8.Nitqin rabitəliliyi. Nitq prosesində əgər sözlər yerli-yerindədirsə, cümlələr düzgün qurulmuşsa, mövzu rabitəli, əlaqəli şəkildə şərh olunursa, deməli, informasiya verən ifadə etdiyi fikri yaxşı bilir, onun mahiyyətini hərtərəfli dərk edir. Belə vaxt hadisənin, faktın izah olunma ardıcıllığı məntiqə əsaslanır. ümumiyyətlə, ardıcıllıqla şərh olunan material yaxşı anlaşılır, mənimsənilir. Bunun üçün materialın əsas və ikinci dərəcəli məsələləri bir-birindən ustalıqla ayrılmalı, ikinci dərəcəlilərin üzərində çox durmayıb əsas məsələnin izahına keçmək vacibdir. Natiq əsas məsələnin üzərində xüsusi dayanmaqla onun mahiyyətini öz sözləri, düşüncəsi və üslubu ilə rabitəli ifadə etməlidir.