Azərbaycan dili X sinif Böyük Summativ Qiymətləndirmə 2
Tarix __________________ Sinif __________
Şagirdin adı ___________________ Soyadı ______________________
1-9-cu suallar mətnlə bağlıdır.
İnsan qəlbi
Bir gün xasiyəti çox ağır olan bir gəncin atası oğlunu yanına çağıraraq ona bir kisə mismar verir və tapşırır ki, hər dəfə kiminsə xətrinə dəyib incitdikdə bu mismarlardan birini həyətin qapısına çalsın. Birinci gün oğlan 30-a qədər mismar işlədir. Get-gedə səbirli olmağa çalışan gənc vurduğu mismarların sayını gündən-günə azaldır. Təmkinini qorumağın mismar vurmaqdan daha asan olduğunu görən oğlan bir neçə həftədən sonra gün ərzində bir dənə də mismar vurmadığını görüb bunu atasına deyir.
Ata bu dəfə oğluna hər dəfə yenə təmkinini qorumağı bacardığı zaman bu mismarlardan birini çıxarmağı tapşırır. Bir neçə vaxtdan sonra qapıda mismar qalmır. Ata oğlunu həmin taxta qapıya yaxınlaşdıraraq deyir:
- Oğlum, sən özünü çox yaxşı aparmısan. Lakin görürsən ki, qapıda nə qədər deşik qalıb. Bu deşiklər bir daha heç nə ilə örtülməyəcək. Bax insan qəlbi də bu qapı kimidir. Hər deyilmiş acı söz bu qəlbi yaralayır və sən bundan sonra nə qədər üzr istəsən də, insanın qəlbində belə yaralar qalır. Odur ki...
1. Mətnin sonuncu cümləsini - nöqtələrin yerinə uyğun gələn ifadəni siz tamamlayın__________________________________________________________________________________________________________________________________________
2. Qara hərflə verilmiş sözü əvəz edə bilən ifadələrdir.
1. pərt etmək 2. qəlbini qırmaq 3. məyus etmək 4. ürəyini yaralamaq
A) 1,3 B) 2,3 C) 2,4 D) 1,4
3. Mətnin nəticə hissəsinə aid olan fikir hansıdır?
A) Oğlanın səbri tükənir. C) Oğlan getdikcə az insan incidir.
B) Oğlan əməlindən çox peşman olur. D) Qapıdakı mismarlar bitir.
4. Atalar sözlərindən biri mətnin ideyası ilə bağlı deyil:
A) Söz var, kəsər savaşı, söz var, kəsdirər başı.
B) Bir qəlbi yıxmaq Kəbəni yıxmağa bərabərdir.
C) Qılınc yarası sağalar, söz yarası sağalmaz.
D) Qəlb qırmaq asandır, təmir etmək çətindir.
5. Mətnin məzmununa aid olan fikirlərdən biri yanlış verilib.
A) Gəncin acıdil olsa da, özünü tərbiyə edib düzəldir.
B) Oğlunun pis xasiyyətini düzəltməyə atası yardımçı olur.
C) Gənc atasının verdiyi məsləhətlərə məhəl qoymur.
D) Ata oğlunu başa salmaq üçün əyani vəsaitdən istifadə edir.
6. Altından xətt çəkilən hansı söz səhv yazılmışdır?
A) asan B) oğluna C) qəlbində D) xasiyət
7. Tələffüzlərini qeyd edin:
Mismarları ________________ səbirli ______________
Həftə ______________ yaralayır ________________ deşiklər _____________
8. Mətndə kursivlə (əyri) verilmiş sözü “dəvət edərək” sözü ilə əvəzləsək dilin hansı norması pozular?
A) leksik norma B) qrammatik norma C) fonetik norma D) pozulmaz
9. Mətn hansı üslubda yazılıb?
A) elmi B) bədii C) publisistik D) məişət
10. Fikrin bitmədiyini bildirmək məqsədilə cümlənin sonunda hansı durğu işarəsi qoyulur?
A) nöqtəli vergül B) vergül C) tire D) üç nöqtə
11. Aydın, anlaşıqlı, hamı tərəfindən başa düşülən olmalıdır.
Yazılı və şifahi formaları var. Söhbət hansı üslubdan gedir: ______________________
12. Nitq haqqında deyilənlərdən biri yanlışdır:
A) dil əsasında meydana çıxır B) fərdidir C) dəyişməzdir D) törəmədir
13. Şirniyyat mağazasının üstündə çəkilmiş tort şəkli hansı yazıya nümunədir?
A) piktoqrafik B) ideoqrafik C) əşyəvi yazı D) fonoqrafik
14. Bu üslubda yığcamlıq, konkretlik, məntiqilik əsas yer tutur, düstur və qrafiklərdən istifadə olunur: ________________________________________
15. Ən mükəmməl, ən çevik yazı növü hansıdır?
A) şəkli yazı B) fikri yazı C) əşyəvi yazı D) hərfi yazı
16. Dil haqqında deyilənlərdən hansı səhvdir?
A) ictimai hadisədir B) irqlə və irslə bağlıdır C) ünsiyyət vasitəsidir D) insana məxsusdur
17. “Payız gəldi, ağacın yarpağları saraldı” cümləsində hansı norma pozulub?
A) fonetik B) qrammatik C) leksik D) leksik və orfoepik
18. İşgüzar sənədlər sırasına daxil olmayan hansıdır?
A) ərizə B) tərcümeyi-hal C) sərəncam D) akt
19. bunlardan biri qrammatik normanın pozulması kimi göstərilə bilər:
A) söz sırasının pozulması B) durğu işarələrinin səhv qoyulması
C) sözün səhv yazılışı D) sözün mənaca yerində düz işlənməməsi
20. “Uğur olsun”, “Yaxşı yol” ifadələri hansı nitq etiketinə aiddir?
A) görüşmə B) alqış C) təbrik D) ayrılma
21. “Jest” nə deməkdir?
A) razılıq bildirən nitq etiketidir B) üz əzələlərinin hərəkətidir
C) əl-qol hərəkətlərindən istifadədir D) düzgün nitqə verilən şərtdir.
22. Hansı üslubda vulqarizmə, varvarizmə, dialektdə müəyyən mənada yer verilir?
A) elmi üslub B) bədii üslub C) rəsmi üslub D) məişət üslubu
23. Göz sözünün əmələ gətirdiyi frazeoloji birləşmlərə dörd nümunə yazın:
________________________________________________________________________ ________________________________________________________________________
24. “... ərəb sözü olub, bir şey haqqında fikir, mülahizə, söz deməkdir. Başlığı, ümumi məzmunu, nəticəsi olur”. Nöqtələrin yerinə uyğun gələn sözü seçin:
A) rəy B) elan C) sitat D) xülasə