Azərbaycan alt paleolit dövründə Alt paleolit


Monqolların Azərbaycana yürüşlərinin başlanması



Yüklə 36,95 Kb.
səhifə6/7
tarix24.10.2023
ölçüsü36,95 Kb.
#160136
1   2   3   4   5   6   7
2807(1

Monqolların Azərbaycana yürüşlərinin başlanması. Monqollar Azərbaycana ilk dəfə 1220-ci ildə yürüş etdilər. Monqol sərkərdələri Cəbə və Subutay Zəncanı, Ərdəbili, Sərabı və başqa şəhərləri talan etdilər, dağıtdılar, Təbrizə yaxınlaşdılar. Şəhər möhkəm qala divarları ilə əhatə edilmişdi və onu silah gücünə zəbt etməyin çətin olacağını anlayan monqollar danışıqlar aparmağı təklif etdilər. Eldənizlər dövlətinin hökmdarı Özbək şəhərin müdafiəsinə arxayın deyildi və monqollarla sazişə girməyi üstün tutdu. O, Cəbə və Subutayın yanına elçi göndərdi, onlara xeyli ərzaq, paltar, mal-qara və qızıl verdi. Monqollar böyük xərac aldıqdan sonra qışlamaq üçün Muğana yollandılar və oradan Gürcüstana basqın etdilər. 1221-ci ilin əvvəllərində Cəbə və Subutayın dəstələri Gürcüstandan Azərbaycana qayıtdılar və Təbrizə tərəf yönəldilər. Təbriz hakimi Şəmsəddin Tuğrayi pul, geyim və mal-qaradan ibarət xərac verməklə şəhəri qarətdən xilas edə bildi. Bundan sonra monqollar qəflətən Marağa üzərinə yürüş etdilər. Şəhər hakimi (adı naməlum olan qadın) Ruyendej qalasında gizlənməyə məcbur oldu. Lakin xalq kütlələri doğma şəhərin müdafiəsinə qalxdılar, düşmənə ciddi müqavimət göstərdilər.
Monqollar divardağıdan qurğuların köməyi ilə Marağaya soxuldular və əhaliyə qanlı divan tutdular. Salnaməçinin verdiyi məlumata əsasən monqollar əsirləri məcbur edirdilər ki, onlar şəhərdə "monqollar çıxıb getmişlər" deyə car çəksinlər. Nəticədə bir çoxları aldanmış, gizləndikləri yerlərdən küçələrə çıxmış və həmin məqamda düşmən tərəfindən qətlə yetirilmişlər. Qeyd;Manqollar 1221-ci ilin əvvəlində Mağaraya hücum eden monqollar,şəhəri talan etdilər Monqollar Marağada ikən Həmədanda xalq üsyanı baş verdi. Cəbə və Subutay Azərbaycanı tərk etməli oldular. Tezliklə Cəbə və Subutay Həmədanda üsyanı yatırdılar, sonra isə Ərdəbilə basqın edərək şəhəri ələ keçirdilər. Monqol qoşunu Ərdəbil istiqamətindən Təbrizə üçüncü dəfə hücum etdi. Özbək düşmənin şəhərə yaxınlaşdığını eşidib Naxçıvana qaçdı. Təbrizlilər bu dəfə də şəhər rəisi Şəmsəddin Tuğrainin başçılığı ilə Təbrizin müdafiəsinə qalxdılar. Təbriz hər tərəfdən möhkəmləndirildi, istehkamlar yaradıldı, qala divarları təmir olundu. Monqol sərkərdələri Cəbə və Subutay Təbrizin ciddi mübarizəyə hazır olduğunu görüb açıq döyüşə girməkdən çəkidilər və yenidənxərac almaqla kifayətləndilər. Monqollar Sərab şəhərini zəbt etdikdən sonra Beyləqana tərəf yönəldilər. Monqol qoşunları ilə şəhər əhalisi arasında qanlı vuruşma baş verdi. Amansız döyüşdən sonra Beyləqan zəbt edildi və əhaliyə qanlı divan tutuldu. Monqollar nəinki qocaları və uşaqlar, hətta ana bətnində olan körpələri də öldürdülər. Beyləqanın monqollar tərəfindən dağıdılmasına və yandırılmasına dair ilk mənbələrin verdiyi məlumatları şəhərdə aparılmış arxeoloji qazıntılar da sübut edir. Güclü qarətdən sonra Beyləqana od vurub yandıran monqol sərkərdələri Cəbə və Subutay Gəncəyə üz tutdular. Gəncəlilər şəhərin müdafiəsinə əvvəlcədən hazırlaşmışdılar. Şirvanşah qalalardan birinə sığınmalı oldu. Şamaxı əhalisi düşmənə qəti müqavimət göstərməyi qərara aldı. Monqollar mühasirə nərdivanlarından istifadə etdilər, lakin şəhərə girə bilmədilər. Onlar meyitlərdən qalaqlar düzəltdilər və bu qalaqlar üzərinə çıxıb şəhərə od yağdırmağa başladılar. Lakin bu üsul da şəhərin mərd müdafiəçilərini qorxutmadı. Onlar qəhrəmancasına ölməyi düşmənə əsir düşməkdən üstün tutdular. Ərəb tarixçisi İbn əl-Əsir şamaxılılar haqqında yazırdı ki, əhali "qılınca sarılmaq lazımdır, bizə ölümdən qurtuluş yoxdur, döyüşmək və şərəflə ölmək hər şeydən yaxşıdır" deyərək düşmənə ciddi müqavimət göstərirdi. Mübarizə üç gün davam etdi. Sayca üstün olan monqollar şəhəri ələ keçirə bildilər.İbn əl-Əsirin ifadəsi ilə desək, "şəhərdə əhalinin kökü kəsildi". Monqollar 1222-ci ildə Şamaxıdan şimala doğru yönəldilər. Dərbənddən keçməyin çətinliyini anlayaraq hiyləyə əl atdılar və danışıqlar üçün şirvanşaha xəbər göndərdilər. Şirvanşah təklifi qəbul etdi və 10 nəfərlik elçi heyəti göndərdi. Monqollar elçilərdən birini öldürdülər, digərlərini isə məcbur etdilər ki, onları gizli yollarla Dərbənddən şimala keçirsinlər. Beləliklə monqollar 1222-ci ildə Azərbaycan ərazisini tərk etdilər.və Monqolustana qayıydılar.

Yüklə 36,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin