Mən aptek rəhbəri olsaydım, nə edərdim?
Ad,soyad,ata adı: Rüstəmova Səyyarə Madər qızı
İşlədiyim aptek: Şamaxı Kanon aptek.
Bitirdiyim təhsil müəssisəsi: Davinçi estetik tibb kursu
İxtisasım: Tibb bacısı,əczaçı
Azərimed şəbəkəsində çalışdığım müddət: 3 ay
Aptek işi,əczaçılıq,bəziləri üçün bəlkə də sadə ,əhəmiyyətsiz bir iş kimi gələ bilər,amma bu iş
dəqiqlik,peşəkarlıq,ünsiyyət mədəniyyəti, təmizlik və ən əsası bütün dərman vasitələrinə və onların
istifadə təlimatlarına bələd olmaq kimi çox mürəkkəb kompetensiyaları
özündə cəm edən çətin və
şərəfli peşə sahələrindən biridir.
Mən aptek rəhbəri olsaydım,nə edərdim? Bu sualı özüm-özümə verdikdə,doğrusu,ilk öncə sevdiyim
sənətin ağırlığı ,məsuliyyəti məni tədirgin etdi.Özümü aptek müdri kimi təsəvvür etdikdə minlərlə
insan,minlərlə xəstəlik və sənin çaşmaq səhv etmək imkanının sıfır olması.Bu məsuliyyətdir,həm də
böyük məsuliyyət.Çünki insanların həyatı,sağlamlığı sənin əlindədir.Amma
bir qədər dərindən
düşündükdə fikirləşdim : “niyə də yox?” axı bu iş üçün heç də digərlərindən az savada ,potensiala
,insanlarla işləmək bacarığına ,məsuliyyətə,maliyyə savadlılığına ,təhsilə və ən əsası işimə olan böyük
marağa və öyrənmə istəyinə sahib deyiləm.
Aptek cəmiyyətdə hər kəsin daxil olduğu ,cəmiyyətin hər təbəqəsi ilə münasibətdə olan ciddi bir
müəssisədir.Mənim aptekimdə ilk öncə təmizlik,səliqə-sahman hökm sürməlidir.Tez-tez dezinfeksiya
olunmalıdır.Bununla biz insanlara tibbin “A”hərfini öyrətmiş olarıq,yəni- təmizlik sağlamlıqdır fikrini.
İkincisi aptekdə aptek işçilərinin peşəkarlıq və insanlarla ünsiyyət bacarığıdır ki,bu biz əczaçıların ən
mühüm kompetensiyalarından olmalıdır.Peşəkarlıq dedikdə öz işini mükəmməl bilən
insanlar nəzərdə
tutulur.İnsanlarla ünsiyyət bacarığının mükəmməlliyi isə əczaçının ən əsas vəzifəsi olmalıdır.Biz
əczaçılar bir gülüş ,bir xoş sifət,bir xoş sözlə bəlkə də gələn xəstənin ağrılarını yüngülləşdirəcəyik?
Üçüncüsü aptek insanlara xidmətlə yanaşı eyni zamanda bir kommersiya müəssisəsidir.Buna görə
də maliyyə əməliyyatlarına ciddi nəzarət edilməli,hər bir qəpiyin hesabı düzgün aparılmalıdır.
Düşünürəm ki,yuxarıda yazılan fikirlər hər bir aptekdə əməl olunmalı olan ən əsas
müddəalardır.Yuxarıda qeyd etdiyim kimi aptek,həm də cəmiyyətlə birbaşa
münasibətdə olan bir
müəssisədir, ona görə də aptekin işində xalqı tibbi maarifləndirmə də əsas yerlərdən birini
tutmalıdır.Məsələn:Aptek müdri olsaydım müxtəlif xəstəliklər haqqında məlumat ,onlardan qorunma
yolları barədə aptekdə müxtəlif posterlər asmaq,tez -tez əczaçılar olaraq müxtəlif növ
maarifləndirmə tədbirləri
təşkil etmək,hər ay bir neçə nəfər imkansız şəxsə(xüsusən uşaqlara)pulsuz
dərman və digər tibbi yardımın təşkili,həkimlər və digər tibb işçiləri ilə bərabər xeyriyyə
kompaniyaları təşkil edərək ayda ən azı bir nəfər imkansız müalicəyə ehtiyacı olan şəxsin müəyyən
edilərək müalicəsinə yardım etmək kimi layihələrlə insanları maarifləndirmək
və sevindirməklə biz
həm yaxşılıq etmiş, həm də aptekin işinin təşkilində ,xalq arasında tanınmasında ,digər apteklərlə
rəqabətində bir addım öndə olmuş olarıq.
Azərbaycanda aptek işi sadəcə dərman satmaq kimi qəbul edilir,amma əslində biz tibbi savadlılığın
artmasında çox iş görə bilərik.Hər şeyi dövlətin etməsini gözləmək doğru deyil.Vətəndaş olaraq hər
birimiz əlimizdən
gələn qədər bu xalq ,dövlət ,millət üçün çalışmalıyıq.Necə ki,ordumuz düşmənlə