340
341
Dedi: - Duzdan yaxşı şey yoxdu.
Dedi: - Qızım, niyə duzdan yaxşı şey yoxdu?
Dedi: - Elədi.
Cəllət qızı öldür. Vəzir- vüzur dedi: - Şah sağ olsun, niyə öl-
dürsün? Onnan ötrü öldür kün, der duzdan yaxşı şey yoxdu. Qızı
qoymollar öldürməyə, der şah sağ olsun, qızı sürüŋ, elə bu vi-
layətdən çıxart. Şah qavıl elədi munu sürdü. Qız gedəndə anası
çox qızıl, gümüş verdi. Qız getdi bir vilayətdə atasının dəzgahını
(dəsgahını) saldırdı. Qız oldu burda yaşamaxda. Atası yoldaşnan
çıxdı vilayətləri gəzməyə. Getdi bu dəzgaha iras gəldi. Yanında
yoldaşdarı dedi: - Bu nə işdi. Gedəx muna qonağ olağ, getdilər
qonağ oldular. Qız getdi bulara xörəx qayırdı. Qız bildi ki, atasıdı.
Kətdi bulara xörəx pişirdi. Kətdi qoydu qavağına isdola. Yeməx-
da oldular. Şah baxdı kı, xörəyin heş tamı yoxdu. Niyə ki, xörəyə
heç duz töxmədi. Şah bu xörəyi yemədi. Qonağına dedi: - Xörəx
niyə yemerseŋ? Qızı üzü ürvətdi (rübənd) iydi. Üzünün ürvən-
dini aşdı. Dedi məni tanıyersaŋmı, ata? Atası baxdı kın, həmən
qızıdı. Dedi onnan ötəri yemerəm kin, xörəyin dadı, tamı yoxdu.
– o daddan,tamnan ötəri məni süryün elədiŋ. İndi ata gördü duz-
dan şirin heş zad yoxdu. Atası dedi: - A bala, mən səf eləmişəm.
(Marneuli rayonu Qaçağan kəndi, Alı Allahverdioğlu, 120 yaşın-
da, savadsız.)
Söhbət
Hananın birin o başdan, birin bu başdan yerə basdırrıx. Bir
oxu başına sallıx, birin- də ə:xdan. Qayıdırıx qururux. Onu qəşəy
gücülüyürürük. Gücülüyənnən so:ra gücü ağacın qalxızıb ona
qoltux altı qoyurux. Gücü ağacının üstünə kələnvaran qoyurux.
Onnan so:ra baş- dıyırıx arğaş keçiririx`. Arğacı keçənnən so:ra
başdıyırıx ilməsin çalmağa. İlməsin çallıx, ar- ğaşdıyırıx, həvəli-
yirix`, kirkitdiyirix`, so:ra qaçıynan qaçılıyırıx. Toxuyub qurta-
rannan so:ra gəbəni kəsirix`
(Füzuli rayonu, Əhmədalılar kəndi, Vəliyeva Göyçək Məhəm-
məd qızı, 98 yaş
- Bir yekə qafaxlı qazan gəti.
Çovan bu yeddi löyün xörəyi qater – qarışdırer, hamısını yığer
bir qafaxlıya. Munun ağzıŋ qayrer. Çovan bir çanax gətirer aparer
qoyunu sağer, süd gətirer içinə çörəx doğror. Bu çanağın da ağzıŋ
qayrer. Soŋra xana dēr kin:
- Bu üş gün qalajax. Üş günnən soŋra ağzını açajaxsaŋ.
İki gün bir günortadan soŋra xanıŋ xörəyi xaraf oldu, çova-
nıŋkı qaldı.
Xan dēr kin:
- Niyə belə oldu?
Çovan dēr kin:
- Siziŋ qarnıŋızda bu yeddi löyün xörəx xaraf olar. Çovan
özününükünü açer,
görör kün, eləjə lil ater-duror.
Çovan dēr: bizi yağış da vuror, boran da vuror gün də vuror,
əmbə sizi hava vurmor, ōnçuŋ belə olorsuŋuz. Biz qoyunuŋ ujun-
da
salamat olorux, polat kimi olorux.
(Qazax, Qıraq Kəsəmən kəndi,Qasım Məsməmalı oğlu Bay-
ramov, 95 yaşında savadsız)
Dostları ilə paylaş: