336
337
verir keşişə. So:ra yoldaş- darına de:r ki, dört kəllə qət də gətirin
verin keşişə. So:ra de:llər, get, ama bir əz çörəx’ saldı göndər. Ke-
şiş tez qəyidir əvə. De:r, ay arvad tez çörəx’ qəyir göndərə- cəm
Nəbiyə. Arvad çörəx’ bişirir, keşiş də səkgiz toyux kəsif soyutma
elətdirir. Nökərin ça:rıf de:r ki, bıları apar fĭlan yerdə ver Nəbi-
gilə. Nökər gəlir həmən yerə görür heş kəs yoxdu, ama ocax heş
sömmüyüf. Bir əz də ə:nə gedəndə bi adam onun qaba:n kəsir ki,
kimi axtarırsan. Nökər de:r ki, bəs keşiş Nəbiyə çörəx’ gön- dərif.
Nəbigil gəlif şeyləri alır. Nökər de:r ki, bəs bazar günü toydu,
keşiş sizi də toya ça:rır. Nəbi dəsdəsiynən toya da gedir, so:ra
keşişnən bərk dosd olu
( Zəngilan Ağbis kəndi,Səfərov Əmirxan Təhməz oğlu, 98 ya-
şında, savadsız)
Söhbət
Ə, Səlum, sən axşam miyə heç bildün nə dedun? Amma mən
sənu sözlərunnan heç incumədum. Çünku sənu hamu yaxşı tanı-
yur. Miyə indiyə kimu heylə söz deyən olmıyub. Gör ha! Sən nə
dedun? Guyah hər ilun yay ayləru bizum meşələrdə çoxlu ağaclar
tələf edurlər. Sədrun bunnan heç xəbəru olmıyub. İndu da mə-
num o meşədən çoxli ağac kəsdiyumu sən danışırsan. Sizə kim
bunu deyub? Kim siyə bu işlərun haqqınu- hesabınu verub? Yax-
şu, işun, sözun var idu miyə deyəydun da. Gedub nə içun sədrə
deyursan. Sən bilursan daynasu gun mənum bu işlərdən çoxli xə-
bərum olacağ? Çünku heylə təzə eşitmişdum. Bundan eybi yox-
di. Heylə sən üstəlik bir də deyirmuşsan ki, dünyamun sədrun
sözunə baxmır. İstədiyu yerlərun hamusuna özü icazəsuz gedur.
Arabalaru yerundə saxlamur.olaru istədiyu yerlərə nə vaxt isdəsə
özü aparur. Mənu rüsvay etmusan, bu nədu? Nə danuşmusan?
Miyə arabə lazum olan kimu sədrun özunnan isdiyuram. Hamu-
nun yanunda mənu rüsvay etdun. İndu də görürsan ki, mən bağa
geduram. Dayi (daha) da çoxli danışacağsan. Bildun indu sən nə
qədər işlərun yiyəsi olmusan? İndu miyə nə dedun hamusuna ina-
nan deyuləm. Çünku dayi nə qədər varundur danışmusan. Eybu
yoxdur. Vaxt gələcək yalanlarunun üsti açılacağ. Onda özun bi-
Qarşu baluq, ildirimler vurduqi,
Sellər suvlar çaylariynça aqduqi,
Qiyzler una dinge turmuş vaqduqi,
Sela:m olta hürün seqqelleriyzke (ağsaqqal),
Menim deq bi a:tum kelte tiliyzke
(İranda türkler ve türkçe, s.200)
Dostları ilə paylaş: