Azərbaycan dili haqqında ümumi məlumat



Yüklə 0,81 Mb.
səhifə36/57
tarix27.12.2023
ölçüsü0,81 Mb.
#200430
1   ...   32   33   34   35   36   37   38   39   ...   57
Az rbaycan dili haqq nda mumi m lumat (1)

Rəsmi üslub. Rəsmi sənədlər, təlimatlar, qanunvericilik aktları və s. bu üsluba uyğun yazılır, tərtib olunur. İfadə düzgünlüyü, fikir dəqiqliyi, yığcamlıq rəsmi üsluba xas olan xüsusiyyətlərdir. Bu üslubda ümumişlək sözlərlə yanaşı, rəsmi üsluba məxsus leksikadan da istifadə olunur ki, onlar müxtəlif məzmunlu sənədlərin dilinə müvafiq üslubi-semantik çalar, kolorit verir.
Dilçilik ədəbiyyatında rəsmi sənədlərin dili aşağıdakı şəkildə səciyyə- ləndirilir:
a) hər bir məsələ aydın və olduqca qısa izah edilir;
b) artıq, lüzumsuz sözlərə, təkrarlara, bədii ifadələrə yol verilmir;
c) ikimənalılığa, dolaşıqlığa yol verməmək üçün hər bir anlayışa dair dəqiq terminlər seçilir;
ç) hər hansı bir məfhumun izahı üçün ədəbi dilin qrammatik normalarına düzgün riayət olunur;
d) ştamp xarakterli xüsusi tərkiblərdən, ifadələrdən geniş istifadə edilir.
Rəsmi üslub əsasında qurulan nitqdə əməli nitq, əməli yazı da deyilir.Əməli nitq həyatın praktik tələbləri ilə bilavasitə bağlıdır. O, dövlət və ictimai idarələrin bir-biri ilə, həm də idarələrin, müəssisələrin əhali ilə əlaqəsini yaradır, təmin edir. Nitqin bu formasından rəsmi sənədlərin tərtibi, ayrı-ayrı faktların hesaba alınması üçün istifadə olunur.
Əməli nitq qədim bir tarixə malikdir. Hələ Şah İsmayıl Xətai öz hökmranlığı zamanında Azərbaycan dilində bir sıra fərmanlar vermişdir. Hökmdarların sarayında, sonralar ayrı-ayrı xanların, bəylərin divanxanalarında hazırlanmış belə fərman, sərəncam və digər rəsmi sənədlər zaman-zaman təkmilləşmiş, onların müxtəlif növləri yaranmışdır. Belə rəsmi sənədləri, adətən, xüsusi mirzələr tərtib edərdilər. Bu sənədlər vasitəsilə dövlət başçıları və xanlar bir-biri ilə məktublaşar, müqavilələr bağlayardılar. Ticarət işləri ilə bağlı əlaqələr genişləndikcə əhali, sadə adamlar da bu ünsiyyət vasitəsindən, əməli yazıların müxtəlif növlərindən istifadə etməyə başlayırlar. Vaxtilə həmin kağızlara verilən adların bir çoxu indi də dilimizdə işlənir. Məsələn, “etimadnamə”, “etibarnamə”, “dəvətnamə”, “qəbz”, “təliqə” və s.
Orta əsrlərdə Yaxın və Orta Şərqdə məktub, ərizə, fərman, qərar, hökm, fərmannamə, əhdnamə, təşəkkür, təbrik, elan və s. sənədlərdən bəhs edən inşa adlı bir elm sahəsi də olub. Bu elm həm mərkəzi, həm də əyalət hökmdarlarının saraylarında çalışan mirzələrə, katiblərə əməli sənədlərin yazılış tərzi haqda məlumat verərdi. Həmin dövrdə dəftərxanalarda hər növ sənədə aid nümunələr də olardı. Əməli yazıların dili yığcam, dəqiq və aydın olmalıdır. Oradakı sözlər, ifadələr qeyri-dəqiq işlədilərsə, cümlələr düzgün qurulmazsa, faktlar təhrif edilərsə, hər hansı bir əməli yazı öz funksiyasını yerinə yetirə bilməz.
Əməli yazılar öz məzmununa görə aşağıdakı qruplara ayrılır:
1. Bilavasitə yazışma məqsədi daşıyan yazılar: teleqram, anket, təliqə, ərizə, məruzə, yazılı məlumatlar.
2. Müəyyən faktı təsdiq etmək üçün istifadə edilən yazılar: vəsiqə, arayış, vəkalətnamə və s.
3. Müəyyən hadisə və faktları əks etdirən kağızlar: akt, protokol, müqavilə və s.
4. İclas, müşavirə, yığıncaq, konfrans, qurultay və s. tərəfindən qəbul olunmuş qərarları əks etdirən əməli yazılar: protokol, stenoqrafik hesabat və s.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin