Azərbay can ssr dağliq



Yüklə 4,24 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix02.01.2022
ölçüsü4,24 Mb.
#2711
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
olmayan

  böhtandır 

və  DQMV-nin  ərazisi  tarixən  Azərbaycanm  ərazisi 

olmuşdur3.  M.G.Bağırov  onu  da  vurğulamışdır  ki,  biz 

DQMV-ni  bir şərtlə  Ermənistana verə  bilərik  ki,  əhalinin

117



əksəriyyəti  azərbaycanlılardan  ibarət  olan  Şuşa  rayonu 

Azərbaycanın tərkibində saxlanılsın və müxtəlif vaxtlarda 

Ermənistana, Gürcüstana və Soyet Rusiyasına verilmiş bir 

çox  tarixi  ərazilərimiz  Azərbaycan  SSR-ə  qaytarılsm. 

Bütün bunlar isə nə Sovet rəhbərliyini,  nə də,  Ermənistan 

hökümətini  qaneə  etmədi.  Çünki,  Azərbaycan  torpaqları 

hesabma  1813-cü  ildə  yaradılmış  erməni  vilayəti  və 

sonralar 

hissə-hissə 

tarixi 


torpaqlarımızı 

özündə 


birləşdirən  Ermənistan  dövlətinin  varlığı  sual  altmda 

qalırdı.  Mərkəzi hökümət başa düşdü ki, əgər Azərbaycan 

dövlətinin  başçısınm  fıkirləri  reallaşarsa  bu  bütün  SSRİ 

üçün  sonsuz  fəlakətlər  yarada  bilər.  Ona  görə  də 

Ermənistanm  Azərbaycana  qarşı  növbəti  ərazi  iddiaları 

məsələsi  həll  edilməmiş  qaldı4.  Belə  bir  şəraitdə 

Ermənistan  başqa  bir  siyasətə  əl  atdılar.  Hələ  1943-cü  il 

Tehran konfransmda İran ərazisində yaşayan  ermənilərin 

SSRİ-yə  (Ermənistan  SSR-ə)  köçürülməsinə  icazə  alan 

erməni5  lobbisi  şirnikərək  daha  da  dərinə  getmiş  və 

Ermənistan  SSR  ərazisində  yaşayan  azərbaycanlıların 

köçürülməsinə  razılıq  əldə  etmişdilər6.  Maraqlı  cəhət 

ondan ibarətdir ki, SSRİ XKS-nin sədri İ.V.Stalin, Xarici 

İşlər Naziri V.Molotov, MK katibi G.M.Malenkov, SSRİ 

Ali  Sovetinin  Rəyasət  heyəti  həmin  məsələni  asanlıqla 

ermənilərin  xeyrinə  yönəltmişdilər.  Çünki  ermənilərin 

Ermənistana  köçürülməsı,  onlarm  dayaqlarmın  daha  da 

möhkəmlənməsi demək idi.  Ona görə də  19 oktyabr  1946- 

cı  ildə  «Xarici  ölkələrdə  yaşayan  ermənilərin  Ermənistan 

SSR  ərazisinə  köçürülməsi  haqqmda»,  23  dekabr  1947-ci 

ildə 

«Ermənistan 



SSR 

kolxozlarmm 

və 

başqa 


azərbaycanlı  əhalisinin  Azərbaycan  SSR-nin  Kür-Araz 

ovalığma  köçürülməsi  haqqmda»,  10  mart  1948-ci  ildə 

«Ermənistan  SSR-də  kolxozlarm  və  digər  azərbaycanlı 

əhalinin 

Azərbaycan 

SSR 


Kür-Araz 

ovalığma


118

köçürülməsi  ilə  əlaqədar  tədbirlər  haqqmda»  mƏrkəzi 

hökümət  Fərman  və  qərärlar  verdi6.  Həmin  qərarlara 

uyğun  olaraq  1948-1953-cü  illərdə  Ermənistan  SSR-də 

yaşayan azərbaycanlılardan  150 min nəfəri zorla öz dədə- 

baba  yurdlarından  çıxarılaraq7  Azərbaycanm  İmişli, 

Kürdəmir,  Salyan,  Sabirabad,  Yevlax,  Ucar  və  başqa 

rayonlarına  köçürüldülər8.  Minlərlə  köçürülən  insan 

kəskin  iqlim  dəyişikliyinə  dözməyərək  həlak  oldular 

Ermənistandan  deportasiya  edilmiş soydaşlanmızın evləri 

xaricdən gələn ermənilərə  peşkəş edildi. Diqqəti cəlb edən 

cəhət  ondan  ibarətdir  ki,  Azərbaycana  köçürülən 

soydaşlarımızın DQMV-i ərazisində məskunlaşmasına heç 

cürə  imkan  verilmədi.  Əksinə  DQMV-dən  də  həmin 

dövrdə 

onlarla  azərbaycanlr  ailəsi  qonşu  rayonlara 

köçürülmüşdülər9.  Stalin,  Beriya  və  Mikoyanm  məkirli 

siyasəti  nəticəsində  Ermənistan  SSR-də  azərbaycanlılarm 

sayı  azaldı,  Azərbaycandä  isə  ermənilərin  sayı  artdı. 

Ermənilər,  əsasən Azərbaycanm böyük  sənaye şəhərlərinə 

köçürüldülər.  DQMV-də, Gəncədə,  Bakıda erməni lobbisi 

gücləndi10.

Bütün  baş  verən  yuxarıdakı  hadisələrə  ilk  siyasi 

qiyməti  ümummilli  liderimiz  H.Ə.Əliyev  vermişdi.  O, 

1997-ci 

il 


dekabrın 

18-də 


«1948-1953-cü 

illərdə


azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki  tarixi 

etnik  torpaqlarmdan  kütləvi  surətdə  deportasiyası 

haqqında» fərman imzaladı11.  Həmiri fərmanm çox böyük 

tarixi  əhəmiyyəti  oldu.  Belə  ki,  həmin  fərmanla 

azərbaycanlılara  qarşı  tətbiq  olunan  etnik  təmizləmə  və 

soyqırım 

siyasətinin 

mürtəce 


mahiyyəti 

dünya 


ictimaiyyətinə çatdırıldı.

Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları 

bütün  XX  yüzillik  ərzində  davam  etdirilmişdir.  1965-ci 

ildə  Xankəndində  yaşayan  bir  qrup  erməni  Maksim



119


Hovonesiyanın  başçılığı  altında  DQMV-nin  Ermənistan 

SSR-ə  birləşdirilməsi  haqda  SSRİ  Ali  Sovetinə  müraciət 

etdilər12.  Əlbətdə  müraciəti  yazan  və  onu  öz  imzası  ilə 

təsdiqləyən Xankəndində yaşayan ermənilər olsada bu işə 

rəvac verən qüvvə Mikoyan başda olmaqla erməni lobbisi 

idi.  Lakin  N.Xruşşov  başa  düşdü  ki,  DQMV-ni 

Ermənistana 

birləşdirilməsinə  razılıq  versə 

ölkədə 

arzuedilməz nəticələr verə bilər. Ona görə də dövlət başçısı 

Dağlıq  Qarabağ  məsələsini  Azərbaycanın  xeyrinə  həll 

etdi. 


Bütün 

bunlara 


baxmayaraq 

Ermənistanda 

antiazərbaycan  hərəkatı  genişləndi.  «Qarabağ  Komitəsi» 

açıq  fəaliyyətə  başlamış  və  Azərbaycanda  erməni  lobbisi 

yaradıldı.  DQMV-də  yaşayan  azərbaycanlılar  sıxışdırılır, 

açıq-açığına 

soydaşlarımıza 

divan 


tutulurdu13. 

Ermənilərin  törətdikləri  həmin  qanlı  cinayətlərdən  birini 

xatırlamaq  yerinə  diişərdi.  1967-ci  ilin  iyun  aymda 

DQMV-nin  Xocavənd  rayonunun  Kurapatkin  kəndində 

məktəbli  erməni  qızı  yoxa  çıxmış  və  axtanş  nəticəsində 

onun 


cəsədi 

azərbaycanlılara 

məxsus 

briqadanm 

sahəsindən tapılmışdır.  Ona görə də  bir neçə azərbaycanlı 

(Ələmşah,  Ərşad,  Zöhrab  və  başqaları)  həbs  edildilər. 

Bundan 

sonra 


ermənilər 

tərəfindən 

Azərbaycan 

kəndlərinə  qarşı  terror  aktı  törədilməyə  başlandı.  3  iyul 

1967-ci ildə məhkəmədə tutulan şəxslərin günahları sübuta 

yetmədiyi  üçün. iş  yenidən  istintaqa  qaytarıldı.  Lakin 

Benikin  başçılıq  etdiyi  terrorçu  erməni  dəstəsi  yolda 

həmin tutulan şəxsləri aparan maşırım qabağmı kəsmiş və 

onları diri-diri yandırmışdılar14. Bu vaxt Azərbaycan SSR 

Dövlət Təhlükəsizlik Komitəsində Əks kəşfiyyat İdarəsinə 

rəhbərlik  edən  H.Ə.Əliyev  operativ  dəstə  ilə  DQMV-nə 

gəlmiş  və  orada tutarlı dəlillərlə  sübut  etmişdir ki,  həmin 

uşağı  öz  dayısı  öldürmüşdür.  Quldur  Benik  isə  törətdiyi 

cinayətə  görə  güllənmə  cəzasına  məhkum  edilmişdir.

120

Maraqlı  cəhət  ondan  ibarətdir  ki,  «güllələnmiş»  Benik 



1975-ci  ildə  atasınm  dəfnində  iştirak  etmiş  və  yenidən 

yoxa çıxmışdır15.

Belə  bir  şəraitdə  Respublika  rəhbərliyi  yalnız  seyirci 

mövqe  tutur  və  «xalqlar  dostluğunu»  möhkəmləndirmək 

üçün  tədbirlər  görürdü.  Ermənilərin  təhriki  və  Mərkəzin 

təzyiqi ilə Azərbaycan höküməti 7 may 1969-cü ildə sərhəd 

rayonlarında  yerləşən  torpaqlarımızdan  2  min  hektar 

sahəni  Ermənistan  SSR-ə  verilməsini  təsdiq  etdi.  Lakin 

torpağına, 

vətəninə 

qırılmaz 

tellərlə 

bağlı 

olan


H.Ə.Əliyevin  1969-cü  ilin  iyulunda  hakimiyyətə  gəlməsi 

həmin  qərarm  icrasına  imkan  vermədi16.  1977-ci  ildə 

Dağlıq  Qarabağ  məsələsi  yenidən  qaldırılsada  Heydər 

Əliyevin  üzaqgörən  siyasəti  nəticəsində  həmin  məsələnin 

qarşısı  qətiyyətlə  alınmışdır17.  H.Əliyevin  çoxcəhətli 

idarəçilik  istedadı və siyasi  dövlətçilik fəaliyyəti  mərkəzin 

və erməni millətçilərinin məkirli niyyətlərini həmişə alt-üst 

edirdi. Heydər Əliyevin mövcudluğu, hər şeyi qabaqcadan 

görmək bacarığı, şəxsiyyəti ermənilərin qarşısmda almmaz 

qalaya  çevrilmiş  və  onun  nəticəsi  idi  ki,  liderimizin 

hakimiyyətinin  sonrakı  dövründə  bir  dəfədə  olsun 

«Dağlıq Qarabağ məsələsi» ortaya atılmamışdı. Ermənilər 

öz  mənfur  məqsədlərinə  çatmaq  yolunu  Heydər  Əliyevin 

Azərbaycandan 

uzaqlaşdırmaqda 

gördülər 

və 

öz 


havadarları  ilə  birləşib  fikirlərini  reallaşdırdılar.  BÖyük 

idarəçilk  və  təşkilatçılıq  qabiliyyətinə  malik  olan

H.Ə.Əliyev  SSRİ  Nazirlər  Sovetinin  birinci  müavini 

işlədiyi müddətdə  də,  bütün  imkanlarından Azərbaycanm 

inkişafı naminə istifadə etmişdir18.

1988-ci 


ildən 

başlayaraq 

Azərbaycana 

qarşı 


Ermənistanm əsassız ərazi iddiaları yenidən baş qaldırdı19. 

«Yenidənqurma»  və  «aşkarlıq»  fonemenlərinin  ortaya 

atılması  imperiyanm  süqutunun  yaxınlaşdırdığmdan

121



rəhbərlik,  tarixən  istifadə  etdiyi  «parçala  və  hökm  sür» 

siyasətinə  əl  atdı.  Azərbaycända  demokratik  hərəkatın 

inkişaf  etdiyini  və  gələcəkdə  türk  dünyasmm  böyük  bir 

qiivvəyə  çevriləcəyihdən  ehtiyat  edən  imperiya  rəhbərliyi 

DQMV-də  milli  münaqişə  ocağmı  qızışdırdı  və  gizli, 

ermənilərin  müdafıəçisinə  çevrildi.  Azərbaycan  xalqına 

qarşı  təhqirlərlə  dolu  olan,  saxtakarcasına  Zori  Balayan 

tərəfindən  yazılmış  «Ocaq»  kitabı  milli  münaqişəni  daha 

da  dərinləşdirdi.  Daxildən  və  xaricədən  dəstək  alan 

ermənilər  Azərbaycana  qarşı  açıq  ərazi  iddialanna 

başladılar.  Azərbaycan  torpaqları  hesabma  «Böyük 

Ermənistan»  dövləti  yaratmaq  üçün  «Daşnaksütun» 

partiyası  başda  olmaqla  bütün  millətçi  erməni  təşkilat  və 

komitələri açıq fəaliyyətə başladılar.

Ermənistanm  Azərbaycana  qarşı  əsassız  ərazi 

iddialarmm  ilk  qurbanları  həmişə  ermənilərin  daha  çox 

cəmləşdiyi 

Qərbi 


Azərbaycan 

türkləri 

olmuşdur. 

Azərbaycanlilara  qarşı  dünya  miqyasında  mənfı  flkir 

yaratmaq  üçün  E.Qriqoryan  adlı  şəxs  tele  və  foto 

operatorlarıri  iştirakı  ilə,  bir  dəstə  erməni  ilə  birlikdə 

Sumqayıtda  26  nəfər  ermənini  öldürdü,  evlərini yandırdı, 

qarət  etdi20.  Onlar  hədisələri  törədərkəıı  Azərbaycan 

dilində dahışlrdilar.  Məqsədli  şəkildə «törədilən  faciə»nin 

çəkilmiş  lenti  tezliklə  dünyanm  hər  yerinə,  o  cümlədən 

Ermənistana 

gətirildi. 

Tezliklə 

Ermənistandakı 

azərbaycanlılar  dəhşətli  hadisələrlə  üzləşdilər.  1991-ci  ilin 

avqustun  8-də  Ermənistamn  Mehri  rayonunun  Nüvədi 

kəndinin 

əhalisi 


öz 

dədə-baba 

torpaqlarından 

qovulmaqla,  «Türksüz  Ermənistan»  dövləti  yaradüdı.  Bu 

hadisə  «Böyük  Ermənistan»  dövləti  yaratmağın  birinci 

mərhələsinin  «müvəffəqiyyətlə»  həyata  keçirilməsi  demək 

idi.  Həmin  Vaxt  Ermənistandakı  185  azərbaycanlı 

kəndindən  25Ö  'min  nəfər  azərbaycanlı  öz  dədə-baba

122

yurdlarından  qovuldu21.  XX  əsrin  8Q-cı  illərində 



Ermənistandakı  azərbaycanlıların  31  miin  evi,  165  kolxoz 

və sovxozun əmlakı talandı, çoxlu mal-qarası ələ keçirildi. 

225 

nəfər 


öldürülmüş, 

1200 


nəfər 

yaralanmışdı. 

Ermənisatndakı  bu  dəhşətlərə  Moskvanın  göz  yumması 

DQMV-də  yaşayan  ermənilərin  əl-qölunü  açdı.  Onlar 

açıq  şəkildə  Ermənistana  birləşmək  tələbini  irəli sürdülər. 

Moskova  isə,  I  Pyoturun  1724-cü  ıl  fərmanma  «erməni 

xalqmı  Rusiya  öz  himayəsində  həmişə  saxlamahdır» 

şuarını  əldə  rəhbər  tutaraq  riyakar  təşəbbüslər  ediräilər. 

1988-ci ildə Sov.İKP  Mərkəzi  Komitəsi  və SSRİ Nazirlər 

soveti  «1988-1995-ci  illər  Azərbaycan  SSRİ-in  DQMV- 

nin  sosial-iqtisadi  inkişafını  sürətləndirmək  tədbirləri 

haqqmda»  qərarı  DQMV-nin  Azərbaycandan  alınması 

demək  idi.  Bundan  başqa  1988-ci  ilin  iyununda 

Ermənistan  SSR  Ali  Sövetinin  DQMV-nin  Xalq 

Deputatları 

sovetinin 

qəbul 

etdiyi 


«DQMV-nin 

Ermənistana  birləşmək»  qərarım müdafıə  etdi22.  Bununla 

da  Azərbaycaııın  ərazi  bütövlüyü  kobudcasına  pozuldu. 

DQMV-də  azərbaycanlılar  yaşayan  evlər,  maşınlar 

yandırmağa  başlandı.  Erməniständan  erməni  qüldurları 

Azərbaycanm sərhəd kəndlərinə basqmlar edirdilər.  1989- a 

cu  ilin  yanvarmda  SSRİ  Ali  Sovetinin  Rəyasət  Heyəti 

«Azərbaycan SSR DQMV-də xüsusi ıdarəçilik formasınm 

tədbiqi haqqmda» qərar verdi. Bu vaxt birbaşa Moskvaya 

tabe  olan Xüsusi  İdarə Komitəsi  (XİK)  yaradıldı23.  XİK- 

nə ermənipərəst A.Volski rəhbərlik edirdi və onün əmri ilə 

Xankəndi şəhərində yaşayan  14 min azərbaycanlı öz dədə- 

baba yurdundan qovuldu2!   Erməni əhalisi silahlandırıldı. 

Äzərbaycan  Demokratik  qüvvələrin  tələbi  ilə  1989-cü  ilin 

noyabrm  28-də  XİK  ləğv  edildi.  İndi  DQMV-nin 

idarəçiliyi SSRİ hökümətinin  nəzarəti altında Azərbaycan 

Təşkilat  Komitəsinə  (TK)  tapşırıldı25.  1989-cu  il  dekabrn

123



əməliyyatını  genişlənməyə  imkan 

yaratdı. 

Dağılıq 

Qarabäğda  strateji  əhəmiyyətli  məntəqələr  erməni 

silahlıları  tərəfındən  ələ  keçirildi.  Rusiya  ilə  Ermənistan 

arasında  1991-ci  ilin  sonlarmda  bağlanmış  «Dostluq, 

əməkdaşlıq 

və 


qarşılıqlı 

təhlükəsizlik 

haqqında 

müqavilə» 

ermənilərin 

daha 


yaxşı 

silahlanmasına 

rəvac verdi.

1991-ci  ıl  noyabnn  26-da  Azərbaycan  Respublikası 

Ali Soveti DQMV-nin statusunu ləğv etdi31.

1991-ci  ilin  oktyabrm  9-dan  Azərbaycan  Ali 

Sovetinin  «Könüllü  milli  özünümüdafıə  batalionunun 

yaradılması  haqqında»  qanunu  qəbul  edildi.  Lakin 

könüllülük  prinsipi  əsasında  yaranan  ordu  lazımi 

səviyyədə  döyüş  qabiliyyətinə  malik  deyildi32.  Tələb 

olunan  səviyyədə  silah  və  sursatı  yox  idi.  Özünümüdafıə 

batalionu  yalnız  müdafiə  məqsədilə  yaradılmışdı.  Bütün 

bu  və  ya  digər  amillər  ordumuzun  zəif  cəhətləri  idi  və 

erməni  silahlı  qüvvələrinin  hücumunun  qarşısım  ala 

bilmirdilər39.  1992-ci  ildə  Azərbaycan  ordusu  üçün  çox 

uğursuzluqlar  oldu.  Beləki,  1992-ci  ilin  yanvarında 

Kərgicahan,  fevralda  Malıbəyli,  Quşçular  kəndləri  ələ 

keçirildi,  Xocalı  və  Şuşa  mühasirəyə  alırıdı.  Satqmlıq 

nətiçəsində «Daşaltı əməliyyatı» uğursuzluqla nəticələndi. 

Qaradağlı kəndində erməni silahlıları  tərəfmdən  150 nəfər 

öldürüldü və kənd ələ keçirilib yandırıldı34.

1992-ci  il  fevralın  18-də  birləşmiş  quldur  dəstələri 

1458  kvadrat  kilometsr  əraziyə,  9011  nəfər  əhaliyə  malik 

Xocavənd  rayonunu  işğal  etdilər.  İşğal  zamanı  150  nəfər 

öldürüldü,  48  nəfər  müxtəlif dərəcəli  bədən  xəsarəti  aldı. 

İşğal  vaxtı  Xocavəndin  19  qəsəbə  və  kəndi,  15  tarixi 

abidəsi,  75  mədəni məişət  obyekti  işğalçılarm  əlinə  keçdi, 

yandırdı və talan edildi35.



126

1992-ci  il  fevralın  25-də  gecə  saat  21-də  erməni 

silahlı qüvvələri Rusiyaya məxsus 366-cı mexaniləşdirilmiş 

atıcı  alayınm  və  muzdlu  quldurlarm  birləşmiş  qüvvələri 

Xocalıya hücum etdilər36.  Xocalıda Əlif Hacıyev və Tofıq 

Hüseynov  öz  döyüşçü  yoldaşları  ilə  düşmənə  müqavimət 

göstərdilər.  Lakin  onlar qəhrəmancasına həlak  oldular və 

onlara  ölümlərindən  sonra  Azərbaycan  Milli  Qəhrəmanı 

adı 

verildi. 



Xocalıdakı 

igid 


doyüşçülərimizin 

müqavimətinə  baxmayaraq  şəhər  ələ  keçirildi  və  erməni 

vandalları  tərəfmdən  yandırıldı.  Xocalı  soyqırımında  613 

nəfər  öldürülmüş,  487  nəfər  yaralanmış,  1275  nəfər  əsir 

götürülmüş,  200  nəfərin  ayaqları  qaııqrena  olmuşdur. 

Soyqırım  zamam  şəhid  olanlarm  106  nəfəri  qadın,  83 

nəfəri  azyaşlı  uşaq  idi.  Xocalı  faciəsi  günü  56  nəfər  diri- 

diri  (əl-qolu  bağlanaraq)  yandırılmış,  7  ailə  tamam  ınəhv 

edilmiş,  27  ailənin hərəsindən  1  nəfər salamat qalmış,  230 

ailə  öz  başçısım  itirmişdir37.  Beləliklə,  1992-ci  il  fevralm 

25-26-da  2500-3000  illik  tarixə  malik  7000  əhalinin 

yaşadığı  Xocalı  şəhəri  yerlə  yeksan  edildi.  1992-ci  ilin 

fevralmda  töıədilmiş  Xocalı  soyqırımı  (genosidi)  dünya 

tarixində  analoqu  olmayan  vəhşiliyin  nümunəsidir.  Bu 

soyqırım  eyni  zamanda  bütün  bəşəriyyətə  qarşı  tarixi  bir 

cinayətdir.  Çünki  həmin  gecə  heç  kəsə  -  qocaya,  qadma, 

uşağa,  əlsiz-ayaqsıza  aman verilmədən  güllələnmişdi.  Çox 

təəssüflər olsun ki, Xocalı faciəsi birinci  deyildi axrıncı da 

olmadı. Növbəti faciə Şuşam gözləyirdi.

1992-ci  ilin  mayın  əvvəlində  Şuşa  erməni  və  rus 

silahlı birləşmələri tərəfındən mühasirəyə alındı.  Maym 7- 

8-də  Şuşa  şəhəri  artirileya  atəşinə  tutuldu.  6000  silahlı 

quldur  72  tankla  şəhərə  hücum  etdilər.  Bu  vaxt  şəhərin 

1500 


döyüşçüsündən 

1000-i 


məqsədli 

şəkildə 


«məzuniyyətə»  buraxılmışdı.  1992-ci  il  maym  8-də  Şuşa 

şəhəri işğal edildi38. Artıq  1992-ci il mayın 9-da Şuşa süqut



127


etdi. Bu vaxt  155 nəfər şəhid olmuş,  167 nəfər yaralanmış, 

47  nəfər itgin düşmüşdür.  Düşmən  hücumu  vaxtı  Şuşamn 

27  sənaye  və  tikinti  müəssisəsi,  103  mədəni-maarif ocağı, 

31  qəsəbə  və  kəndi,  249  tarixi  abidə  və  muzeyi 

dağıdılmışdı39.  İşğal  zonasmda  Şuşanın  289  kvadrat 

kilometr  ərazisi  qalmış,  əhalisinin  24009  nəfəri  məcburi 

köçkünə 

çevrilmişdir. 

Bundan 

sonra 


Azərbaycan 

rayonlarınm 

işğalı 

aşağıdakı 

ardıcıllıqla 

davam 


etdirilmişdir40.

1875  kvadrat  klometirlik  ərazisi  və  60  min  nəfərlik 

əhalisi  olan  Laçm  rayonu  1992-ci  il  mayııı  17-də  erməni 

silahlı birləşmələri tərəfindən işğal edildi.  İşğal nəticəsində 

259 nəfər şəhid olmuş, 225 nəfər yaralanmış və ağır bədən 

xəsarəti alaraq şikəst olmuşdur.  Işğal zamanı Laçının 576 

mədəni-məişət  obyekti,  26  qəsəbə  və  kəndi,  17  tarixi 

abidəsi  ermənilər  tərəfındən  dağıdılmış,  yandırılmış  və 

qarət edilmişdir41.

1993-cü  il  2  aprelindən  erməni  silahlı  birləşmələri 

Kəlbəcəri işğal etməyə başlamış və aprelin  6-da işğal başa 

çatıb42. İşğal zamanı 220 kəlbəcərli şəhid olub, 49 nəfər isə 

yaralanıb  və  müxtəlif  dərəcəli  bədən  xəsarəti  alıb.  İşğal 

zamanı  Kəlbəcərin  ərazisi  1916  kvadrat  kilometir,  əhalisi 

55  min  nəfər idi.  Erməni  vandalları  Kəlbəcərin  132 kənd 

və  qəsəbəsini,  87  tarixi  abidəsini,  29  sənaye  və  tikinti 

obyektini,  29 mədəni-məişət obyektini  ələ  keçirərək qarət 

edib, dağıdıb və yandırıb43.

Ağdamın  işğalı  1993-cü  ilin  23  iyulunda  olmuşdur. 

İşğal  zamanı  538  nəfər  şəhid  olmuş,  587  nəfər  isə 

yaralanmışdır.  Erməni  işğalçıları  tərəfındən  Ağdamın  48 

sənaye  və  tikinti,  598  mədəni-məişət  obyekti,  122  qəsəbə 

və kəndi, 27 tarixi  abidəsi və Ağdam  Dövlət Dram Teatrı 

dağıdılrb.  1993-cü  il  məlumatına  görə  Ağdamm  ərazisi 

1154 kvadrat kilometr, əhalisi  158 min nəfər idi. Ağdamm

128

63  faiz  ərazisi  işğal  edilib.  130  min  nəfər  əhalisi  məcburi 

köçkündür. Ağdamm  15 milli qəhrəman ı var44.

Cəbrayıl  rayonu  1993-cü  il  avqustun  23-də  erməni 

quldurları  tərəfındən işğal  edilib.  İşğal  zamanı  Cəbrayılın 

197  mədəni-məişət  obyekd,  90  qəsəbə  və  kəndi,  27  tarixi 

abidəsi dağıdılıb.  Bu vaxt Cəbrayılın  ərazisi  1050 kvadrat 

kilometr, əhalisi 52049 nəfər olub45.

23  avqust  1993-cü  il  Füzuli  rayonunun  ermənilər 

tərəfindən  işğalı  güııüdür.  Rayonun  işğalı  zamam  145 

mədəni-məişət  obyekti,  54 qəsəbə və  kənd,  15  tarixi abidə 

tamamilə dağıdılmışdır.  İşğal zamam  Füzulidən  528  nəfər 

şəhid  olmuş,  1309  nəfəri  müxtəlif dərəcəli  bədən  xəsarəti 

almışdır.  Füzulinin  ərazisi  1112  kvadrat  kilometir, 

əhalisinin sayı 95940 ııəfər olmuşdur46.

Ərazisi  826  kvadrat  kilometir,  əhalisi  33800  nəfər 

olan  Qubadlı  rayonu  1993-cü  il  avqustun  31-də  erməni 

silahlı  birləşmələri  tərəfındən  işğal  edilmişdir.  İşğal 

zamanı  Qubadhnm  205  mədəni-məişət  obyekti,  94 qəsəbə 

və kəndi,  12 tarixi abidəsi dağıdılıb, yandırılmışdır47.

1993-cü  il  oktyabrın  29-30-da  Zəngilan  rayonu  işğal 

edilib.  Bu  vaxt  138  mədəni-məişət  obyekti,  81  qəsəbə  və 

kənd,  13  tarixi  abidə  yerlə  yeksan  edilib.  Zəngilamn 

müdafıəsi  zamam  191  nəfər  zəngilanlı  şəhid  olmuş,  110 

nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır.  1993-cü 

ildə  Zəngilaıı  rayonun  ərazisi  707  kvadrat  kilometr, 

əhalisinin sayı 35500 nəfər olub48.

Ümumilikdə  isə  Qarabağ  savaşı  zamanı  Ermənistan 

tərəfmdən  Azərbaycan  torpaqlarmm  20  faizi  işğal  edilib.' 

İşğal  nəticəsində  900-dən  artıq  yaşayış  məntəqəsi,  6000 

sənaye kənd təsərrüfatı və digər istehsal obyektləri, ümumi 

sahəsi  9000  kvadrat  metr  olan  180000  yaşayış  binası 

dağıdılıb.  1010  təlim-təribiyə  müəssisəsi,  4545  mədəni 

maarif ocağı, 667 tibbi müəssisə, 927 kitabxana, 464 tarixi



129


abidə və muzey, 6 dövlət teatrı və konsert studiyası erməni 

vandalları 

tərəfındən 

dağıdılmışdır, 

İşğal 

edilmiş 


ərazilərdə  dağıntı  və  talan  nəticəsində  Azərbaycan 

iqtisadiyyatma  60  milyard  ABŞ  dollarından  artıq  ziyan 

dəyib49.  Qarabağ  savaşında  20000  vətəndaşımız  həlak 

olub,  100.000  nəfər  yaralanmış  və  ağır  bədən  xəsarəti 

almışdır.  1  milyon  200  min  Azərbaycan  vətəndaşı  öz 

doğma  vətənində  qaçqına,  köçkünə  çevrilmişdir.  4959 

nəfər  itgin  düşmüş,  4000  nəfər  girov  götürülmüşdür50. 

Hazırda yüzlərlə əsirlikdə qalanımız var.  Əsirlikdə işgəncə 

ilə  öldürülən  azərbaycanlıların  sayı  176  nəfərdir  (bu 

ermənilərin  etiraf etdikləridir).  Biz  bu gün  yuxarıda  qeyd 

etdiyimiz  acı  həqiqətləri  dünya  ictimaiyyətinə  çatdırmalı, 

xalqımızın  soyqırma,  genosit  siyasətinə  məruz  qaldığmı 

faktlara  əsaslanaraq  obyektiv  şəkildə  sübut  etməli  və 

faciələri  törədənlərin  cinayət  məsuliyyətinə  cəlb  edilməsi 

üçün  dünya  parlamenti  və  beynəlxalq  təşkilatı  qarşısında 

məsələ qaldırmalıyıq.

XX  yüzilliyin  sonu,  XXI  yüzilliyin  əvvəllərində 

Azərbaycanm  xarici  siyasət  sahəsində  atdığı  uğurlu 

addımlarda:  Azərbaycanm  MDB-yə  daxil  olması  (1993 

sentyabrın  24)51,  «Əsrin  müqaviləsi»nin  imzalanması 

(1994-cü il sentyabrın 20), Lissabon samitindəki ATƏT-in 

Dağlıq Qarabağ məsələsinə dair qəbul etdiyi prinsip (1996 

dekabr)52,  Tarixi  İpək  Yolunun  bərpası  üzrə  Beynəlxalq 

Bakı  Kanfransı  (1998  sentyabr),  Strasburqda  zirvə 

toplantısımn  keçirilməsi  (1997  sentyabr)53,  ATƏT-in 

İstanbul  samitindəki  qərarlar,  Azərbaycamn  Avropa 

Şurasınm  tam hüquqlu üzvlüyünə  qəbul  edilməsi  (2000-ci 

il  9  noyabr)54,  Avropa  Şurasmm  Nazirlər  Kabinetinin 

iclasmda Azərbaycanm Avropa Şurasma tam hüquqlu üzv 

olması  haqqında  sənəd  qəbul  edilməsi  (2001  yanvarın 

17)55,  Fransanm  Strasburq  şəhərində  Avropa  Şurasmm

130

iqamətgahı 

qarşısında 

Azərbaycanm 

bayrağının 

qaldırılması  və  ölkəmizin  Avropa  Şurasmm  täm  hüquqlu 

üzvünə  çevriləsi  (2001  yanvar  25)56,  AŞPA  payız 

sessiyasında  Azərbaycanm  ərazi  bütövlüyünü  təsdiq  edən 

sənəd  qəbul  edilməsi  (2001  sentyabr  24),  ABŞ-ın 

Azərbaycana silah satışı üzərinə  qoyduğu  qadağanın ləğv 

edilməsi  (2002  martm  30)57,  Trabzon  zirvə  görüşündə 

«Terrorizmə, 

mütəşəkkil 

einayətkarlığa 

və 

digər 


cinayətlərə 

qarşı 


mütəşəkkil 

mübarizə 

haqqmda» 

Azərbaycan, 

Gürcüstan 

və 


Türkiyə 

respublikaları 

arasında  sazişin  imzalanması  (2002  aprelin  30),  NATO- 

nun  Praqa  Samitində  Azərbaycamn  NATO  Parlament 

Assambleyasınm  assosiativ üzvlüyünə  qəbul  olması  (2002 

noyabr)58,  İlham  Əliyevin  AŞ  PA-nin  vitse  prezidenti  və 

qurumun biro üzvü seçilməsi (2003 yanvar) və sair mühüm 

tarixi  məsələlərin  əsas  istiqamətlərindən  biri  Dağlıq 

Qarabağ  münaqişəsinin  sülh  yolu  ilə  həll  edilməsi, 

Azərbaycanm ərazi bütövlüyünün  bərpa edilməsi uğrunda 

mübarizə  təşkil  edir.  Lakin  bu  sahədə  aparılan  gərcin  iş, 

hələ  ki,  təcavüzkar  Ermənistan  dövlətinin  təqsiri 

ucbatmdan  əməli  nəticə  verməyibdir.  Bu  gün  müvəqqəti 

hərbi  məğlubiyyətə  uğrasaq  da,  xarici  siyasət  sahəsində 

qazandığımız  naliyyətlər  bizi  sabaha  ümidlə,  inamla 

baxmağa  səsləyir.  Bu  gün  lıər  bir  azərbaycanlı, 

vətənimizin ərazi bütövlüyü, istiqlalı naminə, lazım gələrsə 

canını  belə  qurban  vermək  əzmindədir.  İqtisadi,  siyasi, 

mənəvi,  psixoloji  potensiyalımız  tam  gücü  ilə  hərəkətə 

gətirilmiş,  ərazi  bütövlüyümüzü  qorumağa  qadir  olan 

yüksək  ideologiyaya,  təlimə,  döyüş  qabiliyyətinə  malik, 

hər  cür  silalıla  təmin  edilmiş,  beynəlxalq  tələblərə  cavab 

verən  güclü,  yenilməz  və  məğlub  edilməz  ordumuz 

yaradılmışdır.  Sülh  yolu  ilə  «Qarabağ  məsələsi»  həll 

edilməzsə,  hərbi  yolla  işğal  altındakı  torp>aqlarımızı  geri

131



qaytarmağa  hazırıq.  Dövlətimiz  gərgin  və  fəal  iş 

aparmaqla belə bir abı-hava yaradıb.  Bu gün, çətin,  lakin 

şərəfli  və  əhəmiyyətli  olan  qələbənin  əldə  edilməsi  üçün 

milli  birliyimiz  lazımdır.  Dünyada  heç  bir  çətinlik  əbədi 

deyildir.  Hər  bir  tənəzzülün  tərəqqisi,  hər  bir  qaranlıq 

gecənin,  sabaha  sıçılan  aydın,  günəşli  bir  gündüzü  olur. 

Tarix boyu bütün mübarizənin sonunda haqq, ədalət zəfər 

çalıb.  Ona  görə  qələbəmizə  zərrə  qədər  də  şübhə 

olmamalıdır.  Inanırıq  ki,  tezliklə  torpaqlarımız  azad 

olacaq,  qaçqın  \rə  köçgünlərimiz  öz  doğma  ata-baba 

yurdlarma qayıdaeaq və Azərbaycanm dövlət müstəqilliyi 

daha  da  möhkəmlənəcəkdir.  Bu  gün  Azərbaycan  dövləti 

etibarh  əllərdədir.  Heydər  Əliyevin  zəngin  idarəçilik  və 

siyasi  məktəbini  keçmiş  layiqli  davamçı,  xalqın  və 

dünyanm  razılıqla  qarşıladığı  istedadlı  dövlət  xadimi, 

dərin  biliyə,  geniş  dünyagörüşünə,  yüksək  idarəetmə 

qabiliyyətinə malik  gənc və  istedadiı  lider  İlham  Heydər 

oğlu  Əliyev  atasmın  siyasi  xəttini  inamla  davam  etdirir. 

İ.H.Əliyevin  prezident  seçildiyi  vaxtdan  keçən  dövr 

ərzində Azərbayccinm həm siyasi, həm sosial-iqtisadi, həm 

də 

beynəlxalq 



münasibətlər 

sahəsində 

yeni-yeni 

nailiyyətlər  qazanılmışdır.  Həmçinin  prezidentimizin 

xarici 

siyasət 


sahəsində 

fəaliyyətinin 

əsas 

istiqamətlərindən biri Dağlıq  Qarabağ münaqişəsinin sülh 



yolu  ilə  həll  edilməsi,  Azərbaycanm  ərazi  bütövlüyünün 

bərpa  edilməsi  uğrunda  mübarizə  təşkil  edir.  İ.H.Əliyev 

çıxışlarmda  dəfələrlə  bəyan  etmişdir  ki,  Azərbaycan 

dövləti  və  xalqı  Dağlıq  Qarabağ  məsələsini  ədalətlə,  sülh 

yolu  ilə  həll 

edilməsinin  tərəfdarıdır.  Lakin  sülh 

imkanlarmm  tükənməsi  Azərbaycanı  öz  torpaqlarını 

silahlı  yolla  azad  etmək  hüququndan  istifadə  etmək 

məcburiyyətində:  qoya  bilər.  Güclü  orduya  malik 

Azərbaycan  dövlati  buna  qadirdir.  XXI  yüzilliyin  ilk  altı



132

ilində  Azərbaycan  diplamatiyasmın  gərgin  səyləri  öz 

bəhrəsini 

verməkdədir. 

Dünya 

ictimaiyyatı 



artıq 

Azərbaycan  həqiqətlərinə  daha çox  yaxmdır.  Azərbaycan 

sürətlə  Avropatlantika  məkanma  intiqrasiya  olunur. 

İşğalçı  Ermənistan  isə  daha  çox  dünya  birliyindən, 

dünyada  və  bölgədə  gedən  inteqraiya  proseslərindən 

kənarda  qalmaqdadır.  Hazırda  müstəqil  Azərbaycan 

dövləti  dünyanın  128  ölkəsi  ilə  iqtisadi-ticarət  əlaqəlri 

qurmuşdur.  Sülhün və əmin-amanlığm  carçısı  H.Ə.Əliyev 

çıxışlarmdan  birində  qeyd  etmişdir  ki,  «XXI  yüzilliyin 

əvvəllərində  istər  daxildə,  istərsə  də  xarici  siyasətdə 

qazamlmış  nailiyyətlər  Azərbaycanm  ərazi  bütövlüyünü 

bərpa  edəcəyindən  xəbər  verir...  Azərbaycan  dövlət 

müstəqilliyi  əbədi,  sarsılmaz,  dönməz  olacaqdır  və 

Azərbaycanm bügünkü nəsİi gələcək Azərbaycanı daha da 

yüksəklərə qaldıracaqdır»59.

133




Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin