Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari azərbaycan dilinin təşəkkülü tarixindən



Yüklə 209,49 Kb.
səhifə1/99
tarix02.01.2022
ölçüsü209,49 Kb.
#42010
  1   2   3   4   5   6   7   8   9   ...   99
C fakepathAz rbaycan dili v nitq m d niyy ti 2020



AZƏRBAYCAN DİLİ VƏ NİTQ MƏDƏNİYYƏTİ
MÖVZU 1

AZƏRBAYCAN DİLİ VƏ NİTQ MƏDƏNİYYƏTİ FƏNNİNİN ƏSASLARI
1.Azərbaycan dilinin təşəkkülü tarixindən. Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə bağlı olur. Azərbaycan dilinin tarixi xalqımızın tarixi ilə əlaqədar olaraq onun kimi çox qədimdir. Azərbaycanlıların ümumi ünsiyyət vasitəsi olan Azərbaycan dili tarixən heç də həmişə bu adı daşımamışdır. XIX əsrdən Azərbaycan dilinə aid əsərlərdə, çarın rəsmi dövlət sənədlərində və ayrı-ayrı şəxslərin məktub və xatirələrində Azərbaycan dili müxtəlif adlarla adlandırılmışdır: “türk dili”, “türk-tatar dili”, “türk-Azərbaycan dili”, “tatar dili”, “tatar-Azərbaycan dili”,“Qafqaz-tatar ləhcəsi” və s. Azərbaycan dili bir zamanlar (XIX əsrin ortalarına qədər) xalqlararası dil rolunu da oynamışdır. Belə ümumi kommunikativ funksiya daşıması xüsu­siy­yəti onun tarixi təcrübəsindən irəli gəlir. Dağıstan xalqları bu dildən uzun müddət ümumi ünsiyyət vasitəsi kimi istifadə etmişlər.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni əlifba komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım idi. 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətəndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət ərzində latın əsaslı Azərbaycan əlifbasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı.Bütün bu nailiyyətlərə baxmayaraq həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Təcrübə göstərdi ki, kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də optimal variantın əldə edilməsi mümkün deyildir, bu da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirirdi.

25 dekabr 1991-ci il tarixdə "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı təsdiqləndi. Azərbaycan dili dövlət dili kimi ölkənin siyasi, ictimai, elmi – mədəni  və iqtisadi həyatının bütün sahələrində ədəbi dil normaları səviyyəsində tətbiq olunmalı idi. 

Azərbaycan dili iltisaqi (aqlütinativ) dillərdəndir. Bu dil geneoloji bölgüyə əsasən türk dilləri ailəsinə mənsubdur.

Türk dilləri ailəsi genetik əlamətlər əsasında təsnif edilən ən böyük dil ailələrindən biridir. Başqa dil ailələrində olduğu kimi, bu ailəyə daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır.

Azərbaycan dili türk dilləri ailəsində oğuz dilləri qrupunun oğuz-səlcuq yarımqrupuna daxildir. Bu dil həmişə qrup daxilində xüsusi mövqeyə malikdir. Azərbaycan dili türk dilləri ailəsindəki müasir dillərdən daha çox türk (osmanlı), türkmən və qaqauz dilinə daha yaxındır.

XIX əsrdə Avropada geniş yayılmış fransız dilini Azərbay­can dili ilə müqayisə etsək, bizim dilimizin də Avroasiyanın hər yerində yüksək qiymətləndirildiyini görərik. M.Y.Lermontov Azərbaycan dilinin Şərqdəki mövqeyini fransız dilinin Avro­padakı nüfuzuna bərabər tutur: “Tatarca (azərbaycanca) öyrən­məyə başlamışam, bu dil burada və ümumiyyətlə, Asiyada, fransız dili Avropada vacib olan qədər lazımlıdır. Təəssüf ki, indi öyrənib başa çatdıra bilməyəcəm, sonra lazım ola bilərdi”.


Yüklə 209,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin