Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari azərbaycan dilinin təşəkkülü tarixindən


MÖVZU 4 AZƏRBAYCAN NİTQ MƏDƏNİYYƏTİNİN TARİXİ



Yüklə 209,49 Kb.
səhifə5/99
tarix02.01.2022
ölçüsü209,49 Kb.
#42010
1   2   3   4   5   6   7   8   9   ...   99
C fakepathAz rbaycan dili v nitq m d niyy ti 2020

MÖVZU 4

AZƏRBAYCAN NİTQ MƏDƏNİYYƏTİNİN TARİXİ

(Müasir dövr)

XVII-XVIII əsrlər Azərbaycan nitq mədəniyyətinə, xüsusilə yazı dilinə realizm, xəlqilik, kütləviliklə müşayiət olunan yeni texnologiyalar gətirdi ki, bu proses XX əsrin əvvəllərinə qədər müəyyən tərəddüdlərlə, lakin ümumən yüksələn xətlə inkişaf edib genişləndi.

Azərbaycan nitq mədəniyyətinin tarixində Vaqif ilk növbədə onunla fərqlənir ki, o, Füzuli səviyyəsinə yüksəlmiş klassik nitq model-standartları qarşısına canlı xalq danışıq dili texnologiyaları ilə çıxmaqla yeni nitq-ünsiyyət zövqü müəyyənləşdirdi. Və bu zövq müasir Azərbaycan nitq mədəniyyətinin əsaslarından birini təşkil edir.

Vaqifin yaradıcılığı bütövlükdə XVIII əsrin ikinci yarısına düşür. Şair yarım əsr yazıb yaratmış, bununla belə, Məhəmməd bəy Cavanşir tərəfindən evi talan olunduğundan əsərlərinin müəyyən hissəsi məhv edilmişdir; ona görə də Vaqifin üslubu bir qədər məhdud kontekstdə öyrənilir... Lakin keyfiyyətcə mövcud material şairin yaradıcılığının istiqamətini müəyyən etməyə imkan verir. Ümumiyyətlə, Vaqif dilinin milli xarakterini demokratizmlə bərabər, məhəlliçilikdən uzaqlıq təşkil edir. Həsənoğlu-Nəsimi-Füzuli xətti ilə gələn klassik üslubun obrazları Vaqifdə folklor üslubunun materialı olur; klassik üsluba qarşı süni olaraq cəbhə açılmır; o ifadələr ki, klassik üslubda xalq ruhunun faktıdır, folklor üslubuna da köçürülür, nəticədə, folklor üslubu milli ədəbi-bədii dili bütövlükdə təmsil etmək iddiasına malik olur. Məsələn, Vaqif:

Ünümdən titrədi tamam vilayət,

Elə sandılar ki, qopdu qiyamət,-

Nə qayım durubdur ol sərvqamət,

Tərpənəydi, bir lərzəyə gələydi,



  • deyəndə, əslində Füzulinin məşhur “oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı” metaforasına dayanır, onu şərh edir; bu şərhdə isə, şübhəsiz, dövrünün estetik ( eləcə də ifadə) məntiqinə istinad olunur.

Vaqif şeir dilinə “danışıq ədası” gətirdi; bu, ədəbi-bədii dildə realizmin faktı idi:

Əbəs-əbəs neçin qaçırsan məndən,

Mən ki, zalım, adam yeyən deyiləm.

Vaqifin leksikası o qədər də zəngin deyil; elə şairlər var ki, istedadının səviyyəsinə görə Vaqiflə heç müqayisə də oluna bilməz, lakin ondan çox söz işlədir. Səbəbi odur ki, Vaqifin sənətkarlığını nə qədər söz işlətməsi deyil, sözdən necə istifadə etməsi aşkarlayır, məsələn:

Durub qurban olmaq sən tək qonağa

Nuşdur canımıza, qurban olduğum.

Burada “nuşdur canımıza” ifadəsinə diqqət yetirək; şair “nuş (olmaq)” sözünün semantikasını genişləndirir, eyni zamanda həmin sözü keyfiyyətli poetik materiala çevirir...

Vaqifin sözə münasibəti, ümumən, dövrün təfəkkür tərzinin münasibətidir, XVII-XVIII əsrlərdə ədəbi-bədii dilin funksional məzmununu Vaqif qədər dərin əks etdirən ikinci bir sənətkar yoxdur; o, sözü etnoqrafik-məişət təbiiliyindən çıxarmadan obrazlaşdırır təbii olanla poetik olan arasında boşluq yaranmır, məsələn:

Səg rəqibin fitnəsinə uyubsan,

Neyləmişəm, məndən nə tez doyubsan ?..

Yaxud:

Mənə gizlin bir nişanə göndərdin,



Aşkara başıma qaxmağın nədir?

“Doymaq”, “bulanmaq (bulaşmaq)”, “başa qaxmaq” kimi ifadələr XVII-XVIII əsrlərin poetik təfəkkürü üçün tipik anlayışları ifadə edir, həmin anlayışlar mətnin aktiv ünsürləridir, aktivlik isə, şübhəsiz, poetik təfəkkürün kordinatlarının dəyişməsi, poeziyanın xalqın həyatına daxil olması ilə bağlıdır; bu baxımdan klassik janrlardakı şeirlərin dili də istisna təşkil etmir:

Şəninə dedim şirin söz, bir şey ondan dadmadım,

Bu səbəbdən ağzı şəkkər dilrübadan küsmüşəm.

Vaqif təfəkkürünün demokratizmi Vidadi ilə Vaqifin deyişməsində də özünü göstərir. Vidadi Vaqifə müraciətdən deyir:

Axirət sözünü salma yadına,

Dürüst deyil mütləq etiqadına...

Elə bu cür demokratizmin nəticəsidir ki, Vaqifin dilində söz nə qədər mücərrədləşirsə mücərrədləşsin, nə qədər obrazlaşırsa obrazlaşsın, yenə həyati məzmundan məhrum olmur...

Vaqif dilinin psixoloji tutumu barədə ayrıca danışmaq lazımdır, çünki bu psixologiya dövrün psixologiyasıdır, Vaqifin dili dövrün dilidir, deyəndə burada forma planı ilə yanaşı məzmun, planı da nəzərdə tutulur.

Vaqif öz dövrünün ifadə-obrazlarını- stilistik frazeologiyasını normativləşdirdi: ciyər bərkitmək, ötkəm sözü olmaq, tərlan könül, havalanmaq, başına qiyamət qopmaq, qəm evində küncə salmaq, fikir-xəyalındır könlüm zinəti, şirin sözlərindir ağzım ləzzəti, bir qırağa çəkilmək, ağzı şəkkər, dodaqları yeməli, ağzı xeyir sözlü, göydə mələk, yerdə insan gözəli, ixtilat qatmaq, havalanıb, dəxi endirməz bizə, bəhanə tutmaq, yol-ərkan gözləmək, ellər gülüncü, hicranın altından çıxmaq, gözü şərli, cəng nəzərli, təşnə qoymaq, bəndə salmaq, cavabını-sualını kəsmək, xəyalın könlümdə, gözümdə gəzər, gözündən irağa düşmək, kim ölə, kim qala s.

Qeyd olunan ifadələrin hər biri bir bədii əsər hüququndadır; bu cür ifadələr müstəqil şəkildə şairin estetik idealını müəyyən etmək imkanına malikdir. Əgər bunlardan bir neçəsi sonralar başqa bir şairdə varsa, deməli, Vaqifin estetik ifadə tərzi funksionallığını davam etdirir.

Azərbaycan nitq mədəniyyətinin inkişafında Mirzə Fətəli Axundzadənin xidmətləri yalnız praktik baxımdan deyil, elmi-nəzəri mükəmməlliyinə və xüsusilə yeni dövrün tələblərinə həm bütün miqyası, həm də dərinliyilə cavab verdiyinə görə də tarixidir.

Mirzə Fətəli özünün dünyagörüşü, dil təfəkkürünün xarakteri etibarilə demokrat idi. Onun demokratizmi, ilk növbədə, Avropa sivilizasiyasına əsaslandığından Qərbə məxsus mədəni dəyərlərin Şərqdə geniş təbliğinə çalışırdı ki, burada dillə, nitq mədəniyyətilə bağlı məsələlər xüsusi yer tutur. Böyük mütəfəkkir əmin idi ki, ərəb əlifbası türk dillərinin fonetik quruluşuna uyğun deyil. Ona görə də əvvəl bu əlifbanın islahına və ya təkmilləşdirilməsinə cəhd etmiş, sonralar isə ondan ümumiyyətlə imtina eləmək qərarına gəlmişdi.

Mirzə Fətəli hansı dildə olursa olsun söz sənətində – ədəbiyyatda, xüsusilə poeziyada məzmun ilə formanın vəhdətdə olmasını tələb edirdi:

“İki şey şeirin əsas şərtlərindəndir: məzmun gözəlliyi və ifadə gözəlliyi. Məzmun gözəlliyi olub ifadə gözəlliyinə malik olmayan bir nəzm, Mollayi-Ruminin məsnəvisi kimi, məqbul nəzmdir, amma şeriyyətində nöqsan vardır.

İfadə gözəlliyinə malik olub, məzmun gözəlliyindən məhrum olan mənzumə, tehranlı Qaaninin şeirləri kimi, zəif və kəsalət artırıcı nəzmdir, amma yenə şeir növündəndir, yenə də hünərdir.

Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm, Firdovsinin “Şahnaməsi”, Nizaminin “Xəmsə”si və Hafizin divanı kimi, nəşə artırıcı və həyəcanlandırıcı olub hər kəs tərəfindən bəyənilir. Belə nəzm sahiblərini peyğəmbərlərlə bərabər tutmaq olar; çünki onlar bəşər növünün fövqündə olub filosofanə xəyal və ilham sahibləridir. “

Mirzə Fətəlinin “Aldanmış kəvakib” hekayəsi, yaxud “Hekayəti-Yusif şah”ı yeni Azərbaycan nəsr dilinin klassik nümunəsidir:

“Baharın əvvəli idi; novruzdan üç gün keçmişdi; Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, xacəbaşı xacə Mübarək içəri girib, kürnuş edib ərz elədi ki:


Şah Səlma xatuna işarə etdi ki, hərəmxanaya getsin və xacəyə

buyurdu ki:



  • Mirzə Sədrəddini çağır gəlsin!

Münəccimbaşı şahın hüzuruna daxil olub kürnuşdan sonra əl-əl üstə

qabaqda durub, dua və səna etdi.”

Şeirdən, nəsrdən fərqli olaraq dramaturgiya dolayısı ilə deyil, birbaşa şifahi nitq texnologiyalarının ifadəsi olduğundan Mirzə Fətəlinin dramaturji yaradıcılığı Azərbaycan nitq mədəniyyəti tarixi baxımından xüsusi maraq doğurur. XIX əsr Azərbaycan danışıq dili bu dramlara bütün canlılığı, cəmiyyətin müxtəlif təbəqələrinə məxsus üslub zənginliyi, rəngarəngliyi, səciyyəvi leksikonu, qrammatikası ilə daxil olur.

Şəhrəbanu xanım (təəccüblə). Şahbaz gedir? Hara gedir? Şahbaz kiminlə gedir? Nə danışırsan? Allahı sevərsən, öz yanından zad quraltma. İndi bildim ki, doğrudan ağlayırmışsan. Gərçəkdən ki, qız uşağının ağlı olmaz imiş, gözünün yaşı əlində olurmuş. De görüm, sənə kim dedi ki, Şahbaz gedir?




Yüklə 209,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin