Azərbaycan dilində işgüzar və akademik kommunikasiya: kursun məqsəd və vəzifələri



Yüklə 110,97 Kb.
səhifə15/16
tarix24.01.2022
ölçüsü110,97 Kb.
#51554
1   ...   8   9   10   11   12   13   14   15   16
az dili

Tərcümeyi Hal Necə Yazılmalıdır və Nələrə Diqqət Edilməlidir?

Tərcümeyi Hal formasını yazarkən aşağıdakılar nəzərə alınmalıdır:



  1. Ad və soyad

  2. Doğulduğunuz il və yer

  3. Məktəbə daxil olduğunuz və bitirdiyiniz il

  4. Ali məktəbə qəbul olunmusunuzsa, daxil olduğunuz il və bitirdiyiniz il

  5. İşlədiyiniz yer və vəzifələr

Tərcümeyi Halı yazarkən ailə üzvləriniz, evlisinizsə yoldaşınız və uşaqlarınız haqqında da ətraflı məlumatları qeyd etməlisiniz. Sənəddə xüsusi bir şəkildə bütün məlumatları ardıcıl olaraq şərh etməyə diqqət etməlisiniz. Yazıda bütün məlumatları konkret bir şəkildə, heç bir artıq sözdən istifadə etməyərək qeyd etməli və yazarkən qrammatik səhvlərə yol verməməlisiniz. Tərcümeyi hal A4 formatlı vərəqdə adətən əl ilə yazılır və “Mən, adım, soyadım..” şəklində başlanılır. Və yekun olaraq sənədin sonunda adınız, soyadınız, imzanız və tarix qeyd olunur.

40)


AKT. "Akt" latın dilindən alınmış termindir,  "aktos", "aktum" formasında “hərəkət”, “fəaliyyət deməkdir. Müasir günümüzdə isə konkret bir sənəd növüdürş  Akt məzmununa görə cinayət aktı, dövlət aktı, bu və ya digər bir faktı açmaq üçün tərtib edilən akt növlərinə bölünür. Mahiyyəti - hər hansı bir iş və ya hadisəni qanuniləşdirib ona hüquqi sənəd statusu verməkdir. Məzmunu - Akt imzaları ilə təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir. Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün aktı tərtib edənlərdən ibarət komissiya yaradılır. Xüsusi təftiş komissiyasının hazırladığı akt aidiyyati ali orqana təqdim edilir. Aktın forması: 

1. Aktın birinci səhifəsinin sağ tərəfindən yuxarı vəzifəli şəxsin təsdiq etdiyi qeyd verilir. 

2. Akt sözü vərəqin yuxarı hissəsində ortada, böyük hərflə yazılır. 

3. Sonrakı sətirdə solda ayın tarixi-gün, ay, il, sağda aktın tərtib olunduğu yer göstərilir. 

4. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır. 

5. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir: 

6. Yoxlamanın müddəti həm rəqəmlə, həm də sözlə qeyd olunur. 

7. Aktın sonunda nəticə verilir və məsuliyyət daşıyan şəxs göstərilir. 

8. Sonda aktı tərtib edənlər onu imzaları ilə təsdiqləyirlər.


Yüklə 110,97 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin