APTEK BİZNESİ
Kiçik sahibkarlar üçün bələdçi
Bakı - 2014
Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi.
“AZSEA” MMC, Bakı, 2014, 60 səh
Müəllif: Rövşən Ağayev
Redaktor: Azər Mehtiyev
“Bu nəşr Amerika xalqının USAID vasitəsilə göstərdiyi sə -
xavətli dəstəyi nəticəsində ərsəyə gəlmişdir. Bu nəşrin məzmununa
görə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi məsuliyyət
dayışır. Burada ifadə olunan fikirlər USAID-in və ya Amerika
Birləşmiş Ştatları Hökumətinin mövqeyini əks etdirməyə bilər”
ISBN 978-995281-317-3
© İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
İçindəkilər
Ön söz ..................................................................................5
Giriş ....................................................................................6
Bölmə I. Aptek biznesinin təşkili üçün spesifik
hüquqi şərtlər ......................................................9
Aptek açmaq istəyən şəxslər üçün peşə-ixtisas və
sağlamlıq tələbləri ....................................................9
Aptek biznesinin lisenziyalaşdırılması ........................12
Aptek biznesinin təşkilati-hüquqi formaları ..............14
Apteklərin təşkilinə dair tələb və standartlar ..............15
(i) Aptekə olan əsas tələblər ..............................................16
(ii) Aptek məntəqəsinə dair əsas tələblər ........................19
(iii) Aptek köşkünə dair əsas tələblər ..............................21
Aptek işçilərinin sertifikasiyası ..................................24
Aptek biznesilə bağlı xüsusi diqqət yetirilməli
hüquqi müddəalar ..................................................27
Bölmə II.Aptek biznesinin təşkili üçün ümumi
hüquqi tələblər ..................................................30
Biznesin dövlət qeydiyyatı ..........................................30
Əmlak üzərində mülkiyyət və ya icarə
hüququnun rəsmiləşdirilməsi ................................32
(i) torpağın əldə olunması ..................................................36
(ii) torpaq üzərində mülkiyyət hüquqlarının
dövlət qeydiyyatı ..........................................................37
(iii) binanın tikintisi üçün icazənin alınması ..................38
(iv) mərhələ - tikilmiş bina üzərində hüquqların
dövlət qeydiyyatı ..........................................................40
KİÇİK
S
AHİBKARLAR
ÜÇÜN
B
Ə
LƏDÇİ
3
Vergi və sosial sığorta öhdəliklərinin icrası üçün
uçot və hesabatlılıq ..................................................42
İşçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi ..........45
Bölmə III. Aptek biznesi ilə məşğul olanlar üçün ən
mühüm hüquqi-normativ sənədlər ................46
Bölmə IV. Aptek biznesi ilə bağlı peşə hazırlığı
imkanları..........................................................48
Bölmə V. Kiçik sahibkarlar üçün kredit əldə etmək
imkanı: biznes-planın hazırlanması əsas
şərtdir ..............................................................50
Bölmə VI. Sahibkarlar üçün faydalı linklər ......................56
Bölmə VII. Dərmanların satışı və marketinqi ilə
məşğul olan əczaçılıq şirkətləri ......................57
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
KİÇİK
S
AHİBKARLAR
ÜÇÜN
B
Ə
LƏDÇİ
4
ÖN SÖZ
Bu bələdçi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf
Agentliyinin (USAİD) maliyyələşdirdiyi “Azərbaycanda Kiçik
Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində hazırlan -
mışdır. Layihənin məqsədi Azərbaycanda kiçik sahibkarlıq mühi-
tinin daha da yaxşılaşdırılmasıdır. Bu məqsədlə layihə
çər çi və sində kiçik sahibkarlığın vəziyyəti və problemləri araş -
dırılır, qanunvericiliyin təkmilləşdirilməsinə, dövlət idarəetmə
institutlarının gücləndirilməsinə dair təkliflər hazırlanır, konkret
kiçik sahibkarlıq sahələrindəki maneə və çətinliklər təhlil edilir,
qadın-ailə biznesinin inkişafına dair tədqiqatlar aparılır və
tövsiyələr hazırlanır və bir sıra digər vacib istiqamətlərdə işlər
görülür. Layihənin icraçıları bunlardır: Sahibkarlığın və Bazar
İqtisadiyyatının İnkişafına Yardım Fondu (aparıcı təşkilat), İqti-
sadi Təşəbbüslərə Yardım Mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi,
Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi, Gələcəyə
Körpü Gəncə gənclər ictimai birliyi və Quba Xalça Dünyası
Assosiasiyası.
Bu kitabça Azərbaycanda kiçik sahibkarlıq sahələrindən biri
olan aptek biznesinin təşkilinə həsr olunub. Burada qeyd edilən
sahədə fəaliyyəti tənzimləyən hüquqi prosedurlar, əmlak üzərində
mülkiyyət və ya icarə hüququnun rəsmiləşdirilməsi məsələləri,
vergi və sosial sığorta öhdəlikləri, işçi qüvvəsindən istifadənin
rəsmiləşdirilməsi qaydaları və bu sahibkarlıq sahəsinə aid bir çox
digər məsələlər üzrə vacib məlumatlar əks etdirilib. Bələdçi həm
bu sahədə fəaliyyət göstərən, həm də fəaliyyət göstərməyə
hazırlaşanlar üçün faydalı mənbədir və müəlliflər ümid edirlər ki
oxucular razı qalacaq.
Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi
KİÇİK
S
AHİBKARLAR
ÜÇÜN
B
Ə
LƏDÇİ
5
GİRİŞ
Dərman vasitələrinin pərakəndə satışı demək olar ki, dün -
yanın bütün ölkələrində kiçik və orta biznesin fəaliyyət sferasına
aiddir. Öz növbəsində dünyada sahibkarlığın bu sahəsi gəlirli
biznes hesab olunur. Azərbaycanda ən müxtəlif qiymətlən dir -
mələrə görə, aptek biznesinin illik dövriyyəsi 450-500 milyon
manatdan az deyil və ekspert qiymətləndirmələrə görə, hətta
qeyri-rəsmi dövriyyənin daha geniş olması ilə bağlı mümkün ehti-
mallar nəzərə alınmazsa belə, təqdim edilən məbləğ mövcud
apteklərin rentabelli çalışması üçün yetərli sayıla bilər.
Dünyada aptek biznesi üçün xarakterik olan ümumi cəhət -
lərdən biri bu sahənin sərt dövlət nəzarəti altında olmasıdır. Bu
cür nəzarət sistemi isə apteklərin fəaliyyətinin əhalinin sağlamlığı
baxımından milli təhlükəsizliyə sıx bağlı olması ilə izah edilir.
Aptek biznesinə sərt dövlət nəzarətinin olması özünü ilk növbədə
bu sahibkarlıq fəaliyyətinin icazəli olmasında göstərir. Qüvvədə
olan Azərbaycan qanunveciliyinə görə, aptek biznesi ilə məşğul
olmaq istəyən subyektlər Səhiyyə Nazirliyindən xüsusi lisenziya
aldıqdan sonra, fəaliyyətə başlaya bilərlər. Əks halda, İnzibati
Xətalar Məcəlləsinin tələbinə əsasən, lisenziyasız aptek fəaliyyəti
göstərən subyektlər iri məbləğdə cərimələrlə üzləşəcəklər.
Ayrı-ayrı ölkələrin təcrübəsinin araşdırılması göstərir ki,
inkişaf etmiş ölkələrdə aptek biznesinin lisenziyalaşdırılması ilə
bağlı fərqli modellər mövcuddur. Məsələn, Danimarka, Almaniya
və Finlandiyada yalnız əczaçı ixtisasına malik şəxslər aptek açmaq
üçün icazəyə görə müraciət edə bilər. Lakin Belçikada aptek biz-
nesi üçün lisenziya istənilən məslək sahibinə verilə bilər, lakin
aptekdə işləyən işmilərin əczaçı olması mütləq şərtdir. Por-
tuqaliyada da yalnız əczaçı ixtisasına malik şəxslər aptek açmaq
üçün icazə ala bilər, amma bu ölkədə qanun bir nəfərı yalnız bir
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
KİÇİK
S
AHİBKARLAR
ÜÇÜN
B
Ə
LƏDÇİ
6
aptekin sahibi olmağa imkan verir. İtaliya və İspaniyada apteki
açan şəxs həmin aptek fəaliyyətinə başlayandan 3 il, Avstriyada
isə 5 il ötdükdən sonra satıla bilər. Amma məsələn, Hollandiyada
bu qəbildən olan məhdudiyyətlər yoxdur. Bu məhdudiyyətin
məqsədi odur ki, aptek açmaq imkanı məhdudlaşdırılan şəxslər
əczaxana biznesinin başqa subyektlərin yardımı ilə qura bilməsin.
Dünyanın müxtəlif ölkələrində apteklərin açılmasına icazə
verilərkən səlahiyyətli dövlət qurumları onların coğrafi paylan -
masına xüsusi diqqət verir və lisenziyalaşdırma qərarı verilərkən
apteklərin mövcud dislokasiyasını nəzərə alır. Məsələn, bir çox
Avropa ölkələrində konkret coğrafi ərazilər daxilində əhalinin hər
10 min nəfəri üçün apteklərin sayı limitləşdirilir, yaxud apteklərin
arasında ara məsafəsi müəyyənləşdirilir və s. Avropa Birliyinin
ayrı-ayrı ölkələrində apteklərin dislokasiyasını planlaşdırmaq
Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi
KİÇİK
S
AHİBKARLAR
ÜÇÜN
B
Ə
LƏDÇİ
7
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
KİÇİK
S
AHİBKARLAR
ÜÇÜN
B
Ə
LƏDÇİ
8
üçün orta hesabla əhalinin 2500-4000 nəfəri üçün 1 aptekin
fəaliyyət göstərməsi hədəfə alınır. Qonşu Türkiyədə də bu gös tə -
ri ci 4000 ətrafındadı. Azərbayacan hökumətinin məlumatı na gö -
rə, hazırda ölkəmizdə 1500-dən bir qədər çox, o cümlədən
ra yonlarda 850-dən, Bakıda 600-dən çox, Gəncə və Sumqayıt ki -
mi şəhərlərdə isə 100-dək lisenziyalı aptek fəaliyyət göstərir. Bu
o deməkdir ki, Azərbaycan əhalisinin orta hesabla hər 6350 nə -
fə rinə 1 aptek düşür. Öz növbəsində Avropa Birliyinin bir sıra öl -
kələrində apteklərin arasıdakı məsafə 250-300 metrdən az bilməz.
Beləliklə, aptek biznesi bütün dünyada olduğu kimi Azər -
baycanda da həssas, bütün insanların maraqlarına toxunan və
dövlətin ciddi nəzarəti olan sahədir. Belə məsuliyyətli işin öh də -
sindən gəlmək üçün əsas məsələ bu sektorda çalışanların qanun-
verciliyin onlara verdiyi hüquqlarla bağlı müfəssəl məlumatlı
olmasıdır. Bu baxımdan təqdim olunan bələdçi Azərbaycanda
aptek açmaq istəyən kiçik və orta sahibkarlar üçün əlverişli yar -
dımçı ola bilər.
Bölmə I
Aptek biznesinin təşkili üçün spesifik
hüquqi şərtlər
Hər bir sahibkarlıq fəaliyyətində olduğu kimi, aptek biz-
nesinin təşkili üçün spesifik olan hüquqi tələblər mövcuddur. Bu
qəbildən olan tələblərə aptek biznesinə başlamaq üçün xüsusi
lisenziyanın alınması, əzcaçılıq fəaliyyətinin həyata keçirildiyi bi-
nalar üçün əlahiddə sanitar şəraitin yaradılması, bilavasitə aptek
işçiləri üçün spesifik şərtlərin müəyyənləşdirilməsi ilə bağlı
norma və standartları aid etmək mümkündür. Aşağıda həmin
tələblərin hər biri ayrıca nəzərdən keçirilir.
Aptek açmaq istəyən şəxslər üçün peşə-ixtisas və
sağlamlıq tələbləri
Aptek açmaq istəyən sahibkarlıq subyektinin əczaçılıq üzrə
ali və ya orta ixtisas məktəbini bitirməsi əsas hüquqi tələbdir. Bu
tələb “Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası
Qanununun 6-cı maddəsində əks olunub. Həmin müddəada
qeyd olunur ki, istər Azərbaycan Respublikasında, istərsə də xarici
ölkələrdə əczaçılıq sahəsində ali, yaxud orta ixtisas qazanmış fiziki
şəxslər və mülkiyyət for masından asılı ol ma ya raq bütün hüqu qi
şəxs lər ap tek fəa liyyətilə
məşğul ola bilərlər. Öz
növ bə sində, məhkə mə -
nin qəra rı ilə əczaçılıq
fəa liyyəti ilə məşğul ol -
ması qada ğan edilən və
ya fəaliyyət qabiliyyə ti -
nin olmadığı barədə qə -
rar çıxarılan şəxslərin
Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi
KİÇİK
S
AHİBKARLAR
ÜÇÜN
B
Ə
LƏDÇİ
9
əcza çılıq fəaliyyəti ilə məşğul olması qadağandır. “Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan Res publikası Qa-
nununun 46-cı maddəsinin tələbinə görə, fasiləsiz olaraq ixtisasları
üzrə beş ildən çox işləməməyən əczaçılar müvafiq tədris
müəssisələrində hazırlıq keçdikdən, yaxud yoxlama imtahanları
verdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisas
üzrə beş ildən çox işləməmiş əczaçılıq təhsili olan şəxslər dövlət
səhiyyə sisteminin müvafiq müəssisə lərində ixtisaslarının təsdiq
olunmasından sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul
ola bilərlər. Azərbaycan Respubli
kasının iştirakçısı olduğu
beynəlxalq mü qavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda,
xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçilərə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada
uyğun tədris müəs sisəsində imtahan verdikdən sonra tibb və
əczaçılıq fəaliy yəti ilə məşğul olmağa icazə verilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02.10.2006-cı
il tarixli, 153 saylı əmri ilə təsdiqlənmiş “Aptek təşkilatının ya ra -
dılması və fəaliyyətinə dair Tələblər”in 5-ci bölməsində qeyd olu -
nur ki, aptekin və aptek məntəqəsinin maddi-məsul şəxsi ali
əczaçılıq təhsili, aptek köşkünün isə - ali və yа orta əczaçılıq təhsili
olan mütəxəssis olmalıdır. Aptekdə reseptsiz və həkim resepti ilə
buraхılan dərman preparatlarının və digər tibb təyinatlı malların
satışı ali və ya orta əczaçılıq təhsilinə malik ən azı iki mütəхəssis
tərəfindən həyata keçirilməlidir. Aptek məntəqəsində və aptek
köşkündə satıcı vəzifəsini ali və ya orta əczaçılıq təhsili olan şəxs
tuta bilər.
Fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əcza -
çı lar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əc -
zaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Aptek təşkilatlarında
işləyən əczaçılar beş ildə bir dəfədən az olmayaraq ixtisas artırma
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
KİÇİK
S
AHİBKARLAR
ÜÇÜN
B
Ə
LƏDÇİ
10
və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə
təhsil almalıdırlar. Aptek təşkilatının əməkdaşlarından öz fəaliy -
yətində əczaçılıq sahəsində normativ sənədləri və daxili əmək
qaydalarını əldə rəhbər tutmaları tələb olunur.
Aptek təşkilatında işçilərdən düzgün istifadə olunmalı, şəxsi
gigiyena və texniki təhlükəsizlik qaydaları üzrə onların hazırlığı
və yenidən hazırlığı, eləcə də işə daxil olarkən və dövri tibbi
müayinələrin keçirilməsi təmin edilməlidir. Azərbaycan Respub -
likası Səhiyyə Nazirliyi Kollegiyasının “İcbari tibbi müayinələrin
təkmilləşdirilməsi barədə” 13 dekabr 2012-ci il ta rix li 46 saylı
Qərarına uyğun olaraq “İşçilərin icbari tibbi müa yinələrinin
keçirilməsi tələb olunan işlərin siyahısı” təsdiqlənib. Həmin qə -
ra ra görə, aptek işçiləri ildə 1 dəfə məcburi qaydada həkim yox -
lamasından keçməli, zəruri müayinələr verməlidirlər. Müayinə
nəticəsində aşağıdakı tibbi əlamətlərdən biri təsdiqlənən şəxsin
aptek işçisi kimi fəaliyyət göstərməsi və ya buna şərait yaradılması
yolverilməzdir:
ö
qarın yatalığı, paratiflər, salmonellyoz, dizenteriya;
ö
himenolipidoz, enterobioz;
ö
sifilis yoluxucu dövrdə;
ö
cüzam;
ö
yoluxucu dəri xəstəlikləri: qoturluq, trixofitiya, mikros -
poriya, favus, bədənin açıq sahələrində xoralaşma və sviş
verən aktinomikoz;
ö
ağ ciyər vərəminin yoluxucu və destruktiv formaları, svişi
olan ağ ciyərdən kənar vərəm, bakteriuriya, üzün və
əllərin vərəm qurdeşənəyi;
ö
qonoreya (bütün formaları);
ö
dərinin irinli xəstəlikləri.
Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi
KİÇİK
S
AHİBKARLAR
ÜÇÜN
B
Ə
LƏDÇİ
11
Aptek işçilərinin ildə bir dəfə peşəkar həkimlərin iştirakı ilə
tibbi müayinədən keçirilməsinə aptek sahibləri bilavasitə məsuliy -
yət daşıyırlar.
Aptek biznesinin lisenziyalaşdırılması
“Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası
Qanununun 14-cü maddəsinə əsasən, aptek biznesinə başlamaq
istəyən fiziki və hüquqi şəxslər lisenziya almalıdırlar. Aptek biz-
nesinin lisenziyalaşdırılması ölkə prezidentinin “Bəzi fəaliyyət
növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının tək mil -
ləş dirilməsi haqqında” 2 sentyabr 2002-ci il tarixli fərma nına
uyğun olaraq həyata keçirilir. Fərmana əsasən, aptek biz ne sinə
başlamaq üçün icazəyə görə 5 500 manat dövlət rüsumu ödən -
məlidir. İcazənin veril mə si üçün aşağıdakı sənəd lər tələb edilir:
ö
Ərizə;
ö
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətna mə -
sinin surəti;
ö
Ərizəçinin vergi or -
qanları tərəfindən
uçota alınması haq -
qında müvafiq sənə -
din surəti;
ö
Ərizədə qeyd olunan
obyektlərdən hər biri
üçün ərizə çinin is ti fa -
də hüqu qunu təsdiq
edən sənədin surəti;
ö
Fəaliyyəti üçün nə
-
zər də tutulan avadan -
lıqların normativ-tex-
niki tələblərə uyğun
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
KİÇİK
S
AHİBKARLAR
ÜÇÜN
B
Ə
LƏDÇİ
12
olması barədə Standartlaş dırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi;
ö
Kadrlar barədə məlumat;
ö
Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd
(qəbz).
Əgər təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilər -
sə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat
verilməli, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim
edildikdən sonra 5 gün müddətində sənədlərə yenidən baxıl -
maqla icazənin verilməsinə dair qərar qəbul olunmalıdır. Sənəd -
lər tam qaydasında olduğu tədqirdə, Səhiyyə Nazirliyi müraciət
edən şəxsə sənədlərin təqdim olunmasından maksimum 15 gün
ərzində cavab verməyə borcludur. Lakin əgər ərizəçiyə lisenziya
verilməsindən imtina edilərsə, bu barədə ona imtinanın səbəbləri
göstərilməklə beş gün müddətində yazılı məlumat verilməsi
mütləqdir. Lisenziyanın verilməsindən yalnız qanunla nəzərdə
tutulmuş hallarda imtina oluna bilər və bu imtinadan qanun -
vericiliyə uyğun olaraq inzibati qaydada yaxud məhkəməyə
şikayət verilə bilər.
Hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, həmin
şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir. Hüquqi
şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki
şəxsin vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən
və nə vaxt verilmişdir, ünvanı) dəyişdikdə, yaxud lisenziya iti ril -
dik də ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmi ləş -
dirilməsi üçün ərizə təqdim etməlidir.
Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz
fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə mü-
vafiq dövlət orqanlarının verdiyi müvəqqəti icazə əsasında həyata
keçirir. Lisenziya verən dövlət orqanının rəhbəri və ya onun
Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi
KİÇİK
S
AHİBKARLAR
ÜÇÜN
B
Ə
LƏDÇİ
13
həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanmış və möhürlə
təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləş -
dirilməsi üçün bütün sənədlər təqdim edildikdən sonra verilir.
Aptek biznesi üçün lisenziya 5 il müddətinə verilir.
Aptek biznesinin təşkilati-hüquqi formaları
“Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası
Qanununun 14-cü maddəsinə əsasən, aptek biznesi aşağıdakı 2
formada təşkil oluna bilər:
ö
Dərman vasitələrinin topdansatışı üçün xüsusi anbarlar
və ya depolar;
ö
Dərman vasitələrinin pərakəndə satışı üçün apteklər,
aptek məntəqələri və aptek köşkləri həyata keçirə bilər.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
KİÇİK
S
AHİBKARLAR
ÜÇÜN
B
Ə
LƏDÇİ
14
Bu hüquq müddəadan aydın olur ki, “aptek biznesi” anlayışı
dedikdə, dərman vasitələrinin pərakəndə satışını həyata keçirən
fiziki və ya hüquqi şəxslər nəzərdə tutulur. Bu yanaşma öz təsdqini
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qa-
nununda da tapır. Belə ki, həmin qanunun 1.0.11-ci maddəsində
qeyd olunur ki, aptek təşkilatı vasitələrinin pərakəndə satışını
(dərman vasitələrinin fərdi sifarişlər əsasında hazırlanması da
daxil olmaqla) həyata keçirən fiziki və hüquqi şəxsdir. Adıçəkilən
qanunun 1.0.10-ci maddəsinə görə isə dərman vasitələrinin
topdansatışını həyata keçirən hüquqi şəxslər topdansatış əczaçılıq
müəssisəsi adlandırılır. Göründüyü kimi, qanunvericiliyə görə,
dərman vasitələrinin topdansatışı ilə yalnız hüquqi şəxslər məşğul
ola bilər.
Apteklərin təşkilinə dair tələb və standartlar
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Əczaçılıq fəaliy -
yəti haqqında” Qanunun müddəlarından çıxış edərək 2 okt yabr
2006-cı il tarixli, 153 saylı əmr əsasıda aptek təşkilatının ya ra -
dılması və fəaliyyəti ilə bağlı müvafiq tələblər hazırlayıb. Hazırda
bu tələblər bütün aptek təşkilatları üçün standart rolunda çıxış
edir. Sənəd aptek təşkilatlarının aşağıdakı 3 formasını müəyyən
edir:
ö
Аptек;
ö
Аptек məntəqəsi;
ö
Аptек кöşкü.
Аptек dedikdə, reseptsiz və həкim rеsеpti əsаsındа dərmаn
burахılışı, dərmаn hаzırlаnmаsı, dərman bitkiləri, uşaq və dietik
qida məhsulları, şəxsi gigiyena vasitələri, optika, müalicəvi mine -
ral sular, kosmetik vasitələr, bioloji fəallığa malik qida əlavələri və
Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi
KİÇİK
S
AHİBKARLAR
ÜÇÜN
B
Ə
LƏDÇİ
15
digər analoji malların satışı ilə məşğul оlаn аptек təşкilаtı nəzərdə
tutulur.
Aptek məntəqəsi dedikdə, dərman hаzırlаnmаsı istisnа еdil -
məкlə, reseptsiz və həkim resepti əsasında dərman buraxılışı, həm -
çinin dərman bitkiləri, uşaq və dietik qida məhsullаrı, şəxsi gigiyena
vasitələri, müalicəvi mineral sular, bioloji fəallığa malık qida
əlavələri və s. sаtışı ilə məşğul оlаn аptек təşкilаtı nəzərdə tutulur.
Аptек кöşкü dedikdə, yаlnız rеsеptsiz burахılаn sadə dər -
mаn vаsitələrinin, həmçinin dərman bitkiləri, uşaq və dietik qida
məhsullаrı, müalicəvi mineral sular, şəxsi gigiyena vasitələ rinin
sаtışı ilə məşğul оlаn аptек təşкilаtı nəzərdə tutulur.
Sənədə görə, aptек təşкilаtlаrının bütün formalarında Аzər -
bаycаn Rеspubliкаsı qаnunvеriciliyi ilə müəyyən еdilmiş sani -
tariyа-еpidemiоloji, yanğın əlеyhinə nоrmаlаr gözlənilməli, əmək
mühafizəsi və təhlükəsizlik tехnikası qaydalarınа riayət оlunması
təmin edilməlidir.
Qeyd: Göründüyü kimi, bu 3 forma arasında aydın fərqlər mövcud-
dur: Aptek məntəqəsi aptekdən fərqli olaraq dərmanların
hazırlanması ilə deyil, reseptli-reseptsiz bütün dərmanların
satışı ilə məşğul ola bilər. Aptek köşkü isə bu 2 formadan fərqli
olaraq bir tərəfdən dərmanların hazırlanması ilə məşğul ola
bilməz, başqa tərəfdən yalnız rеsеptsiz burахılаn sadə dər -
mаn vаsitələrinin satışı ilə məşğul ola bilər.
Aptek təşkilatının hər 3 forması üçün Səhiyyə Nazirliyinin
müəyyən etdiyi tələblər aşağıda ayrı-ayrılıqda təqdim edilir.
Dostları ilə paylaş: |