Azərbaycan dilində işgüzar və akademik kommunikasiya: kursun məqsəd və vəzifələri



Yüklə 110,97 Kb.
səhifə11/16
tarix24.01.2022
ölçüsü110,97 Kb.
#51554
1   ...   8   9   10   11   12   13   14   15   16
az dili

Alıcı (Hədəf). Mənbənin mesajını qəbul edən şəxs alıcı hədəfdir. Alıcı,  tək və ya çox adam, müəyyən və qeyri-müəyyən ola bilər. Ancaq alıcı yoxdursa, deməli, rabitə hadisəsi baş verməyib.

Şifrəli mesajı alan və kodu açan şəxs alıcıdır. Alıcı mesajı qəbul edərək rabitəni dayandırır və ya mesaj göndərməklə göndəriciyə çevrilir. Qeyd etdiyimiz kimi, kommunikasiya ən azı iki nəfərin iştirak etməsini tələb edir. Onlardan biri informasiya mənbəyidir, digəri isə qəbuledicidir. Bir insan təkbaşına ünsiyyət qura bilmədiyi üçün (özü ilə qurduğu rabitədən başqa. Düşünmək və xəyal etmək şəxsin özü ilə qurduğu ünsiyyətdir) alıcılar və ya reseptorlar mütləqdir. Rabitə ilə göndərilən mesaj bir olsa da, eyni mesaj bir çox alıcıya ünvanlana bildiyi kimi,  yalnız bir alıcıya sahib də ola bilər. 

Effektiv kommunikasiya prosesi  üçün alıcının sahib olmalı olduğu xüsusiyyətlər aşağıdakılardır:

•​Alıcı mesajı qəbul edə bilməlidir.

•​Alıcı göndərilən mesajı dərk edə biləcək səviyyədə olmalı, qavramada problem yaşamamalıdır.

•​Ayrıca, alıcı istəkli olmalıdır. Alıcının mənbə tərəfindən göndərilən mesajına laqeyd qaldığı təqdirdə mesaj aşkarlanmayacaq. 

•​Alıcının məlumatlı olması və geribildirim sistemi olmalıdır.

•​Alıcı seçici olmalıdır.

•​Alıcı tutduğu mövqe  ilə barışmalıdır. Məsələn, tələbə müəllimin bələdçi olduğunu anlayarsa, mənbənin istəklərini qəbul edə, öz davranışlarının hüdudlarını bilər və mesajdan  səmərəli istifadə edər.

•​Alıcı da bir mənbə olmağı bacarmalıdır.

Cavab reaksiyası (geridönüş). Dönüş, mənbənin ötürdüyü mesaja hədəf alıcının cavabıdır. Bu rabitə prosesinin son mərhələsidir. Geridönüş  vasitəsilə mənbə kommunikasiyanın təsirli olub-olmadığı barədə məlumat əldə edir. Geridönüşlə kommunikasiya prosesi tərsinə çevrilir və bu dəfə hədəf mənbəyi mənbə, mənbə hədəf halına keçir. Üzbəüz ünsiyyətdə dərhal rəy alırıq. Buna “dərhal rəyi” deyilir. Kütləvi ünsiyyətdə, rabitə prosesində rəy alınması müəyyən bir müddətdən sonra baş verdiyinə görə, buna “gecikmiş rəy” deyilir.

İki növ, müsbət və mənfi geridönüş var. Müsbət halda mənbəyə  nəzərdə tutulan effektin əldə edildiyi barədə məlumat verilir; mənfi halda  mənbəyə bildirilir ki, alıcıda nəzərdə tutulan effekt əldə olunmadı. Bu nöqtədə, mənbə  nəzərdə tutulan effekti yenidən əldə etmək istədikdə, aldığı mənfi rəylərə görə davranış və mesajlarını təşkil edir.

Geridönüş nə üçün lazımdır?

•​Məqsədə çatıb çatılmadığını müəyyən edir;

•​Mesajın nəzərdə tutulduğu zamanda nəzərdə tutulan hədəfə yetişdiyini göstərir;

•​Mənbənin müvəffəq olub-olmadığını ortaya qoyur;



•​Mesajı göndərmək üçün istifadə edilən kanalın effektivliyini göstərir və s.


Yüklə 110,97 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin