Azərbaycan bölməsi Biokimya elminin əsasları, onun bədən tərbiyəsi və idman mütəxəsisləri üçün əhəmiyyəti



Yüklə 53,69 Kb.
səhifə7/15
tarix16.12.2022
ölçüsü53,69 Kb.
#75636
1   2   3   4   5   6   7   8   9   10   ...   15
biokimya 200(test) az

Lipidlər və onların mübadiləsi

96. Yağların və karbohidratların kimyəvi quruluşu hansı elementlərdən ibarətdir?


A) C, H, O
B) C, H, O, N
C) C, H, O, Na
D) Cu, Zn, Ni
E) Cl, Br, J

97. Yağlar canlı orqanizmdə hansı funksiyaları yerinə yetirir?


1.enerji
2.ehtiyat
3.hormonal
4.katalitik
5.qoruyucu
6.nəqliyyat
A) 1,2,5
B) 1,2,3
C) 1,2,4
D) 1,5,6
E) 3,4,6

98. Yağlar haqqında səhv olanı göstərin?


A) orqanizmdə amin turşularından sintez olunurlar
B) mürəkkəb yağlar “lipoidlər” adlanır
C) 1 qr yağların oksidləşməsindən 9,3 kkal enerji əmələ gəlir
D) yağların qələvilərin iştirakı ilə hidrolizi sabunlaşma reaksiyası adlanır
E) bitki yağları maye halında olur, heyvani yağlar isə bərk halda olur

99. Mürəkkəb yağlar növünə hansı yağabənzər maddələr daxildir?


A) fosfatidlər, qlikolipidlər, steroidlər
B) fosfatidlər, qlikoproteidlər, steroidlər
C) lipoproteidlər, qlikolipidlər, steroidlər
D) nukleoproteidlər, qlikolipidlər, mumlar
E) metalloproteidlər, flavoproteidlər

100. Orqanizmdə keton cisimcikləri hansı üzvi maddənin mübadiləsi zamanı əmələ gəlir?


A) yağların
B) zülalların
C) karbohidratların
D) aminturşuların
E) polisaxaridlərin

101. Neytral yağların əzələ toxumasında əsas rolu hansıdır?


A) enerji deposu
B) nəqliyyat
C) təqəllüs
D) hormonal
E) katalitik

102. Triqliseridlər lipidlərin hansı qrupuna aiddir?


A) neytral yağlar
B) serebrozidlər
C) fosfatidlər
D) mumlar
E) amin turşusu

103. Hansı maddə xolesterolun bağırsaqda sorulmasını yaxşılaşdırır?


A) öd turşuları
B) xlorid turşusu
C) tripsin
D) pepsin
E) enterokinaza

104. Yağların həzmi əsasən harada başlayır?


A) nazik bağırsaqda
B) mədədə
C) yoğun bağırsağın aşağı hissəsində
D) yoğun bağırsağın üst hissəsində
E) ağız boşluğunda

105. Mürəkkəb yağlar haqqında səhv olanı göstərin?


A) mürəkkəb yağların tərkibində yalnız doymuş və doymamış yağ turşuları vardır
B) qlikolipidlər yağabənzər maddələrdir
C) fosfatidlər yağabənzər maddələrdir
D) mürəkkəb yağların tərkibində həm yağ turşuları, həm də başqa maddələr vardır
E) xolesterin və xolin maddələri yağabənzər maddələrdir

106. Sutka ərzində orta yaşlı insanların yağlara olan təlabatı nə qədərdir?


A) 80-100 qr
B) 400-450 qr
C) 100-150 qr
D) 150-200 qr
E) 250-300 qr



Yüklə 53,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin