1
AZƏRBAYCAN D L VƏ N TQ MƏDƏN YYƏT FƏNN ÜZRƏ MTAHAN
SUALLARININ CAVABLARI
Sual 1. Dil nə dir və onun və zifə lə ri nə də n ibarə tdir?
Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-biri ilə
ünsiyyət saxlamaq zərurətindən meydana çıxmışdır.Deməli, dil insanlar arasında
ünsiyyət vasitəsidir. Dil ünsiyyət vasitəsi kimi yalnız müəyyən şəraitdə ─ insan
cəmiyyətində yaranır və fəaliyyət göstərir. Dilin varlığı üçün bəşər cəmiyyətinin olması
vacib şərtdir. nsan cəmiyyəti olmayan yerdə dil mövcud ola bilməz. Buna görə də
dil ictimai hadisə sayılır.
Dil ancaq insana məxsusdur və təfəkkürlə bağlıdır. Dilin yaranmasında insan
orqanizminin şaquli vəziyyətdə olması da mühüm rol oynamışdır.
Dilin irsi və irqi cəhətlərlə bağlılığı yoxdur. Belə ki, bir zənci balası körpəlik
çağından valideynlərindən ayrı düşərək, məsələn, bir azərbaycanlı ailəsində böyü-yərsə,
o, Azərbaycan dilində danışmağa başlayacaq.
Dil mənsub olduğu xalqın həyatı ilə sıx bağlıdır. Hər hansı bir xalqın milli şüuru,
mədəni səviyyəsi inkişaf etdikcə onun dili də inkişaf edir, təkmilləşir.
Dilin üç vəzifəsi vardır:
1. Dil cəmiyyətdə ünsiyyət vasitəsidir.
2. Dil insanı əhatə edən əşya və hadisələrin adlarını bildirir.
3. Dil fikri ifadə edir.
Sual 2. Dilin qayda-qanunları, xüsusiyyətləri və quruluşunu öyrənən elm necə
adlanır və onun hansı sahə lə ri vardır?
Dilin qayda-qanunları, xüsusiyyətləri və quruluşunu öyrənən elm dilçilik elmi
adlanır. Dil müxtəlif baxımdan öyrənildiyi üçün ayrı-ayrı sahələrə bölünür. Dilçiliyin
fonetika, leksikologiya (frazeologiya da bura daxildir), morfologiya və sintaksis kimi
bölmələrdən başqa, etimologiya, lüğətçilik, dialektologiya kimi sahələri də vardır.
Fonetikada danışıq səsləri, ahəng qanunu, heca və vurğu, fonetik hadisələr,
leksikologiyada dilin lüğət tərkibi, sözlərin mahiyyəti, onların forma və məzmunca
ə
mələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi, eləcə də frazeoloji
birləşmələr öyrənilirsə, morfologiyanın predmeti sözün tərkibi, nitq hissələri və onların
dəyişmə qaydalarıdır, sintaksisdə isə söz birləşmələri və cümlələr tədqiq edilir.
Sözün mənşəyini, kökünü, nədən törəməsini öyrənən dilçilik sahəsinə etimo-logiya
deyilir. Dilimizdə yaranma tarixi çox qədim olan elə sözlər var ki, indiki şəklində
daşıdığı leksik məna anlaşılmır, yəni kökü, mənşəyi izah edilə bilmir. Bu halda
etimologiya elminə üz tutmaq lazım gəlir. Ya elmi əsaslara söykənən elmi
etimologiyanın, ya da xalqın məntiqinə əsaslanan xalq etimologiyasının, başqa sözlə,
yalançı etimologiyanın imkanlarından istifadə edilir. Sözün kökünü üzə çıxarmaq, onun
başqa sözlərlə bağlılığını öyrənmək üçün aparılan dilçilik araşdırmalarına etimoloji
təhlil deyilir.
Lüğətçilik (leksikoqrafiya) dilçiliyin praktik sahəsi olub, lüğətlərin tərtibi, yaranma
qaydalarını öyrənir. Lüğətlərin tərtibi ilə məşğul olan mütəxəssis lüğət-
2
çi ─ leksikoqraf adlanır. Lüğətlərin bir neçə növü var: izahlı lüğətlər, tərcümə lü-ğətləri
və terminoloji lüğətlər.
Dialektologiya dialekt və ya şivəni öyrənən dilçilik sahəsidir. Bir çox şivələ-
rimizdə elə qədim sözlər qorunub saxlanmışdır ki, vaxtilə ədəbi dilimizdə işlənmiş,
lakin indi unudulmuşdur. Bu baxımdan dialektlər dilimizin tarixini, onun inkişaf
mərhələlərini öyrənmək üçün çox əhəmiyyətlidir.
Nitq mədəniyyəti də dilçiliyin praktik, yəni təcrübi sahəsi olub, dildən
ünsiyryə t vasitə si kimi istifadə qaydalarını öyrə nir. Nitq mədəniyyətinə yaxşı
yiyələnmək üçün dilin fonetik, leksik və qrammatik qayda-qanunlarını bilmək və nitq
zamanı onlara əməl etmək zəruridir.
Nitq mədəniyyətində dilçiliyin nəzəri fikirləri əməli şəkildə həyata keçirilir. Buna
görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq
mədəniyyətində ayrı-ayrı dil faktları və ya dil hadisələri yox, dilçiliyin qayda-qa-nunları
sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti yoxdur.
Sual 3. Yazı və onun növləri barədə məlumat yazın.
nsanların səsin çatmadığı, ünün yetmədiyi yerlərlə də əlaqə saxlamaq ehtiya-
cından yazı yaranmışdır. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr
sistemidir.
Yazının ilkin növü əşyaların köməyi ilə olmuşdir. nsanlar uzaq yerlərə öz fi-
kirlərini əşyaların köməyi ilə çatdırmışlar. Buna görə də həmin yazı əşyəvi yazı ad-
lanır.
Yazının ikinci növü şəkli (piktoqrafik) yazıdır. Bu yazıda nəzərdə tutulan əşyanın
şə
kli çəkilir. Piktoqrafik yazıya aid nümunələr bugünkü həyatımızda da müşahidə edilir.
Məsələn, gözəllik salonunun qarşısında qadın şəkli, qayçı, daraq şəkli, zoomağazanın
qarşısında heyvanların şəkli və s. piktoqrafik yazı nümunələ-ridir.
Piktoqrafik yazıdan sonra fikri (ideoqrafik) yazı ortaya çıxmışdır. Bu yazıda da
fikir şəklin köməyi ilə çatdırılır. Piktoqrafik yazıda şəkil birbaşa əşyanın özünü
bildirdiyi halda, ideoqrafik yazıda şəkil rəmzi mənada (ideya şəklində) işlənir: günəş
şə
kil işıq, nur anlayışı bildirir.
Yazının ən son və müasir növü hə rfi (fonoqrafik) yazıdır. Fonoqrafik yazının ilk
mərhələsi heca yazısı (sillabik yazı) olmuşdur. Bu yazıda bir neçə səs bir işarə ilə ifadə
olunmuşdur. Əsl fonoqrafik yazıda isə hər bir səs bir hərflə işarə olunur. Hazırda
istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası fonoqrafik yazıya əsaslanır.
Sual 4. Qohum dillər. Türk dilləri ailəsində Azərbaycan dilinin yeri barədə
yazın.
Dünya dilləri yarandığı ilk dövrlərdə çox az sayda olmuşdur. Zaman keçdikcə bu
dillər arasında bölünmə getmiş, bir dildən onlarla dil formalaşmış, formalaşan-ların da
hər birindən sonralar yeni dillər əmələ gəlmişdir. Beləliklə, bu gün dünya-
da 3500-dən çox dil vardır.
3
Bir kökdən törəyən dillərə qohum dillər deyilir. Qohum dillərin hamısı birlikdə
dil ailəsi adlanır. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Türk dilləri ailəsi bir
neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu.
Dilimiz oğ uz qrupuna daxildir, bu qrupa hə mçinin Türkiyə türkcə si,
türkmə n və qaqauz dillə ri aid edilir. Oğuz qrupundan olan dillərin formalaşması
eramızın birinci minilliyində başa çatır. XVI əsrdən etibarən Azərbaycan dili milli dil
kimi yetişmiş və oğuz qrupuna daxil olan digər dillərdən fərqli keyfiyyətlər
qazanmışdır. Qazax, qırğız, tatar, başqırd, qumıq dilləri qıpçaq qrupunu təşkil edir.
Qarluq qrupuna isə özbək, uyğur və salur dilləri daxildir.
Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də bir
çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. 50 milyondan çox azər-
baycanlı bu dildə danışır.
Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir. Azərbaycan
Respublikasının bütün dövlət orqanlarında yazılı və şıfahi əlaqə işləri Azərbaycan
dilində aparılır. Yəni dövlət idarələrində vəzifə tutan müxtəlif xalqların nümayəndələri
öz işlərini məhz Azərbaycan dilində həyata keçirirlər.
Dövlət dilinin vahidliyi demokratizmi ilə səciyyələnir.
Ölkəmizdə
yaşayan azsaylı
xalqların, etnik qrupların nümayəndələrinin öz aralarında ana dilində ünsiyyət saxlamaq
hüququ vardır.
Sual 5. Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyevin rolu
haqqında mə lumat yazın.
Görkəmli ictimai-siyasi xadim, ulu öndərimiz Heydər Əliyevin hərtərəfli yaradıcılıq
fəaliyyətində dilçilik məsələləri, ilk öncə ana dili, dil və mədəniyyət, dil və millət, dil və tarix,
dil və ədəbiyyat, dil quruculuğu kimi önəmli sosiolinqvistik məsələlər də xüsusi yer tutur.
Bütün böyük siyasi xadimlər kimi Heydər Əliyev də öz xalqının, öz ölkəsinin iqtisadiyyatı,
maddi rifah halının yaxşılaşması ilə bərabər, onun ümummədəni tərəqqisinin də qayğısına
qalmış, yaşadığı ölkənin, mənsub ölduğu xalqın dünyanın ən inkişaf etmiş ölkələri və xalqları
səviyyəsinə yüksəlməsinə ciddi diqqət yetirmişdir.
Hər bir millətin inkişafında onun ən mühüm varlıq və yaşam amili olan milli dilinin
müstəsna rolu vardır. Təsadüfi deyildir ki, Heydər Əliyevin dil doktrinasında dil amili başqa
amillərdən uca tutulur. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan
komissiyanın dövlət dili məsələsinə həsr olunmuş iclaslarından birində o deyir: « ndi biz
dilimizdə sə rbə st danış ırıq və hə r bir mürə kkə b fikri ifadə etmə yə qadirik. Bu, böyük
nailiyyə tdir. Bu, iqtisadi və baş qa nailiyyə tlə rin hamısından üstün bir nailiyyə tdir ki,
bizim bir millə t kimi özümüzə mə xsus dilimiz var və o da o qə də r zə ngindir ki, dünyanın
hə r bir hadisə sini biz öz dilimizdə ifadə edə bilirik».
Dili iqtisadi və başqa nailiyyətlərin hamısından üstün nailiyyət sayan ulu öndər Heydər
Ə
liyev 1960-cı illərin sonundan başlayaraq öz zəngin təcrübəsi, yüksək intellekti, milli
mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində ardıcıl milli dil siyasəti
işləyib hazırlamış və bütün çətinliklərə sinə gərərək onu dönmədən həyata keçirmiş,
Azərbaycan dilinin dövlət dili olması, xalqımızın mənəvi mövcudluğunun əsas amillərindən
olan dilimizin inkişafı və yüksəlişi uğrunda ardıcıl mübarizə aparmışdır.
4
Ümummilli liderimiz Heydər Əliyevin ana dilinə qayğısı və diqqəti sonrakı illərdə də
davam etmişdir. 1978-ci ildə müttəfiq respublikaların yeni konstitusiyaları qəbul edilən zaman
onun göstərdiyi təşkilati fəaliyyət də çox böyük olmuşdur. Bəlli olduğu kimi, o vaxt
respublikalarda qəbul olunmuş konstitusiyaların heç birində ana dili dövlət dili kimi qeyd
olunmamışdı. Zaqafqaziya respublikalarından başqa digər respublikalar üçün belə problem
artıq mövcud deyildi. Azərbaycanda isə dövlət dili maddəsi uğrunda qızğın mübarizə gedirdi.
Ümummilli lider o günləri xatırlayaraq deyirdi: «1977-78-ci illərdə biz yeni konstitusiyanı
qəbul edərkən bu məsələ, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni konstitusiyada
Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması barədə maddə hazırladıq. Qeyd etdiyim
kimi, mən həmin konstitusiyanı hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik
edirdim...”
Sual 6 Fonetika haqqında ümumi mə lumat yazın
Yazılı və şifahi nitq müəyyən vahidlərdən ibarətdir: səslər, hərflər, sözlər, cümlələr və s.
Fonetikada öyrə nilə n sə slə r və hə rflə r dilin ə n kiçik vahidlə ridir. Ümumilikdə fonetika
danış ıq sə slə rini öyrə nir. Ahə ng qanunu, heca, vurğ u, sə sartımı və sə sdüş ümü fonetikanın
mövzuları sırasına daxildir. Fonetika yunan sözü olub "fone" (sə s) və "tika" (elm)
sözlə rində n ə mə lə gə lib.
Danışıq zamanı tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Danışıq səslərinin
yaranmasında dodaqlar, dil və səs telləri daha fəal iştirak edir. Bundan başqa ağ ciyər, nəfəs
borusu, qırtlaq, ağız boşluğu, dişlər, burun boşluğu, alt çənə kimi üzvlər də danışıq səslərinin
yaranmasında iştirak edir. Ən fəal danışıq üzvü dildir. Danışıq səsləri şifahi nitqin
vahidləridir. Yazılı nitqdə isə bu, hərflərdə öz əksini tapır. Səslər hərflərdən müəyyən cəhətlərə
görə fərqlənir: Səslər tələffüz olunur və eşidilir. Hərflər yazılır və oxunur(görünür).
Sual 7 Sait və samit səslərin təsnifatı haqqında məlumat yazın.
Azərbaycan dilində 9 sait səs var: [a], [ı], [o], [u], [e], [ə], [i], [ö], [ü]. Dodaqların
və dilin müəyyən vəziyyətlərə düşməsi ilə əlaqədar saitlərin müxtəlif növləri yaranır.
Dilimizdə saitlər üç qrupa bölünür və bu baxımdan hər saitin də üç əlaməti özünü göstərir:
1.
Dilin üfüqi vəziyyətinə görə:a) dilarxası və ya qalın saitlər: a,ı,o,u
b)dilönü və ya incə saitlər: ə,i,ı,ö,ü,e
2.Dilin şaquli vəziyyətinə görə: a) qapalı və ya dar saitlər: ı, i, u, ü
b) açıq və ya gen saitlər: a,ə,o,ö,e
3.Tələffüz zamanı dodaqların aldığı vəziyyətə görə: a) dodaqlanan: o,ö,u,ü
b) dodaqlanmayan saitlər: a,ə,ı,i,e
Samit səslərin yaranmasında səs tellərinin iştirakı fərqlidir. Səs tellərinin iştirakına
görə samit səslər iki növə bölünür: kar, cingiltili
l)Kar samitlərin yaranmasmda səs telləri iştirak etmir və ona görə də təkcə küydən ibarət
olur.
5
2)Cingiltili samitlərin yaranmasmda səs telləri iştirak etdiyi üçün küylə yanaşı, avaz da
olur.
Yaranma və səslənmə ardıcıllığına görə kar və cingiltili samitlər bir-biri ilə qarşılıq təşkil
edir.
Sual 8.Leksika. Söz, sözün leksik və qrammatik mənaları haqqında yazın.
Söz dilin əsas vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni
leksikasını təşkil edir. Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır.
Leksikologiya yunanca iki sözdən-lexikos (söz) və loqosdan (təlim) ibarətdir.
Leksikologiya dilçiliyin bir bölməsi olub, dildəki bütün sözləri öyrənir.
Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə etməyə xidmət göstərir. Hər bir sözün
birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Sözlərin leksik mənası izahlı
lüğətlərdə öz ifadəsini tapır. Məs.: Kərə-əridilmiş yağ, şit yağ; Maya - I.Qıcqırma əmələ
gətirən maddə, rüşeym, döl, müəyyən bir şeyə qoyulan pul, II.Dişi dəvə.
Sözün leksik mənası ilə yanaşı, qrammatik mənası da olur. Məs.: Dəryaz sözünün ot
çalmaq üçün uzun saplı, dişsiz orağa oxşayan alət olması onun leksik mənasıdır; isim olması,
adlıq halda işlənməsi isə qrammatik mənasıdır.
Ə
sas nitq hissələrini təşkil edən bütün sözlər leksik və qrammatik mənaya malik olur.
Amma köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur.
zahlı lüğətlərdə sözlərin leksik mənaları, orfoqrafıya lüğətində onlarm düzgün yazılış
qaydaları, orfoepiya lüğətində düzgün tələffüz qaydaları və s. əhatə olunur.
Lüğətlərin növləri çoxdur: orfoqrafiya, orfoepiya, leksika, termin lüğətləri və s. Bunların
hamısında sözlər əlifba sırası ilə düzülür.
> Bütün sözlərin leksik mənası olmur.
> Sözün leksik mənası onun məzmununu əks etdirir.
>
Sözün qrammatik mənası sözlərin hansı nitq hissələrinə aid olması və həmin nitq hissəsinə
xas olan xüsusiyyətləri ifadə etməsi ilə müəyyənləşir.
Bütün sözlərin və hətta şəkilçilərin qrammatik mənası olur.
Sual 9. Təkmənalı və coxmənalı sözlər nəyə deyilir?
Yalnız bir leksik mənası olan sözə təkmənalı söz deyilir. Məs.: moruq, böyürtkən,
avtobus, yaşıl və s.
Eyni leksik mə na ilə bağ lı bir-birinə yaxın müxtə lif mə naları bildirə n sözə isə
çoxmə nalı söz deyilir. Məs.: üz-adamın üzü, suyun üzü, yorğanm üzü; göz - adamın gözü,
bulağın gözü, şkafın gözü və s.
6
Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məs.:
Hə qiqi mə na:
Mə cazi mə na:
polad balta (isim)
polad bilə k (isim)
gözəl mənzərə (sifət)
gözə l fikir (sifə t)
Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə
edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır. Məs.: alovun dili, çəkmənin dili, insanın dili,
heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili nümunələrində “dil” leksik
vahidi həqiqi mənada, alovun dili, çəkmənin dili nümunələrində isə məcazi mənada işlənib.
Çoxmənalı sözlər bu və ya digər cəhətdən bir-birinə oxşar əşyaları, yaxud oxşar əlamət və
hərəkəti bildirir. Məs.: kağız sözü bir neçə mənada işlənir. Kağız-üzərində yazı yazılan, yazı
çap edilən xüsusi materialdır. Kağız-hər cür rəsmi sənəddir (yaş kağızı, icazə kağızı və s.). Bu
mənaların ikisində də bir-birinə yaxınlıq var.
•
Bütün sözlər çoxmənalı ola bilməz.
•
Çoxmənalı sözlər, əsasən,bədii üslubda işlədilir.
Çoxmənalı sözlərə dilimizin, demək olar ki, bütün əsas nitq hissələrində təsadüf olunur.
Bunların içərisində isimlər, fellər və sifətlər daha çoxdur.
Sual 10.Omonim, sinonim və antonimlə r barə də yazın.
Çoxmənalı sözlərdə mənalardan biri əsas, digərləri isə ondan törəmə olur. Yəni
çoxmənalılıq sözün əsas mənasının məcazlaşması yolu ilə yaranır. Məs.: ət maşını, minik
maşını, təbliğat maşını və s.
Ə
gər sözün mənaları arasında heç bir bağlılıq yoxdursa, deməli, bunlar ayrı-ayrı leksik
vahidlərdir, yəni omonimlə rdir. Məs.: lə pə -su dalğası, ləpə-qoz
ləpəsi.Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə
fə rqlə nə n sözlə rə omonimlə r deyilir.
• Lüğətlərdə omonimlər ayrı-ayrı sözlər kimi verilir və onların üzərində
sıra nömrəsi qoyulur:
Divan
1
- oturmaq üçün vasitə Divan
2
- şeirlər
külliyyatı
Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər ayrı-
ayrı mənaları bildirir. "Balıq tutmaq" sözü ilə
kiminsə "fikrini tutmaq" birləşmələrindəki "tut"
sözləri çoxmənalıdır, amma "tut yemək" birləşməsi
ilə "topu tut" ifadələrindəki "tut" sözləri
omonimdir.
•
Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər yalnız həqiqi mənada olur.
•
Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər həm eyni, həm də ayrı-ayrı nitq
hissələrinə aid olur. Məs.: "adamın üzü", "kitabın üzü" ifadələrindəki "üz" sözləri
7
çoxmənalı sözlərdir və isimlərdir, "kitabın üzü" ifadəsi ilə "dənizdə üz" ifadəsindəki
"üz"lərdən birincisi isim, ikincisi isə feldir.
Yazılış ı və deyiliş i müxtə lif olan, lakin eyni və ya yaxın mə naları bildirə n sözlə rə
sinonimlə r deyilir.
Sinonimlər eyni mənanı bildirsə də, onların nitqdə işlənməsində incə fərqlər var. Məs.:
qaçmaq - yüyürmək sinonimlərindən ikincisində hərəkət daha güclüdür. Yaxud böyük, iri,
yekə sinonimləri eyni əlaməti bildirsə də, bunlardan iirincisini hadisə sözünə,üçünçüsünü isə
kompyuter sözünə aid etmək mümkün deyil.
•
Sinonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. "Kal" və "yetişməmiş",
"şə kə r" və "ş irin" tipli sözlər sinonim hesab edilmir. Çünki kal sifət, yetiş mə miş feli
sifətdir, şəkər isim, şirin sifətdir.
•
Sinonimlər fikri daha dəqiq ifadə etməkdə mühüm rol oynayır, sözləri
yersiz təkrar etməyin qarşısını alır.
•
Sinonimlik özünü daha çox isim, sifət və fellərdə göstərir.
Sinonimlərdən, əsasən, bədii üslubda istifadə olunur.
Eyniköklü sözlər sinonim ola bilmir: bivəfa-vəfasız
Dostları ilə paylaş: |