Azərbaycan dili haqqında ümumi məlumat



Yüklə 0,81 Mb.
səhifə40/57
tarix27.12.2023
ölçüsü0,81 Mb.
#200430
1   ...   36   37   38   39   40   41   42   43   ...   57
Az rbaycan dili haqq nda mumi m lumat (1)

Ahəng qanunu
Sözdə uyğun səslərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Məsələn, quş və gün sözlərini götürək. Quş sözündəki u dilarxası, gün sözündəki ü isə dilönü saitdir. Buna görə də həmin sözlərə qoşulan şəkilçilərdəki saitlər də uyğun olur; məsələn: quş +lar, quş + dan, quş +u, quş + a, gün + dən, gün + lər, gün + ü və s.
Ahəng qanunu dilimizdə geniş şəkildə yayılmışdır. Burada həm saitlərin, həm samitlərin, həm də uyğun saitlərlə samitlərin bir-birini izləməsi müşahidə olunur. Bütün bunlara əsasən Azərbaycan dilində ahəng qanununun üç növü olduğu müəyyənləşdirilmişdir:
1.Saitlərin ahəngi.
2.Samitlərin ahəngi.
3.Saitlərdə samitlərin ahəngi.
Saitlərin ahəngi- Sözdə dilin və dodaqların vəziyyətinə görə saitlərin bir-birini izləməsinə saitlərin ahəngi deyilir.
Azərbaycan ədəbi dilində dilin və dodaqların vəziyyətinə görə saitlərin ahəngi aşağıdakı formada özünü göstərir.
1. Dilin vəziyyətinə görə saitlərin ahəngi. Dilin vəziyyətinə görə saitlərin ahəngi iki cür olur: dilönü ahəng və dil arxası ahəng.
Dilönü ahəngə görə sözdə və sözə bitişən şəkilçi şəkilçilərdəki saitlərin hamısı dilönü (incə) sait olmalıdır; məsələn: məktəb + li +lər, iş + çi + lər, ördək + lər və s.
Dilarxası ahənginə görə sözdə və sözə qoşulan şəkilçilərdəki saitlərin hamısı dilarxası (qalın) sait olmalıdır; məsələn: arı + çı + lıq, armud + dan, ağır + lıq və s.
Dilimizdə bu qaydaya tabe olmayan bir sıra sözlər vardır; məsələn: partiya, respublika, kino, teatr, ticarət, təşkilat, işıq, ilxı, ildırım və s. Bu qrup sözlərin əksəriyyəti başqa dillərdən alınmadır.
2. Dodaqların vəziyyətinə görə saitlərin ahəngi. Dodaqların vəziyyətinə görə saitlərin ahəngi də iki cür olur: dodaq və damaq ahəngi.
Dodaq ahəngi. Dodaq ahənginə görə sözdə və sözə qoşulan şəkilçidəki saitlərin hamısı dodaqlanan olmalıdır; məsələn: o + dun, uzun + çu + luq, öz + ümüz və s.
Damaq ahəngi. Damaq ahənginə görə sözdə və sözə bitişdirilən şəkilçidəki saitlərin hamısı dodaqlanmayan sait olmalıdır; məsələn: gəmi + çi, geniş + lik, gənc + lər və s.
Dildəki sözlərin hamısı dodağın vəziyyətinə görə iki yerə bölünmür. Belə ki, bəzi sözlərdə həm dodaq, həm də damaq saiti ola bilir; turac, ocaq, ördək və s. sözlərdə olduğu kimi. Belə sözlər dodaq və ya damaq ahənginə tabe deyildir. Lakin dilin vəziyyətinə görə birincisi dilarxası, ikinci isə dilönü ahəngə tabedir.
Dilimizdəki sözlərə şəkilçi qoşularkən şəkilçidəki sait həmin sözün son hecasındakı saitə həmahəngləşir; məsələn: ədəbiyyat + çı, kolxoz + lar, lüğət + lər, məktəb + dən, bağça + ya, baba + sı, düşmən + imiz və s.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin