Bakı 2014 Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi


Əmlak üzərində mülkiyyət və ya icarə hüququnun



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix01.01.2017
ölçüsü2,93 Mb.
#3965
1   2   3

Əmlak üzərində mülkiyyət və ya icarə hüququnun

rəsmiləşdirilməsi 

Fəaliyyətin həyata keçirilməsi üçün əmlak binanın icarəyə

götürülməsi, hazır tikilinin alınması və ya torpaq sahəsi alınaraq

binanın tikilməsi yolu ilə əldə oluna bilər. Bu formalardan hər

birinin özünəməxsus əldə etmə prosedurları və rəsmiləşdirmə

qay daları  var.



Binanın (tam və ya müəyyən sahəsinin) icarəyə götürül -

məsi. Biznesin təşkili məqsədilə tikili dövlət, bələdiyyə və xüsusi

mülkiyyətdən icarəyə götürülə bilər. Mülkiyyətçidən asılı olaraq

torpağın icarəyə götürülməsi də fərqlənir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

32


Biznesin təşkili məqsədilə bina özəl mülkiyyət olduqda, sahibkar

aşağıdakı bilgilərə malik olmalıdır:

ö

Qüvvədə olan mülki qanunvericiliyə



1

əsasən icarəyə gö -

tü rənlə (sahibkar) icarəyəverən (mülk sahibi) arasında

rəsmi müqavilə bağlanmalıdır. Tərəflərdən ən azı biri

hüquqi şəxs olduqda, icarə müqaviləsinin notarial qay-

dada təsdiqinə ehtiyac yoxdur. Lakin tərəflərdən hər ikisi

fiziki şəxs olduqda, həmin müqavilə mütləq notarial qay-

dada təsdiqlənməlidi.;

ö

Müqavilənin notarial qaydada bağlanması üçün 70.15



AZN (61 AZN dövlət rüsumu + 9.15 AZN notarial hə -

rə kətlərin aparılması üçün xidmət haqqı) ödənilir; 

ö

İcarənin məbləği və şərtləri qarşılıqlı razılıq əsasında



müqavilədə əks olunur; 

ö

İcarəyə götürülən binanın rəsmi dövlət qeydiyyatı (mül -



kiyyət üzərində hüquqları təsdiqləyən reyestrdən çıxarış)

olmalı, mülk qeyri-yaşayış sahəsi kimi istifadəyə veril -

məlidir. 

Dövlət mülkiyyətində olan bina icarəyə götürüldükdə, sahib -

karın diqqət yetirməli olduğu vacib olan informasiyalar aşağıda -

kılardır: 

ö

Dövlət mülkiyyətində olan binanı (sahəni) yalnız müsa -



bi qə vasitəsilə icarəyə götürmək olar;

ö

Tikilinin müsabiqə vasitəsilə icarəyə verilməsi icarə mü -



qaviləsi bağlanılmaqla Əmlak Məsələləri Dövlət Komi -

təsi (Komitə) tərəfindən həyata keçirilir;

ö

Müsabiqənin keçirilməsi üçün Komitə tərəfindən müsa -



biqə komissiyası (Komissiya) yaradılır; 

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

33

1



Azərbaycan Resbublikasının Mülki Məcəlləsi və Azərbaycan

Resbublikasının Vergi Məcəlləsi  



ö

Müsabiqənin keçirilməsi üçün müəssisənin aylıq start

qiyməti müəyyən edilir. Müsabiqə keçirilməmişdən əv -

vəl müəssisəni icarəyə götürmək istəyən şəxs onun aylıq

start qiymətinin 10%-i həcmində məbləği dövlət büdcə -

si nə  ödəyir; 

ö

Müsabiqədə iştirak etmək üçün Komissiyaya bir sıra sə -



nədlər təqdim olunmalıdır. Bura ərizə (sifariş), obyektin

aylıq start icarə haqqı məbləğinin 10%-i həcmində be hin

ödənilməsini təsdiq edən sənəd, müsabiqə təklifi (bağ lı

zərfdə təqdim edilir, zərfin bağlı tərəfi sifarişçi tərə findən

imzalanır və (və ya) möhürlənir), hüquqi şəxslər üçün

mü əyyən olunmuş qaydada təsdiq edilmiş reyestr dən

çıxarışın və nizamnamənin surəti, fiziki şəxslər tərəfindən

şəxsiyyəti təsdiq edən sənədin surəti daxildir; 

ö

Müsabiqənin nəticəsi elan olunduğu gündən 30 gün



sonra açıqlanır. Qalib gəlmiş şəxslə 20 gün ərzində icarə

müqaviləsi bağlanır. İcarə müqaviləsi bağlandıqdan sonra

icarə hüququnun dövlət qeydiyyatı üçün DƏDRX-in

ərazi idarələrinə müraciət olunur. 



Biznesin təşkili məqsədilə bələdiyyə mülkiyyətində olan tikili

icarəyə götürüldükdə, sahibkar aşağıdakı hüquqi prosedurlara əməl

etməlidir:

ö

Tikilinin icarəyə götürülməsi üçün bələdiyyə ilə müəssi -



səni icarəyə götürən subyekt arasında icarə müqaviləsi

bağlanmalıdır;

ö

İcarə müqaviləsi bağlandıqdan sonra icarə hüququnun



dövlət qeydiyyat üçün DƏDRX-in ərazi idarələrinə mü -

raciət olunmalıdır. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

34


Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

35

Hazır tikilinin alınması. Biznesin təşkili məqsədilə dövlət,

bələdiyyə və xüsusi mülkiyyətdən olan hazır tikili alına bilər.

Mülkiyyətçidən asılı olaraq hazır binanın satın alınması qaydaları

aşağıdakı kimidir:

ö

Hazır tikili özəl mülkiyyət olduqda, sahibkar tikilinin



mülkiyyətçisi ilə notarial qaydada alqı-satqı müqaviləsi

bağlayır. Əgər tikili Bakı şəhərindədirsə 126.5 AZN (110

AZN dövlət rüsumu + 16.5 AZN notarial hərəkətlərin

aparılması üçün xidmət haqqı), digər şəhər və rayon lar -

da dırsa 50.6 AZN (44 AZN dövlət rüsumu+6.6 AZN

notarial hərəkətlərin aparılması üçün xidmət haqqı)

haqq ödənilir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra

müəssisəyə olan mülkiyyət hüququnun dövlət qeydiyyatı

üçün DƏDRX-in ərazi idarələrinə müraciət edilir; 

ö

Sahibkar dövlət mülkiyyətində olan binanı satın almaq



istəsə, qüvvədə olan qanunvericiliyə görə bu yalnız dövlət

əmlakının özəlləşdirilməsi qaydalarına uyğun həyata ke -

çirilə bilər. Dövlət mülkiyyətindəki tikili ya icarəyə ve ril -

miş hansısa dövlət müəssisəsinin satışı, ya da dövlət

müəssisəsinin hərraclar vasitəsilə satışı kimi formalardan

birindən istifadə etməklə həyata keçirilə bilər. Bu üsuldan



hansı birinin seçilməsindən asılı olmayaraq, sonda tikili

üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün

DƏDRX-in ərazi idarələrinə müraciət edilməlidir; 

ö

Satın alınan tikili bələdiyyə mülkiyyətində olduqda,



sahibkarla bələdiyyə arasında alqı-satqı müqaviləsi bağ -

lanır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra tikiliyə

mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaq üçün

DƏDRX-in ərazi idarələrinə müraciət edilir.



Binanın tikilməsi. Aptek xidməti biznesi ilə məşğul olan sa -

hibkarlar fəaliyyətlərinin təşkili məqsədilə bina tikmək istədik də,

bu proses aşağıdakı mərhələlərdən keçəcək:

(i) torpağın əldə olunması.

Əgər sahibkarlıq məqsədilə bi -

na tikintisi üçün dövlət torpağının satın alınması nəzərdə tutu-

lursa, qüvvədə olan qanunvericilik

2

dövlət torpaqlarının



özəl   ləş  di ril məsinin  mümkünlüyünü  ifadə  etsə  də,  bu  kateqo ri ya -

dan olan torpaqların alqı-satqı prosesini ətraflı olaraq tən zim -

ləmir. Bu səbəbdən dövlət torpaqlarının özəlləşdirilməsi prosesini

konkret göstərmək mümkün deyil. Amma dəqiq bilinən budur

ki, sahibkarlıq məqsədilə bina tikintisi üçün dövlət torpağının

satılmasına dair qərarları rayon (şəhər) icra hakimiyyəti başçıları

verir və sahibkarlar həmin orqanlara müraciət etməlidirlər. Əgər

bələdiyyə torpaqları satın alınacaqsa, bu halda aşağıdakı hüquqi

prosedurlara əməl olunmalıdır:

ö

Bələdiyyələrin hərrac və müsabiqələrə çıxardığı qeyri-



kənd təsərrüfatı torpaqlarının alınması üçün binanın

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

36

2



“Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarəyə

verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi

Qaydaları”nın təsdiqinə dair ölkə prezidentinin 23 oktyabr 2003­cü il tarixli

972 saylı Fərman



Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

37

tikiləcəyi rayon (şəhər) hərrac komissiyasına müraciət



olunmalıdır;

ö

Hərrac və müsabiqələr vasitəsilə bələdiyyədən sahibkar -



lıq məqsədilə tikinti təyinatlı torpaq sahəsi alındıqdan

sonra alqı-satqı müqaviləsi bağlanır, torpağa mülkiyyət

hüququnun dövlət qeydiyyatı üçün torpağın yeni mül -

kiy yətçisi tərəfindən DƏDRX-in ərazi idarələrinə mü -

raciət olunur.

Xüsusi mülkiyyətdə olan torpağın alınması qaydasını tənzim

edən ayrıca normativ akt yoxdur. Qanunvericiliyin təhlili əsasında

xüsusi mülkiyyətdə olan torpağın alınması qaydasını müəyyən

etmək olar. Həmin qaydalara əsasən:

ö

Xüsusi mülkiyyətdə olan torpaqlar torpağın mülkiyyət -



çisi ilə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi

əsasında alınır;

ö

Əgər torpaq Bakı şəhərindədirsə müqavilənin notarial qay-



dada təsdiq edilməsi üçün 126.5 AZN (110 AZN döv lət

rüsumu + 16.5 AZN notarial hərəkətlərin apa rıl ması üçün

xidmət haqqı), digər şəhər və rayonlardadırsa 50.6 AZN

(44 AZN dövlət rüsumu + 6.6 AZN notarial hə rəkətlərin

aparılması üçün xidmət haqqı) haqq ödə ni lir; 

ö

Notarial qaydada müqavilə bağlandıqdan sonra torpağa



mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün torpağın

yeni mülkiyyətçisi tərəfindən DƏDRX-in ərazi idarələ -

rinə müraciət olunur.

(ii) torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qey -

diyyatı.

Torpaq üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə

bağlı sahibkarların aşağıdakıları bilməsi vacibdir:

ö

DƏDRX-in regional idarəsinə (torpağın yerləşdiyi ərazi



İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

38

üzrə) müraciət olunur. Müraciət zamanı yeni mül kiy -



yətçinin ərizəsi, torpağın alqı-satqı müqaviləsi (notarial

qaydada təsdiq edilmiş), torpaq sahəsinin planı və ölçüsü

(DTXK tərəfindən hazırlanmış), dövlət rüsumunun ödə -

nilməsi barədə qəbz dövlət əmlakının reyestrinə təqdim

edilir; 

ö

Sənədlər DƏDRX-in ərazi idarəsinə təqdim edildikdən



sonra DƏDRX tərəfindən torpağın inventarlaşdırılması

işləri həyata keçirilir. İnventarlaşdırma işləri ilə əlaqədar

DƏDRX-in göstərdiyi xidmətlər üçün əlavə xidmət haq -

qı ödənilir; 

ö

Xidmət haqqı sahibkarlıq məqsədilə tikinti təyinatlı



torpağın sahəsindən asılı olaraq fərqlidir. Məsələn, tor-

paq sahəsi 10 kvadratmetrədək olduqda 60 manatadək,

qədər olduqda 10 kvadratmetrədən 100 kvadratmet -

rədək olduqda isə 60 manatdan əlavə hər 10 manat xid -

mət haqqı ödənməlidir;

ö

Göstərilən sənədlər təqdim edildikdən sonra 20 gün



ərzində yeni mülkiyyətçi DƏDRX tərəfindən mülkiyyət

hüququnu təsdiq edən müvafiq reyestrdən çıxarışı və tor-

paq sahəsi üçün pasport və plan ölçü (texniki sənədlər)

verir. Torpağa mülkiyyət hüququna dair dövlət reyest -

rin dən çıxarışın verilməsi üçün 30 AZN, texniki sənəd -

lərin verilməsi üçün isə 50 AZN dövlət rüsumu ödənilir.



(iii) binanın tikintisi üçün icazənin alınması. 

Sahibkarlıq

məqsədilə tikinti işlərini həyata keçirilməsi ilə bağlı əsas prose-

durlar aşağıdakılardır:

ö

İcazə xarakterli sənəd olan inşaat pasportu alınmalıdır.



İnşaat pasportu müəyyən olunmuş torpaq sahəsində tik-

inti işlərini aparmaq üçün müxtəlif orqanlardan alınan

rəylərdən, icazələrdən ibarət sənədlər toplusudur. İnşaat

pasportu şəhər (rayon) icra hakimiyyətlərinin memarlıq

və tikinti şöbələri (idarələri) tərəfindən verilir; 

ö

İnşaat pasportu üçün üzərində tikinti işləri aparılacaq



torpaq sahəsinin mülkiyyətçisi müvafiq şəhər (rayon)

icra hakimiyyətinə müraciət edir. Şəhər (rayon) icra

hakimiyyətləri rəy və icazələrin alınması üçün müvafiq

qurumlara müraciət edir və həmin sənədləri toplayır.

Sənədlər toplandıqdan sonra şəhər (rayon) icra haki -

miyyəti inşaat pasportunu torpağın mülkiyyətçisinə verir.

İnşaat pasportunun alınması üçün 50 AZN dövlət rü-

sumu ödənilməlidir; 

ö

İnşaat pasportu və tikinti üçün icazə haqqında qərar əldə



edildikdən sonra tikiləcək binanın layihəsi hazırlan -

malıdır. Layihələndirmə işi yalnız bu sahədə fəaliyyətə

dair alınmış xüsusi razılığı (lisenziyası) olan hüquqi və

ya fiziki şəxslər (layihəçi) tərəfindən aparıla bilər. Layihə

hazır olduqdan sonra layihə sənədləri müəyyən edilmiş

qaydada dövlət ekspertizasından keçməli və təsdiq olun -

malıdır; 

ö

Layihənin təsdiq edilməsini tərəflərin arasında bağlanmış



müqaviləyə əsasən həm layihəçi, həm də torpağın mül -

kiy yətçisi tərəfindən həyata keçirilə bilər. Layihə təsdiq

olunması üçün şəhər (rayon) icra hakimiyyətinə təqdim

edilir. Layihənin ekspertizası üçün 30 AZN, təsdiqi üçün

60 AZN dövlət rüsumu ödənilir;

ö

Müəssisənin tikintisinə başlamazdan əvvəl tikinti üçün



müvafiq texniki şərtlər alınmalıdır. Qanunvericilik tex -

niki şərtlərin konkret hansı mərhələdə alınmalı olduğunu

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

39


müəyyən etmir. Ümumiyyətlə isə texniki şərtlər tikinti

işləri başlamamışdan əvvəl alınmalıdır. Texniki şərtlər

tikiləcək olan müəssisəyə elektrik, qaz və su xətlərinin

birləşdirilməsi üçün səlahiyyətli orqanlardan (Azərsu,

Azəriqaz, Bakıelektrikşəbəkə) alınır; 

ö

Tikinti layihəsi təsdiq edildikdən sonra müəssisənin ti -



kilməsi üçün tikinti işlərini aparacaq inşaatçı təşkilatla və

ya subyektlə inşaat müqaviləsi bağlanır. Tikinti işlərini

yalnız lisenziyası olan podratçı həyata keçirə bilər. Tor-

paq sahibi müəssisənin tikintisinə başlamazdan əvvəl

yerli icra hakimiyyətindən tikinti-quraşdırma işlərinin

aparılmasına icazə almalı və onun surətini podratçıya

təqdim etməlidir; 

ö

Tikinti işləri başa çatdıqdan və tikili istifadəyə tam hazır



olduqdan sonra binanın istifadəyə qəbulu həyata keçiri -

lir. Qəbul tikintini sifariş edənin müəyyən etdiyi qəbul

komissiyası tərəfindın aparılır və istifadəyə qəbul aktı

tərtib olunur.



(iv) mərhələ - tikilmiş bina üzərində hüquqların dövlət

qeydiyyatı.

Sahibkarlıq məqsədilə bina qəbul aktı əsasında təhvil

alndıqdan sonra dövlət qeydiyyatına alınmalıdır. Dövlət qey diy -

yatı üçün DƏDRX-in tikilinin yerləşdiyi ərazi üzrə yerli idarəsinə

tikilinin mülkiyyətçisi tərəfindən müraciət olunur və aşağıdakı

sənədlər təqdim edilməlidir:

ö

ərizə;


ö

yerli icra hakimiyyəti orqanının tikinti işlərinin aparıl -

masına icazə verən qərarı (bina tikilərkən təqdim edilir);

ö

binanın istifadəyə qəbul aktı (bina tikilərkən təqdim



edilir);

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

40


ö

binanın və onun tərkib hissələrinin texniki sənədləri,

plan-cizgisi;

ö

dövlət rüsumunun ödənilməsi barədə qəbz.



Tikiliyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün

mülkiyyətçi dövlət reyestrindən çıxarışın verilməsi üçün binaya

dair texniki sənədlərin verilməsi üçün 50 AZN dövlət rüsumu

ödənməsi tələb olunur. Bununla yanaşı, tikilinin (müəssisənin)

inventarlaşdırılması üçün xidmət haqqı ödənir. Xidmət haqqının

məbləği Tarif (qiymət) Şurasının qərarı ilə müəyyən olunur. Bü -

tün sənədlər təqdim edildikdən sonra müəssisəyə mülkiyyət və

ya icarə hüququnu təsdiq edən dövlət reyestrində çıxarış və tex -

niki sənədlər 20 gün ərzində verilir.

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

41


Vergi və sosial sığorta öhdəliklərinin icrası üçün uçot

və hesabatlılıq

Aptek biznesi ilə məşğul olanlar ya sadələşdirilmiş vergi ödə -

yicisi, ya da ƏDV məqsədləri üçün qeydiyyata alına bilərlər. Vergi

qanunvericiliyinə görə:

ö

Ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların həc -



mi 120 min manat və ondan az olan şəxslər sadə ləş di ril -

miş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Bu

halda sahibkarlar mənfəət vergisi və ƏDV ödəməkdən

azad olur, yalnız sadələşdirilmiş vergi ödəyir. Sadə ləş di -

rilmiş verginin dərəcəsi xidmət dövriyyəsinin Bakı şəhəri

üzrə 4%-i, şəhər və rayonlarda 2%-i səviyyəsindədir; 

ö

Ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların



həcmi 120 min manatdan çox olan sahibkarlar ƏDV

məq  sədləri üçün qeydiyyatı alınır. Bu halda xidmət

dövriyyəsinin 18%-i həcmində ƏDV, mənfəətlərinin

20%-i həcmində isə mənfəət vergisi ödəyirlər. 

Aptek biznesi ilə məşğul olmaq istəyən sahibkar təkbaşına

işləyirsə, yəni müştərilərə bilavasitə özü xidmət göstərirsə, o

Dövlət Sosial Müdafiə Fonduna fərdi sahibkar kimi icbari sosial

ödəniş etməlidirlər. Ödənişin məbləği qüvvədə olan minimum

əmək haqqına faiz nisbətilə müəyyən olunur və hazırda aşağıdakı

kimidir:


ö

Bakı şəhərində – 21 manat;

ö

Sumqayıt və Gəncə şəhərlərində – 18.9 manat;



ö

Respublika tabeli digər şəhərlərdə – 16.8 manat;

ö

Rayon mərkəzlərində, digər şəhər və qəsəbələrdə – 12.6



manat;

ö

Kənd yerlərində – 10.5 manat.



İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

42


Fərdi sahibkarlar məcburi sosial sığorta ayırmalarını sahib kar

kimi uçota alındığı deyil, faktiki fəaliyyət göstərdiyi ərazilər üzrə

müəyyən olunmuş məbləğ əsasında aylıq ödəməlidir. Məsə lən,

apteki olan fərdi sahibkar ölkənin ixtiyari bir kəndinin sakini kimi

vergi uçotuna alınıb həmin xidməti Bakıda təşkil edirsə, bu halda

hər ay 10,5 manat deyil, 21 manat icbari sosial ayırma ödəməlidir. 

Aptek biznesi ilə məşğul sahibkar (fərdi sahibkar və ya

hüquqi şəxs kimi qeydiyyata alınmasından asılı olmayaraq) bu

xidməti göstərmək üçün özündən savayı işçilər cəlb edibsə, həmin

işçilər muzdlu işçi kimi rəsmiləşdirilməli, onlarla əmək müqaviləsi

bağlamalı, maaş cədvəlinə uğun olaraq həmin işçilərin hesab -

lanmış aylıq əmək haqqı məbləğinin 22%-i həcmində ayırmanı

Dövlət Sosial Müdafiə Fonduna ödəməlidirlər. 

Əgər aptek biznesi ilə məşğul sahibkarın isitifadəsində olan

əmlak (tikili) icarəyə götürülübsə və icarəyə verən subyekt hüquqi

şəxs statusuna malik deyilsə, bu halda icarəyə götürən sahibkar

icarə haqqından büdcəyə vergi ödəyir. Bu vergi “ödəmə mənbə -

yində vergi” adlanır və aylıq icarə haqqından 14 faiz dərəcə ilə tu -

tulur. Binanın icarəyə götürülməsi müddətləri, şərtləri, habelə

onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş

qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə

razılaşdırılır.



Qeyd: Vergi ödəyicisi olduğu yeri və ya yaşadığı yeri dəyişdikdə, vergi

orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün

müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda

olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi

barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddə -

tində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota

alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması

və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

43


Sahibkarlıq fəaliyyəti dövründə hüquqi və fiziki şəxslər

dövlət orqanlarına dövrü hesabatlar təqdim edir. 

Sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş

vergi ödəyiciləri vergi orqanlarına rüblük və illik bəyannamələr

təqdim edirlər. Rüblük hesabatlar zamanı sadələşdirilmiş vergi

ödəyicisi vergi orqanına sadələşdirilmiş vergi bəyannaməsini və

ödəmə mənbəyindən tutulan vergi bəyannəmasini (əgər ehtiyac

olarsa) təqdim edir. İllik olaraq isə illik balans və işçilərə dair

hesabat və yol vergi bəyannaməsi təqdim edir. ƏDV ödəyiciləri

isə vergi orqanlarına aylıq ƏDV, illik mənfəət, illik əmlak və illik

yol vergi bəyannamələrini təqdim edir.

Dövlət sosial müdafiə orqanlarına rüblük və illik hesabatlar,

bununla yanaşı fərdi uçot məlumatları haqqında illik hesabatlar

təqdim olunmalıdır.

Nəhayət, hesabat təqdim olunması gərək olan dövlət qu -

rum larından biri statistika strukturlarıdır. Lakin fərdi sahibkar-

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

44


lardan statistika orqanlarına hesabat təqdim etmək tələb olunmur.

Lakin hüquqi şəxslər tərəfidən Dövlət Statistika Komitəsinə illik

və rüblük statistik hesabatlar təqdim edilməlidir.

İşçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi

Ölkə qanunvericiliyinə əsasən, aptek biznesi ilə məşğul

sahibkarlar hər hansı şəxsi iş və ya xidmət üçün cəlb edə bilər. İşə

götürülən fiziki şəxslərin rəsmiləşdirməsi iki formada həyata

keçirilə bilər: 

ö

əmək müqaviləsi və



ö

xidmət müqaviləsi bağlanmaqla. 

Əmək müqaviləsi əsasında işə cəlb edilən hər bir işçi işəgö -

tü rən (həm fərdi sahibkar, həm də hüquqi şəxs) tərəfindən məc -

buri dövlət sosial sığortası üzrə sığortalanmalıdır. Yeni işçi qəbul

edilərsə hər qəbul edilmiş yeni işçi üçün DSMF-in yerli qu -

rumlarına işəgötürən tərəfindən ərizə ilə müraciət edilir. 

Müraciət edildikdən 1 ay sonra DSMF-in yerli qurumları tə -

rəfindən işçilərin sosial sığorta şəhadətnamələri (SSŞ) işəgötü rə -

nə təqdim edilir. 

Məcburi dövlət sosial sığortası ilə yanaşı işəgötürən işçiləri

özəl sığorta təşkilatlarında istehsalatda bədbəxt hadisələr və peşə

xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hal -

larından icbari sığorta etdirməlidir. Bunun üçün işəgötürən həyat

sığortası ilə məşğul olan sığorta şirkətinə müraciət edib həmin

şirkət ilə sığorta müqaviləsini bağlayır. 

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

45


Bölmə III 

Aptek biznesi ilə məşğul olanlar üçün ən mühüm 

hüquqi-normativ sənədlər

ö

Vergi Məcəlləsi;



ö

İnzibati Xətalar Məcəlləsi;

ö

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qa-



nunu;

ö

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qa-



nunu;

ö

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlən -



məsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”

Azərbaycan Respublikası Qanunu;

ö

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respubli -



ka sının  Qanunu;

ö

“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan



Respublikasının Qanunu;

ö

Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası



Qanunu;

ö

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbay -



can Respublikasının Qanunu;

ö

“Dərman vasitələri haqqında” Azərbaycan Respubli -



kasının Qanunu;

ö

İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb ol-



unan işlərin siyahısı” təsdiqlənməsinə dair Səhiyyə Nazir-

liyinin Kollegiyasının qərarı;

ö

“Aptek təşkilatının yaradılması və fəaliyyətinə dair



Tələblər”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

02.10.2006-cı il tarixli, 153 saylı əmri ilə təsdiqlənib;

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

46


ö

“İcbari tibbi müayinələrin təkmilləşdirilməsi barədə”

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kolle -

giyasının 13 dekabr 2012-ci il tarixli 46 saylı Qərarı;

ö

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) veril -



məsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azər -

baycan Respublikası prezidentinin 2 sentyabr 2002-ci il

tarixli fərmanı; 

ö

“Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan



şəxs lərin (işçilərin) sertifikasiyası Qaydaları”. Azərbaycan

Res publikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il ta -

rix li, 108 saylı qərarı ilə təsdiqlənib;

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

47


Bölmə IV 

Aptek biznesi ilə bağlı peşə hazırlığı imkanları

Qüvvədə olan qanunvericiliyə görə, aptek açmaq istəyən şəx -

sin həm özünun, həm də aptekdə muzdlu işçi kimi ça lış dıracağı

şəxsin əczaçılıq sahəsində ali və ya orta ixtisas qazanması hüquqi

tələbdir. Əczaçılıq sahəsində orta ixtisasa sahib olmaq istəyən

şəxslər ölkənin müxtəlif ərazilərndə fəaliyyət göstərən orta-ixtisas

məktəblərində (kolleclərdə) bu imkanı əldə edə bilər lər. Həmin

məktəblərə daxildir:

ö

2 nömrəli Bakı Baza Tibb Kolleci;



ö

Gəncə Tibb Kolleci;

ö

Sumqayıt Tibb Kolleci;



ö

Naxçıvan Tibb Kolleci;

ö

Mingəçevir Tibb Kolleci.



Bu məktəblərin hər birində əczaşılıq sahəsində ixtisaslaşmaq

mümkündür. Həmin kolleclərdə təhsil müddəti 9 illik təhsil

bazasından 3 il, tam orta təhsil bazasından isə 2 il təşkil edir.

Ümümilikdə ildə (2013-cü il) bütün tibb kolleclərinə ölkə üzrə

150 nəfərədək tələbə qəbul edilir. 

Azərbaycanda ali əczaçılıq təhsilinə yalnız Azərbaycan Tibb

Universitetində yiyələnmək mümkündür. Tələbələr bakalavr pil -

ləsi üzrə 4 il, magisratura pilləsi üzrə 2 il oxuyurlar. Universitetin

əczaçılıq fakültəsində tələbələr əczaşlıq sahəsində aşağıdakı ixti -

sasları qazanmaq imkanına malikdirlər:

ö

əczaçılıq kimyası;



ö

toksikoloji kimya;

ö

farmakoqnoziya.



İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

48


Hazırda Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakül -

təsində 400-ə yaxın tələbə təhsil alır. Rəsmi məlumata görə, indi

Azərbaycanda hazırda Azərbaycan 5000-dən artıq ali təhsilli əc -

zaçı, 8000 nəfərə yaxın isə orta ixtisaslı əczaçı var. 

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

49


Bölmə V 

Kiçik sahibkarlar üçün kredit əldə etmək imkanı: 

biznes-planın hazırlanması əsas şərtdir 

İstənilən kiçik və orta sahibkarlıq subyektləri kimi aptek

biznesinə başlayan və ya bu sahədə artıq iş qurmuş şəxslərin kre -

dit resurslarına ehtiyacı olur. Kredit əldə etmək üçün ilk növbədə

kre ditə çıxışın şərtlərini bilmək vacibdir.

Biznes kreditlər həm kommersiya şərtləri, həm də güzəştli

əsaslarla götürülə bilər. Qanunvericiliyə əsasən, 18 yaşına çatmış

hər bir ölkə vətəndaşı kredit götürə bilər. Lakin kredit almaq istə -

yən şəxslər aşağıdakı tələblərə cavab verməlidir

3

:



ö

Kredit üçün müraciət edən şəxsin müsbət kredit tarixçəsi

olmalıdır; 

ö

Ərizəçi başqa bank və kredit təşkilatlarından götürdüyü



öhdəliklərin yerinə yetirilməsində gecikmə halları ilə üz -

ləşmiş olmamalıdır; 

ö

Ərizəçinin öz biznesi olmalı və biznes əməliyyatlarının



həyata keçirilməsi zamanı yerli qanunvericilik heç bir hal -

da pozulmamalıdır; 

ö

Ərizəçinin şəxsiyyət vəsiqəsi olmalıdır; 



ö

Ərizəçi ölkə ərazisində yaşamalıdır, hal-hazırkı yaşadığı

ünvan qeydiyyatda olduğu ünvandan fərqlidirsə, faktiki

yaşadığı ünvandan arayış təqdim olunmalıdır.

Banklar adətən kredit üçün müraciət etdikdən sonra kredit

sifarişlərinin qiymətləndirilməsini aparır. Qiymətləndirmə me -

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

50

3



Krediti necə əldə etmək olar. İcma qrupları üçün Bələdçi. Bakı 2013.

İqtisadi Təşəbbüslərə Yardım İB  



yar ları kreditlərin həcmi, müddəti, onlarla bağlı risklərin səviy -

yəsi, borcalanın fəaliyyət növü və digər amillərlə müəyyən edilir. 

Kredit üçün müraciətçinin girov təminatı və zaminləri ol -

malıdır. Girov təminatı kimi daşınar (avtomobil, ziynət əşyaları

və s) və ya daşınmaz əmlak (ev, torpaq və s.) çıxış edə bilər.

Müraciətçiyə aşağıdakı hallarda kredit verilməsindən imtina

olunur:

ö

Ölkə qanunvericiliyinə və normalarına əsasən qeyri-qa-



nuni hesab olunan hər hansı fəaliyyət növünə;

ö

Müştərinin 3 və daha çox kredit öhdəliyi olduqda və



gecikmə etdikdə müraciətdən imtina olunur;

ö

Müştərinin biznesi haqqında məlumat toplamaq müm -



kün olmadıqda və ya saxta məlumatlar verdikdə müra -

ciətə mənfi cavab verilir;

ö

Aylıq gəlirləri və xərclərinin fərqi kredit hissəsini geri



ödəməyə imkan vermədikdə kredit verilmir.

Bank kredit verməyə razılaşsa, tərəflər arasında kredit müqa -

viləsi bağlanır. Müqavilədə kreditin məqsədi, məbləği, qaytarılma

müddəti, qaytarılma üsulu, kredit üzrə faizlərin, o cümlədən illik

faiz dərəcəsinin məbləği, tərəflərin məsuliyyəti və s. öz əksini tapır.

Kredit almaq üçün ən mühüm şərtlərdən biri sahibkarların

peşəkar biznes-planlar hazırlamaq bacarığının olmasıdır. Belə

planlar fəaliyyətin nəticələrinin qiymətləndirilməsi, biznesin

təşkili üçün ehtiyac duyulan resursların axtarılıb tapılması ba xı -

mından çox mühüm alətdir. Adətən biznes-planda sahibkar hə -

yata keçirmək istədiyi biznes fəaliyyətinin ideyası, məqsədi və

hə min fəaliyyətin təşkili üsulları və formaları əks etdirilir. Biznes-

planı hazırlayarkən sənədin aşağıdakı tipik stukuturuna diqqət

yetirilməlidir:

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

51


1) Giriş hissə yazılmalıdır. 

Bu hissədə qurmaq istədiyiniz

aptek biznes fəaliyyəti barədə müfəssəl informasiyalar təqdim

etməli, iş təcrübəniz və biznes həyatınız haqda detallı bəhs etmə -

lisiniz. Giriş hissədə həmçinin planlaşdırdığınız biznes fəaliy yə -

tində özünüzün üstünlüklərinizi, resurslarınızı təsvir etməlisiniz. 



2) Gələcək fəaliyyətiniz təsvir olunmalıdır. 

Təsvirdə


aşağıdakı məlumatlar əks etdirilməlidir: 

ö

Resurslarınızı sadalayın. 



Bura aptekinizin fəaliyyətində

istifadə edəcəyiniz əmlakınız (torpaq, tikili, maşın və ava -

danlıqlarınız), onların fiziki durumu, aptekinizdə çalışa caq

əmək qüvvəniz barədə məlumatlar daxil edilməlidir. Bundan

əlavə, resurslarınızı artırmaq (yaxud bərpa etmək), işçi qüv -

vəsini təkmilləşdirməklə bağlı təkliflərinizi də təsvir hissəsinə

daxil edin. Aptekinizin təşkili üçün binanı alaca ğınız və ya

icarəyə götürəcəyiniz barədə mütləq qeyd edin. 

ö

Əczaçılıq biznesinə başlamanızın məqsədini izah



edin. 

Bu hissədə gələcək aptek fəaliyyəti barədə düşüncə -

ləriniz, potensial gəlirləriniz barədə gözləntiləriniz, fəaliy -

yətinizi nə qədər uzun müddətə planlaşdırığınız, gəlirinizi

biznesinizin inkişafına necə xərcləyəcəyiniz barədə yazın.

Fəaliyyətinizdə öz bilik və bacarıqlarınızı, maliyyə vəsaiti -

nizi necə yönəldəcəyinizi əsaslandırın.

ö

Aptekinizin fəaliyyət göstərəcəyi məkanı göstərin.



Xidmətinizi harada təşkil edəcəyinizi qeyd edin – bu yer

şəxsi mülkünüzdür, yoxsa icarəyə götürəcəksiniz? Bu əmla -

kın infrastruktur təminatının müştərilərə (ilk növbədə su və

elektrik enerjisi təminatı) keyfiyyətli və gigenik normalara

uyğun xidmət göstərməyə imkan verib-vermədiyini təsvir

edin. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

52


ö

Əczaçılıq biznesi bazarında rəqabət aparmaq imkan -

la rınızı təsvir edin.

Məşğul olacağınız biznes sektorunda

əlverişli rəqabət şərtləri mövcud olduğunu, həmin sa hə də

rəqiblərinizin nə dərəcədə çox olduğunu qeyd edin. Bir neçə

əlaqəli sual da cavab yazın: təklif etdiyiniz xid mətlərin

keyfiyyətini və cəlbediciliyini rəqiblə riniz dən fərqli etmək

üçün hansı planlarınız və ideyalarınız var? Siz rəqabətdə

üstün gəlmək üçün göstərdiyiniz xidməti ucuz etməyi, yoxsa

xidmətlərinizin keyfiyyətini yüksəlt məyi həlledici sayırsınız

- bu suala cavabı əsaslan dırın, hər 2 yolun üstünlüklərini və

çatışmazlıqlarını sadalayın. 

ö

Aptekinizin xidmətlərindən bəhrələnəcək müştəri



kontingentini təsvir edin. 

Müştəri kontingentiniz kimdir

və ya gələcəkdə kimlər ola bilər? Onların sosial tərkibi, mad -

di imkanları necədi, keyfiyyətli xidmətə görə yüksək haqq

ödəməyə hazır olan varlı və orta təbəqədir, yoxsa ucuz haqq

hesabına keyfiyyətə xüsusi diqqət ayırmayan yoxsul təbəqə?

Eyni müştəri nə qədər intensivliklə (mə sələn ay ərzində neçə

dəfə) sizin xidmətdən bəhrələnir? Siz onların maraq və eh -

tiyacları ilə maraqlanırsınızmı? Əgər maraqla nırsınızsa, bu

barədə qısa da olsa yazın. Bu cür müştəri məlumat bankı

formalaşdrmanız xidmətləri nizin keyfiyyə tinin artırılma -

sında və biznes risklərinin idarə olunmasında sizə çox vacib-

dir.

ö

Aptek biznesinin hüquqi əsaslarını yazın. 



Spesifik

olaraq sizin biznes sferanızı tənzimləyən hüquqi mexanizm -

lər və sənədlər haqqında məlumatınız varmı? Ölkədə sahə

xüsusiyyətlərindən asılı olmayaraq biznesin tənzimlən mə -

sini təmin edən ümumi normativ-hüquqi aktlarla bağlı nə

dərəcədə məlumatlısınız? Siz öz biznesinizin təşkilndə

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

53


hüquqi mexanizmlərdən necə faydalanmağı düşünürsünüz?

Bütün bu suallara ətraflı cavab yazın. 

ö

Marketinq planınızı təsvir edin.



Marketinq planı sizin

bazara təklif etdiyiniz məhsullara tələbatı formalaşdırmaq

sayəsində xidmətin təşkili və idarə olunması planıdır. Mar-

ketinq planının mahiyyəti odur ki, siz müştəri cəlb etmək, öz

işinizin başqa rəqiblərlə müqayisədə daha sərfəli olması

barədə məlumatları yaymaq üçün hansı üsullardan yarar -

lanacağınızı, onları öz xidmətinizin üstünlüklərinə necə

inandıracağınızı təsvir edirsiniz. Bir sözlə, siz xidmətinizin

təbliğatını və reklamını necə quracağınızı barədə ətraflı

yazın. 

ö

İşçi heyətinizin imkanlarını təsvir edin.



İşçi heyətiniz

barədə yazın – təkbaşına işləyəcəksiniz, ailə biznesi olacaq,

yoxsa kənar işçi qüvvəsi cəlb edəcəksiniz? İşçilərin peşə-ixtisas

tərkibi, sayı barədə yazın. Sizin üçün işçi seçimində hansı

meyarların öncül olduğunu detallı təsvir edin.

ö

Biznesinizi necə idarə edəcəyinizi təsvir edin.



Biz-

nesinizi təkbaşına, yoxsa ortaqlıq əsasında idarə edəcəyiniz

barə də yazın. Əgər ortaqlıq olacaqsa, onun şərtləri, rəsmi

öh dəliklərə əsaslanıb-əsaslanmadığı haqda yazın. Gəlirlə rin

aranızda necə bölüşdürüləcəyi barədə razılaşmanızın şərt -

lərini qeyd edin. 

ö

Maliyyə planınızı təsvir edin.



Biznes-planın ən vacib

bölməsi maliyyə planıdır. Maliyyəyə çıxış, əldə olan maliyyə

resurlarını idarə etmək istənilən biznes sahəsi üçün böyük

məsuliyyətdir. Səhv maliyyə idarəçiliyi biznes üçün iflas

deməkdir. Biznes planda siz özünüzün nə qədər maliyyə

resurslarına malik olduğunuzu, bu qədər vəsaitlə hansı işləri

görə bildiyinizi təsvir edirsiniz. Amma hansı əlavə işləri

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

54


görməklə rəqabətə davamlı biz nesə çevrilə biləcəyinizi, bu

işlər üçün kənardan nə qədər maliyyəyə ehtiyacınız olduğunu

əsaslandırma lısınız. Əgər satıla və pula çevrilə bilən likvid

əmlakınız varsa, planda bu barədə mütləq yazın. Maliyyə

yardımını hansı subyektlərdən ala biləcəyinizi sadalayın –

təkcə bankdan pul götürməyi düşünürüsünüz, yoxsa yaxın

çevrənizdən də borc almaq imkanlarınız var? Mütləq elə

mənbəblərə müraciət edin ki, borclanma sizin üçün əlverişli

olsun. Dəqiq hesablamalısınız ki, borc aldığınızdan nə qədər

müddət sonra gəlir əldə etməyə başlayacaqsınız. İllik və aylıq

büdcənizi tərtib etməli, gəlirlərinizin mənbələrini və həcmini,

xərclərinizin strukturunu (əmək haqqı, vergilər, mal-mater-

ial xərcləri, icarə xərcləri və s.) detallı yazın. Biznesinizin

inkişafı o zaman uğurlu sayılacaq ki, qazancınız məxarici -

nizdən çox olmalıdır. Əks halda sizin biznesiniz iflas olaraq

bazardan çıxmalıdır. 

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

55


Bölmə VI 

Sahibkarlar üçün faydalı linklər

Sahibkarlığın inkişafı ilə əlaqəli ictimai qurumlar

http://sahibkarol.biz – Sahikarların virtual tədris mərkəzi

http://sme-ltd.info/ – Sahibkarın Məsləhət Evi

http://ehr-az.org/ – İnsan Hüquqları Üzrə Maarifləndirmə İcti-

mai Birliyi

http://labourrights-az.org/ – Vətəndaşların Əmək Hüquqlarını

Müdafiə Liqası

http://www.edf.az/ts_general/azl/index.php – Sahibkarlığın və

Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu 

http://ask.org.az/?lang=az – Azərbaycan Respublikası Sahibkar-

lar Konfederasiyası

Bilavasitə sahibkarlıq fəaliyyətilə bağlı dövlət orqanları

http://www.taxes.gov.az/ – Vergilər Nazirliyi

http://www.economy.gov.az – İqtisadiyyat və Sənaye Nazirliyi

http://www.sspf.gov.az/ – Dövlət Sosial Müdafiə Fondu

http://anfes.gov.az/az/ – Sahibkarlığa Kömək Milli Fondu

http://icazeler.gov.az/ – Rəsmi qurumlardan alınmalı olan

icazələrin rəsmi informasiya portalı

Kommunal xidmət müəssisələri 

http://www.azerenerji.gov.az/ – “Azərenerji” Açıq Səhmdar

Cəmiyyəti 

http://www.bes.az/ – “Bakıelerktrikşəbəkə” Açıq Səhmdar

Cəmiyyəti

http://azersu.az/ - “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

56


Bölmə VII 

Dərmanların satışı və marketinqi ilə məşğul olan

əczaçılıq şirkətləri

1) AVROMED. 

Şirkət dərmanların distribüterliyi və marketinqi

ilə məşğul olur. 

Sifarişlər üçün əlaqə telefonu: 

(+99412) 447-47-19, 447-47-39, 447-46-02, 447-46-03

Baş ofis: 

(+99412) 514-55-77

Marketinq şöbəsi: (+99412) 415-90-52



2) RİAD FARMA. 

Dərman preparatlarının topdan satışı və mar-

ketinqi ilə məşğul olur. 

Şirkətin ofisi və depolarla əlaqə telefonu: 

(+99412) 447-24-25, 447-48-33, 447-48-32, 

447-24-25, 425-55-55, 425-11-11, 

425-22-22, 433-90-16, 433-90-18

3) Pasha k. şirkəti. 

Dərman preparatlarının marketinqi və hər

növ aptek mallarının distribüterliyi ilə məşğuldur

Şirkətin ofis və DEPO ünvanı: 

Bakı ş. Xətai r-n. Nobel pros. Əbilov kuc. 1. Zığ şossesi

Əlaqə telefonu: (+99412) 571-21-88, 571-16-51 



4) Azerimed. 

Dərmanların topdan satışı (DEPO) və və marke -

tinqi ilə məşğul olur. 

Şirkətin ünvanı (DEPO): Bakı ş. Binəqədi rayonu. Mir Сəlal 63 

Şirkətin ofis telefonu:

(+99412) 560-30-21, 560-30-22,

560-30-22, 513-01-09 

Marketing departamenti: (+99412) 562-87-94



5) Meridian. 

Dərmanların topdan satışı ilə məşğul olur.

Şirkətin ofis ünvanı: Baki ş., İmran Qasımov küç., 2a 

Ofis telefonu: (012) 440-31-08 

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

57


6) Azərfarm LTD. 

Şirkət dərman preparatlarının istehsalı, satışı

və marketinqi ilə məşğul olur. 

Azərbaycandakı nümayəndəliyin və ya şirkətin ofis ünvanı : 

Bakı şəhəri, Bakıxanov qəs. B.Bünyatov küç. 

Tel.: (+99412) 447-38-31



7) Ever-Neyro Pharm. 

Dərman preparatlarının marketinqi ilə

məşğul olur. 

Azərbaycandakı nümayəndəliyin və ya şirkətin ofis ünvanı: 

Kaspian Plaza 2, C.Cabbarlı 44, AZ 1065 

Azərbaycandakı nümayəndəliyin və ya şirkətin ofis telefonu :

Tel.: (+99412) 436-80-44

8) ROCHE (Hoffman La ROCHE LTD). 

Dərman preparatla -

rı nın marketinqi ilə məşğul olur. 

Azərbaycandakı nümayəndəliyin və ya şirkətin ofis ünvanı: 

Bakı şəhəri, Bakıxanov küçəsi 6, Bidge Plaza 

Tel.: (+99412) 404-50-31 



9) Aktiv MMC. 

Fəaliyyət istiqaməti: DEPO, Dərman prepa -

ratlarının satışı ilə məşğul olur. 

Ünvan: Baki ş, Nizami r-n, Abdulla Mirzəyev küç 21 

Tel.: (+99412) 567-79-67

10) Planeta. 

Homeopatik preparatların marketinqi və satışı ilə

məşğul olur. 

Almaniyanın HEEL şirkətinin Azərbaycandakı nümayəndəli yin

və ya şirkətin ofis ünvanı: 

Baki ş. 9-cu mkr. Cavadxan küç. 24 

Azərbaycandakı nümayəndəliyin və ya şirkətin ofis telefonu: 

Tel.: (+99412) 430-89-49



11) "HB CO. LTD" MMC. 

Əsas fəaliyyət dərman preparatlarının

satışı və marketinqi ilə məşğul olur. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

58


Ünvanı: Az 1108, Atatürk pros. 3078-ci mənzil. 

Tel.: (+99412) 436-05-21, 563-37-17, 563-41-01

Web: www.hb-med.com

12) Naturfarm. 

Dərman preparatlarının distribüterliyi və mar-

ketinqi ilə məşğul olur. 

Ünvan: Baki ş., Binəqədi r-n, 8-ci mkr, 3078 məhəllə şirkətin

Tel.: (+99412) 561-91-59

13) Hipokrat MMC. 

Əczaçılıq və kosmetik məhsulların marke -

tinqi və satışı ilə məşğul olmaqla yanaşı dünyanın bir neçə

aparıcı şirkətinin Azərbaycandakı eksklüziv distribüteridir.

Tel: (+99412) 412-24-55, 412-24-50

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

59


Aptek biznesi: 

kiçik sahibkarlar üçün bələdçi

Kompüter dizaynı: Ariz Allahverdiyev

Format 84x102, 1/32, 2 ç.v. Tiraj 300 ədəd.

Kitab “AZSEA” MMC -də çap edilib.

Kitab pulsuz paylanır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

60

Document Outline

  • Aptek_biznesi_uz_son_curver.pdf
    • Страница 1

Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin