AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu


§ 2. ALĠ VƏ ORTA TƏHS ĠL. MĠLLĠ MÜTƏXƏSSĠS



Yüklə 5,7 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix03.02.2017
ölçüsü5,7 Mb.
#7305
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
§ 2. ALĠ VƏ ORTA TƏHS ĠL. MĠLLĠ MÜTƏXƏSSĠS 

KADRLARIN HAZIRLANMAS I. ELMĠN ĠNKĠġ AFI 

 

Ali  və  orta  ixtisas  təhsilinin  yeni dən  qurul ması.  Azərbaycanın  yeni 

iqtisadi  və  mədəni  inkiĢafı  mü xtəlif  sahələrdə  yüksəkixtisaslı  mütəxəssislər 

hazırlan masın ı  Ģərtləndirirdi.  Ali  və  orta  ixtisas  təhsilli  mütə xəssislər  arasında 

milli  kadrla r  olduqca  az  id i.  1929-cu  ildən  baĢlayaraq  Azərbaycanda  xüsusən 

fəhlə  və  kəndli  təbəqələrindən  yeni  mütəxəssis  kadrlar  hazırlan masına  diqqət 

gücləndi. Partiya ali təhsil  müəssisələrində, ali texniki  məktəb və texn iku mlarda 

proletar  "özəyini"  artırmaq  yolu  ilə  öz  "sosialist  ziyalısını"  yaratmaq  vəzifəsini 

qoymuĢdu. Azərbaycanda həmçinin fəhlə və ə mə kçi  kəndlilər  içərisindən  xüsusi 

qəbuletmə həyata keçirilir, bu zaman yerli  millətlərin nü mayəndələrinə,  partiya, 

sovet  və  həmkarlar  iĢi  məktəbin i  keçmiĢ  ko mmunistlərə  və  ko msomolçu lara 

üstünlük verilir, onlar üçün əlveriĢli maddi və mənəvi Ģərait yarad ılırd ı. 

Beləliklə,  A zərbaycanda  ali  təhsil  müəssisələrinin  yenidən  təĢkilinə 

baĢlandı.  Respublikada  neftçi  kadrlara  kəskin  ehtiyac  duyulurdu.  Yeganə  ali 

texn iki  təhsil  müəssisəsi  olan  Azərbaycan  Polite xn ik  Ġnstitutu  (indiki 

Azərbaycan  Texniki  Universiteti)  1921-1929-cu  illərdə  cəmi  71  mühəndis 

hazırlamıĢdı".  Neft  sənayesinin  yüksək  inkiĢaf  sürəti  ilə  müqayisədə bu heç  də 

kifayət deyildi. Azərbaycan Xalq  Ko missarları  Soveti   1930-cu  il  iyulun   19-da 

"Azərbaycan  SSR  ali  və  ali  texn iki  məktəblərin in  yenidən  qurulması  və 

rayonlaĢdırılması  və  onların  müvafıq  təsərrüfat  orqanları  və  xalq  

ko missarlıqlarının  sərəncamına  verilməsi  haqqında"  qərar  qəbul  etdi

112


Politexnik  Ġnstitutunun  texnologiya  fakü ltəsindən  iki  müstəqil  fakü ltə  neft-

mədən  və  geologiya-kəĢfiyyat  fakü ltələri  ayrıldı.  Mühəndis-inĢaat  fakültəsi 

müstəqil ĠnĢaat Ġnstitutuna çevrildi, re lssiz yollar Ģöbəsi bazasında is ə avtomobil 

yolları  fakültəsi  təĢkil  o lundun.

113


  Polite xnik  Ġnstitutu  Neft  Ġnstitutuna  (indiki  

Azərbaycan Neft Akademiyası) çevrild i. 1929-cu ildə isə Politexn ik Ġnstitutunun 

kənd  təsərrüfatı  fakültəsi  bazas mda  Gəncədə  Kənd  Təsərrüfatı  Ġnstitutu  (indiki 

Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyası)  təĢkil  olundu.  Ġrriqasiya  və  su 

nəqliyyatı Ģöbələri bazasında Zaqafqaziya Pamb ıqçılıq Ġnstitutu yaradıldı.  

Azərbaycan  Dövlət  Universiteti  (A DU)  də  əsaslı  yenidənqurmaya 

məruz  qald ı.  ADU-nun  tərkibində  bir  neçə  müstəqil  institut  ayrıldı.  Tibb 


296 

 

fakültəsi  A zərbaycan  Tibb  Ġnstitutuna  (indiki  Azərbaycan  Dövlət  Tibb 



Universiteti),  pedaqoji  fakü ltə  isə  Azərbaycan  Pedaqoji  Ġnstitutuna  (indiki 

Azərbaycan  Dövlət  Pedaqoji  Universiteti)  çevrild i,  hüquq  fakültəsi  əsasında 

Sovet  Quruculuğu  və  Hüquq  Ġnstitutu,  iqtisad  fakültəsi  bazasında  isə 

Kooperativ-Tica rət  Ġnstitutu  təĢkil  o lundu.  1930-cu  ildə  Döv lət  Universiteti  ö z 

fəaliyyətini müvəqqəti olaraq dayandırdı.  

1930/31-c i  tədris  ilin in  əvvəllə rində  yu xarıda  qeyd  olunan  müstəqil 

institutlarla yanaĢı, Azərbaycanda pambıqçılıq,  kooperativ -ticarət, diĢ  müalicəsi, 

avtomobil nəqliyyatı  institutları təĢkil olun muĢdu, Bakıda  Sənaye Akademiyası, 

Qırmızı  Pro fessorlar  Ġnstitutu  və  Zaqafqaziya  Bədən  Tərbiyəsi  Ġnstitutunun 

filialları  fəa liyyət  göstərirdi.  Belə liklə,  1932/33-cü  tədris  ilində  respublikada  on 

min  nəfərlik  tələbənin  təhsil  aldığı  15  ali  tədris  müəssisəsi  var  id i 

114


.  Xalq  

Ko missarları  Sovetinin  qəra rı  ilə  a li  məktəb  və  te xniku mlar  idarə  və  təs ərrüfat 

orqanlarına  təhkim  edilir 

115


,  həmin  idarə  və  müəssisələrə  onların  tədris-təcrübə 

iĢinin  maddi bazasının təĢkilində bilavasitə iĢtirak etmək öhdəliyi həvalə edilird i. 

Belə ki, Azərbaycan Neft Ġnstitutu Ġttifaqneft və Azərneftin, Tibb Ġnstitutu Xalq 

Səhiyyə Ko missarlığın ın, Kənd Təsərrüfatı Ġnstitutu isə Azərbaycan Xalq Torpaq 

Ko missarlığının sərəncamına verilmiĢdi 

116


Ali  məktəblərin  və  texniku mların  ayrı-ayrı  idarələrə  və  təsərrüfat 

orqanlarına  təhkim  edilməsi  böyük  əhəmiyyətə  malik  olub  tədris  müəssisələrinin 

maddi  bazasının  möhkəmlən məsinə,  res publika  üçün  lazım  olan  müxtəlif  ixtisaslı 

kadrların məqsədyönlü hazırlan masına imkan verd i. 

Ali  texniki  məktəbləri  bitirənlərin  sayı  artmıĢdı.  Azərbaycan  Politexnik 

Ġnstitutu artıq  1932-ci  ildə  575  mütəxəssis buraxmıĢdı

117


.  Həmin  institut neft sənayesi 

üçün  mədənçi,  geoloq,  texnoloq,  maĢınqayıranlar  hazırlanmasında  xidmətlərinə  görə 

Qırmızı Əmək Bayrağı orden ilə təltif ed ild i 

118


Ali  və  orta  məktəblərə  tələbələrin  cəlb  edilməsində  Bakı,  Gəncə  və 

respublikanın  bir  sıra  rayonlarında  fəaliyyət  göstərən  fəhlə  fakültələri  mühüm  rol 

oynayırdılar. Təbiidir ki, bu, təhsil alan tələbələrin sosial bazasını möhkəmləndirmək 

imkanı  idi.  1920/21-ci  tədris  ilində  Bakı  fəhlə  fakültəsində  oxuyanlar  içərisində 

fəhlələr  41  faiz,  qulluqçular  56,5  faiz  təĢkil  edirdisə,  1929/30-cu  ildə  fəhlə  və 

muzdurlar 80 faiz, 1931/32-ci ildə isə 90 faizə bərabər idi 

119


. Ali tədris müəssisələrini 

"proletarlaĢdırmaq"  məqsədilə  istehsalatda  çalıĢan  fəhlələr  üçün  hazırlıq  kursları 

yaradılırdı.  Dövlət  tələbələrin  maddi təminatını  öz  üzərinə götürür,  1520  nəfərdən 

artıq  tələbə  dövlət  və  təsərrüfat  orqanlarının  təqaüdünü  alırdı 

120

.  Ali  məktəblərdə 



tələbə  yeməkxanaları  açılır,  yataqxanalar  tikilirdi.  Beləliklə,  artıq  1932-ci  ildə 

Azərbaycanın ali və ali texniki  mə ktəblərində tələbələrin ümumi sayının 70 faizini 

fəhlələr təĢkil edirdi 

121 




297 

 

Ali  məktəblərdə  yerli  millətin  nümayəndələrinin  -  azərbaycanlıların  



sayının  artmasına  diqqət  verilirdi.  1928/29-cu  tədris  ilində  tibb  fakültəsində  təhsil 

alan  535  tələbədən  171-i  (32  faiz)  122,  1932-ci  ildə  isə  Tibb  Ġnstitutunun  1559 

tələbəsindən 1147-si (73,6 faiz), azərbaycanlı idi 

123


. 1930/31-ci tədris ilində ali tədris 

müəssisələrinə  qəbul  edilən  2792  abituriyentdən  1567  nəfəri  (56,1  faiz) 

azərbaycanlı  idi 

124.


  Ümumiyyətlə,  bu  illərdə  bütün  ali  tədris  müəssisələrində 

azərbaycanlı  tələbələrin  faizi  27,3-dən  50,5-ə 

125

,  azərbaycanlı  tələbə  qızların  sayı 



isə 149-dan 838-ə yüksəldi. 

1930-cu  ildə  bütün  ali  və  ali  texniki  mə ktəblərdə  elmi  kadrların  

hazırlanması  və  azərbaycanlı  müəllimlərin  sayının  artırılmasına  imkan  verən 

aspirantura  təĢkil  edilməsinin  baĢlanğıcı  qoyuldu.  1930-cu  ildən  tibb,  neft 

institutlarında  və  digərlərində  tədrisin  doğma  dildə  aparıldığı  bölmələr  açıldı. 

Texniku mların yenidən qurulması həyata keçirilirdi. N.Nərimanov adına texnikumun 

bir neçə Ģöbələri nadir texniki ixtisaslar üzrə kadrlar hazırlayan müstəqil texniku mlara 

çevrildi. Gəncədə yeni texniki texnikum açıldı. Bakıda elektrik-inĢaat, sənaye, sənaye-

iqtisad,  kooperativ  və  pedaqogika  texnikumları  təĢkil  edildi 

126


.  Moskva  və  digər 

paytaxt  Ģəhərlərinin  ali  və  ali  texniki  məktəblərinə  göndərilənlərin  sayı  ildən-ilə 

artırd ı.  1929/30-cu  tədris  ilində  Azərbaycanın  göndəriĢi  ilə  RSFSR  və  digər 

respublikaların ali  və  ali  texniki  məktəblərində  249  nəfər təhsil  alırdısa,  1930/31-ci 

tədris ilində onların sayı 492 nəfər (60 faizi azərbaycanlı idi) təĢkil ed ird i 

127


Azərbaycanda 

yeni 

ziyalı 


və 

mü xtəlif 

ixtisaslı 

kadrların  

hazırlan masında, elm və mədəniyyətin inkiĢafında qabaqcıl rus alim və  ziyalılarının 

böyük  rolu  olmuĢdu.  Azərbaycan  SSR  hökuməti  Rusiya  alimlərinin  xid mətlərini 

yüksək  qiymətləndirərək,    1930-cu  ilin  iyununda  professorlar  A.O.Makovelski, 

P.D.Qulyayev və Ġ.Q.UĢinskiyə Əməkdar elm  xadimi fə xri adı verdi 

128

. 1931-ci ildə 



isə  Azərbaycan  Politexnik  (neft)  Ġnstitutunun  direktoru  A.A.NikiĢin  Qırmızı  Əmək 

Bayrağı  ordeni  ilə  təltif  edildi.  Professor  S.Romanova  əmək  qəhrəmanı  fəxri  adı 

verildi.  Professorlar  K.Pokrovski,  Z.ĠlyaĢeviç,  Ġ.Yesman,  P.Kuznetsov  və  baĢqaları 

fəxri fərmanlarla təltif edildilər. Bu alimlərin Azərbaycanda səmərəli fəaliyyəti ali və ali 

texniki  məktəblər  Ģəbəkəsinin  geniĢlənməsini,  azərbaycanlı  və  digər  millətlərin  

nümayəndələrindən  ibarət  kadrların  hazırlan masını  təmin  etdi.  Artıq  1932-ci  ilin  

sonunda  xalq  təsərrüfatının  müxtəlif  sahələrində  50  min  nəfərədək  ali  təhsilli 

mütəxəssis  çalıĢırdı

129

.  Onların  içərisində  respublikadan  kənarda  təhsil  almıĢ 



mütəxəssislər aparıcı rol oynayırd ılar. 

1933-1937-ci  illərdə  mütəxəssislər hazırlanması problemi həm a li və orta 

məktəblərin təĢkilat-təsərrüfat cəhətdən möhkəmləndirilməsi, həm də bütün tədris -

tərbiyə  iĢinin  daha  da  təkmilləĢdirilməsi  ilə  paralel  həyata  keçirilirdi.  Bu  illərdə 

partiya  və  hökumət  ali  məktəblərdə  bütün  tədris  prosesinin,  mütəxəssis  kadrlar 

hazırlan ması  məsələlərinin  onlara  lazım  olan  məcraya  yönəldilməsinə  daha  ciddi 



298 

 

nəzarət  edird i.  SSRĠ  MĠK-in  1932-ci  il  sentyabrın  19-da  qəbul  etdiyi  "Ali 



məktəbdə  rejim  və  tədris  proqramları  haqqında"  qərarı  buna  əyani  sübutdur

130. 


Qərarda  nəzəri  kursun  öyrənilməsinin  tələbələrin  istehsalat  təcrübəsi  ilə  sıx 

əlaqələndirilməsi,  yüksək  ixtisaslı  mütəxəssis  kadrlar  hazırlamaq  məqsədilə  ali 

məktəblərin  hazırlıqlı  abituriyentlərlə  komplektləĢdirilməsi,  təhsilin  keyfiyyətinin 

yüksəldilməsi  zəruriliy i qeyd olunmuĢdu. 1933-cü ilin fevralında Bakıda ilk dəfə 

olaraq  Azərbaycan  proletar  tələbələrinin  ittifaqlararası  konfransı  keçirildi

131.


 

Konfransda  SSRĠ  MĠK-in  yuxarıda  qeyd  olunan  qərarının  yerinə  yetirilməsinin 

nəticələri  müzakirə  olundu.  Ali  məktəblərin  fəaliyyəti  mərkəzin  daimi  "sayıq 

partiya  nəzarəti"  altında  saxlanırd ı.  ÜĠK(b )P  Zaqafqaziya  Ölkə  Ko mitəsinin, 

AK(b)P  M K  və  Azərbaycan  SSR  Xalq  Ko missarları  Sovetinin  iclaslarında  

Ġnstitutlarda  partiya  qorarların ın    həyata  keçirilməsi  müzakirə  edilir  və  "baĢ 

xətdən  kənara  çıxma  hallarına  qarĢı  "normal  iĢ"  Ģəraiti  yaratmaq  üçün  konkret 

göstəriĢlər  verilirdi.  1933-cü  ilin  dekabrında  AK(b)P  Ali  Pedaqoji  Ġnstitutun 

vəziyyəti  haqqında  məsələyə  baxaraq,  onun  rəhbər  iĢçilərinin  tərkib ini 

möhkəmlət məyi qərara aldı

132.

 Azərbaycanda ali tədris müəssisələrinin bütün tədris-



tərbiyə  və  təĢkilati-metodik  fəaliyyətinin  yenidən  qurulmasına  baĢlandı.  Hər 

Ģeydən  əvvəl,  ali  məktəblərin  təĢkilati  strukturu  qaydaya  salındı,  oxĢar  ixtisaslı 

kadrların hazırlanması ilə məĢğul olan institutların  sayı  ixtisar  edildi.  1933-cü  ildə 

plan-iqtisad,  maliyyə-iqtisad,  sovet  quruculuğu  və  hüquq,  sosialist  uçotu 

institutları  birləĢdirilərək  vahid  K.Marks  adına  Sosial-iqtisad  Ġnstitutuna  (indiki 

Azərbaycan Dövlət Ġqtisad Universiteti) çevrildi. 

Kənd  təsərrüfatı sahələrini  əhatə edən  ali  məktəblərdə  ciddi  yenidənqurma 

aparıldı.  1933-cü  ildə  Gəncədə  pambıqçılıq,  mühəndis-meliorasiya  və  baytarlıq-

zootexnik  institutlarının  bazasında  pambıqçılıq,  taxılçılıq,  bağçılıq-bostançılıq, 

üzü mçülük  və  digər  fakültələri  olan  vahid Azərbaycan  Kənd  Təsərrüfatı  Ġnstitutu 

təĢkil edildi 

133


. ÜĠK(b)P MK-nın kommunist universitetləri 1932-ci ill sentyabrından 

ali  ko mmunist  kənd  təsərrüfatı  məktəblərinə  çevrildilər.  Həmin  ildə  Azərbaycan 

kommunist ali məktəbi Azərbaycan Ali Kommunist Kənd Təsərrüfatı Məktəbi kimi 

fəaliyyətə  baĢladı.  O,  "siyasi  cəhətdən  savadlı  sosialist  kənd  təsərrüfatı 

komandirləri‖  -  Azərbaycanı  SSRĠ-nin  Ġkinci  pamb ıqçılıq  bazasına  çevirmək 

uğrunda mübarizlər yetiĢdirməli idi. 

ÜĠK(b)P-nin  hələ  1931-ci  ilin  aprelində  qəbul  etdiyi  "Universitetlərin 

məqsədli təsis edilməsi haqqında" və 1932-ci il 19 sentyabr  tarixli qərarları əsasında 

Ġkinci  beĢillik  dövründə  universitet  təhsilinin  dirçəldilməsinə,  ölkənin  bir  çox 

Ģəhərlərində yenidən universitetlərin  açılmasına  baĢlandı.  1934-cü  il  noyabrın  4-də 

tərkibində  fizika-riyaziyyat,  kimya,  biologiya  və  tarix  fakültələri  olan  Azərbaycan 

Dövlət Universiteti bərpa edildi

134

. 1935-ci ildən isə Universitetdə coğrafıya, filologiya 



299 

 

və digər fakültələr fəaliyyətə baĢladı. 1934-cü ildə Un iversitetə qəbul olunmuĢ 218 



nəfərdən 127-si azərbaycanlı idi 

135.


 

Xalq  təsərrüfatının  tələblərinə  uyğunlaĢdırmaq  məqsədilə  ali  tədris 

müəssisələrinin  ixtisas  profilinə  yenidən  baxıldı.  Elm  və  texnikanın  ən  yeni 

nailiyyətlərini nəzərə almaqla ali tədris müəssisələrinin  yeni  plan  və  proqramları 

hazırlandı. 

Azərbaycanda  ali  və orta təhsilin  ən  ciddi  problemlərindən  biri  mühü m 

fənlər ü zrə A zərbaycan dilində dərslik və dərs vəsaitlərinin olmaması idi. Ali və 

orta  məktəblərin  "proletarlaĢdırılmasının"  güclənməsi  ilə  əlaqədar  Azərbaycan 

dilində  dərslik  və  dərs  vəsaitlərinin  yaradılması  xüsusi  əhəmiyyət  kəsb  edirdi. 

Bu,  ilk  dövrdə  yeni  siyasi  quruluĢa  uyğun  olub  özünü  doğrultsa  da,  tələbələrin 

tərkibin in  sinfi  mövqeyindən  müəyyən  edilməsi  tədrisin  demo kratik 

prinsiplərinin  pozulması  demək  idi  və  kadr  hazırlığının  keyfiyyətinə  mənfı  təsir 

göstərirdi.  1936-cı  ildə qəbul edilmiĢ yeni konstitusiyaya uyğun olaraq, vəziyyət 

dəyiĢilməyə baĢladı. Konstitusiyada "sosializmin qələbəsi" nəticəsində cəmiyyətin 

sosial  strukturunda  köklü  dəyiĢikliklərin  baĢ  verdiyinin  göstərilməsin i  n əzərə  

alaraq, SSRĠ XKS və MĠK-in 1935-ci il 29 dekabr tarixli "Ali tədris müəssisələrinə 

qəbul  haqqında"  qərarında  tələbələrin  sosial  mənĢəyi  ilə  bağlı  əvvəllər  qoyulmuĢ 

məhdudiyyətlər ləğv edildi.

136 

Təbiidir ki, ali və orta ixtisas tədris müəssisələrinin  



ko mplektləĢdirilməsinin  sosial  bazası  geniĢləndi,  respublika  əhalisinin  bütün 

təbəqələrindən olan azərbaycanlı abituriyentlərin ali  məktəblərə qəbulu xeyli artdı. 

SSRĠ-də  artıq  "sosialist  cəmiyyətinin"  bünövrəsinin  qurulması  haqqında 

danıĢılırdı,  respublika  özünün  20  illiyini  qeyd  edirdi,  buna  baxmayaraq,  ali 

məktəblər  üçün  Azərbaycan  dilində stabil  dərsliklərin  yaradılması  məsələsi  hələ 

də  həll  olunmamıĢ  qalırd ı.  Hətta  Azərbaycan  K(b)P-nin  XIV  qurultayı  (1938-ci 

ilin  iyunu)  "bir  çox  əsas  fənlər,  xüsusilə  tarix  və  ədəbiyyat  üzrə  dərsliklərin 

yoxluğunu" bir daha qeyd etmiĢdi

137.

 

Tələbələrin yaĢ tərkibində dəyiĢikliklər və ali  məktəblər gənclərin böyük 



axını  ilə  əlaqədar  onların  tərbiyəsi  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Partiya  yeni 

nəsildə "marksist-leninçi dünyagörüĢünün" formalaĢmasını tərbiyə iĢinin əsas istiqaməti 

elan etmiĢdi.  Gənclərin tərbiyəsi iĢinin gücləndirilməsi  zəruriyyəti, həmçinin 30-cu 

illərin  Ġkinci  yarısında  beynəlxalq  alə mdə  ideoloji  mübarizənin  güclənməsi  yeni 

dünya müharibəsi təhlükəsi ilə də bağlı idi. 

Tələbə  gənclər  içərisində  tərbiyə  iĢinin  ali  tədris  müəssisələrində aparıcı 

qüvvəsi - partiya, komsomol və həmkarlar təĢkilatlarında yeni struktur dəyiĢiklikləri 

edilərək  onlar  üçün azad edilmiĢ,  yəni  müstəqil  səlahiyyət və  məsuliyyət daĢıyan 

katib  vəzifəsi  müəyyən  edildi.  Həmin  katiblər  partiya  direktivlərinin  tələbələrin 

bütün ictimai-yaradıcı fəaliyyətində əsas meyar olmasına cavabdeh idilər

138



300 

 

Azərbaycanda,  bütün  müttəfiq  respublikalarda  olduğu  kimi,  Böyük  Vətən 



müharibəsinədək ali tədris müəssisələrinin bütün tədris -tərbiyə və təĢkilati-metodik 

fəaliyyətinin yenidən qurulması fasiləsiz davam etdirilmiĢdi. Ali məktəblərin təĢkilati 

strukturu qaydaya salınmıĢ, bir sıra institutlar ixtisar edilmiĢ, yeni fakültələr açılmıĢ, 

ixtisasların profilinə yenidən baxılmıĢdı. 1940/41-ci tədris ilində Azərbaycanda 14,6 

min  tələbənin,  o  cümlədən  4887  qadının  təhsil  aldığı  16  ali  məktəb  və  17,4  min 

Ģagirdin oxuduğu 91 orta ixtisas tədris müəssisəsi fəaliyyət göstərirdi 

139



Respublikada  1940/41-ci  tədris  ilində  təhsil  alan  14602  tələbədən  10581 



nəfəri dövlət təqaüdü alırdı 

140


. Onların bir çoxu sonralar tanınmıĢ təsərrüfat rəhbərləri 

və  görkəmli  elm  xadimləri  oldular.  Azərbaycan  Neft  Ġnstitutunun  məzunu 

N.Baybakov neft sənayesi xalq ko missarının müavini təyin edildi (sonralar isə SSRĠ 

Dövlət  Plan  Komitəsinin sədri  oldu).  Fəhlə  fakültəsini  bitirmiĢ,  Azərbaycan  Neft 

Ġnstitutunun  məzunu  Murtuza  Nağıyev  akademik  oldu.  Universitetin  tarix 

fakültəsinin məzunu E.A.Tokarjevski neftçi fəhləlikdən professorluğa, əməkdar elm 

xadiminədək  maraqlı  həyat  yolu  keçdi.  Bu  illərdə  ali  məktəbləri  bitirənlər 

içərisində Tahirə Tahirova, Züleyxa Seyidməmmədova, Ə.Lənbəranski, A.Adıgözəlov, 

Ġ.Seyidov və b. kimi sonradan məĢhurlaĢmıĢ Ģəxslər var idi.  

Faktiki olaraq bütün elm sahələri, ələlxüsus ictimai və humanitar  fənlərdə 

Azərbaycan  tarixi  və  ədəbiyyatı  "stalinizm"  ruhunda  mənimsənilir,  bütün 

ixtisaslarda  rus dilinə  üstünlük  vermək  əsas  götürülürdü. Ali  mə ktəblərin  iĢi  üzrə  

Ümu mittifaq  Ko mitəsinin  1938-ci  il  31  may  tarixli  əmrinə  əsasən  rus dili  hər  bir 

müttəfiq  respublikanın  bütün  ali  məktəblərində  1938/39-cu  dərs  ilindən  məcburi 

fənn kimi tədris planlarına daxil ed ild i 

141


Bu illərdə sosial-iqtisadi fən lərin tədrisinə diqqət daha da gücləndirild i. 

ÜĠK(b)P  MK-n ın  qərarı  əsasında  (1938-ci  il)  tələbə  gənclər  və  ziyalıların 

"marksist-leninçi"  ruhda  tərbiyə  edilməsi  partiya  təbliğatının  birinci  dərəcə li 

vəzifələrindən  biri  o laraq  müəyyən  edilmiĢdi.  A li  məktəblərdə  " marksizm-

leninizmin əsasları" kafedrası yaradıldı. Partiyanın ictimai fənlərin öyrənilməsində 

əsas  məqsədi  "marksizm-lenin izm  təlimi",  "bolĢevizmin"  Ģəriət  kitabı  olan 

"ÜĠK(b)  P  tarixin in  qısa  kursu"  ruhunda  tərbiyə  olunmuĢ,  "ideyaca"  partiyaya 

sədaqətli  mütəxəssislərin  yetiĢdirilməsini  həyata  keçirmək  idi.  1938-ci  ilin 

noyabrında  Azərbaycan  KP  MK-da  fə lsəfə,  siyasi  iqtisad,  ÜĠK(b)P  tarixi 

müəllimləri  və  ali  məktəb  elmi  iĢçilərinin  müĢavirəsi    keçirildi.  Tədbirin  

məqsədi    tələbələrin  ideya-siyasi  tərbiyəsi  məsələlərini  həyata  keçirmək  üçün 

vasitə və üsulları müəyyənləĢdirmək idi. 

Ġkinci  beĢillik  və  üçüncü beĢilliyin  ilk  illərində  ali  və  orta  ixtisas  təhsili 

müəssisələrində 40 minə yaxın mütəxəssis hazırlanmıĢdı 

142


. 1941-ci  ilin yanvarında 

Azərbaycanda  47,8  min  nəfər  ali  və  orta  ixtisas  təhsilli  mütəxəssis  var  idi.  Ali 

təhsilli  mütəxəssislər  içərisində  azərbaycanlılar  8000  nəfər  və  ya  39,6  faiz  təĢkil 


301 

 

edirdi.  Mütəxəssislərin  tərkibində  müəllim  və  mühəndis  kadrlar  üstünlük  təĢkil 



edirdilər  (14,5  min  nəfər).  27,7  min  nəfər  orta  təhsilli  mütəxəssis  içərisind ə 

müəllimlər  və  mədəni-maarif  müəssisələri  iĢçilərinin  sayı  14,3  min  nəfər,  habelə 

tibb iĢçiləri və texniklər 10,3 min nəfər idi

143


Bu  illərdə  ali  və  orta  ixtisas  təhsilinin  inkiĢafı  sahəsində  görü lən  iĢlər 

müharibədən  sonrakı  dövrdə  yüksəkixtisas lı  yeni  ziyalı  kadrların  daha  intensiv 

surətdə hazırlan ması üçün əsas yaratdı. 



Elm.  Elmi  mərkəzlərin  yaranması.  Azərbaycan  xalq  təsərrüfatının 

yenidən qurulması vəzifə ləri respublikada elmi-tədqiqat idarələri və fabrik-zavod 

laboratoriyaları  Ģəbəkəsi  yaradılmasını,  elmi  iĢin  sənaye  və  kənd  təsərrüfatı 

tələblərini  ödəməyə yönəldilməsini  tələb  edirdi.  Sürətlə  inkiĢaf  edən  neft və  neft-

kimya  sənayesində  elmə  böyük  tələbat  var  idi.  1927-ci  ilin  mayında  Bakıda 

özündə  Azərneftin  mərkə zi  kimya,  geokimya  laboratoriyaların ı  neft  geologiyası, 

neft  texnologiyası,  energetika,  petroqrafiya,  habelə  sınaq  stansiyası  Ģöbələrini 

birləĢdirən  Azərbaycan  Elmi-Tədqiqat  Neft  Ġnstitutu,  1929-cu  ildə  isə  onun 

bazasında elmi-tədqiqat neft çıxarılması və elmi-tədqiqat neft emalı və neft kimyası 

institutları yaradıldı 

144



Amerikadan  idxal  edilən benzol  koksuna  (daĢ  kömür  və ya torfdan  alınan 



yanacaq)  o  zaman  kəskin  ehtiyac  olduğunu  nəzərə  alaraq,  Azərbaycanın  kimyaçı 

alimləri  onun  Bakı  neft  emalı  tullantılarından  alınması  metodunu  kəĢf  etdilər. 

Azərbaycan  alimləri  mədən  sularından  yod  alınması  metodunu  hazırladılar  və 

onların  zəmanəti  ilə  AbĢeronda  Böyük  ġor  gölü  yaxınlığında  təcrübə  yod  zavodu 

tikild i. 

Azərbaycan alimləri neft axtarıĢı üçün yeni metodlar təklif etdilər. 1929-cu  

ildən  elektrokəĢfiyyat,  geofıziki  kəĢfiyyat  metodlarının  tətbiqinə  baĢlandı.  Neft 

mədənlərində Azərbaycan Politexnik Ġnstitutunun professoru Ġ.M.Skvortsovun ixtira 

etdiyi  avtomat  qazımada  müvəffəqiyyətlə  tətbiq  olundu.  Azərbaycan  elminin  

uğurları  Ümu mittifaq  Akademiyasının  diqqətini  cəlb  etdi.  1929-cu  ilin  yazında 

akademik A.E.Fersmanın baĢçılığı altında SSRĠ Elmlər Akademiyasının komissiyası 

Bakıya  gəldi  və  elmi-tədqiqat  iĢinin  qoyuluĢu  ilə  tanıĢ  oldu.  Ondan  sonra  akademik 

"Bakılılardan  öyrənin"  məqaləsində  öz  elmi  tədqiqatlarını  neft  sənayesi 

mütəxəssisləri  və  SSRĠ  EA-nın  müvafiq  idarələri  ilə  sıx  əlaqədə  həyata  keçirən 

Azərbaycan alimlərinin tədqiqat iĢlərini müsbət qiymətləndirdi 

145


1929-cu  ildə  Azə rbaycanda  Ümu mittifaq  Elmi-Tədqiqat  Geoloji-

KəĢfiyyat  Ġnstitutu  (ÜĠETGKĠ)  yaradıldı,  Zaqafqaziya  geoloji  tresti  fəaliyyətə 

baĢladı.  Həmin  ildə  Ümu mittifaq  Tətbiqi  Mineralogiya  Ġnstitutunun  Azərbaycan 

Ģöbəsi  açıldı.  1931-ci  ildə  bu  institut  Ümumittifaq  Tikinti  Materialları  Ġnstitutunun 

Azərbaycan Ģöbəsinə (Azərb. ÜĠTMĠ) çevrild i 

146



302 

 

1930-cu  ildə  Gəncədə  Zaqafqaziya  geoloji  trestinin  Ģöbəsi  açıldı. 



Azərbaycanın  yeraltı  mədənlərinin  öyrənilməsi  geniĢləndi,  DaĢ kəsənin  geoloji 

xəritəsi tərtib edildi, Zəylik alunit mədənlərinin kəĢ fiyyatına baĢlandı. 

Ġttifaqın  bütün  neft  sənayesi  üçün  Azərbaycan  Elmi-Tədqiqat  neft 

MaĢınqayırma Ġnstitutunun fəaliyyəti mühüm əhəmiyyət kəsb edirdi. Respublikanın 

enerji ehtiyatlarını öyrənmək  məqsədilə Ümu mittifaq Elmi-Tədqiqat Energetika və 

ElektrikləĢdirmə  Ġnstitutunun  Azərbaycan  bürosu  və  Mərkəzi  Külək  Enerjisi 

Ġnstitutunun 

Azərbaycan  Ģöbəsi  yaradıldı

147



1932-ci 



ildə  Azərbaycan 

Hidrometeorologiya  Komitəsi  hidro meteoroloji  xid mət  id arəsinə  çevrildi.  Bu  

dövrdə respublikada 113 meteoroloji stansiya var idi. 

Azərbaycan üçün biologiya elmlə rin in in kiĢafı  xüsusi əhəmiyyətə malik 

idi. 

Azərbaycan  botanikləri  zəngin  floranın  fıziologiya,  biologiya  və 



fitopatologiyasının,  respublika  üçün  spes ifık  olan  bitki  aləminin  genetika  və 

seleksiyasını geniĢ öyrənməyə baĢladılar, qəzalarda çoxsaylı ekspedisiyalar iĢlədi. 

Onların nəticələri "TalıĢın florası" əsərində çap olundu. 1928-ci ildə isə dördcildlik 

"Qafqazın  florası"  və  Azərbaycan  dilində  floraya  aid  üçcildliyin  nəĢrinə 

baĢlandı

148


 . 

Azərbaycan  kənd  təsərrüfatı  istehsalının  əsas  sahəsi  olan  pambıqçılıqda 

bir  sıra  ciddi  elmi  problemlərin  tədqiqatına  baĢlanmıĢdı.  1927-ci  ildə  Gəncədə 

yaradılan  Azərbaycan  Elmi-Tədqiqat  Pambıqçıhq  Ġnstitutu  azməhsuldar  sortların 

əvəzinə yenilərinin yaradılmasında ilk nailiyyət əldə etdi. 

Ġctimai  elmlər  sahəsində  elmi  tədqiqatların  mərkəzi  yenə  də 

"Azərbaycanı Öyrən mə və Tətəbbö Cəmiyyəti" idi. O ö z iĢini Azərbaycan Dövlət 

Universitetinin  müvafıq  fakültələri,  respublika  Arxeologiya  komitəsi  və 

Azərbaycan  Dövlət  muzeyi  ilə  sıx  əlaqədə  aparırdı.  SSRĠ  Elmlər  Akademiyası 

Azərbaycanda elmin inkiĢafına əməli  kö mək  göstərird i.   Görkəmli  rus  alimləri 

V.V.Bartold,  N.Y.Marr,  Ġ.Ġ.MeĢĢaninov,  A.N.Samoyloviç  və  b.  Bilavasitə  fəal 

iĢtirakı  ilə  elmi  ekspedisiyalar  keçirilird i.    1926-1927-ci  illərdə  Ġ.MeĢĢaninovun  

rəhbərliy i    altında  Naxçıvan    MSSR  və    Dağ lıq  Qarabağda  təĢkil  edilən 

ekspedisiyalarda tunc və ilk dəmir dövrünə aid  arxeolo ji  mədəniyyət  aĢkar  edildi. 

Azərbaycan 

arxeoloqları 

Ġ.M.Cəfərzadə, 

Ə.K.Ələkbərov 

və 

b. 


bu 

ekspedisiyalarda  formalaĢdılar.  Arxeoloqlar  S.M.Qaziyev  və  D.ġərifov  qədim 

Qəbələ  ġəhərinin  xarabalıqları ərazisində Nic  kəndi yaxınlığında  Yaloylu təpədə, 

Gəncə  yaxınlığında  Çovdar  kəndində  arxeoloji  axtarıĢlar  aparırd ılar.  Həmin  

illərdə  siklop  tikililərini  öyrənmək  məqsədilə  Mil  düzünə  və  Kiçik  Qafqazın  

Dəstəfur rayonuna kompleks ekspedisiya təĢkil edildi. 1929-cu  ildə A zərbaycan 

Dövlət  Elmi-Tədqiqai  Ġnstitutu (Az. DETĠ) yaradıldı

149


. "Azərbaycan SSR-in ali 

elmi  idarəsi"  kimi  bu  institut  Azərbaycan  Mərkəzi  Ġc raiyyə  Ko mitəsi  nəzd ində 

idi.  Az.  DETĠ  respublikada,  mövcud  olan  bütün  elmi  idarə  və  təĢkilatların  


303 

 

fəaliyyətini b irləĢdirdi. Onun Azərbaycan MĠK tərəfindən təsdiq edilmiĢ 53 nəfər 



həqiqi  üzvü  içərisində  akademiklər  V.V.Barto ld,  N.Y.Marr,  Ġ.M .Qubkin, 

N.N.Marr,  Ġ.Ġ.MeĢĢaninov,  M.N.Pokrovski,  A.N.Samoy loviç,  professorlar 

Ġ.Q.Yes man, 

A.O.Makovelski, 

X.Məlik-Aslanov, 

V.P.Smirnov-Loginov, 

V.Xuluflu,  B.Çobanzadə  var  idi.  A z.  DETĠ-yə  vaxtilə  tanın mıĢ  ictimai-siyasi 

xadimlər  S.M.Əfəndiyev,  H.Cəbiyev  və  R.A xundov  rəhbərlik  etmiĢlər.  1930-cu  

ildə  A z.  DETĠ  respublikan ın  məhsuldar  qüvvələrinin  öyrənilməsinə  dair  alt mıĢ 

məruzə mü zakirə etmiĢ, Ümu mazərbaycan konfransı keçirmiĢdi. 

Az.  DETĠ-n in  tərkib ində  iqtisadiyyat,  sovet  quruculuğu,  fəlsəfə,  tarix, 

coğrafiya,  dil,  ədəbiyyat  və  incəsənət,  sovet  və  xarici  ġərq  Ģöbələri  fəaliyyət 

göstərirdi.  Onun  nəzdində  V.Xu luflunun  rəhbərliyi  altında  Terminologiya 

Ko mitəsi  yaradılmıĢdı.  "Azərbaycan  Elmi-Tədqiqat  Ġnstitutunun  Xəbərləri", 

"Azərbaycanı  öyrənmə  yolu",  "Yaxın  ġərq"  adlı  jurnalları  nəĢr  olunurdu. 

Ġnstitutda aspiranturaya qəbul olan 83 nəfərdən 53 nəfəri azərbaycanlı id i

150



1932-c i  il  noyabrın  25-də  ZSFSR  Xa lq  Ko missarları  Soveti  SSRĠ  EA  



QafqazĢünaslıq  Elmi-Tədqiqat  Ġnstitutunun  bazasında  təbiət  və  ictimai  elmlər 

Ģöbələri  olan  Ümu mittifaq  Akademiyasının  Zaqafqaziya  filialının  təsis  edilməsi 

haqqında qərar qəbul etdi.  Eyni zamanda həmin  ildə Azərbaycan MĠK-in qərarı 

ilə A zərbaycan DETĠ-nin bazasında SSRĠ  EA Zaqafqaziya filialın ın Azərbaycan 

Ģöbəsi  (EAZFAġ)  təĢkil  edildi

152


,  elmi  tədqiqatların  miqyas  və  perspektivləri 

xeyli  geniĢləndi.  Azərbaycan  Ģöbəsinin  iĢinə  yenə  də  görkəmli  elm  xadimləri  - 

akademiklər  Ġ.M .Qubkin,  F.Y.Xevinson-Lessinq,  Ġ.Ġ.MeĢĢaninov;  N.N.Marr, 

SSRĠ  EA-n ın  mü xbir  üzv ləri  A.A.Qrossheym,  K.A.Krasusski  cəlb  edilmiĢdilər, 

onlarla  yanaĢı  professorlar  M.V.Abramoviç,  D.V.Qo lubyatnikov,  Aslan 

Vəzirzadə,  A.N.Derjavin,  Ġ.Q.Yes man,  V.S.Yeliatyevski,  A.O.Makovelski,  Vəli 

Xuluflu,  Y.B.Lopu xin,  V.P.Smirnov-Loginov, Bəkir Çobanzadə, Ġ.V.Fiqurovski, 

dosentlər  M.Əfəndi,  Y.A.Pa xo mov,  Ə.Ələkbərov,  Ġ.Cəfə rzadə  və  S.Qa ziyev 

fəaliyyət göstərirdilər. ġöbəyə R.A xundov rəhbərlik edirdi. 

EA  ZFAġ  respublikanın  məhsuldar  qüvvələrin in  öyrənilməsi,  təbiət, 

texn ika və ictimai elmlərin mühü m problemlərinə dair elmi tədqiqatlar sahəsində 

xeyli  iĢ  gördü.  1935-ci  ilin  oktyabrında  EA  ZFAġ-ın  bazasında  SSRĠ  EA-nın  

Azərbaycan  filialı  (EA  AF)  təĢkil  edildi 

153


.  Onun  tərkibində  geologiya,  fizika, 

energetika,  torpaqĢünaslıq  bölmələ ri,  kimya,  botanika ,  zoologiya,  tarix, 

etnoqrafiya  və  arxeologiya,  dil  və  ədəbiyyat  ins titutları  var  idi.  SSRĠ  EA  

Azərbaycan  filialının   Elmi  ġurası  66  nəfər  tərkibdə  təsdiq  edilmiĢdi

154



Akademiklər  Ġ.M.Qub kin,  V.P.Volq in,  V.L.Ko marov,  D.N.PryaniĢnikov, 



Ġ.Y.Kraçkovski,  Ġ.A.Orbeli,  Ġ.M.MeĢĢaninov,  A.N.Samoyloviç,  Q.Ġ.Qraftio, 

N.Ġ.Vav ilov,  N.D.Zelinski,  mü xb ir  üzv  Y.Y.Bertels  onun üzvləri  idi.  EA  AF-ın  

sədri  akademik  Ġ.M.Qub kin  id i.  Bu  illər  xalq  təsərrüfatı  vəzifələrinin  həllinə 


304 

 

alimlərin  fəal  cəlb  edilməsilə  səciyyəvidir.  1934-cü  ildən  elmi  idarələrin  



strukturunda  ikinci  beĢillik  plan  ü zrə  d ire ktivlə rlə   əlaqədar  müəyyən 

dəyiĢikliklər  baĢ  verdi,  əsas  iqtisadi  rayonlarda  sahə  sənaye  elmi  idarələrinin  

təĢkilinə  baĢlandı

155


.  1930-cu  ildə  Ba kıda  təĢkil  ed ilmiĢ  Azə rbaycan  Elmi-

Tədqiqat  Ġnstitutu  (əvvəllər  neft  çıxarılması  üzrə  A zərbaycan  Dövlət  Elmi-

Tədqiqat  Ġnstitutu)  neftli-qazlı  sahələrin  elmi  cəhətdən  əsaslandırılmıĢ  Ģəkildə 

iĢlən məsi,  kəĢfıyyat  qazıması  və  istismar  texnologiyası  problemləri  ilə  məĢğul 

olurdu. 

EA  ZFAġ,  sonra  isə  EA  AF-ın  neftçi  alimləri  neftin  tərkib i  və  onun 

yeraltı  qatlarda  yerləĢ məsi  Ģəraiti  barədə  məsələnin  öyrənilməsi  məqsədilə 

tədqiqatlar aparır, palçıq vulkanları və onlarla bağlı neftli və qazlı yeraltı yataqlar 

problemi  ilə  məĢğul olur,  mü xtəlif  laylardakı suların  kimyəv i tərkib ini  müəyyən 

etmək  metodikasını  iĢləyib  hazırlayırd ılar.  Bu   tədqiqatların  nəticələri 

respublikanın  neft  sənayesində  tətbiq  olunur,  yataqların  səmərə li  iĢlən məsində 

mühü m rol oynayırdı

156



Bu  dövrdə  istedadlı  gənc  mütəxəssis  və  alimlər  N.K.Baybakov, 



S.A.Vəzirov, 

S.A.Orucov,  A.A.Yakubov,  A.K.Əliyev, 

ġ.Ə.Əzizbəyov, 

M.A.QaĢqay,  A.F.Sultanov,  Q.X.Əfəndiyev,  Ə.S.Əlizadə,  S.M.Qu liyev, 

K.N.Qulu zadə nəsli fəaliyyətə baĢlamıĢdı. 

Azərbaycanda  kimya  və  neft-kimya  sənayesinin  elmi  problemləri  ilə 

EAAF-ın  SSRĠ  EA  mü xb ir  ü zvü  K.A.Krasusskinin  rəhbərlik  etdiy i  Kimya  

Ġnstitutu məĢğul olurdu. 

Azərbaycan  Elmi-Tədqiqat  Kimya  və  Neft  Texnologiyası  Ġnstitutu  neftin 

yerli  krekinq  üsulu  ilə  iĢlənməsi,  "Amerika  üsulu  ilə  müqayisədə  asanlaĢdırılmıĢ" 

mülki  aparatların  yaradılması  və  qiymətli  antipartlayıcı  krekinq-benzinin  alınması 

məsələləri ilə məĢğul olurdu

157

. Professor Y.L.Lopuxinin rəhbərlik etdiyi EAAF-ın fizika 



bölməsində  neft  məhsullarının,  dağ  süxurlarının  fiziki  xassələrinin  neft  laylarının 

fizikasının tədqiqinə, metalların molekulyar fizikası sahəsinə aid geniĢ iĢlər aparılırdı. 

X.Ġ.Əmirxanovun naqillərin, əsasən yarımkeçiricilərin istilik və elektrik  xassələrinin 

tədqiqinə  dair  araĢdırmalarının  nəticələri  kəĢf  xarakteri  daĢıyırdı

158

.  EAAF-ın 



energetika  bölməsi  respublikanın  enerji  mənbələrinin  aĢkara  çıxarılması,  onlardan 

düzgün istifadə edilməsi, neft sənayesi energetikası məsələlərini tədqiq edirdi. 

Biologiya  elmləri  problemlərinin  tədqiqatı  EAAF-ın  üç  müəssisəsində  - 

Botanika  Ġnstitutu,  Zoologiya  Ġnstitutu  və  TorpaqĢünaslıq  Bölməsində  aparılırdı. 

Botanika Ġnstitutunda Azərbaycan florasının - bitki örtüyünün öyrənilməsinə, faydalı 

bitkilərin  aĢkara  çıxarılmasına,  bitkilərin  fiziologiyası  və  biologiyasına  dair  iĢlər 

aparılırdı.  1934-cü  ildə  Bakı  Ģəhərinin  Badamdar  yaylasında  240  hektar  sahədə 

müstəqil  elmi  idarə  hüququnda  Botanika  Bağının  tikintisinə  baĢlandı

159

.  Zoologiya 



Ġnstitutu faunanın inventarizasiyası və onun mühafizəsi tədbirlərini iĢləyib hazırlamaqla 

305 

 

məĢğul olurdu. EAAF-ın TorpaqĢünaslıq bölməsinin alimləri çay, sitrus, tütün bitkiləri 



üçün yararlı  rütubətli  subtropik  torpaqların,  respublikanın pambıqçılıq  rayonlarının 

torpaqlarının 

meliorasiyası 

və 


mənimsənilməsi 

problemlərin i 

iĢləyib  

hazırlay ırdılar. 

1937-ci  ilin  aprelində  EAAF-ın  Coğrafıya  Bölməsi  yaradıldı.  Bu  bölmə 

fizika  və  iqtisadi  coğrafiyaya  dair  tədqiqatlar  aparmıĢ,  fiziki  və  iqtisadi  xəritələr 

tərtib  etmiĢ,  Azərbaycan  SSR-in  coğrafıya  atlasını  və  coğrafiya  lüğətini 

hazırlamıĢdı. Fizio logiya elmi  inkiĢaf edird i.  1935-ci  ildə  Azərbaycanın  fızioloq  

alimləri fizioloqların XV Beynəlxalq konqresinin iĢində iĢtirak etmiĢdilər. 

Azərbaycan  Tibb  Ġnstitutunda  və  digər  xüsusi  tibbi  elmi-tədqiqat 

idarələrində  elmi  iĢin  inkiĢafı  və  yüksəliĢi  ilə  eyni  vaxtda  təbabətlə  bağlı  mü xtəlif 

elmi  cəmiyyətlər  -  cərrahlar,  terapevtlər,  patoloqlar  və  b.  cəmiyyətləri  meydana 

çıxırdı.  Tropik  xəstəlikləri  öyrənən  institutlar  -  Elmi-Tədqiqat  Klinika  Ġnstitutu, 

Fiziki Müalicə Metodları və Kurortologiya Elmi-Tədqiqat Ġnstitutu yaradıldı. 

Azərbaycanda ictimai-siyasi və humanitar elmlər o dövrdə hakim ―proletariat 

diktaturası",  "dünya  inqilabı"  konsepsiyasına,  xüsusilə  Beriya,  Bağırov  və  onların 

həmfikirlərinin  cəhdləri  ilə  Zaqafqaziya  regionunda  Stalinin  Ģəxsiyyətinə  pərəstiĢin 

dərin kök salması tələblərinə uyğun "ideologiyalaĢdırma", "siyasiləĢdirmə" ilə məĢğul 

olaraq, özünün ziddiyyətli, məĢəqqətli günlərini keçirirdi. 

Bu  çətinliklərə  baxmayaraq,  ictimai  və  humanitar  elmlərin  ənənəvi 

sahələrində elmi  iĢlər davam etdirilirdi.  1935-ci  ildə  EA ZFAġ-ın nəzdində Tarix, 

Etnoqrafıya və Arxeologiya Ġnstitutu (sonradan EAAF-ın müstəqil Tarix Ġnstitutuna 

çevrildi)  yaradıldı.  Qədim  zamanlardan  yeni  dövrədək  Azərbaycan  tarixinə, 

Azərbaycan  xalqının  sosial-iqtisadi  həyatına  dair  yeni  əsərlər  meydana  gəldi, 

sənədli məcmuələr nəĢr edild i. 

1935-c i  ildə  EA  ZFAġ-ın  dil  və  ədəbiyyat  bölməsi  Ədəbiyyat  və  Dil 

Ġnstitutuna - Azərbaycan ədəbiyyatı və ana dilinin zəngin irsini öyrənən və tədqiq edən 

əsas mərkəzə çevrild i. 

1934-cü  il  iyunun  19-da  Azərbaycan  SSR  XKS-nin  15  c ildlik 

"Azərbaycan Ensiklopediyasının nəĢri haqqında" qərarına əsasən, Xalq Komissarları 

Soveti  yanında  Hüseyn  Rəhmanov,  Ruhulla  Axundov,  Cəmil  Rəhimov,  Mövsüm 

Qədirli,  Mirzə  Məmmədov və  Vəli  Xuluflunun  daxil  olduğu  xüsusi  komitə  təĢkil 

edildi,  ancaq  lazımi  ixt isaslı  kadrlar,  poliqrafıya  bazası  və  maddi  vəsaitin 

çatıĢmazlığ ı həmin qərarı həyata keçirməyə imkan vermədi. 

Müharibədən  əvvəlki  illərdə  EAAF-ın  rəhbərliyi  altında  60-dək  elmi 

idarə  elm  və  texnikanın  aktual  p roblemləri  ilə  məĢğul  idi.  1938-ci  ildə 

Azərbaycan  KPMK  SSRĠ  EA  Azərbaycan  filialının  məru zələrini  d inləyərək, 

respublika elminin  müdafıə sənayesinin inkiĢafın ın sürətləndirilməsinə, iri dövlət 

yanacaq ehtiyatlarının yaradılmasına, Azərbaycanda yeni neft yataqlarının intensiv 


306 

 

aĢkara çıxarılmasına yönəldilən əməli xid mətlərini və gələcək vəzifələrini qeyd etdi. 



SSRRl  EA-nın  vitse-prezidenti,  SSRĠ  EA  Azərbaycan  Filia lın ın  sədri  akade mik 

Ġ.M.Qubkin in rəhbərliy i altında Bakıda keçirilən geologiya konfransı (1938-ci  il) 

AbĢeronda  və  respublikanın  digər  regionlarında  geoloji-kəĢfıyyat  iĢlərinin  

geniĢləndirilməsi  proqramını  iĢləyib  hazırladı

160

.  Həmin  vaxt  Kürətrafı  ovalığın 



neftliliyi probleminin iĢlənib hazırlanmasına baĢlandı. 

Azərbaycanın  energetik  alimləri  M ingəçevir  su  qovĢağının  tikintisi, 

respublikanın  enerji  sistemin in  möhkəmləndirilməsi  problemləri  ü zərində 

iĢləyird ilər. 

Bioloq-alimlə r  torpaqların  məhsuldarlığın ın  yüksəldilməsi  subtropik 

bitkilə r  əkinin in  geniĢləndirilməsi,  A zərbaycanın  otlaq  və  yaylaqlarının  

yaxĢılaĢdırılması  problemləri  ilə  məĢğul  olu rdular.  Nizami  Gəncəvinin  anadan 

olmasının  800  illiyi  ilə  ə laqədar  ictimaiyyətçilər  və  ədəbiyyatçılar  dahi 

mütəfəkkirin  həyat  və  yaradıcılığına  dair  tədqiqatlar  və  "Xəmsə"nin  nəĢri  ilə 

bağlı  böyük  iĢ  aparırdılar.  A zərbaycan  ədəbiyyatının  digər  klassikləri  - 

M.F.A xundov M.Füzu li və M.P.Vaqifin əsərləri nəĢr edilirdi. 

1941-c i  ildə  Tarix,  Arxeologiya  və  Etnoqrafıya  Ġnstitutunun  kollektiv i 

Azərbaycan  xalqın ın  tarixinə  dair  ilk  ü mu miləĢdirici  əsər  olan  "Azərbaycan 

tarixin in qısa oçerki"ni nəĢr etdi 

161



AK(b)P MK və BK yanında 1921-ci ildə təĢkil olun muĢ "Azərbaycanda 



inqilab ın və partiyanın tarixin i öyrənən  xüsusi ko missiya" ("Azistpart") 1928-ci 

ildə A zərbaycanda "Sinfi  mübarizə və  Ko mmunist partiyasının tarixin i öyrənən 

Ġnstituta"  çevrilmiĢdi.  Bu  institut  1939-cu  ildə  ÜĠK(b)P  M K  yanında  MELĠ 

(Marks-Engels-Lenin Ġnstitutunun) Azərbaycan filia lı adlandı

162



Bu  illərdə  Azərbaycanın  elm  xad imləri  sırasına  xey li  qadın  alimlər 



daxil  oldular.  Azə rbaycanın  ilk  a lim  qadınları  içərisində  oftalmoloqla r  Umn isə 

Musabəyova, Sona Ġbrahim q ızı  Rəhimova (Vəlixan) var id i.  Sona Ġbrahim qızı 

əvvəlcə Lo zanna Universitetində (Ġsveçrə) təhsil almıĢ, sonra isə Peterburq qadın 

Tibb Ġnstitutunu əla qiy mətlərlə b itirmiĢdi.  1941-ci  ildə oftalmo logiya, traxo ma 

ilə  mübarizə  sahəsində  görkəmli  müvəffəq iyyətlərinə  görə,  o,  tibb  və 

psixo logiya  üzrə  Nobel  Ko mitəsi  tərəfindən  Nobel  mükafatına  təqdim 

edilmiĢdi

163


.  1934-cü  ildə  Gəncədə  kənd  təsərrüfatı  institutunu  bitirmiĢ,  1936-

1939-cu 


illərdə  isə  Moskvada  Timiryazev  adına  Kənd  təsərrüfatı 

Akademiyasının aspiranturasında təhsil almıĢ  Validə Xasbulat qızı Tutayuk elmi 

fəaliyyətə  baĢlamıĢdı.  O,  35  yaĢında  botanika  sahəsində  biologiya  elmləri 

doktoru  adını  alan  ilk  azərbaycanlı  qadın  olmuĢ  və  Azərbaycan  EA-nın  ilk 

həqiqi  üzvü  seçilmiĢdi.  SSRĠ  EA-nın  1939-cu  ilin  fevralında  keçirilən  ü mu mi 

iclasında  SSRĠ  EA  A zərbaycan  filia lın ın  iĢi  haqqında  ilk  dəfə   hesabat  verildi. 

Azərbaycan  alimlərin in  fəaliyyəti  və  qazandığı  müvəffəqiyyətlər  SS RĠ  EA-n m 


307 

 

prezidenti,  akade mik  V.L.Ko ma rov,  akade mik  N.Ġ.Vav ilov  və  baĢqalarının  



çıxıĢlarında yüksək qiymətləndirild i

165


. SSRĠ  EA Rəyasət Heyətinin ko missiyası 

Geologiya  Ġnstitutunun  elmi  axtarıĢların  sürəti  və  yüksəliĢinə  "bir  çox  Moskva 

Ġnstitutları həsəd apara bilərd ilər"), Zaqafqaziyanın aparıcı elmi-tədqiqat idarəsi 

olan Botanika Ġnstitutunun və b. iĢini xüsusi qeyd etdi 

166



1941-c i  ilin  mart ında  Bakıya  gəlmiĢ  SSRĠ  EA-nın  vitse-prezidenti, 



akademik  S.Y.ġmidt  SSRĠ  EA  Azərbaycan  filia lının  alimlərinin  ümu mi 

iclasındakı ç ıxıĢında de miĢdi: " Birinc i nəticə budur ki, SSRĠ EA -nın A zərbaycan 

filialı,  Ģübhəsiz,  ö zünün  güclü  tərkibinə,  hər  Ģeydən  əvvəl  bu  tərkibin  güclü  

keyfiyyətinə,  respublikanın  həyatında  oynadığı  güclü  rola  görə  ço x  nəhəng  və 

güclü elmi orqanizmd ir" 

167


Beləliklə,  təqribən  iy irmi  ildə  respublikada  elmin  in kiĢafının  mühü m 

nəticəsi  Azərbaycanda  elmi  ziyalıların  bütöv  ordusunun  formalaĢdırılması  id i. 

Onların  gücü  və səyləri  hesabına  1945-ci  ilin  yazında  Azərbaycan  SSR  Elmlər 

Akademiyasını yaratmaq mü mkün oldu. 

 

 




Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin