Güntay Gəncalp



Yüklə 34 Kb.
səhifə1/2
tarix26.12.2016
ölçüsü34 Kb.
#3453
  1   2

Güntay Gəncalp

Kamil Cəlilov cəzası


Kəndlərdə orta məktəb olmadığı üçün ibtidai məktəbi bitiridikdən sonra təhsilimizi davam etmək üçün şəhərələrdən birinə getməli idik. Muğan kəndləri Sovet sərhəddinə yaxın olduğu üçün Bakı radiosundakı verilişləri dinləyə bilirdik. Tarlalarda, kəndəin meydanlarında çılpaq çocuqlar bir də görürdün ki, hansısa Bakı məhsulu olan bir şərqini mızıldayır. Bizim milli mübarizə yoluna düşməyimizdə Bakıdan gələn və ruhumuzu saran bu səslər çox etkili oldu. Demək olar ki, bir çox gənc adam Bakı xanəndələrinin səsini kasetə yazıb özü üçün kolleksion düzəltmişdi. Bəzən bir-birimizə borc verərdik bu kasetləri. Yazdıqdan sonra geri qaytarardıq.

Ərdəbildə həm yaşıd və eyni məktəbdə oxuduğumuz bir dostum var idi. Özünə türkçə bir ad da seçmiş və məndən xahiş etmişdi ki, onu Göyal olaraq çağırım. Mən də onu istədiyi kimi çağırırdım. Deyirdi ki, tənəffüs saatlarında qoy türkcə adlar uşaqların qulağına dəysin. Göyal şeir də yazırdı. Onun şeirlərinin ilk oxucusu mən idim. Məktəbdən çıxdığımızda gözəl qızlara baxmaqdan çəkinərdi sanki. “Qəlbimə danmış ki, mən Bakıdan evlənəcəyəm, orada məni gözləyən var. Mənim evlənməyim yurdumunun bütövlüyünə xidmət etməlidir.” – deyirdi.

12 ildən ibarət olan orta məəktəbi bitirmək üzrə idik. Elmi bilgilərimiz artdıqca ictimai olaylara yanaşma bilgimiz də artırdı. Artıq hiss edirdik ki, dinləyib zövq aldığımız milli musiqimiz bizim qarşımıza siyasi hədəf də qoymuşdur. Milli musiqinin, sadəcə bir ləzzət və və zövq məsələsi olmadığını dərk etməyə başlamışdıq. Ancaq heç bir milli-siyasi təcrübəmiz yox idi. Ölkədə bütün ideologiyalar farsçılığa xidmət edirdi. Ona görə gənclik utopiyamız bizi fantastik düşünməyə zorlamışdı. Elə bilirdik ki, milli mübarizəni başlatmaq bizim tarixi görəvimizdir. Bu işi də görürdük. Azərbaycanın milli musiqisini yaymağı, şairlərin əsərlərini təbliğ etməyi ciddi mübarizə olaraq sanırdıq. Bütün bu işləri böyük bir qorxu içində edirdik. Çünkü 1983-cü ildə islam istibdadı İran-İraq savaşını da bəhanə edərək, öz islam anlayışına uyğun olmayan hər növ musiqi və ədəbiyatla çox sərt davranırdı.

Göyalla birlikdə Azərbaycan musiqisini dinləyib, muğamların növlərini öyrənir və musiqidəki şeirləri də öz dəftərimizə yazıb əzbərləyirdik. Artıq bir neçə türkcə şeir dəftərimiz var idi. Üzeyir Hacıbəyli bizim peyqəmbərimiz kimi idi.

Göyal get- gedə sözsüz musiqidən xoşlanırdı. Ən böyük arzumuz bir milli musiqi alətini çala bilməmiz idi. Ancaq öyrənmək üçün heç bir məkan və imkan yox idi. Bu üzdən də ən çox dinləməklə bu istəyimizi bərtərəf edirdik. Göyal, Kamil Cəlilov qaboyunun heyranı idi. Kamil Cəlilovun bütün əsərləri onda var idi. Bəzən qaboya qulaq asdığında hönkür-hönkür ağlayırdı. “Görəsən Arazın o tərəfində həyat necədir?”— deyirdi. Bakıdan evlənəcəyi qızın adını da uydurmuşdu özü üçün. Dəqiq yadımda qalmamış, ancaq “İ” hərfi ilə başlayırdı. Bu qızın adını tələffüz etdiyində mənə “Donkixot olduğumu sanma. O qızın adı başqa olsa da mən onunla evləndikdən sonra onu bu adla çağıracağam.”— deyirdi. Əslində mənim də qəlbimi Bakıda heç tanımadığım, görmədiyim bir qız çalmışdı. İkimizdə heç bir zaman görmədiyimiz bakılı qızlara aşıq olmuşduq. Bu eşqin cövhərində isə dərin bir vətən sevgisi var imiş, sən demə.

Bir gün canım çox sıxılmışdı. Aşura günü idi, hər tərəfdə şəbeh çıxarır, dəstə-dəstə adamlar başlarını yarıb, özlərini zincirlə dövüb başlarına kül səpirdilər. Belə işlərdən xoşlanmadığım üçün Göyalı gedib görmək, xəyallarımız haqqında onunla söhbətimizə davam etmək istədim. Göyal gilin evlərinin önünə çatanda gördüm ki, rejimin özəl quvardiyasının arabaları onların evini mühasirə etmiş. Qorxumdan çox yaxına gedə bilmədim, ancaq Göyalın başına nə gəlmiş deyə maraqlandım və uzaqdan bir divarın arxasına keçib baxdım. Saqqallı adamlar Göyalın qollarını bağlamış, dövə-dövə arabaya mindirdilər. Göyalın anası yalvarırdı: “Sizi and verirəm bugünkü aşuraya balamı aparmayın.” Saqqallı adamlardan biri tüfəngin qundağı ilə Göyalın anasının sinəsinə vurub uzaqlaşdırdı. Başqa bir saqqallı isə yekə bir torbanı arabaya daşıdı. Bu torbada Göyalın kasetlərinin olduğunu düşündüm. Adamlar arabaya minib Göyalı apardılar. Göyal gilin evlərinə yaxınlaşmadım. Qonşularının birindən “O cavan oğlanı niyə apardılar?”- deyə sordum. Gənc adam köksünü ötürərək: “Kamil Cəlilovun musiqisinə qulaq asırmış aşura günü, ona görə”- dedi və davam etdi: “Şərəfsizlər, dünya hər zaman belə qalmaz. Bir gün bu millət ayılıb sizinlə hesablaşar. Öz musiqimizə də qulaq asmamalıyıq.”- dedi. Mən dərhal öz evimizə qaçıb və nə qədər musiqi kasetim var idi bir buğçaya yığıb yerin altında gizlətdim. Düşündüm ki, Göyalla mənim münasibətimi bildiklərində bizim də evə gələ bilərlər.

Göyalı şəriət qazısı mühakimə etmiş və nədən aşura günü musiqiyə qalaq asdığını sormuş. Göyal isə “Cənab qazi, mən Kamil Cəlilov adında bir qaboy çalana qulaq asırdım. Qaboy bir musiqi alətidir. Əgər siz də bu musiqiyə qulaq assanız görərsiniz ki, orada necə də dərin bir kədər var. Ayrıca, mən “zəminxara” muğamını dinləyirdim. Orada kədərdən başqa bir şey yoxdur. Həm də mən küçədə qaulaq asmırdım musiqiyə, öz evimizdə qulaq asırdım.”- demiş. Qazi öncə heyran-heyran Göyala baxmış və sonra da “Deməli sən aşuranın kədərini musiqiyə qulaq asaraq yaşayırsan!”- demiş. Güyal da təsdiqləmiş mollanın dediyini. Molla da “İndi mən elə edəcəyəm ki, sən bir daha ömrün boyu aşura günü Kamil Cəlilov dediyinin o adama qulaq asa bilməyəcəksən.”-demiş. Sonra da şəhərin mərkəzi meydanında Göyala 50 zərbə şallaq vurulması hökmünü çıxarmış. Bütün şəhərdə xəbər yayılmışdı ki, Ağaməscidinin qabağında aşura günü musiqiyə qulaq asmış bir cavan oğlana şallaq vuracaqlar. Mən də Göyalın şəhərin mərkəzində hər kəsin gözü önündə işkəncə edilməsinə baxmağa getdim. Böyük bir izdiham var idi. Göyalı ağzıüstə uzatmışdılar. Saqqallı adamın əlində bir şallaq durmuşdu. Bir başqa saqqallı şəhər qazisinin hökmünü oxudu. Hökm “Mehriban və bağışlayan Tanrının adı ilə” başlamışdı. Hökmdə bu adamın islamın yasaqladığı işlərlə məşğul olduğu üçün məhkum olduğu deyilirdi. Hökmü oxuyan adam sonra da “Şallaq vurmağa başlaya bilərsiniz.”- dedi. Bir saqqallı Göyalın önə uzadılmış əllərinin, bir digəri isə ayaqlarının üstündə oturmuşdu. Göyalın belinə sərt şallaqlar enirdi. Göyal öncə bəzi ağrılı səslər çıxarırdı. Bəyaz köynəyinin altından yavaş-yavaş qan çıxırdı. Bir başqa saqqallı isə dəyən şallaqları sayırdı. 20-ci şallaq dəydikdən sonra Göyal zarıldaya-zarıldaya oxumağa başladı:

“Gəlmişəm otağına

Oyadam səni qaragilə

Nə gözəl xəlq eləyib

Yaradan səni qaragil


Yüklə 34 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin