Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N
Bədii üslub. Azərbaycan ədəbi dilində bədii üslub xüsusi yer tutur. Bu üslub tarixən qədim, mahiyyətinə görə isə çox kütləvidir. Bədii üslub ədəbi dilimizin ilk formalaşdığı dövrdən onun əsasını təşkil etmişdir. Bədii üslubun iki forması vardır: nəzm üslubu və nəsr üslubu. Bədii üslubun bu formaları bir sıra cəhətlərinə və əlamətlərinə görə bir-birindən fərqlənir. Məsələn, şeirlə yazılan əsərlərdə müəyyən ölçü olur; belə ki, şeirdə hecalara fikir verilir, qafiyə nəzərə alınır və s. Lakin nəsr əsərlərində isə bu ölçülər hazırkı dövrdə nəzərə alınmır (ədəbiyyatımızda qafiyəli nəsr də olmuşdur). Bədii üslubun hər iki formasında janrlarla əlaqədar bir sıra üslublar da olur; məsələn, qəzəl üslubu; qoşma üslubu; hekayə üslubu; dram üslubu; satira üslubu və s. Ədəbi dilin bədii üslubunun özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, bunlar onu başqalarından fərqləndirir.
Bədii üslubda yazılan əsərlərdə müxtəlif söz qruplarına müraciət olunur və oradan rəngarəng sözlər seçilib işlədilir. Dildə elə bir söz qrupu ola bilməz ki, bədii üslub oradan istifadə etməsin. Dildə hər nə varsa bədii üslubun ixtiyarındadır. Bədii üslubda bu və ya başqa üslubi məqam, yaxud surətin nitqini fərdiləşdirmək üçün sənət, peşə ilə əlaqədar və ya dialekt sözlərindən istifadə edilir. Bununla bərabər həmin üslubda sözlərin məna qruplarından – eyni səslənməyə malik müxtəlif sözlərdən (omonim); müxtəlif formalı, lakin yaxın məna ifadə edən sözlərdən (sinonim) bədii ifadə vasitəsi kimi çox geniş istifadə olunur. Bütün bunlar isə oxucu və ya dinləyicinin bədii zövqünü oxşamağa qüvvətli təsir göstərir. Bədii ədəbiyyat dil sahəsində geniş novatorluq meydanıdır. Burada mövcud sözlərə yeni məna vermək, sözə emosional çalarlıq gətirmək və bunları çox müxtəlif formalarda və müxtəlif məqam və vəziyyətdə işlətmək olur. Bədii ədəbiyyatda ayrı-ayrı sözlərdən yeni mənalarda istifadə olunması onların məcazi məna kəsb etməsi imkanları ilə bağlıdır. Hər bir sözün məcazi mənası dildə müəyyən obrazlılıq əmələ gətirir. Bədii ədəbiyyatda məcazların müxtəlif formalarından olduqca geniş şəkildə istifadə edilir. Buna görə də bədii üslub obrazlı olur və məhz bu cəhətinə əsasən digər üslublardan fərqlənir. Qeyd etdiyimiz kimi, bədii üslubun əsas əlaməti burada məcazlardan geniş istifadə olunmasıdır. Məzac sözün semantikasından irəli gələn bir linqvistik hadisədir. Sözdə çoxmənalılıq kimi əlamətin mövcudluğu məcazın meydana çıxmasına zəmin yaradır. Bədii üslub, heç şübhəsiz, dünyanın inkişaf etmiş bütün ədəbi dillərinin formalaşmasında, təkmilləşməsində və müasir səviyyəyə gəlib çatmasında digər funksional üslublarla müqayisə olunmayacaq qədər böyük tarixi rola malikdir. Azərbaycan nitq mədəniyyətinin tarixində də bədii üslubun yeri, təbii ki, müstəsna olmuşdur. Əslində, “ədəbi dil” anlayışının çox tez-tez “ədəbiyyat dili” anlayışı ilə eyniləşdirilməsi də təsadüfi deyil.
Bədii üslub (və ədəbiyyat!) dilin fonetikasına səsin poetik harmoniyasını, leksikasına sözün məcaz miqyasını və qrammatikasına fikrin funksional ifadə texnologiyalarını gətirmişdir.
Bədii üslubun əsas əlaməti olan obrazlılığın yaranmasında başlıca rolu bədii ifadə və bədii təsvir vasitələri tutur. Вədii dil bədii ifаdə vаsitələri ilə zəngin dildir. Dili bədiiləşdirən vasitələr aşağıdakılardır: təşbeh (bənzətmə), metafora (istiara), simvol (rəmz), alleqoriya, kinayə və s. Bunlara poetik fiqurlar kimi də baxmaq olar. Onlar ədəbiyyatın dilini canlı və məzmunlu edir. Obrazlılığın və emosionallığın 3 səviyyədə göstəricisi var: