Azərbaycan dili haqqında ümumi məlumat



Yüklə 0,81 Mb.
səhifə39/57
tarix27.12.2023
ölçüsü0,81 Mb.
#200430
1   ...   35   36   37   38   39   40   41   42   ...   57
Az rbaycan dili haqq nda mumi m lumat (1)

Assimilyasiya
Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına deyilir. Məsələn, mən sözünü götürək. Bu sözə - dən şəkilçisi artırıldıqda sözün sonundakı n səsinin təsiri ilə şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin söz məndən əvəzinə, mənnən şəklində tələffüz edilir.
Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar meydana çıxır. Bu hadisəsəslərin formalaşmasında, xüsusən fəal iştirak edən bu və ya digər üzvün bir vəziyyətdən başqa bir vəziyyətə keçməsi ilə yaranmış olur. Assilimiyasiyanın əmələ gəlməsində dilin, səs tellərinin və damaq pərdəsinin bir səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu vardır. Belə ki, bunlardan, məsələn, dil birinci səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir.
Azərbaycan dilindəki assimilyasiya hadisəsi istiqamətinə, keyfiyyətinə və digər cəhətlərinə görə müxtəlif və rəngarəngdir.
Assimilyasiyanın istiqaməti
Assimilyasiya istiqamətin görə iki cür olur: irəli assimilyasiya və geri assimiliyasiya.
a) İrəli assimilyasiya. Birinci səsin ikinci səsə təsiri nəticəsində yaranan assimilyasiya irəli assimilyasiya adlanır.İrəli assimilyasiyanın istiqaməti kökdən şəkilçiyə doğru olur: məsələn:
Səndən — n — d == nn — sən
Sərinlik — n — l == nn — sərinniy
Bu misalların hamısında birinci yerdə duran səs özündən sonrakı səsə təsir edib onu assimilyasiyaya uğratmışdır.
b) Geri assimilyasiya. İkinci səsin birinci səsə olan təsiri nəticəsində əmələ gələn assimilyasiyaya geri assimilyasiya deyilir. Geri assimilyasiyanın istiqaməti şəkilçidən kökə və ikinci sözdən birinci sözə tərəf olur. Məsələn:
Dinməz-n-m-mm = dimməz
Yavaşca-ş-c == cc – yavacca
Dilimizdə irəli assimilyasiyaya nisbətən, geri assimilyasiya azlıq təşkil edir.
Assimilyasiyaya uğramış səs, təsirinə düşmüş səslə ya tam həmcinsləşir, ya da məxrəccə ona yaxın səsə çevrilir.
Dissimilyasiya
Sözdəki eynicinsli səslərin birinin digərinə təsir edərək onu başqa səsə çevirməsinə dissimilyasiya deyilir. Məsələn, sararmaq və qararmaq sözlərinə nəzər yetirək.
Çəmənlər, bağçalar, bağlar sararsa,
Fəzalar dönərək sular qararsa,
Hər şeyi bir ölüm qorxusu sarsa
Əyilməm bir daha.... bir həvəs məni....
(S.Vurğun)
Azərbaycan dilindəki dissimilyasiya hadisəsi öz istiqamətinə və sözdəki yerinə görə irəli və geri, yaxın və uzaq olur.
Sözdəki qonşu səslərin bir-birinə təsiri nəticəsində yaranan dissimilyasiyaya yaxın dissimilyasiya deyilir. Məsələn, hammal sözündəki birinci m səsi “qonşusu” olan ikinci m səsinə təsir edib, onu b səsinə çevirir. Buna görə də həmin söz hammal yox, hambal formasında tələffüz olunur.
Səsartımı – (Proteza) Azərbaycan dilinin təbiətinə görə sözdə iki sait, yaxud eyni hecada iki və daha artıq samit yanaşı işlənmir.Buna görə də sonu saitlə bitən sözlərə saitlə başlayan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılır ki, buna da səsartımı deyilir.
Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır: n, y, s. Bir neçə misal göstərək:
y səsinə aid: su + (y)u, işlə + (y)ən, gözlə + (y)ən və s.
S səsinə aid: başçı + (s)ı, əmi +(s)i, nənə +(s)i və s.
N səsinə aid: Əli +(n)i, Vəli + (n)i və s.
Ədəbi dildə ancaq samitlərin artırılmasına təsadüf edildiyi halda, danışıq dilində sözlərə saitlərin də artırılması geniş yayılmışdır. Ümumiyyətlə, dialekt və şivələrlə sözün əvvəlinə səs artırılmasına alınma sözlərdə daha çox təsadüf edilir.Bu, əsasən 2 halda özünü göstərir.
1) R səsi ilə başlanan sözlərdə. Məsələn: Rza əvəzinə İrza, Rayon əvəzinə İrayon və s.
2) Qoşa kar samitlə başlanan sözlərdə. Məsələn: Şkaf əvəzinə İşkaf, stəkan-istəkan, stol-istol, stansiya-istansiya.
Yenə söz başındakı samit yanaşı gəlirsə, iki samitin arasına bir sait səs artırılır. Məsələn, klub-kulub, qram-qıram, qrup-qurup
Sözün sonunda da alınma sözlərdə iki samit yanaşı gəldikdə onların arasına sait səs artırılır. Məsələn, dövr-dövür, sədr-sədir, qəbr-qəbir, səbr-səbir
Səsdüşümü – (Eliziya) Sözdən bu və ya digər səsin düşməsinə səs düşümü deyilir. Səsdüşümü həm saitlərdə, həm də samitlərdə müşahidə olunur. Lakin saitlərə nisbətən, samitlərin söz tərkibindən düşməsi azdır.
Azərbaycan ədəbi və danışıq dilində səsdüşümü hadisəsi müxtəlif şəkillərdə təzahür edir.
Ədəbi dil üçün xarakterik olan səsdüşümü hadisəsi iki vəziyyətdə özünü göstərir: 1) sözlə şəkilçilərin birləşməsi, 2) sözlərin yanaşmasında.
Sözlə şəkilçilərin birləşməsi zamanı aşağıdakı hallarda səsdüşümü hadisəsi yaranır.
1.İkihecalı sözlərə saitlə başlanan şəkilçi əlavə edildikdə sözün ikinci hecasındakı sait düşür; məsələn:
Fikir – fik(i)r + in – fikrin, sinif – sin(i)f + in – sinfin və s.
2.Sonu saitlə bitən miqdar saylarına saitlə başlanan şəkilçi qoşulduqda şəkilçinin əvvəlindəki sait düşür; məsələn:
İki – iki(i)nci – ikinci, altı – altı(ı)ncı – altıncı, yeddi – yeddi(i)nci – yeddinci və s.
3.Felin inkar şəkilçisini (ma, mə) qəbul etmiş sözlərə indiki zaman şəkilçisi artırıldıqda sait səslər düşür; məsələn:
Yazma – yazm(a) + (y)ır – yazmır, bilmə – bilm(ə) + (y)ir – bilmir, gəlmə – gəlm(ə) + (y)ir – gəlmir və s.
4.Sonu qoşa samitli sözlərə cəm şəkilçisi qoşulduqda qoşa samitlərin biri düşür; məsələn:
Fənn – fən(n) + lər – fənlər, xətt – xət(t) + lər – xətlər, sirr – sir(r) + lər – sirlər və s.
Ayrı-ayrı sözlərin yanaşması əsasında aşağıdakı hallarda səsdüşümü meydana çıxır.
1.İki müxtəlif sözün birləşməsi ilə mürəkkəb söz əmələ gətiriləndə sözlər arasında yanaşı gələn saitlərin biri düşür; məsələn:
Mirzə Əli – Mirzəli, Ağa Əli – Ağəli, Əli Əsgər – Ələsgər, Əli İsa – Əlisa və s.
2.İdi, imiş, isə sözləri bəzən başqa felə bitişdirildikdə bunların birinci saiti düşür; məsələn:
Gəlmiş + idi – gəlmişdi, gəlib + imiş – gəlibmiş, görmüş + isə – görmüşsə və s.
Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə yerdəyişmə (metateza) deyilir; məsələn:
Layihə – lahiyə – (yh – hy), torpaq – topraq – (rp – pr), Fərhad – Fəhrad – (rh – hr), yanlış – yalnış – (nl – ln), məşhur – məhşur – (şh – hş) və s.
Yerdəyişmə dilimizdə geniş şəkildə yayılmamışdır. Bu, əsasən, danışıq dili üçün xarakterikdir. Dilimizdəki kirpik sözü danışıq dilində kirpik və kiprik formalarında işlənir; məsələn:
Çəkilib bağa divar,
Üstümə yağa divar.
Gözün bağ, qaşın bağman,
Kipriyin bağa divar.
Yaxud:
Atıbdı çoxlar məni,
Bircə yar yoxlar məni.
Amandır, elə baxma,
Kirpiyin oxlar məni.
Ədəbi dil bu formalardan birini (kirpik) götürür.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin