov  beĢgünlüyü" 



adlı baĢ  məqalədə tək-tək staxanovçularm  rekordlarına yüksək qiy mət verilərək, 

beĢgünlüyün daha böyük əhəmiyyətə malik o lması göstərilird i

33



1936-c ı  ilin  ilk  dörd  ayında  isə  respublika  neft  sənayesindəki 



staxanovçuların sayı üç dəfə artaraq 13 min nəfərə çatırd ı

34



Neft  sənayesində  bütöv  mədən  və  zavodlarda,  trestlərdə  Staxanov 

ongünlüyü, iyirmigünlüyü keçirilird i ki, bu da artıq yenilikçilər hərəkatın ın geniĢ 

yayıldığı böyük kollektiv lərdə Staxanov üsulunun tətbiqi demək idi. 

1936-c ı il fevra l ayın ın 9-dan 19-də k neftayırma  zavodlarında Sta xanov 

ongünlüyü keçirilirdi. 

1936-c ı  il  iyunun  25-29-da  Moskvada  SSRĠ  Ağır  Sənaye  Xa lq  

Ko missarlığı  yanında  ġura  fəaliyyətə  baĢladı.  ġuranın  iĢində  daĢ  kömür,  neft, 

metallurg iya  və  maĢınqayırma  sənayesinin  adlı-sanlı  adamları,  professorlar, 

mühəndislər iĢtirak edirdilər. 


260 

 

ġura  yalnız  b ir  məsələni  -  Staxanov  hərəkatın ın  in kiĢafı  haqqında 



ÜĠK(b)P  MK  dekabr  p lenumu  qərarlarının  yerinə  yetirilməsi  gediĢini  mü zakirə 

edirdi.  ġura  və  eləcə  də  1936-cı  ilin  iyul  ayında  keçirilən  Azərbaycan  neft 

sənayesi staxanovçularının və mühəndis-texnik iĢçilərinin Ümu mbakı müĢavirəsi 

neft sənayesində Staxanov hərəkatın ın nailiyyətlərin i qeyd etməklə bərabər, onu 

daha da geniĢləndirməyin zəruriliyin i göstərdi

35



1936-c ı  il  oktyabrın   əvvəlində  Azə rbaycan  neft  sənayesində  Staxanov 

iyirmigünlüyü  keçirildiyi  e lan  olundu.  Bu  təĢəbbüs  bütöv  bir  sənaye sahəsində 

Staxanov  üsulunun  tətbiqinə  və  neft  sənayesində  yaranmıĢ  kəsirin  aradan 

qaldırılmasına yönəldilən ə mək fədaka rlığı id i. 

"Pravda" qəzeti 1936-c ı il oktyabrın 13-də "Neftçi yo ldaĢlar, bakılıların  

təĢəbbüsünə  qoĢulun"  adlı  baĢ  məqaləsində  Bakı  neftçilərin in  bu  nəcib 

təĢəbbüsünü təqdirəlayiq  hesab  edərək,  ölkən in  digər  neft  sənayesi  iĢçilərini  də 

bu hərəkata qoĢulmağa çağ ırdı. 

1936-c ı  il  oktyabrın  15-dən  noyabrın  3-də k  davam  edən  Sta xanov 

iyirmigünlüyü  neft  sənayesində  ciddi  nailiyyətlərlə  nəticələndi.  Bu  müddətdə 

gündəlik neft istehsalı 56,2 min  tondan 58 min tona qalxd ı. Qazıma sahəsində isə 

orta dəzgah - ay sürəti 623 met rdən 633,6 metrə çatdı

36



Azərbaycan  neft sənayesində geniĢlənən  Staxanov  hərəkat  1937-ci  ilin  



axırında  15824  nəfəri  əhatə  edirdi.  Staxanov  hərəkat  fəhlələrin  mədəni-texn iki 

səviyyəsi  yüksək  olan  sahələrdə  daha  geniĢ  yayılırd ı.  Belə  ki,  əgər  1935-ci  il 

noyabr  ayının  1-də  neftayırma  sənayesi  sahəsində  çalıĢan  fəhlələrin  yalnız  9,1 

faizi  Sta xanov  hərəkatı  ilə  əhatə  olunmuĢdusa,  bu  faiz  1937-ci  ilin  əvvəlində 

46,4-ə,  1937-ci  ilin  a xırında  isə  54,5-ə  qalxmıĢd ı.  Ha lbuki,  həmin  vaxtda  neft 

istehsalı  sahəsində  iĢləyən  fəhlələrin  36,7  fa izi,  neft  maĢınqayırması  sahəsində 

41,1 faizi, neft tikintisi sahəsində isə 33 faizi Staxanov hərəkatına qoĢulmuĢdu

37



Bütün  ölkədə  olduğu  kimi,  Azərbaycanda  da  kommun istlər  Staxanov 

hərəkatının  geniĢlənib  inkiĢaf  etməsində  böyük  fəallıq  göstərərək  onun  ön 

sıralarında  gedirdilər.  1937-ci  ilin  axırında  respublika  neft  sənayesində  iĢləyən 

ko mmunistlərin 66 faizi staxanovçu idi

38



Respublikanın  partiya,  təsərrüfat  və  həmkarlar  Ġttifaq ları  təĢkilatları 



əslində  o  vaxtlar  Staxanov  hərəkatın ı  əsil  kütləv i  fəhlə  hərəkatına  çevirə 

bilməd ilər.  Bu  vəziyyətin  səbəblərindən  biri  partiya  və  həmkarlar  Ġttifaqları 

orqanların ın  "süni Ģəkildə",  deklarativ  olaraq  -  ancaq sözdə  "əmək  coĢqunluğu" 

cəhdləri,  hay-küy  salmaqla  fəhlələrin  əmək  fəaliyyətini  maddi  maraqlandırma 

prinsipi  əsasında  qurmaları  id i.  Zəh mətkeĢ  xalq  Ģüurlu  surətdə  müəyyən 

çatıĢmazlıqlara  dözür,  ü zücü  zəhmət  və  məiĢət  çətinliklərinə  tab  gətirir,  ü mid  

edirdi  ki,  bu  çətinliklər  müvəqqətidir  və  indi  onlar  "özlərinin  parlaq  

gələcəklərini"  -  sosializm  cəmiyyətini  qururlar.  Fəhlələr,  mühəndislər, 



261 

 

mütəxəssislər  bu  illərdə  sənayeləĢdirmənin  müvəffəq iyyətlərin i  əzmkarlıqla 



təmin edir, xalq təsərrüfatın ın inkiĢafında müəyyən irəliləyiĢlərə nail olu rdular.  

Azərbaycan S ovet  Ġttifaqının  baĢ neft  bazasıdır.  Birinci beĢillik təzə 

tikintilərlə  səciyyələnirdisə,  Ġkinci  beĢillik  əsas  etibarilə  yeni  müəssisələrin  və 

yeni  texnikanın  mənimsənilməsi  beĢilliy i  oldu.  La kin  bu,  o  demək  d eyildi  ki, 

ikinci  beĢillikdə  tikintin in  miqyas ı  məhdudlaĢırdı.  Birinci  beĢillik  illərində 

Azərbaycanda  25  iri  dövlət  sənaye  müəssisəsi  tikilmiĢ  və  iĢə salın mıĢdı,  Ġkinci 

beĢillikdə isə yeni texnikaya əsaslanan 27 müəssisə istismara verilmiĢdi

39



Ġkinci  beĢillik  xalq  təsərrüfatına  yüksək  kapital  qoyuluĢu  ilə 



səciyyələnirdi:  Azərbaycan  xalq  təsərrüfatına  (ko lxo zlarsız)  sərf  edilən  379  

milyon  manat  (müqayisəli  qiy mətlə)  birinci  beĢillikdəkindən  2,7  dəfədən, 

sənayeyə  qoyulan  252  milyon  isə  2,8  dəfədən  ço x  idi.  Respublika  xalq  

təsərrüfatına qoyulan bütün kapitalının  66,5 faizi sənayeyə, 11,3 faizi nəqliyyat 

və  rabitəyə,  5,8  faizi  kənd  təsərrüfatına,  16,1  faizi  mən zil  tikintisinə,  elm,  

mədəniyyət, maarif, səhiyyə və s. yönəldilmiĢdi

40



Ġkinci  beĢillikdə  də  Azərbaycan  sənayesinin  əsas  sahəsi  olan  neft 



sənayesinin in kiĢaf etdirilməsi partiya və dövlətin ən  mühüm vəzifəsi  idi. 1932-

ci  ilə  qədər  respublikada  neft  ancaq  AbĢeron  regionunda  çıxarılırdısa,  ikinci 

beĢillikdə  ölkədə  neftə  olan  tələbatın  sürətlə  artması  ilə  əlaqədar  onun 

coğrafıyasının  geniĢləndirilməsi  ön  plana  çəkild i.  AbĢeronda  Lökbatan,  Ələt, 

Puta,  Qaraçu xur,  Qa la  və  s.  yeni  neft  sahələrində  neft  çıxarılması  ilə  yanaĢı, 

Neftçala və Siyəzəndə də yeni neft sənaye rayonları yaradıldı. 

Açıq  dəniz  Ģəraitində  neft  quyularının  qazılması,  hasil  edilməsi,  onun 

nəqli,  mədənlərin  enerji  və  avadanlıqla  təchizi,  iĢçi  qüvvəsindən  istifadə 

qurudakına  nisbətən  olduqca  çətin  və  baha  baĢa  gəlməsinə  baxmayaraq,  ikinci 

beĢillikdə dənizdə də  kəĢfiyyat iĢlərinin aparılmasına baĢlandı.  Görkəmli neftçi-

mühəndis  Fətulla  Əsəd  oğlu  Rüstəmbəyovun  bilavasitə səyləri  və  rəhbərliy i  ilə 

ilk  dəfə  açıq  dənizdə  neft  istehsalının  əsası  qoyuldu.  1935-ci  il  may ın  12-də 

Sovet  Ġttifaqında  ilk  dəfə  o laraq,  Pirallahı  (keçmiĢ  Artyom)  adası  yaxın lığ ında 

775  metr  dərin likdə,  dövrü  üçün  görünməmiĢ  qısa  müddətdə  -  52  gündə 

qazılmıĢ,  ilkin  debiti  30  ton  olan  dəniz  quyusu  neft  verdi.  Ġyunun  14-də 

"Bakinski  raboçi" ("Bakı fəh ləsi") qəzeti bütün dünyaya elan etmiĢdi: "SSRĠ-də 

ilk  dəfə  olaraq  dənizdə  30  hektar  neftli  sahə  əldə  edilmiĢdir.  Burada  artıq  30 

quyunun  özülünü  qoymaq  mü mkündür  və onlar  Ģübhəsiz  neft  verəcək".  Burada 

1936-1937-c i  illə rdə  qazılıb  istismara   verilmiĢ  157  saylı  quyu  hələ  də   neft 

verməkdədir

41



Texniki  yenidənqurma  neft  hasilatı  ü zrə  istismarı  da  təkmilləĢ dird i. 



Dərin  qazıma,  burma  qazıması  və  turbobur  qazımada  mühü m  müvəffəqiyyətlər 

əldə  edilmiĢdi.  Qazıma  iĢləri  yüz  faiz  burma  qazıması  və  turbin  üsulu  ilə 



262 

 

aparılırdı



42

. Eyni zamanda neft və qaz quyularının qazıma sürəti də artırdı. 1937-

ci  ildə  ay  ərzində  bir  dəzgahın  qa zıma  sürəti  1933-cü  ildəki  167,7  metrə  qa rĢı 

609,7 metr o lmuĢdu

43



Respublikanın  neft  emalı  sənayesində  də  mühüm  dəyiĢiklik  baĢ 



vermiĢdi.  Qabaqcıl  te xnika  ilə  təchiz  olun muĢ  yeni  zavodlar  tikilmiĢ, 

köhnələrində tam yenidənqurma  iĢləri aparılmıĢdı.  1934-cu,  1937-ci  illərdə ilkin  

neft  ayrılması  sahəsində  yerli  mütə xəss islərin  qüvvəsi  ilə  beĢ  güclü  atmosfer 

qurğusu,  güclü  termik  krekinq  qurğuları  layihə ləĢdirilib  inĢa  edilmiĢdi

44

.  Bu 


müddət ərzində Azərbaycan neft emalı sənayesinin məhsul istehsalı təxminən iki 

dəfə artmıĢdı

45

. Beləliklə, Azərbaycanda neft çıxarılması 1932-ci  ildəki  12,2  mln  



tondan artaraq 1937-c i  ildə 21,4  mln ton olmuĢdu. Ġkinc i beĢillikdə A zərbaycan 

neft sənayesi SSRĠ-yə 96 mln ton neft vermiĢdi

46



Beləliklə,  hələ  xalq  təsərrüfatının  yenidən  qurulmasının  baĢa  çatması 



dövründə  Azərbaycan  neft sənayesi  -  Sovet  Ġttifaqının  baĢlıca  neft  bazası,  ağır 

sənayenin əsas sahələrindən biri idi. 1937-ci ildə SSRĠ-n in neft və qaz hasilatın ın 

76 faizin i A zərbaycan SSR verird i

47



Azərbaycanda  neft  hasilatının  güclü  artımı  SSRĠ-n in  sürətlə 

sənayeləĢdirilməsinə  sərf  olunurdu.  Bakı  nefti  nəinki  ölkədaxili  tələbatın  

ödənilməsində,  eləcə  də  xaricə  satılan  neftin  əsas  hissəsini  təĢkil  edird i.  Ġxrac 

edilən neft və neft məhsullarının gətirdiy i külli  miqdarda vəsaitlə ittifaq sənayesi 

üçün hər növ maĢın və avadanlıqlar alınırdı.  

Birinci beĢillikdən fərqli olaraq, ikinci beĢillikdə SSRĠ-dən ixrac olunan 

neft və neft məhsullarının həcmi getdikcə azalmağa baĢladı. Belə  ki, 1932-ci ildə 

ixrac  edilən  6,1  milyon  ton  neft  və  neft  məhsulların ın  həcmi  1937-ci  ildə  1,9 

milyon tona enərək üç dəfədən çox azaldı

48

. Lakin bu dövrdə də SSRĠ-dən ixrac 



olunan  neft  və  neft  məhsullarının  əsasını  Azərbaycan  nefti  təĢkil  edir  və  onun 

xüsusi  çəkisi  ilbəil  artırdı.  SSRĠ-dən  ixrac  edilən  neft  və  neft  məhsulların ın 

1932-c i  ildə  71,1  fa izi,  1933-cü  ildə  78,1,  1934-cü  ildə  79,6,  1935-ci  ildə  84,0 

faizi A zərbaycanın payına düĢürdü

49



Azərbaycan  dünyanın  ən  qədim  neft  mərkəzi  kimi,  Sovet  Ġttifaqının  



yeni  neft  rayonlarının  təĢəkkülü  və  in kiĢafında  avanqard  rol  oynamıĢdı. 

Azərbaycan  neftçiləri  Uralda,  Permdə,  Ko midə,  Türkmənistanda,  Qazaxıstanda, 

Gü rcüstanda, BaĢqırdıstanda, Vo lqa və Ural arasındakı rayonda yeni neft bazası 

olan "Ġkinci  Ba kı"da və b. kəĢfiyyat-a xtarıĢ  iĢlərindən tutmuĢ ta neftin istisma rı 

və emalına qədər bilavasitə iĢtirak edərək hərtərəfli yardım göstərmiĢdilər. 

Bakı  neftçiləri  "Ġkinci  Bakı"  mədənlərinə  bilavasitə  hamilik  edir, 

"BaĢneft", "Embaneft", "Sızranneft", "Prikamneft" və " Ġkinci  Bakı"nın yeni neft 

trestlərinə  qazıma  və  istismar  avadanlığı  verir,  onlarla  öz  ən  yaxĢı  qazıma 



263 

 

ustaların ı,  qazmaçıları,  neftçıxarma  ustalarını  onlarda  daimi  iĢləməyə 



göndərirdilər. 

Azərbaycan  Ġttifaqa  daxil  olan  respublikalarda  neft  rayonlarının  

yaranması  və  inkiĢafında  əsas  mərkə z  kimi  böyük  fəaliyyət  göstərmiĢdi.  Ġkinci 

beĢillikdə  Bakı neftçilərinin  iĢtirakı  ilə  Ukraynada, Özbəkistanda, Qazaxıstanda, 

Gü rcüstanda  və  Türkmənistanda  36  yeni  neft  yatağı  aĢkar  edilmiĢdi

50



Azərbaycanın  baĢqa  respublika larda  yaranan  neft  rayonlarını  texn iki  avadanlıq, 

təcrübəli  mütəxəssis  və  ixtisaslı  fəh lələrlə  təmin  etməsi  və  digər  yardım 

sahələrindəki  fəaliyyəti  əvəzed ilməz  o lub.  Nəzərdən  qaçırılmamalıdır  ki, 

Azərbaycan  bu  yardımı  ö zünün  böyük  məhru miyyətlərlə  rastlaĢdığı  və  nəhəng 

bir təsərrüfatı bərpa və  inkiĢaf etdirmək uğrunda mübarizə apardığ ı b ir Ģəraitdə 

göstərirdi. 

Sovet  neftçilərinin, 

ilk  növbədə  qocaman,  təcrübəli,  xeyirxah  

Azərbaycan  neftçilərinin  b irgə  əməyi  sayəsində  yeni  neft  rayonlarının  

ümu mittifaq neft hasilatında xüsusi çəkisi 1937-ci  ildə 1932-ci  ildəki  2,5 faizdən 

9,1  faizədək  artdı

51

.  Əlbəttə,  bu,  SSRĠ  neft  sənayesinin  inkiĢafında  böyük  uğur 



idi.  Lakin hələ də ölkə neft  istehsalının üçdə birini verən  Bakı neftinə olan tələb  

nəinki azalmır, əksinə onun hər vasitələrlə ço xaldılması üçün  mü xtəlif təzyiq lər 

artmaqda dava m edirdi. 

Ġkinci  beĢillikdə  Azərbaycan  sənayesinin  inkiĢafında  əsas  yeri  neft 

sənayesi  və  onunla  bağlı  sahələr  tuturdusa  da,  digər  sahələrdə  də  ciddi 

irəliləyiĢlər  var  idi.  Bu  illərdə  A zərbaycanda  bütün sənayenin  ümu mi  məhsulu 

103  faiz,  o  cümlədən  neft  çıxarılması  75  faiz,  qaz  istehsalı  281  faiz,  elektrik 

enerjisi  istehsalı  125  faiz,  qara  metal  prokatı  45  faiz,  sement  29  faiz, 

maĢınqayırma  və  metal  emalı  məhsulu  231  faiz,  pambıq-parça  istehsalı  76  faiz, 

ipək  parça  753  faiz,  dəri  ayaqqabı  298  faiz,  qənnadı  məmu latı  92  faiz,  konserv 

hazırlan ması 30 faiz artmıĢdı

52



Ġkinci 

beĢillikdə 

Azərbaycanda 

sənayenin 

səmərəli 

Ģəkildə 


yerləĢdirilməsi problemi  müəyyən dəyiĢikliklərə -  Gəncənin respublikanın ikinci 

sənaye mərkəzinə çevrilməsi və bir sıra rayonlarda  yerli sənaye müəssisələrinin  

tikilib  istifadəyə  verilməsinə  baxmayaraq,  həll  olun mamıĢ  qalırdı.  1937-ci  ildə 

respublikanın  sənaye  məhsulunun  90  faizə  qədəri  Bakı  Ģəhəri  və  onun  neft-

mədən rayonlarının payına düĢürdü

53



Azərbaycan  ikinci  beĢilliyin  sonunda  ümumĠttifaq  miqyasında  yeni 

texn ika  əsasında  qurulmuĢ  güclü  sənayesi  olan  respublika  idi.  Bu  dövrdə  onun 

xalq  təsərrüfatında  sənaye  məhsullarının  xüsusi  çəkisi  91,7  faiz  təĢkil  edird i

54



Azərbaycan  sənaye  respublikası  kimi  müttəfiq  respublikalar  arasında  qabaqcıl 

yerlərdən birin i tuturdu. O dövrdə SSRĠ-də ərazi üzrə  9-cu yeri, əhalin in sayına 

görə 7-ci yeri tutan Azərbaycan SSR neft  istehsalında birinci, sənayenin ümu mi 


264 

 

məhsul  buraxılıĢı  və  elektrik  enerjisi  istehsalında  Ġttifaqda  üçüncü  (RSFSR  və 



Ukrayna SSR-dən sonra),  meta l e ma lı və  maĢ ınqayırmada dördüncü yerdə idi

55



1937-c i  ildə  SSRĠ-də  orta  hesabla  hər  nəfərə  215  kilovat-saat  elektrik  enerjisi, 

RSFSR-də 217 kilovat-saat, Ukraynada - 302, Azə rbaycanda isə 433 kilovat-saat 

düĢürdü

56

.  Hər  nəfərə  düĢən  elektrik  enerjisinin  miqdarına  görə  Azərbaycan 



müttəfiq respublikalar arasında birinci yeri tuturdu. 

Ġkinci  beĢillik  ərzində  Azərbaycanın  iqtisadi-ictimai  həyatında  mühü m 

əhəmiyyəti olan nəqliyyatda da əsaslı irəliləy iĢlər baĢ vermiĢdi. Bu dövrdə dəmir 

yolunun  texniki  cəhətdən  yenidən  qurulması  və  yeni  də mir  yol  xət lərinin  

çəkilməsi  mühüm  əhəmiyyət  kəsb  edirdi.  1936-cı  ildə  Bakı-Culfa  dəmir  yol 

xəttinin 300 km u zunluğunda olan Ələt-M incivan sahəsi iĢə salındı. Bu magistral 

dəmir  yol  xətti  ilə  bərabər,  Ermənistan  SSR-in  Qafan  mis  yataqlarından  mis 

filizin i  daĢımaq  üçün  39  km  uzunluğunda olan  Mincivan -Qafan  dəmir  yol  xətti 

də  çəkildi.  1934-cü  ildə  Çiraq idzor  yataqlarından  kükürd -ko lçedanı  daĢımaq  

üçün  Gəncə-AĢıqlı,  1936-cı  ildə  Çovdar  barıt  yatağına  uzanan  Gəncə-QuĢçu 

xətti  də  çəkilib  istifadəyə  verild i

57

.  1932-c i  ildə  respublikada  ümu mi  u zunluğu 



1037  km  o lan  dəmir  yol  xətti  1937-ci  ildə  1193  km-dək,  yaxud  156  km 

uzadılmıĢdı.  1933-1937-ci  illərdə  respublika  dəmir  yolunun  yük  dövriyyəsi  6,2 

mln tondan 10,5 mln tonadək, yaxud 4,7 mln ton artmıĢdı. SərniĢin daĢın ması isə 

5 mln nəfərdən 5,7 mln nəfərədək artmıĢdı. 

Ġkinci  beĢillikdə  dəniz  nəqliyyatından  geniĢ  is tifadə  etmək  imkan ları 

daha  da  artmıĢdı.  1936-cı  ildə  Xəzər  gəmiçiliyinə  "Azərbaycan",  "Osetiya", 

"KuybıĢev"  adlı  quru  yük  daĢıyan  üç  yeni  teplo xod,  "Türkmənistan"  və 

"Dağıstan" adlı sərniĢin gəmiləri verildi. 1934-cü ildə AbĢeron körpüsü, 1937-ci 

ilin  martında  Bakı  liman ında  ikitonluq  kranı  o lan  ilk  mexan ikləĢdirilmiĢ  kö rpü 

isüfadəyə  verildi.  1937-ci  ildə  müasir  Bakı  liman ının  birinci  hissəsi  iĢə  düĢdü. 

Bakı  limanının  abadlaĢdırılması  sayəsində  Xəzər  dəniz  nəqliyyatının  yük 

dövriyyəsi 1937-ci  ildə  1932-ci  ildəki  7,5  mln tondan 14,1  mln tona çatdı

59

. Bu 


dövrdə Bakı liman ının Ġran,  Orta Asiya və Rusiya ilə əlaqələrin geniĢlənməsində 

əhəmiyyəti daha da artmıĢdı. 

Ġkinci beĢillikdə digər nəqliyyat növləri arasında sürətli və geniĢ imkan ı 

olan hava nəqliyyatının inkiĢaf etdirilməsi dövrün tələbi  idi.  Təsadüfi deyildi  ki, 

ikinci beĢillikdə Azərbaycanda hava yolların ın geniĢləndirilməsinə  xüsusi diqqət 

yetirilmiĢdi. 

1933-cü  ilin  yanvarında  Bakı-AĢqabad-DaĢkənd  arasında  hava  xətti 

açıld ı.  Həmin  il  fevralın  18-də  təntənəli  Ģəkildə  Bakı  təyyarə  limanın ın  açılıĢı 

oldu

60

.  Vağza lın  salonunda  keçirilən  mit inqdə  Azərbaycan  MĠK  sədri 



S.M.Əfəndiyev  öz  nitqində  hava  nəqliyyatının  əhəmiyyəti  və  dəyərlərindən 

danıĢaraq  təyyarəçilərin,  liman  iĢçilərinin  əməklərin i  yüksək  qiymətləndird i. 



265 

 

YaxĢı  iĢlərinə görə fərq lənənlərdən bir qrupu Əmək qəhrəmanı adı aldılar, d igər 



bir qrupu isə Zaqafqaziya MĠK-in, eləcə də Azərbaycan MĠK-in fəxri  fərman ları 

ilə, bir ço xları da qiy mətli hədiyyələrlə mükafatlandırıldılar

61



BeĢillikdə  respublika  əhəmiyyətli  iki  yeni  hava  xətti:  Hacıqabul  -  M il 



sovxozu,  Ağcabədi  -  Ağdam  və  Yev lax  -  Nu xa  -  Zaqatala  istifadəyə  verild i. 

1935-c i  ildə  Ba kı-Ənzə li hava  xəttinin aç ılması  ilə  liman SSRĠ  ilə  Ġran arasında 

bilavasitə  əlaqə  yaradan  beynəlxalq  əhəmiyyət  kəsb  etdi.  BeĢilliy in  sonunda 

Azərbaycan hava xəttin in uzunluğu 1245 km-ə çatmıĢdı

62



Beləliklə,  Ġkinci  beĢillikdə  Azərbaycanda  sənayenin  inkiĢafı  ilə  yanaĢı, 



nəqliyyat da əhəmiyyətli dərəcədə geniĢləndi. 

 

 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin