AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək


§3. SƏNAYE ĠSTEHSALI VƏ SƏNƏTKARLIQ



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə5/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
1   2   3   4   5   6   7   8   9   ...   36
§3. SƏNAYE ĠSTEHSALI VƏ SƏNƏTKARLIQ.                                                              

MANUFAKTURANIN YARANMASI 

 

Neft  və  bəzi  başqa  hasilat  sahələri  xanlıqlar  dövründə  olduğu  kimi 



iltizama  verilirdi.  1808-1825-ci  illərdə  Abşeronun  neft  quyuları  iltizamda  idi. 

Sonrakı  dövrlərdə  neft  hasilatı  yalnız  1826,  1834  və  1850-ci  illərdə  xəzinənin 

idarəsində  olmuşdur.  İltizam  sisteminin  yararsızlığı  üzündən  inkişaf  olduqca  ləng 

gedirdi.  Əgər  1825-ci  ildə  121  quyudan  neft  çıxarılırdısa,  40-cı  illərdə  belə 

quyuların  sayı  133-ə  çatmışdı  [18].  Kimyəvi  və  texniki  xassələrinə  görə  ən 

qiymətli  yanacaq  Suraxanıda  hasil  edilirdi.  Suraxanıda  olan  25  quyunun  15-dən 

qiymətli  ağ  neft  çıxarılırdı.  Dünyada  ilk  buruq  qoymaq  cəhdi  1848-ci  ildə 

Bibiheybətdə baş vermişdir. 

Neft hasilatı gah artır, gah da azalırdı. 1818-ci ildə Abşeronda 2142 min 

pud neft çıxarılmışdısa, 1834-cü ildə hasilat 230 min puda enmişdi. Sonrakı illərdə 

hasilat bir qədər artmış, 1848-ci ildə 272,7 min puda çatmışdı. Hasil edilən neftin 

pudu gümüş pulla 35 qəpiyə satılırdı [19]. 



Neftverən  torpaqların  sahibi  kimi,  xəzinə  30  il  ərzində    yalnız  öz 

mənfəətini  güdərək  neft6  hasilatını  artırmaq,  əsilo  sənaye  yaratmaq  üçün  heç  bir 

əsaslı  iş  görməmişdi.  İltizam  sisteminin  tətbiqi  texniki  yenilik  tətbiq  etmədən 

amansız  istismar  hesabına  gəlir  əldə  etməyə  şərait  yaradır,  ölkənin  iqtisadi 

inkişafına maneə törədirdi. 

Azərbaycanda  neft  emalı  ilə  ancaq  yüzilliyin  ikinci  yarısında  məşğul 

olunsa  da,  buna  əvvəllərdə  müəyyən  təşəbbüslər  göstərilmişdi.  1837-ci  ildə  dağ-

mədən  mühəöndisi  Volkoboynikovun  neft  emalı  üçün  hazırladığı  qurğu 

təkmilləşdirilmədiyinə görə, ondan istifadə etmək mümükün olmadı. Azərbaycanın 

qərbində  zəy  istehsal  olunurdu.  Zəylik  kəndi  yaxınlığında  çıxarılan  xam  zəyi 

yandırmaq  üçün  bir  neçə  soba  vardı.  1805-ci  ildə  bu  müəssisədə  filiz  istehsalı 

iltizama verildi. Zəyin pudu 80 qəpiyə xəzinəyə satılmalı idi. 1811-ci ildən 1828-ci 

ilədək  müəssisə  müntəzəm  işləmişdi.  Bu  ildən  ta  1850-ci  ilə  kimi  zəy  istehsalı 

yenidən  iltizama  verilmişdi.  Xəzinəyə  buradan  ildə  5-6  min  manat  gəlir 

götürürdülər. 

Yeyinti məhsulu sahəsində narın və daş duz istehsalı xüsusi yer tuturdu. 

Abçeronda 27 göldən narın duz yığılırdı. Belə göllər Cavad və Ağcabədi 

yaxınlığında da vardı. Bu göllər 1808-1821-ci illərdə iltizama verilmiş, 1821-1825-

ci  illərdə  xəzinənin  idarəsində  olmuş,  1826-1834-cü  illərdə  yenidən  iltizama 

keçmiş  və  nəhayət,  1834-cü  ildən  1850-ci  ilədək  təzədən  xəzinənin  idarəsinə 

qaytarılmışdı.  Kəndlilərin  çoxu  narın  duzu  istehsalında  işləməklə  dövlətə  olan 

mükəlləfiyyətlərini yerinə yetirmiş olurdular. Burada muzdlu əməkdən də istifadə 

olunurdu [20]. 

Abşeron  duz  gölləri  daha  zəngin  idi.  1819-cu  ildə  təkcə  Masazır  və 

Zığdan 160 min puddan çox duz alınmışdı, 40-cı illərdə orta hesabla hər il 400 min 

pud istehsal edilirdi [21]. 

Naxçıvanda daş duz Şıxmahmud, Cəhri və Sust kəndləri arasındakı dağlıq 

ərazidən çıxarılırdı. 1828-ci ilədək duz mədənləri Kəlbalı xanın ixtiyarında olmuş 

və  göstərilən  kəndlərin  əhalisinin  bir  hissəsi  bu  mədənlərdə  duz  çıxarılmasına 

təhkim  olunmuşdu.  Duz  mədənləri  çar  xəzinəsinin  əlinə  keçəndən  sonra  da  duz 

eyni  üsulla  çıxarılırdı.  1830-1840-cı  illərdə  bu  mədənlər  iltizama  verilmişdi.  Daş 

duz  çıxarılması  40-cı  illərdə  xeyli  artmışdı.  1843-cü  ildə  97,7  min  pud  duz 

çıxarılmışdısa,  1849-cu  ildə  bu,  136,4  min.  Puda  çatmışdı.  Buna  uyğun  olaraq 

dövlətin  gəliri  də  çoxalmışdı.  1828-1829-cu  ildə  daş  duz  istehsalından  xəzinəyə 

gələn  gəlir  1000  manat  idisə,  bu,  40-cı  illərdə  orta  hesabla  ildə  9000  manata 

qalxmışdı. 

Azərbaycanda keçmişdə olduğu  kimi,  yenə  müəyyən qədər şərab istehsal 

olunur və araq çəkilirdi. 30-cu illərin əvvəllərində Şirvan əyalətində təxminən 198 

min  litr  araq  şərab  və  24  min  litrə  qədər  araq  istehsal  edilmişdi.  40-cı  illərin 

ortalarında Şəki qəzasında ildə orta hesabla 168 min litr şərab, 33,6 min litr4 araq 

istehsal olunurdu. Qarabağda istehsalın həcmi daha böyük idi. Burada 840 min litr 


şərab və 42 min litr araqalınmışdı. Yalnız Gəncə şəhərində 228 min litr şərab hasil 

edilmişdi.  İstehsal  olunan  spirtli  içkiləryerli  əhalinin  istehlakına  gedir  və  əsasən 

yerli bazarlarda satılırdı [22]. 

Azərbaycanda  yeyinti  məhsulları  istehsalı  sahəsində  balıq  və  balıqdan 

hazırlanan məhsullar xüsusi yer tuturdu. Mustafa xanın hakimiyyəti dövründə balıq 

vətəgələri  iltizama  verilirdi.  1814-cü  ildə  Şəki  xanlığının  sərhədlərindən 

başlayaraq,  Xəzərə  qədər  Kür  çayında  balıq  tutmaq  20  il  müddətinə  iltizama 

verilmişdi.  1829-cu  ildə  bu  sahə  də  xəzinənin  ixtiyarına  keçdi.  Salyan  balıq 

vətəgələri əsasında ―Salyan xəzinə qəyyumluğu‖ adlı kommersiya şirkəti yaradıldı. 

Sonrakı  dövrlərdə  ölkənin  bütün  balıq  vətəgələrin  tədricən  ―qəyyumluğun‖ 

ixtiyarına keçmişdi. 1845-ci ildə ―Salyan qəyyumluğu‖ ləğv ediləndən sonra, artıq 

vətəgələrin  hamısından  yenidən iltizam  əsasında istifadəyə başladılar. 1829-1945-

ci  illər  ərzində  Azərbaycanın  balıq  vətəgələrində  tutulan  balığın  miqdarı  524,7 

mindən  660,8  min  ədədə  qədər  artmişdı.  Ovlanan  balıq  və  ondan  hazırlanan 

məhsullardan  yerli  əhali  qismən  istifadə  edir,  qalanı  isə  əsasən  Rusiyaya 

göndərilirdi. 

Azərbaycanın balıq vətəgələrində işləyənlərin bir çoxu Rusiyadan buraya 

gəlmələr  idi.  1838-ci  ildə  Salyan  və  Qızılağacda  600  nəfərə  qədər  rus  fəhləsi 

işləyirdi. Balıq ovu mövsümündə bu işə 400 nəfərə qədər yerli əhali cəlb edilirdi. 

Balıq vətəgələrində 330 nəfər qara fəhlə kimi çalışır, 270 nəfər peşəkar balıqçı isə 

balıq  ovu  ilə  məşğul  olurdu.  Ölkənin  balıq  vətəgələrində,  xüsusilə  Salyanda 

muzdla  işlədilənlərin  sayı  getdikcə  artmaqda  idi.  40-cı  illərin  əvvəllərində  yalnız 

Salyan  vətəgələrində  muzdlu  işçilərin  və  peşəkar  balıqçıların  sayı  1000  nəfərə 

qədər idi. 

Azərbaycanda  şəhərlərin  hələ  qədimdən  mövcud  olması  sənətkarlığın 

inkişafı  üçün  şərait  yaradırdı.  Dərziçilik,  papaqçılıq,  boyaçılıq,  dabbağçılıq, 

tornaçılıq,  tənəkəçilik,  saatsazlıq,  baftaçılıq,  təsərrüfat-məişət  məmulatı  istehsalı, 

tikinti  materialları  istehsalı,  eləcə  də  yeyinti-ərzaq  sahələri,  habelə  bəzək  şeyləri 

ilə,  musiqi  alətlərinin  hazırlanması,  toxuculuq,  metal  emalı  sahələri  və  s.  ölkənin 

iqtisadi  həyatında  mühüm  yer  tuturdu.  Ümumiyyətlə,  Azərbaycanda  100-dən  çox 

sənət və peşə sahəsi var idi. 

Azərbaycan  iqtisadiyyatının  belə  çoxsahəliliyi  ölkənin  təbii  zənginlikləri, 

onun  iqtisadi  inkişafının  xüsusiyyətləri,  daxili  bazar  tələbatının  nisbətən  yüksək 

olması, habelə işçi qüvvəsinin bolluğu və s. ilə bağlı idi. 

Göstərilən  sənət  və  peşə  sahələrindən  bir  çox  (dərziçilik,  papaqçılıq, 

keçəçilik,  palançılıq  və  s.)  kəndli  əhalisinin  tələblərini,  habelə  istehlakçı 

sifarişçilərinin ehtiyaclarını ödəyirdi. 

Sənətkarlığın  xırda  əmtəə  istehsalı  pilləsinə  yüksələ  bilən  və  bazar  üçün 

məmulat  istehsal  edən  sahələrindən  toxuculuğu  (ipək  mallar),  xalçaçılığı, 

gəbəçiliyi, metal emalını – misgərlik, silah istehsalı, boyaqçılığı, dabbağlığı, tikinti 

materialları (kərpic-kirəmit) istehsalını, şərabçılığı və s. göstərmək olar. Lakin bu 


sənətkarlıq  sahələrindən  bəziləri  hələ  bütünlükdə  bazar  tələblərini  ödəyə  bilmirdi. 

Çünki  bu  göstərilən  xırda  əmtəə  istehsalı  sahələrindən  bir  çoxu  həm  yerli  bazar 

həm də sifarişçi üçün məmulat hazırlayırdı. 

XIX  əsrin  birinci  yarısında  Azərbaycanda  ailə  istehsalında  yundan 

məmulat  hazırlanması  əsas  rol  oynayırdı  [23].  Azərbaycanda  qoyunçuluğun 

inkişafı külli miqdarda yun istehsalına  geniş imkan yaradırdı. Buna gırə də gəbə-

xalça toxunması işi ölkənin hər yerində inkişaf etmişdi. Xalçaçılığın inkişafı üçün 

əsas amillərdən biri də Azərbaycanda təbii rəng verə bilən bitki və bitki köklərinin 

çoxluğu idi. 

Azərbaycanın  bəzi  yerlərində  -  Qarabağ  və  Qubada  xalçalar  xüsusi  iri 

emalatxanalarda toxunurdu. Lakin bu sahədə ev istehsalı xüsusilə geniş yayılmışdı. 

Emalatxanalarda xalçaların bir hissəsi sifarişçilərin arzusu ilə bilavasitə onun təklif 

etdiyi  çeşidə  -  çeşniyə  uyğun  toxunurdu.  Sifarişlər,  hətta,  xarici  ölkələrdən  də 

alınırdı.  Quba  qəzasında  Fransadan  alınmış  rəsmlər  əsasında  gəbə  toxunduğu 

məlumdur.  Bununla yanaşı, ev istehsalında da fərdi sifarişlə xalça toxunurdu. 

Azərbaycanda  xalçaçılığın ən çox inkişaf etdiyi zona Qarabağ idi. Burada 

elə bir qəza tapmaq olmazdı ki, orada müxtəlif növ gəbə-xalça toxunmasın. Xalça 

istehsalı  ilə  əslində  ölkənin  əksər  əyalətlərində  -  Nuxa  və  Zaqatalada,  Gəncə  və 

Qazaxda, Lənkəran və  Abşeronda da məşğul olurdular. XIX  əsrin 40-cı illərindən 

başlayaraq,  ölkədə  yaranmış  nisbətən  əlverişli  şəraitlə  əlaqədar  olaraq,  xalça 

istehsalı artıq məişət tələblərinə ödəməklə yanaşı, daxili və Ümumrusiya bazarına 

çıxarılır, hətta əcnəbi ölkələrə ixrac edilirdi. Xalçaçılıq bir sənətkarlıq sahəsi olmaq 

etibarilə  çoxçeşidli  istehsal  idi,  müxtəlif  çeşidli  xalçalar  ilə  yanaşı  palaz,  kilim, 

məfrəş, xurcun, heybə və s. geniş yayılmış xalçaçılıq məhsulları idi. Bununla belə 

xalça hazırlanması üsulu əsli ənənəvi texnika və vərdişlərə əsaslanırdı. 

Yundan  həmçinin  müxtəlif  məmulatlar  hazırlanırdı.  Əsasən  məişətdə 

istifadə edilən bu məmulatın çeşidi olduqca zəngin idi. Bunlara şal, cürbəcür geyim 

şeyləri, corab, yun şalvar, çuval, çatı, sicim, örkən və s. misal ola bilər. 1841-ci ildə 

40  min  manatlıq  belə  məmulat  istehsal  edilmişdi.  Ev  döşəməsi  (xüsusilə  yaylaq 

mövsümündə)  və  başqa  məişət  məqsədləri  üçün  işlədilən  müxtəlif  ölçülü  və 

cürbəcür rəngli keçələr yundan istehsal edilirdi. 

Sənətkarlıq şəhərlərdə daha çox inkişaf etmişdi. Bir sıpra şəhərlərdə bəzi 

sənət  növləri  artıq  əkinçilikdən  ayrılmış  və  müstəqil  sahələrə  çevrilmişdi.  Bakı, 

Şamaxı,  Nuxa,  Gəncə,  Şuşa,  Quba,  Naxçıvan  və  Ordubad  bu  sahədə  xüsusilə 

fərqlənirdi. 

Azərbaycan şəhərləri içərisində sənətkarlığın inkişafı və sənətkarların sayı 

baxımından Şamaxı və Nuxa xüsusi yer tuturdu [25]. Hər iki şəhərdə başmaqçılıq, 

dərziçilik,  papaqçılıq,  dabbağçılıq  peşələri,  eləcə  də  toxuculuq  sənəti  daha  geniş 

yayılmışdı.  Bakı,  Gəncə,  Şuşa,  Naxçıvan  və  Ordubad  şəhərlərinə  hər  birində 

təqribən 20-dən 40-a qədər sənət-peşə növü və 300-500 sənətkar var idi. 



Azərbaycanda  kutar  üsulla  ipək  sapı  əldə  etmək  ipəktoxuma  işində 

mühüm  mərhələni  təşkil  edirdi.  Baramadan  sap  açıldıqdan  sonra  burulur  və 

toxuculuq üçün yararlı hala salınır. Əl cəhrəsi, yerli sapburma dəzgahı və cəhrələr 

bu  işdə  xüsusi  əhəmiyyət  kəsb  edirdi.  40-cı  illərdən  etibarən  nisbətən  təkmil 

cəhrələrdən istifadə genişlənmişdi [26]. 

30-40-cı illərdə ipəksarımaqla məşğul olan yüzlərlə tənha kustar var idi ki, 

onlar  kəndbəkənd  gəzərək,  ipəkçi  kəndlilərin  baramasından  ipək  sapı  açmaqla 

məşğul olurdular. İpəksarıma – ipək – burna sahəsi istehlakçı – sifarişçilər, qismən 

də yerli bazarların tələbi üçün işləyirdi. 

Azərbaycanda  ipək  məmulatı  istehsalı  geniş  miqyas  almışdı.  İpəkdən 

cecim,  kəlağayı,  darayı,  tayfa,  qanovuz,  məişətdə  işlənən  müxtəlif  növ  dəsmallar 

və  s.  nəinki  ölkənin  özündə,  eləcə  də  Zaqafqaziyada  və  Rusiyanın  müxtəlif 

şəhərlərində,  xüsusilə  Həştərxanda  böyük  həvəslə  alınırdı.  Çünki  Azərbaycanın 

ipək  qalmamışdı.  Şamaxı,  Nuxa,  Qarabağ  və  Ordubadda  ipəksarıma  işi  Şamaxıda 

630,Basqalda  və  digər  kəndələrdə  isə  50-yə  qədər  toxucu  dəzgahı  var  idi.  Şirvan 

əyalətində  2800  nəfərə  qədər  toxucu  var  idi.  Şamaxı  və  Şəkidə  ipəktoxuma 

emalatxanalarının bir hissəsi artıq xırda əmtəə istehsalı səviyyəsində idi. 

Azərbaycanda  inkişaf  etmiş  sahələrindən  biri  də  metalın  kustar  üsulla 

emalı  idi.  Burada  misgərlikxüsusi  yer  tuturdu.  Mis  əşyalar  Bakıda,  Şamaxıda, 

Nuxada,  Gəncədə,  Şuşada,  Lənkəranda,  Qubada,  Naxçıvanda  daha  çox  istehsal 

olunurdu. XIX əsrin 30-cu illərində Gəncədə 6 misgər emalatxanası var idi. Orada 

köməkçi işlərdə çalışanların nəzərə almadan, sahibkarlarla yanaşı, emalatxanalarda 

10  nəfərə  qədər  fəhlə  işləyirdi  [27].  Misgərliyin  əsil  mərkəzi  Lahıc  kəndi  idi. 

Lahıcın  təbii-coğrafi  şəraiti  burada  sənətklarlıq  və  peşələrin  inkişafını  labüd 

etmişdi. 

1830-cu  ildə  Lahıcda  52-dən  çox  misgər  emalatxanası  vardı.  İldə  orta 

hesabla  20  min  manatlıq  mis  qablar  və  digər  əşyalar  hazırlanırdı.  Misdən 

hazırlanan  məmulat  təkcə  Zaqafqaziyada  deyil,  İran  və  Türkiyədə  də  həvəslə 

alınırdı. 

Azərbaycanda  silah  istehsalı  sahəsində  mahir  ustalar  çalışırdı.  1839-cu 

ildə Şamaxıda 18 nəfər, 1848-ci ildə isə 86 nəfər silah ustası var idi. Silah ustaları 

Nuxada,  Gəncədə,  Şuşada,  Naxçıvanda,  Ordubadda  və  başqa  şəhərlərdə  də 

fəaliyyət  göstəriridi.  Lahıc  kəndi  bu  cəhətdən  də  fərqlənirdi.  Orada  düzəldilən 

silahların keyfiyyəti yüksək olurdu. 

Ölkədə  bəzək  şeyləri  istehsalı  və  dəmirçilik  əsasən  şəhərlərdə 

mərkəzləşmişdi.  40-cı  illərdə  Azərbaycanın  9  şəhərində  200  nəfərə  qədər  zərgər, 

350 nəfərə qədər dəmirçi vardı. 

Sənətkarlığın  geniş  yayıldığı    sahələrdən  duluzçuluğu  və  dərziçiliyi  qeyd 

etmək  lazımdır.  30-cu  illərdə  Azərbaycan  şəhərlərində  50-yə  qədər  duluzxana 

vardı.  Onalrdan  müxtəlif    növ  saxsı  dablar  hazırlanırdı.  Müxtəlif  paltarlar  həm 



ayrı-ayrı  ailələrdə,  həm  də  xüsusi  dərzixanalarda  tikilirdi.  1832-ci  ildə  5  şəhərdə 

470 nəfərə qədər dərzi işləyirdi. 

1831-1832-ci illərdə Azərbaycanın 5 şəhərində 136 dabbağxana vardı. 40-

cı illərdə dabbağxanaların sayı ik dəfədən çox artmış, yəni 324 olmuşdu. Onların 

yarıdan  çoxu  –  178-i  Nuxada,  57-si  Şamaxıda,  33-ü  Qubada,  26-sı  Gəncədə,  9-u 

Naxçıvanda cəmləşmişdi [28]. 

40-cı illərdə Azərbaycanın 8 şəhərində 700-ə qədər papaqçı çalışırdı [29]. 

Ayaqqabı, xüsusilə başma istehsalı çox inkişaf etmişdi. 1830-cu ildə Bakı, 

Quba, Şamaxı, Naxçıvan və Ordubad şəhərlərində 350 nəfər başmaqçı olmuşdusa, 

1848-ci ildə onların sayı 600 nəfərə çatmışdı. 1848-ci ildə təkcə Şamaxı şəhərində 

227 və Nuxada isə 147 nəfər başmaqçı vardı. 

Azərbaycanda  sərraclıq  əsasən  şəhərlərdə  mövcud  idi.  40-cı  illərdə  6 

şəhərdə 90 nəfərdən çox sərrac vardı. 

Azərbaycanda  sənətkarlığa  nisbətən  peşələr  sayca  daha  çox  idi.  Kəndli 

ehtiyac  üzündən  müxtəlif  peşələrlə  məşğul  olmağa  məcbur  idi.  Kənd  təsərrüfatı 

işləri  qurtardıqdan  sonra,  habelə  qış  aylarında  kəndli  ailəsi  kənd  təsərrüfatı 

məhsullarının  emalı  işi  ilə  məşğul  olurdu.  Məişət  üçün  zəruri  olan  peşə  məmulatı 

aildə  hazırlanırdı.  Yoxsul  kənlilər  heç  vaxt  öz  təsərrüfatı  ilə  özlərini  doydura 

bilmirdi, buna görə də onların başlıca yaşayış mənbəyi peşə idi. Peşələrin olduqca 

rəngrəngliyi və məişətə möhkəm daxil olması məhz bu amillə izah edilməlidir. 

Ölkədə qədim tarixə malik olan boyaqçılıq peçəsi həm yun, həm ipək və 

həm də başqa növ xammalın boyanmasında mühüm rol oynayırdı. Yalnız 1832-ci 

ildə Azərbaycanda 160-a yaxın boyaqxana işləyirdi. Bunlardan əlavə, çox az kəndli 

ailəsi tapmaq olardı ki, toxunma işində istifadə edilən ipi özü boyamasın. Müxtəlif 

rənglərdən  istifadə  etmək,  onları  seçmək,  bir-birinə  uyğunlaşdırmaq  sahəsində 

boyaqçılar  zəngin  təcrübəyə  malik  idilər.  Bir  sıra  peşələrdə  ənənə  və  ustalıq  bir-

birilə bir növ çulğaşmışdı. 

Ağac emalı həm  şəhərlərdə, həm də  dağ və  dağətəyi rayonlarda  əhalinin 

əsaə məşğuliyyətindən birini təşkil edirdi. Kənd təsərrüfatı alətlərinin ağac hissələri 

(balta,  dəhrə  və  s.),  həmçinin  təsərrüfatda  və  məişətdə  çox  işlədilən  cəhrə,  yun 

darağı,  nehrə,  yaba,  kürək,  vəl,  şana,  araba  təkəri,  boyunduraq,  nərdivan,  tabaq, 

təknə, ovlov, çömçə, qaşıq, araba, cürbəcür musiqi alətləri (tar, kamaça, zurna, ney, 

balaban,  dəf  və  qaval  sağanağı  və  s.)  məhz  ağacdan  düzəldilirdi.  Bundan  başqa, 

ağacdan  müxtəlif  sandıqlar,  mücrülər,  qəlyanlar,  eləcə  də  nadir  şəbəkələr 

hazırlanırdı. 

XIX əsrin 40-cı illərində Azərbaycanda sənətkarların və peşəkarların sayı 

12  min  nəfərdən  çox  idi.  Onların  əksəriyyəti  şəhərlərdə  cəmləşmişdi.  Ölkədə 

sənətkarlıq  və  peşələrin  az  bir  hissəsi  xırda  əmtəə  istehsalı  mərhələsinə  qədər 

yüksələ bilmişdi [30]. 

XIX  əsrin  artıq  I  rübündə  ipək  emalı  sahəsi  nəinki  xırda  əmtəə  istehsalı 

bazasına daxil olmaqda idi, hətta Şamaxıda ipəktoxuma istehsalında əmək bölgüsü 


inkişaf etmişdi. Bir toxucu dəzgahını 5 nəfər idarə edirdi, həm də müxtəlif çeşidli 

parçalar  toxunurdu.  Beləliklə,  ipəktoxuma  orada  (Şamaxıda  –  Red.)  manufaktura 

mərhələsinə  daxil  olmuşdu.  Bu  müəssisələrin  hər  birində  orta  hesabla  9  nəfərə 

qədər  toxucu  işləyirdi.  Həmin  dövrdə  sırf  kapitalist  manufakturası  da  yaranmağa 

başladı.  Eyni  bir  kapitalın  komandası  altında  xeyli  fəhlənin  bir  yerə  yığılması 

ümumiyyətlə,  həm  kooperasiyanın,  həm  də  manbufakturanın  təbii  başlanğıc 

nöqtəsini təşkil edirdi [31]. 

1827-ci  ildə  Nuxanın  (Şəki)  yaxınlığında  Xanabad  kəndində  ipək  emalı 

fabriki  işə  salındı.  Müəssisə  çar  dövlət  xəzinəsinə  mənsub  idi.  Müəssisədə  20 

ipəksarıyan  dəzgah,  10  ikiqat  kürə  və  sapburan  maşınlar  qoyulmuşdu.  Bu  nəinki 

Azərbaycanda,  həm  də  Zaqafqaziyada  ilk  kapitalist  manufakturası  idi.  Xanabad 

manufakturasında  30-cu illərin  əvvəlində  90 nəfərdən çox  muzdlu rəhlə  işləyirdi. 

İstehsal  olunan  xam  ipək  kustar  üsulla  emal  edilən  xam  ipəkdən  2-3  dəfə  baha 

satılırdı.  Müəssisədə  əmək  bölgüsü  o  qədər  də  geniş  deyildi.  İpək  sapı  açılır  və 

sonra  isə  burularaq  toxuculuq  üçün  yararlı  hala  salınırdı.  Əl  əməyi  istehsalatda 

yenə də üstün yer tuturdu. 

1836-cı  ildə  Xanabad  müəssisəsi  xəzinənin  ixtiyarından  ―Zaqafqaziyada 

ipəkçiliyi  və  ticarət  sənayesini  yayan  cəmiyyət‖in  əlinə  keçdi.  571,4  min  manat 

kapitalı  olan  bu  səhmdar  kampaniyası  dövlətin  təşəbbüsü  ilə  təsis  edilmişdi  [32]. 

Bu cəmiyyətin əsas istehsal bazası istər ipək (barama) istehsalı, istərsə də ilkin ipək 

emalı  baxımından  Azərbaycanda  yerləşirdi.  Ona  görə  də  həmin  tarixi  burada 

kapitalist səhmdar istehsalının başlanğıcı hesab etmək olar [33]. 

―Zaqafqaziyada ipəkçiliyi və ticarət sənayesini yayan cəmiyyət‖in Nuxada 

ipək emal edən başqa bir müəssisəsi də var idi. Bu müəssisəni də xəzinə səhmdar 

cəmiyyətinə  vermişdi.  Müəssisədə  10  sarıma  dəzgahı,  12  baramaaçan  tiyan  və  5 

sapburan maşın vardı [34]. Aydındır ki, Xanabad müəssisəsi kimi bu da kapitalist 

manufakturası  idi.  Səhmdar  cəmiyyətin  göstərilən  müəssisələrdən  əlavə  təcrübə 

stansiyaları, ipəkçilik məktəbi və s. var idi [35]. 

Təkcə  Nuxada  deyil,  Vartaşendə  də  manufattura  tipli  müəssisələr  vardı. 

Muradxanovun  buradakı  ipək  emalı  müəssisəsini  də  kapitalist  manufakturası 

zümrəsinə  aid  etmək  olar.  Sonrakı  dövrlərdə  bu  kimi  müssisələrin  sayı  artmışdı. 

Manufaktura  emal  sənayesinin  digər  sahələrində,  həmçinin  neft  istehsalında  da 

mövcud idi. 

Məlumdur ki,  manufaktura xırda  əmtəə istehsalı ilə fabrik arasında keçid 

mərhələsi olduğunu və orada əmək bölgüsünün inkişafı son dərəcə yavaş getdiyinə 

görə,  kapitalist  manufakturaları  xırda  istehsalı  tamamilə  sıxışdırıb  aradan  qaldıra 

bilməmiş, buna görə də manufaktura sənaye əkinçilikdən bütünlükdə ayrılmamışdı. 

Azərbaycanda manufaktura feodal istehsal münasibətlərinin hakim olduğu 

bir  şəraitdə  yaranıb  inkişaf  edirdi.  Lakin  bu  manufakturalar  öz  ictimai  təbiəti 

etibarilə,  inkişaf  meylinə  görə  əsil  kapitalist  müəssisələri  idi.  Onların  iki  tərəfdən 

(dövlətin və yaxud feodalın) idarə edilməsi yalnız xüsusiyyət məsələsi idi. 


Azərbaycanda inkişaf etmiş manufaktura istehsalı bir növ Mərkəzi Rusiya 

fabriklərinin əlavəsi rolunu oynayırdı. Başqa sözlə desək, rus fabrikləri ucqarlarda 

yarımfabrikat  almaqla  istehsal  dövriyyəsini  başa  çatdırırdı.  Yerlərdə  -  ucqarlarda 

isə  istehsal  dövrü  natamam  qalır,  haradasa,  istehsalın  hansı  fazasındasa  yarımçıq 

saxlanılırdı. Müstəmləkə iqtisadiyyatına xas olan xüsusiyyətlərdən biri də məhz bu 

idi. 


Kənd təsərrüfatının elə məhsulları vardı ki, onları uzaq məsafəyə aparmaq 

sərfəli  deyildi.  Həmin  məhsulların  (barama,  üzüm,  süd  və  s.)  uzun  zaman  yolda 

olması onların keyfiyyətlərinin və əmtəə dəyərinin aşağı düşməsinə  səbəb olurdu. 

Çar  hökuməti  bu  növ  məhsulların  ilkin  emalının  yerlərdə  keçirilməsində  maraqlı 

idi. 

Azərbaycan  sənayesində  manufaktura  mərhələsi  uzunömürlü  olmamışdır. 



Kapitalist  inkişafının  bu  forması  yalnız  ipək  emalı  sənayesində  bir  əsrə  qədər 

davam etmişdir. Deməli, ipək emalı sənayesi sənaye kapitalizmi inkişafının bütün 

mərhələərini keçə bilmişdi. Çünki ipəktoxumanın hələ orta əsrlərdən ölkədə geniş 

inkişaf  tapması,  Azərbaycanın  Rusiya  tərəfindən  istilasından  sonra  ipəksarımanın 

Rusiyanın  daxili  quberniyalarında  o  qədər  də  inkişaf  etməməsi,  həm  də  rus 

ipəktoxuma  məmulatının  əhalinin  bu  mallara  olan  tələbini  uzun  zaman  ödəyə 

bilməməsi  Azərbaycanda  bu  istehsal  sahəsinin  inkişafını  dayandıra  bilməmişdi. 

Rusiyadan ucqarlara, o cümlədən Azərbaycana  hazır malların gətirilməsi yerlərdə 

müvafiq  istehsal  sahələrinin  inkişaf  mərhələlərinin  yarımçıq  qalmasına  gətirib 

çıxarırdı. Bu isə, öz növbəsində, iqtisadiyyatın birtərəfli inkişafı ilə nəticələnirdi. 

 

 

§ 4. TĠCARƏT 



 

XIX  əsrin  birinci  yarısında  Azərbaycan  ticarəti  öz  inkişafında  ölkənin 

sosial,  iqtisadi  və  siyasi  vəziyyəti  ilə  əlaqədar  olaraq  bir  sıra  mərhələlərdən 

keçmişdir.  Azərbaycan  iqtisadiyyatına  ciddi  zərbə  endirən  iki  Rusiya-İran 

müharibəsi,  çarizmin  Zaqafqaziyada  ticarət  və  gömrük  siyasətinin  qeyri-sabitliyi, 

Azərbaycanda  müxtəlif  çəki,  ölçü  və  pul  sistemlərinin  tətbiq  edilməsi  XIX  əsrin 

birinci  30  illiyində  ticarətə  mənfi  təsir  göstərən  amillər  idi.  Müharibədən  zərər 

çəkən rayonlarda ticarət xeyli tənəzzül etmişdi. Lakin buna baxmayaraq, bu dövrdə 

Azərbaycan  ticarəti,  xüsusən  onun  xarici  ticarət  əlaqələri  bütövlükdə,  yavaş  da 

olsa,  müəyyən  inkişaf  və  genişlənmə  yolunda  idi.  Mühüm  coğrafi  mövqedə 

yerləşən  Bakı  şəhərində  ticarət  genişlənmiş,  tacirlərin  sayı  və  onların  malik 

olduqları kapitalın miqdarı xeyli artmışdı. 1810-cu ildə Bakının ticarət dövriyyəsi 

500  min  manat  idisə,  1827-ci  ildə  bu,  5205  min  manata  qədər  artmışdı  [36].  Bu 

dövrdə  Azərbaycanın  Mərkəzi  Rusiya  ilə  ticarət  əlaqəsi  inkişaf  etməkdə  davam 

edirdi.  Azərbaycandan  Mərkəzi  Rusiyaya  aparılan  malların  arasında  öz  dəyərinə 

görə  mühüm  yer  tutan  ipək  və  ipək  məmulatının  miqdarı  xeyli  artmışdı. 



Azərbaycanda ipək istehsalının mərkəzi olan Şəki əyalətindən 1822-1828-ci illərdə 

Mərkəzi Rusiyaya 2066 min manatlıq 31 min pud ipək aparılmışdı. Həmin illərdə 

Rusiya  fabriklərində  istehlak  edilən  ipəyin  37  faizə  qədəri  Şəki  ipəyinin  payına 

düşürdü  [37].  Azərbaycanın  digər  rayonlarından  da  Mərkəzi  Rusiyaya  xeyli  ipək 

aparılırdı.  Belə  ki,  1823-1829-cu  illərdə  Şirvan  əyalətindən  oraya  8,3  min  pud, 

Qarabağ  əyalətindən  isə  20-ci  illərdə  hər  il  gümüş  pulla  1  mln.  manatlıq  ipək 

aparılmışdı [38]. 

Azərbaycandan  Mərkəzi  Rusiyaya  aparılan  ipək  məmulatı,  qızılboya 

(marena) ilə yanaşı, çəltik, ağ neft, zəfəran və s. malların miqdarı da ilbəil artırdı. 

Mərkəzi  Rusiyadan  Azərbaycana  gətirilən  bir  sıra  mühüm  malların, 

xüsusilə  pambıq-parça  məmulatı,  xırdavat  malları,  qab-qacaq,  dəmir,  dəmir 

məmulatı  və  s.  digər  sənaye  mallarının  miqdarı  da  çoxalır  və  yerli  əhalinin 

tələbatının  ödənilməsində  onların  əhəmiyyəti  artırdı.  Mərkəzi  Rusiyadan  hər  il 

Zaqafqaziyaya gətirilən malların xeyli hissəsi Azərbaycan bazarlarında satılırdı. 

30-cu  illərdən  etibarən  ticarət  əlaqələri  və  əməliyyatları  daha  da 

genişlənmişdi.  Azərbaycanın  Rusiya  tərəfindən  işğalının  başa  çatması  ilə  burada 

keçirilən  bir  sıra  sosial-iqtisadi  tədbirlər  sənaye,  kənd  təsərrüfatı  və  nəqliyyatla 

bərabər  ticarətin  də  inkişafına  kömək  edirdi.  Azərbaycanda  yeni-yeni  ticarət 

məntəqələri  yaranır,  ticarət  müəssisələrinin  sayı  və  dövriyyəsi  çoxalır,  ayrı-ayrı 

rayonlar  arasında  əmtəə  mübadiləsi  genişlənir,  əmtəə-pul  münasibətləri  inkişaf 

edirdi [39]. 

Bakının  nefti,  duzu  və  Zəfəranı,  Talış  əyalətinin  düyüsü,  Qubanın, 

Ordubadın,  Yelizavetpol  və  Zaqatalanın  meyvəsi,  Şəkinin  və  Şamaxının  ipəyi  və 

ipək  parçaları,  Lahıcın  mis  qabları,  Quabnın  xalçaları  və  s.  yerlərin  özünəməxsus 

spesifik malları özünə yeni bazarlar tapırdı. 

Azərbaycanın  Bakı,  Şamaxı,  Şəki,  Şuşa  və  Gəncə  kimi  mühüm  ticarət 

şəhərləri ilə bərabər, Quba, Salyan, Lənkəran, Zaqatala, Naxçıvan və Ordubadın da 

ticarət  dövriyyəsi  artır  və  onların  hər  biri  ətraf  yerlərin  alğı-satqı  mərkəzlərinə 

çevrilirdi. 

Əlverişli  coğrafi  mövqedə  yerləşməklə,  həm  də  neft  kimi  sərvətə  malik 

olmaqla  Bakı  şəhəri  Mərkəzi  Rusiya  və  İran  mallarının  Azərbaycan  rayonlarında 

yayılmasında  və  yerli  məhsulların  isə  oraya  aparılmasında  həlledici  əhəmiyyət 

kəsb edirdi. 1833-cü ildə Bakıdan Azərbaycanın digər qəzalarına və Zaqafqaziyaya 

196  min,  1852-ci  ildə  isə  500  min  manatlıq  mal  aparılmışdı.  1839-cu  ildə  həmin 

yerlərdən Bakıya 38,4  min, 50-ci illərin başlanğıcındea isə 100 min  manatlıq  mal 

gətirilmişdi  [40].  40-cı  illərin  sonunda  Bakı,  Lənkəran,  Şamaxı,  Quab  və  Nuxa 

qəzalarında 95,6 min manatlıq 211 min puda yaxın neft məhsulu (bunun 800 pudu 

ağ neft idi) satılmışdı. 

Azərbaycan  şəhərlərində  ayrı-ayrı  ticarət  məntəqələrində  ticarət 

müəsasisələrinin  sayı  və  dövriyyəsi  sürətlə  çoxalırdı.  40-cı  illərin  əvvəlində 

Şamaxı  və  Nuxa  şəhərlərinin  hər  birində  700-dən  çox,  Şuşada  və  Yelizavetpolda 


müvafiq surətdə 453 və 430, Bakıda 360, Naxçıvanda 310 ticarət müəssisəsi var idi 

[41].  Bunlardan  başqa  həmin  yerlərdə  150-yə  qədər  dükan  və  içki  evləri  də 

fəaliyyət göstərirdi. 

Ticarət  məntəqəsi  kimi  məhşurlaşan  iri  kəndlərdə  bazar  ticarəti  sürətli 

inkişaf  edirdi.  1843-cü  ildə  kəndlərdə  20-dən  çox  bazar  var  idi.  Həmin  ildə  bu 

bazarlara gümüş pulla 364 min manatlıq mal çıxarılmış və onun 238 min manatlığı 

satılmışdı [42]. Bazar ticarətinin başlıca predmeti ipək, taxıl, meyvə, pambıq parça, 

yun məmulatı və s. idi. 

Şəhərlərdə  ticarətlə  məşğul  olanların  da  sayı  ilbəil  artırdı.  1832-ci  ildə 

Bakıda ticarətlə 233 nəfər, 1849-cu ildə isə 322 nəfər məşğul olurdu. Bunların bir 

qismi  (1852-ci  ildə  67  nəfəri)  fabrik-zavod  məmulatı  satışı  ilə  məşğul  olurdu. 

Azərbaycanın  Mərkəzi  Rusiya  və  İranla  ticarət  əlaqələrində  Bakının  müstəsna 

əhəmiyyətə malik olması kənar yerlərdən də buraya tacirlərin daha çox cəlb edirdi. 

Burada  xarici  ticarətlə  məşğul  olan  tacirlərin  sayı  ilbəil  artaraq,  50-ci  illərə  yaxın 

50  nəfərə  çatmışdı.  Bunların  əksəriyyəti  yerli  tacirlər  idi.  Qalanları  Azərbaycanın 

digər  yerlərindən  və  Dərbənddən,  habelə  Tiflisdən,  Həştərxandan  və  İrandan 

gələnlər idi [43]. 

Bakı  limanının  yüz  min  manatlara  bərabər  dövriyyəsi  yerli  tacirlərin 

sürətlə  varlanmasına  və  kapital  yığımının  artmasına  səbəb  olurdu.  30-cu  illərin 

başlanğıcında  Bakıda  243  tacir  ailəsinin  malik  olduğu  ümumi  kapital  66  min 

çervondan ibarət idi (o dövrün gümüş pul kursuna görə - 198 min manat). Ən çox 

kapitalı  olan  ailələr  5  və  8  min  çervona  malik  idi.  Bütün  kapitalın  59,5  faizi  28 

tacir ailəsinə məxsus idi. 50-ci illərin əvvəllərində Bakı tacirlərinin kapitalı milyon 

manata  çatmışdı  ki,  bu  da  30-cu  illərin  əvvəllərinə  nisbətən  5  gəfə  çox  idi. 

Müvəqqəti  tacirlik  edənlər  də  hesaba  alınarsa,  bu  dövrdə  Bakıda  dövriyyəyə 

buraxılan  pulun  qədəri  3  minyon  manatdan  artıq  idi  [44].  Azərbaycanın  digər 

şəhərlərində  də  ticarət  kapitalının  həcmi  xeyli  artmışdı.  40-cı  illərin  sonlarında 

Nuxada  3000  nəfərdən  çox  ticarətlə  məşğul  olan  car  idi.  Nuxa  ipək  ticarətinin 

mərkəzi  kimi  tazirlərin  diqqətini  xüsusilə  cəlb  edirdi.  1830-cu  ildə  burada  ipək 

ticarəti  ilə  40  tacir  məşğul  olurdu.  İpək  almaq  üçün  Nuxaya  Tiflisdən,  Şuşadan, 

Ordubaddın  Əylis  kəndindən  və  s.  yerlərdən  1150  min  manata  qədər  nəğd  pul 

gətirlirdi  [45].  40-cı  illərdə  Nuxanın  ipək  ticarəti  ilə  məşğul  olan  6  taciri  daimi 

olaraq Moskvada yaşayırdı. 

Şuşa  tacirlərinin  kapitalı  sürətlə  çoxalırdı.  20-ci  illərin  sonlarında  Şuşa 

tacirləri  tərəfindən  hər  il  Mərkəzi  Rusiyaya  Zaqafqaziyanın  müxtəlif  yerlərindən 

alınmış  gümüş  pulla  1  mln.  manatlıq  ipək  aparılırdı  [46].    Artıq  50-ci  illərin 

əvvəllərində  Şuşada  dövriyyədə  gümüş  pulla  100  min,  200  min  və  bundan  artıq 

kapitalı  olan  tacirlər  var  idi.  Onlardan  bir  çoxu  Leyptsiq,  İstanbul  və  Təbriz 

şəhərləri  ilə  tranzit  ticarətində  iştirak  edir,  Moskvada  ipək  ticarəti  ilə  məşğul 

olurdular  [47].  Bu  dövrdə  xeyli  Şamaxı  taciri  Nijni-Novqorod  yarmarkasına  mal 

aparırdı [48]. 


40-cı  illərin  əvvəllərində  Şamaxı  şəhərində  tacirlərin  dövriyyədə  olan 

kapitalı 848 min manat, Bakı şəhərində 527 min manat, Nuxa  şəhərində 503 min 

manat, Şuşada 374 min manat və Lənkəranda 94 min manatdan idi [49]. 

Bu dövrdə Azərbaycan tacirlərini malik olduqları kapitalın qədərinə görə 

5 dərəcəyə bölmək olardı. Birinci dərəcəyə 160 min manata qədər kapitalı olanlar, 

ikinciyə  70  min  manata,  üçüncüyə  30  min  manata,  dördüncüyə  10  min  manata, 

beşinci dərəcəyə 5 min manata qədər kapitalı olanlar daxil idi [50]. 

XIX  əsrin  30-cu  illərindən  etibarən  Azərbaycanın  Mərkəzi  Rusiya  ilə 

ticarəti  getdikcə  daha  böyük  əhəmiyyət  kəsb  edirdi.  Azərbaycan  Rusiya  sənayesi 

üçün  getdikcə  daha  çox  mühüm  xammal  mənbəyi  və  satış  baxarına  çevrilirdi. 

Rusiyanın İranla ticarət əlaqələrinin genişlənməsində də Azərbaycanın əhəmiyyəti 

ilbəil artırdı. 

Bu  dövrdə  Azərbaycanın  Mərkəzi  Rusiya  ilə  ticarət  əlaqəsi  saxlandığı 

həm quru və həm də su ilə daşınan malların miqdarı artmış və çoxçeşidli olmuşdu. 

Azərbaycandan oraya 30-cu illərdə orta hesabla ildə 308 min, 40-cı illərdə isə 611 

min manatlıq mal aparılmışdısa, həmin dövrdə müvafiq surətdə 935 min manatlıq 

mal gətirilmişdi [51]. 

Azərbaycanın  Mərkəzi  Rusiya  ilə  ticarət  əlaqələrində  Bakı  şəhəri 

müstəsna  əhəmiyyətə  malik  idi.  1830-1835-ci  illərdə  Bakıdan  oraya  orta  hesabla 

ildə 119,3 min, 50-ci illərin əvvəlində isə 527,4 gətirilən malların miqdarı da ilbəil 

çoxalırdı. 1837-ci ildə oradan 258,6 min manatlıq, 1852-ci ildə 757,6 min manatlıq 

mal gətirilmişdi [52]. 

Azərbaycandan  Mərkəzi  Rusiyaya  başlıca  olaraq  yenə  də  ipək  və  ipək 

məmulatı, təbii qızılboya, çəltik, balıq məhsulları, dəri, yun, ağ neft, zəfəran və s. 

mallar  aparılırdı.  Azərbaycan  ipəyinin  istehlakında  Mərkəzi  Rusiya  yenə  də 

mühüm  rol  oynayırdı.  30-40-cı  illərdə  Azərbaycan  tacirləri  oraya  hər  il  təqribən 

18-20  min  pud  ipək  aparırdılar  [53].  Azərbaycandan  Mərkəzi  Rusiyaya  aparılan 

təbii boya oradan Holland və Fransa kralını sıxışdırıb aradan çıxarırdı. Azərbaycan 

balığı və balıq məhsulları əsasən Mərkəzi Rusiyada satılırdı. Azərbaycandan oraya 

30-cu  illərdə  orta  hesabla  ildə  139  min,  40-cı  illərdə  337  min  manatlıq  balıq  və 

balıq  məhsulları  göndərilmişdi  [54].  40-cı  illərin  sonlarında  yalnız  salyan 

vətəgələrindən  Həştərxana  ildə  gümüş  pulla  200  min  manatlıq  balıq  məhsulu 

aparılırdı [55]. 

Mərkəzi  Rusiyadan  Azərbaycana  başlıca  olaraq  pambıq-parça  məmulatı, 

dəmir  və  dəmir  məmulatı,  qab-qacaq,  xırdavat  malları  və  s.  gətirilirdi.  Rusiyanın 

nisbətən  aşağı  keyfiyyətli  pambıq-parça  məmulatı  20-ci  illərdə  Azərbaycana 

gətirilən  yüksək  keyfiyyətli  Avropa  pambıq-parça  məmulatının  ciddi  rəqabətinə 

rast gəlirdi. 

1831-ci il iyunun 3-də müəyyən edilmiş yeni ticarət tarifi (―yasaqlı tarif‖) 

Avropa  mallarının  Zaqafqaziyaya  axınını  yüksək  gömrük  haqqı  vasitəsilə  kəsmiş 

oldu.  Bunun  nəticəsində  Mərkəzi  Rusiyadan  gətirilən  pambıq-parça  məmulatının 


miqdarı  ilbəil  artmağa  başladı.  1831-ci  ildə  Mərkəzi  Rusiyadan  buraya  167  min 

manatlıq  pambıq-parça  məmulatı  gətirilmişdisə,  1850-ci  ildə  bu  rəqəm  712  min 

manata çatmışdı [56]. Rusiya dəmirinə və rəngarəng qaglarına burada ehtiyac var 

idi.  1838-ci  ildə  Mərkəzi  Rusiyadan  Azərbaycana  146  min  manatlıq,  1847-ci  ildə 

189  min  manatlıq  dəmir  və  dəmir  məmulatı  gətirilmişdi.  Mərkəzi  Rusiyadan 

Azərbaycana  dəmir  və  dəmir  məmulatı,  demək  olar  ki,  əsasən  Bakı  limanı 

vasitətilə gətirilirdi. 50-ci illərin əvvəllərində Rusiyadan Bakıya gətirilən təxminən 

100  min  pud  dəmirin  25  min  puda  25  min  pudu  İrana  ixrac  edilir,  qalanı  isə 

Qafqazda olan tələbat üçün işlənirdi [57]. 

Azərbaycanın  İranla  ticarət  əlaqələri  də  ilbəil  genişlənirdi.  Azərbaycan 

neftinə, duzuna, zəfəranına və s. məhsullarına İranda son dərəcə böyük tələbat var 

idi. İranın da kustar məmulatı və bir sıra kənd təsərrüfatı məhsulları burada yaxşı 

alınırdı.  Azərbaycan  eyni  zamanda  Mərkəzi  Rusiyadan  İrana  olan  izracatda  və 

oradan  olan  idxalatda  da  həlledici  rola  malik  idi  və  Rusiyanın  İranla  ticarət 

əlaqələrinin ümumi yekununda Azərbaycanın xüsusi çəkisi çox idi. 

Çar  hökuməti  Rusiyanın  İranla  ticarətinin  inkişafına  xüsusi  əhəmiyyət 

verirdi.  Azərbaycanın  İranla  ticarəti  Bakı,  Cavad,  Salyan,  Lənkəran,  Cəbrayıl, 

Naxçıvan  və  Ordubad  gömrükxanalarında  qeydiyyatdan  keçirilirdi.  1833-cü  ildə 

həmin  gömrükxanalar  vasitəsilə  İrandan  Azərbaycana  1058  min  manatlıq  mal 

gətirilmişdi [58]. 

Azərbaycanın  İranla  ticarətində  yenə  də  Bakı  xüsusilə  böyük  rol 

oynayırdı. Bakıdan İrana 30-cu illərdə orta hesabla ildə 112 min, 40-cı illərdə 131 

min manatlıq mal ixrac edilmiş və həmin illərdə müvafiq surətdə 342 min, 354 min 

manatlıq  mal  idxal  edilmişdi  [59].  Bu  dövrdə  İran  Azərbaycan  neftinin 

satılmasında mühüm rol oynayırdı. Burada hasil edilən neftin mühüm hissəsi İrana 

ixrac  edilirdi.  1847-ci  ildə  Bakıda  təsis  edilən  ―Baranov,  Remizov,  Yegizarov  və 

Kº‖  şirkətinin  Bakıdan  İrana  dəmir  ixracının  çoxalmasında  əhəmiyyətli  rol 

oynamışdı. 

Beləliklə, XIX əsrin birinci yarısında Azərbaycanda əmtəəlik məhsulların 

həcmi  artmış  və  əmtəə  tədavülü  inkişaf  etmiş,  ticarət  kapitalı  çoxalmış,  bazarın 

həcmi, əmtəə-pul münasibətləri genişlənmişdi. 

 


Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin