AZƏRBAYCAN DİLİ VƏ TARİXİ
―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək
və olduğu kimi qiymətləndirmək lazımdır‖
HEYDƏR ƏLĠYEV
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU
AZƏRBAYCAN
TARĠXĠ
XIX əsr
YEDDİ CİLDDƏ
IV CİLD
BAKI–2007
Bu kitab “Azərbaycan tarixi. Yeddi cilddə. IV cild” (Bakı, Elm, 1998)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.
Məsul redaktor: Mahmud Ġsmayılov
AMEA-nın müxbir üzvü
ISBN 978-9952-448-37-5
947. 5402-dc22
Tarix – Azərbaycan
Azərbaycan tarixi. Yeddi cilddə. IV cild (XIX əsr).
Bakı. ―Elm‖. 2007. 504 səh. + 48səh. illüstrasiya.
Cilddə XIX əsr Azərbaycan tarixinin əsas sahələri əhatə olunmuşdur. XIX
əsrin başlanğıcında çar Rusiyası Şimali Azərbaycanı istila etdi, yurdumuzun şimal
torpaqları Rusiya imperiyasının tərkibində qaldı. Cilddə istilanın gedişi, çar
Rusiyasının Şimali Azərbaycanı ucqar müstəmləkəyə çevirməsi siyasəti, xalqın
ona qarşı mübarizəsi, ölkənin sosial-iqtisadi, siyasi və mədəniyyət tarixi, əsrin son
rübündə burada kapitalist münasibətlərinin qərarlaşması, bununla əlaqədar
sənayenin, kənd təsərüfatının inkişaf xüsusiyyətləri. Soisal dəyişikliklər, siyasi-
ictimai hadisələr, eləcə də xalqımızın millət kimi təşəkkül tapması, milli şüurun
yüksəlişi, Azərbaycan dili və mədəniyyətinin inkişaf mərhələləri işıqlandırılmışdır.
© ―Elm‖ nəşriyyatı, 2007
GĠRĠġ
―Azərbaycan tarixi‖nin dördüncü cildində XIX əsrin əvvəllərində Şimali
Azərbaycanın çar Rusiyası tərəfindən istilası, bu əsrdə onun sosial-iqtisadi, ictimai-
siyasi həyatı mədəniyyəti tarixi işıqlandırılır. Dövrün mühüm məsələlərini tədqiqi
üçün, əlbəttə, tarixşünaslığın istər XIX əsr, istərsə də XX əsrdə əldə etdiyi
nailiyyətlərdən, həmçinin ilk mənbələrdən istifadə olunmuşdur. Biz ilk mənbələr
dedikdə, Rusiyanın Mərkəzi Dövlət Tarix arxivində, Mərkəzi Dövlət Hərbi Tarix
arxivində, Peterburq MDTA, Gürcüstan və Azərbaycanın tarix arxivlərində XIX
əsr tariximizin müxtəlif məsələləri üzrə toplanmış materialları, həmçinin çap
olunmuş mənbələri, ilk növbədə on iki cilddən ibarət ―Qafqaz Arxeoqrafiya
Komissiyasının Aktları‖nı, bununla yanaşı, XIX-XX əsrlərdə Rusiya və
Azərbaycan tarixşünaslığının nailiyyətlərini nəzərdə tuturuq.
Azərbaycan çar Rusiyası tərəfindən istila edildikdən sonra rus alimləri
Azərbaycan xalqının XIX əsr sosial-iqtisadi, siyasi və mədəniyyət tarixini tədqiq
etmək sahəsində müəyyən işlər görmüşlər. Bu alimlərdən İ.N.Berezinin 1849-
1852-ci illərdə nəşr olunmuş ―Dağıstan və Zaqafqaziya səfəri‖ əsərini qeyd
etməliyik. S.B.Bronevskinin, O.Yevetskinin, B.Zubovun, Y.A.Qaqameystürin,
Q.E.Startsevin, V.Simonoviçin, S.D.Perşkenin, A.Brilinskinin, İ.L.Seqalın,
N.A.Petrovun, V.İ.Masalskinin və başqalarının özündə Azərbaycanın XIX əsr
tarixi məsələlərini əks etdirən əsərlərini də göstərməliyik. Azərbaycanın XIX əsrə
qədərki, həmçinin XIX əsrin əvvəlləri tarixinin bəzi məsələlərini özündə
cəmləşdirmiş əsərlərin – ―Qarabağnamə‖lərin müəllifləri Mirzə Yusif Qarabağini,
Mir Mehdi Xəzanini, Mirzə Adıgözəl bəyi, Mirzə Camalı, Əhməd bəy Cavanşiri,
Məhəmməd Baharlını da unutmamalıyıq. Bu dövrün belə tarixçilərindən
danışarkən Abbasqulu Ağa Bakıxanovun ―Gülüstani – İrəm‖ kitabını və
əsərlərində XIX əsrin I yarısı tariximizin bir sıra məsələlərini əks etdirən,
Dərbənddə doğulmuş, Qazan və Peterburq Universitetində işləmiş Mirzə
Məhəmməd Əli Kazım bəyi xüsusilə qeyd etməliyik.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Peterburqda, Rusiyanın digər
şəhərlərində yaşamış tarixçilərdən İ.Q.Butkovu, V.A.Pottonu, N.F.Dubrovini
göstərmək lazımdır. Onların əsərlərində Azərbaycanın XIX əsr siyasi, sosial-
iqtisadi tarixinin bir çox məsələləri öz əksini tapmışdır.
XIX əsrin 50-ci və sonrakı illərində yaşamış, o dövrün mətbuatında XIX
əsr Azərbaycan tarixinin bir çox məsələlərinə, xüsusən Azərbaycan şəhərlərinin
tarixilə bağlı məsələlərə toxunmuş Kərim bəyi, Səfiyev Mirzə Məmmədəlini,
Vəlizadə Mirzəni, Cəlal Əfəndini, Həsən bəy Bağırovu, N.Qiyasbəyovu,
M.Quliyevi, Rəşid bəy Əfəndiyevi, M.A.Şaxtaxtinskini, Mir Həşim bəy Vəzirovu,
M.Əfəndiyevi, F. Və Z.Sultanovları, M.Mahmudbəyovu, H.Minasazovu,
A.M.Mehmandarovu, T.Bayraməlibəyovu göstərmək olar. Xalqımızın görkəmli
oğulları olan M.F.Axundov, Seyid Əzim Şirvani, Həsən bəy Məlikov Zərdabi də
öz əsərlərində XIX əsr tarixinin bir sıra məsələlərinə toxunmuşlar.
1904-cü ildə Rəşid bəy İsmayılovun ―Qafqazın qısa tarixi‖ kitabı nəşr
olunmuşdur. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin
bəzi məsələləri öz əksini tapmışdır.
Hacı Şeyx Həsən Mollazadənin dördcildlik ―Zübdət-üt-təvarix‖ adlı
əsərinin dördüncü cildində İranın, Qafqazın, Orta Asiyanın tarixi ilə yanaşı,
Azərbaycan tarixinin XVIII əsrin sonundan başlayaraq XX əsrin birinci on illiyi
dövrü məsələləri də işıqlandırılmışdır.
1918-ci il mayın 28-də elan olunmuş müstəqil Azərbaycan Cümhuriyyəti
dövründə digər vacib məsələlərlə yanaşı, maarifin, o cümlədən tarixşünaslığın
inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmiş, elm, adamları hazırlamaq üçün
xarici ölkələrə nümayəndələr göndərilmiş, 1919-cu ildə Bakı Universiteti
yaradılmışdı. O vaxta Parisdə Adilxan Ziyadxanovun ―Azərbaycan‖, Əkbərağa
Şeyxülislamovun ―Qafqaz Azərbaycan Respublikası‖ kitabları çapdan çıxmış,
M.Ə.Rəsulzadənin ―İran və Azərbaycan‖, ―Azərbaycanın paytaxtı‖ məqalələri çap
olunmuşdu. Bu məqalələrdə çox mühüm məsələlərə - Azərbaycan xalqının
təşəkkülü, onun qonşu xalqlarla əlaqələri, Bakı şəhərinin inkişafı və s. Məsələlərə
toxunulur. Azərbaycanın mədəni həyatını, tarixi keçmişini işıqlandırmaqda ―Səfa‖,
―Nicat‖, ―Nəşri-maarif‖, İran maarifçisi ―Tərəqqi‖ cəmiyyətləri mühüm rol
oynamışdılar.
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti elan
olunduqdan sonra ictimai elmləri, o cümlədən Azərbaycan tarixini öyrənən elmi
qurumlar meydana çıxmağa başladı. 1923-cü ildə Azərbaycanı öyrənən
―Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti‖ yaradıldı.
Azərbaycanda
1929-cu
ildə
Azərbaycan
Dövlət Elmi-Tədqiqat
İnstitutunun yaradılması respublikada Azərbaycan tarixinə dair tədqiqatların həyata
keçirilməsində və yazılı tarixi mənbələrin nəşrində mühüm rol oynadı.
1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının
Azərbaycan şöbəsi, 1936-cı ilin martında isə Elmlər Akademiyasının filialı
yaradılmışdı. Onun nəzdində Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu fəaliyyət
göstərirdi. 1970-ci ildə bu institut Tarix İnstitutu adlandırıldı. Onun nəzdində
arxeologiya və etnoqrafiya bölmələri yaradıldı. Lakin təəssüf ki, Azərbaycanın
XIX əsr tarixini tədqiq etmək sahəsində əhəmiyyətli bir iş görülmürdü. Əsas iş
marksizm-leninizm klassiklərinin əsərlərinin nəşrinə və XX əsrin ilk iki on
illiyində baş verən fəhlə çıxışlarının öyrənilməsinə yönəldilmişdi. Bununla yanaşı,
akademik V.V.Bartoldun Bakıda 1925-ci və 1926-cı illərdə nəşr etdiyi
―Azərbaycan tarixinin qısa xülasəsi‖ və ―Türk xalqlarının tarixinin öyrənilməsinin
müasir vəziyyəti və ən vacib vəzifələri‖, akademik A.N.Samoyloviçin ―Qafqaz və
Türk dünyası‖ əsərlərini göstərmək olar. N.İ.Meşşaninov, Ə.Ələkbərov, P.K.Juze,
Əziz Qubaydulin kimi alimlər Azərbaycan tarixinin müxtəlif dövrləri və məsələləri
üzrə əsərlər nəşr etsələr də, bu əsərlərdə Azərbaycanın XIX əsr tarixi məsələləri
tədqiq olunmamışdır.
Azərbaycanın XIX əsr tarixi məsələlərini ilık tədqiq edənlərdən Bakı
Universitetinin professoru Q.Q.Pisarevski, T.Passek, T.Latınin, V.M.Sısoyev
olmuşlar. Bu istiqamətdə V.M.Sısoyevin 1925-ci ildə nəşr etdirdiyi ―Azərbaycan
tarixi (Şimali)‖ əsərini xüsusi qeyd etmək lazımdır.
Bu dövrdə, yəni 1920-ci illərdə Vəli Xuluflu, M.Əfəndizadə, H.İmanov,
Abdulla Salamzadə, Ağamir Məmmədov, Rəşid İsmayılov və başqaları kimi
azərbaycanlı tarixçilərimiz olmuşdur. Onlar da öz tədqiqatlarında Azərbaycanın
XIX əsr tarixi məsələlərinə toxunmamışlar. H.Minasazov isə 1826-1828-ci illər
Rusiya-İran müharibəsi məsələlərinə xüsusi əsər həsr etmiş və 1826-cı ildə
Gəncədə Rusiya işğalına qarşı baş vermiş üsyanla əlaqədar olaraq öz əsərini ―Bir
inqilabın yüz illiyi‖ adlandırmışdı.
40-cı və 50-ci illər Azərbaycanda tarixçi alımlər nəsli yetişdi. Onlardan
yalnız
Ə.S.Sumbatzadə,
İ.M.Həsənov,
M.Ə.İsmayılov,
M.M.Əfəndiyev,
R.Ə.Mehdiyev, İ.A.Talıbzadə XIX əsr tarixi mənbələrinin tədqiqi ilə məşğul
olmuş, Azərbaycanın çar Rusiyası tərəfindən istilası məsələlərinə dair onlarla
məqalə, Azərbaycanda aqrar münasibətlər, kənd təsərrüfatı və sənayenin, xüsusən
neft sənayesinin tarixinə dair əsərlər nəşr etmişlər. Bu istiqamətdə Rusiya
tarixçiləri N.Q.Boqdanova, K.A.Pafitnov və Q.Q.Pisarevski müəyyən işlər
görmüşlər.
1950-ci illərin sonu – 1960-cı illərin əvvəllərində üç cilddən ibarət
―Azərbaycan tarixi‖ nəşr olundu.Onun II cildi Azərbaycanın XIX-XX əsrin
əvvəllərinə dair tarixinə həsr olunmuşdur. Bu cild, demək olar ki, Azərbaycanın
XIX əsr tarixinə bütövlükdə həsr olunmuş ilk əsəridir. Cildin yazılması üçün
müəlliflər külli miqdarda material toplamışlar. Bu materialların əksəriyyəti
tarixşünaslıq elminə ilk dəfə gətirilmiş, XIX əsr tarixinin istər sosial-iqtisadi, istər
siyasi, istərsə də mədəniyyət problemlərinə dair ətraflı və yeni məlumatlar
verilmişdir. Bu dövrdə Ə.N.Quliyevin və İ.M.Həsənovun XIX əsrin birinci
yarısında Azərbaycan tarixşünaslığına dair kitabı da nəşr olunmuşdur. Bu sahədə
Ə.S.Sumbatzadənin, M.C.İbrahimovun və Ə.Hüseynzadənin xidmətləri də qeyd
olunmalıdır.
Üçcildlik ―Azərbaycan tarixi‖ nəşr edildikdən sonrakı illərdə Azərbaycan
tarixinin bütün dövrləri üzrə. O cümlədən XIX əsr üzrə tədqiqatlar sahəsində
xüsusi nailiyyətlər əldə edildi, bir neçə kitab, xeyli məqalə nəşr olundu. Bu
istiqamətdə Ə.S.Sumbatzadənin XIX əsr kənd təsərrüfatı və sənayə tarixinə,
M.Ə.İsmayılovun XIX əsrin sonu – XX əsrin əvvəlləri ndə Azərbaycanın kənd
təsərrüfatı və sənaye tarixinə, kənd təsərrüfatında kapitalizmin inkişafı tarixinə həsr
etdikləri
monoqrafiyaları qeyd olunmalıdır. Bu dövrdə sonuncunun
M.C.İbrahimovla birlikdə Azərbaycanın neft sənayesi tarixinə, A.Ş.Milmanın
Azərbaycanın siyasi quruluşuna, İ.V.Striqunovun proletariatın formalaşmasına həsr
etdikləri monoqrafiyaları qeyd olunmalıdır. İ.A.Talıbzadənin XIX – XX əsrin
əvvəllərində suvarma və sudan istifadəyə, D.İ.İsmayılzadənin XIX əsrin 30-cu illər
XX əsrin başlanğıcında rus kəndlilərinin Azərbaycana köçürülməsi, Hacı Murad
İbrahimbəylinin Azərbaycanın XIX əsr hərbi tarixinə həsr olunmuş əsərlərini
göstərmək olar.
Sonrakı dövrü, yəni 70-ci illərin sonu – 90-cı illər tarixşünaslığı
məsələlərinə toxanmazdan əvvəl bir məsələnin üzərində dayanmaq zəruridir.
XX əsr Azərbaycan tarixinin bir sıra məsələləri adları çəkilən
əsərlərin çoxunda sovet dövrünün kommunist ideologiyasının hakim
―konsepsiyasının‖ təsiri altında müəyyən istiqamətdə təhrif olunmuşdu. Göstərilən
məsələlərdən biri Azərbaycanın XIX əsrin birinci onilliklərində yazılmış əsərlərdə,
həm rus, həm də Azərbaycan tarixşünaslığında bu məsələ, yəni çar Rusiyasının
Azərbaycanı istila etməsi düzgün qiymətləndirilmişdir. Lakin 40-cı illərdən sonra
istər Rusiya, istərsə də Azərbaycan tarixşünaslığında ―hakim‖ ideologiyasının
diktəsi ilə dəyişiklik aparılmış, Azərbaycanın çar Rusiyası tərəfindən zəbt
olunması, onunucqar müstəmləkə olması ―birləşmə‖ məfhumu ilə əvəz edilmişdi.
Azərbaycan tarixşünaslığında hələ 1950-ci illərdə ―Azərbaycanın Rusiyaya
birləşdirilməsi və onun iqtisadiyyat və mədəniyyət sayəsində mütərəqqi nəticələri‖
əsəri, bir sıra məqalələr nəşr olunmuşdur. Bundan başqa, 1964-cü ildə
―Azərbaycanın Rusiyaya daxil olmasının‖ 150 illiyi respublikada təntənəli qeyd
edilmişdir. Fəqət elmi həqiqət bərpa olundu. 80-cı illərdə tarixşünaslığımızda əsaslı
dəyişiklik baş verdi, hadisələr həqiqi surətdə təhlil olundu, Azərbaycanın çar
Rusiyası tərəfindən istilası məsələsi də düzgün işıqlandırıldı.Başqa misallar da
gətirmək olar. Məlum olduğu kimi, çar Rusiyasının işğalından sonra 1804-cü ildə
Car-Balakəndə, 1826-cı ildə Gəncədə, 30-cu illərdə Car-Balakəndə, Qubada,
sonrakı illərdə, həmçinin Şeyx Şamilin Dağıstanda üsyanı zamanı Azərbaycanın
Dağıstanla sərhəd rayonlarında (Zaqatala. Şəki və b.) üsyanlar baş vermişdi. Bu
üsyanlara tarixşünaslıqda 1940-1970-ci illərdə düzgün qiymət verilməmiş, hətta
bəzi hallarda onlar qiyam belə adlandırılmışdı. Halbuki bu üsyanlarəsasən çar
müstəmləkəçiliyinə qarşıyönəldilmişdi. Eyni sözləri XIX əsrin son rübündə baş
vermiş qaçaq hərəkatına da aid etmək olar.
Sonrakı illərdə, xüsusən 80-cı illərin ikinci yarısından, SSRİ-
nin süqutundan başlayaraq, tarixi tədqiqatlarda həqiqətlər bərpa olunmağa başladı.
Bu baxımdan 80-ci və 90- cı illərin tarixşünaslığında ilk növbədə Tarix
İnstitutunun kollektivi tərəfindən Azərb. EA müxbir üzvi İ.H.Əliyevin
redaktorluğu ilə 1993-cü ildə azərbaycanca, 1995-ci ildə rusca işıq üzü görmüş
―Azərbaycan tarixi‖ kitablarını qeyd etmək lazımdır. 1994-cü ildə akademik
Z.M.Bünyadov və professor Yusif Yusifovun redaktəsi altında nəşr olunmuş
―Azərbaycan tarixi‖ kitabında XIX əsr dövrü Azərb. EA müxbir üzvü
M.Ə.İsmayılov tərəfindən yazılmışdı. Bundan başqa, M.Ə.İsmayılov 1992-1997-ci
illərdə üç dəfə, eyni zamanda 1995-ci ildə rus dilində, yenə həmin ildə Dubayda
ərəb dilində ―Azərbaycan tarixi‖ kitablarını nəşr etdirmişdir. Bu kitablarda da XIX
əsr Azərbaycan tarixi özünün xüsusi təhlilini tapmışdır.
70-90-cı illərdə çoxsaylı ixtisaslı tarixçilərimizin Azərbaycab
tarixinin sosial-iqtisadi, siyasi və mədəniyyət tarixi üzrə xeyli əsərləri nəşr olundu.
Lakin təəssüf ki, XIX əsr tarixinə dair monumental, ümumiləşdirici monoqrafiya
və digər əsərlər azdır. Çapdan çıxmış əsərlərin çoxu Azərbaycanın sosial-iqtisadi
tarixinə həsr olunmuşdur Bu məsələlərdən XIX – XX əsrin əvvəllərində
Azərbaycanın sosial-iqtisadi quruluşu, Azərbaycan kəndinin sosial-iqtisadi
inkişafının səviyyəsi, neft sənayesinin tarixi, Azərbaycanda kənd təsərrüfatı
alətlərinin istehsalı, torpaq sahibliyi və torpaqdan istifadə, neft istehsalı və Rusiya
iqtisadiyyatı, mülkədar təsərrüfatı və s. Problemlər M.Ə.İsmayılov, Q.C.Cavadov,
Y.İ.Ələsgərov, V.H.Kərimov, V.A.Səmədov, M.M.Gülmalıyev və Ə.A.Umayevin
əsərlərində öz əksini tapmışdır.
Tarixi əsərlər içərisində Azərbaycanın Rusiya ilə münasibətləri,
ümumiyyətlə, ölkənin siyasi tarixinə dair də əsərlər vardır. Bu istiqamətdə
XV_XIX əsrlərdə Azərbaycan – Rusiya münasibətləri, çarizmin siyasətini
Azərbaycanda həyata keçirənlər, rus kəndlilərinin Zaqafqaziyaya, o cümlədən
Azərbaycana köçürüməsi və s. Mövzulara tarixçilərdən, F.M.Əliyev, F.Əsədov,
D.İ.İsmayılzadə, S.Kərimova öz əsərlərində geniş yer vermişlər. Tarixçi alimlər,
başqa sahələrin tədqiqatçıları Azərbaycanda təhsil və bununla bağlı məsələlərin
tədqiqinə də çox diqqət yetirmişlər. Rusiya ali məktəblərində təhsil alan
azərbaycanlılar, XIX əsrdə Azərbaycan ziyalıları, Azərbaycanda siyasi təhsil,
Azərbaycan məktəbləri, maarif, Azərbaycan burjuaziyasının maarifçilik fəaliyyəti
və s. Məsələlər E.S.Əliyev, D.S.Hüseynova, M.F.Məlikov, A.Q.Mustafayev,
N.A.Tahirzadə və S.Talıbova kimi tarixçilərin əsərlərində şərh olunmuşdur.
Tarixçilər və digər ixtisasçılar Azərbaycan mədəniyyətinin bir çox
sahələri, dövri mətbuat, görkəmli siyasi və mədəniyyət xadimləri barəsində xeyli
əsərlər yazmışlar. Bunlardan Azərbaycanın dövri mətbuatı, M.Şaxtaxtinskinin rus
dövri mətbuatında fəaliyyəti, Azərbaycan teatrı, onun inkişaf mərhələləri, H.Cavid,
Ü.Hacıbəyov haqqında, mədəniyyət, mətbuatda Azərbaycanda ədəbi tənqid
məsələləri N.Axundov, K.Zeynalova, İ.Kərimov, Q.Məmmədli, S.Mövlayeva,
K.Talıbzadə tərəfindən tədqiq olunmuşdur.
Tarixşünaslıqda XIX əsr tarixinə dair, şəhərlərin tarixi, şəhərlərin su və s.
Ilə təchizatı məsələləri və digər mövzular üzrə də xeyli işlər görülmüşdür.
Bunlardan Bakı (N.Məmmədov və M.Ə.Musayev), Şimali Azərbaycan şəhərləri
(E.B.Muradəliyeva),
Şəki
(M.Ə.İsmayılov),
Gəncə
(kollektiv),
Şuşa
(G.N.İsmayılova) şəhərlərin tarixini göstərmək olar. Bununla yanaşı, XIX əsrdə
Azərbaycanda şəhər tikintisi, memarlıq, şəhərlərin təchizatı məsələlərinə də
tədqiqatlar həsr olunmuşdur (V.Xanəliyev, Ş.S.Fətullayev).
Bu dövrdə mətbuat (V.Məmmədov), Azərbaycan burjuaziyasının
xeyriyyəçiliyi (M.Ə.İsmayılov), Azərbaycan tarixşünaslığı (Ə.S.Sumbatzadə)
məsələlərinə dair də əsərlər nəşr olunmuşdur.
Cilddə, müəyyən fəsillərdə dövrünə görə, Cənubi Azərbaycan tarixinin
sosial-iqtisadi, siyasi və mədəniyyət problemləri haqqında məlumatlar verilir.
Cildin mətni aşağıdakı müəlliflər tərəfindən yazılmışdır:
Giriş: M.Ə.İsmayılov.
I fəsil: Azərb. EA müxbir üzvü M.Ə.İsmayılov,
II fəsil: Akad Ə.S.Sumbatzadə, M.Ə.İsmayılov, tarixm elmləri doktoru
Ə.A.Umayev, t.e.d., prof. T.T.Vəliyev, t.e.d., prof. İ.M.Həsənov, iqtisad elmlər
doktoru M.Ə.Musayev, t.e.d M.İbrahimov, t.e.d. P.Ş.Milman, t.e.n. İ.A.Talıbzadə.
III fəsil: hüquq elmləri doktoru Ə.M.Əhmədov, t.e.n. N.A.Tahirzadə, t.e.n.
N.Məmmədov.
IV fəsil: M.Ə.İsmayılov, P.Ş.Milman.
V fəsil: Ə.S.Sumbatzadə, M.Ə.İsmayılov, T.T.Vəliyev, M.C.İbrahimov,
Ə.A.Umayev, İ.V.Striqunov, M.Ə.Musayev, t.e.n. R.Bağırov.
IV fəsil: M.Ə.İsmayılov, İ.M.Həsənov, Ə.A.Umayev, İ.A.Talıbzadə.
VII
fəsil:
M.Ə.İsmayılov, M.C.İbrahimov, İ.V.Striqunov, t.e.d.
D.B.Seyidzadə.
VIII fəsil: İ.V.Striqunov.
IX fəsil: Azərb. EA həqiqi üzvü Ə.Salamzadə, N.Tahirzadə, t.e.n.
L.Əliyeva, t.e.n. H.N.Həsənov,
***
Tarix İnstitutu hələ 70-ci illərin əvvəllərindən çoxcildli ―Azərbaycan
tarixi‖ni hazırlamağa başlamışdı və bir neçə cildlərin mətnləri hətta müzakirədən
keçmişdi. Lakin çoxcildlik üzrə görülən işlər tamamlanmamışdı.
Təqdim olunmuş cildin siyahıda göstərilmiş müəlliflərinin bir çoxu artıq
dünyasını dəyişmiş (Ə.S.Sumbatzadə, İ.M.Həsənov, M.Ə.Musayev, İ.A.Talıbzadə,
İ.V.Striqunov, Ə.Salamzadə, L.Əliyeva), yaxud da İnstitutun elmi fəaliyyətində
iştirak etmirlər. Təqdim olunmuş mətnlər müasir dövrün tələbləri əsasında
redaksiya və müəlliflər heyəti tərəfindən işlənmişdir. İnstitutun IV cildin məsul
redaktoru Azərb. EA müxbir üzvü M.Ə.İsmayılovun başçılıq etdiyi yeni tarix
şöbəsinin işçiləri bu mətnlər üzərində əsaslı surətdə işləməli olmuşlar. Onlardan
tarix elmləri doktorları mərhum D.S.Hüseynovanı, D.B.Seyidzadəni, tarix elmləri
namizədləri H.N.Həsənov, S.M.Mustafeyava, N.R.Məmmədov, Z.A.Qafarova,
İ.S.Bağırova, K.R.Ocaqova, E.S.Əliyev, G.N.İsmayılovanı göstərmək olar. Əslində
onlar həm müəllif kimi cildə yeni elmi əlavələr, həm də son illərdə araşdırmalar
nəticəsində əldə edilmiş məlumatlar daxil etmişlər. Onların əməkləri
minnətdarlıqla qeyd olunur.
I FƏSĠL
ġĠMALĠ AZƏRBAYCANIN
RUSĠYA TƏRƏFĠNDƏN ĠSTĠLASI
Dostları ilə paylaş: |