AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ İCTİMAİ SƏHİYYƏ VƏ İslahatlar məRKƏZİ Respondentin adı, soyadı



Yüklə 20.21 Kb.
PDF просмотр
tarix05.05.2017
ölçüsü20.21 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 

İCTİMAİ SƏHİYYƏ VƏ İSLAHATLAR MƏRKƏZİ

Respondentin adı,

soyadı ________________________________ 

Tarix    _______________

Hörmətli respondent,

İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzi  tərəfindən 

anemiya  üzrə  keçirilən  müayinə  Azərbaycanda 

qadın  və  uşaqlar  arasında  bu  problemin  olub-

olmadığını müəyyənləşdirməyə kömək edəcəkdir.

Müsahibəyə,  Sizin  və  uşağınızın  anemiya  testi 

üzrə  yoxlanılmasına  razılıq  verdiyiniz  üçün  Sizə 

çox minnətdarıq!

Əməkdaşlığınıza görə Sizə təşəkkür edirik!

SİZİN VƏ UŞAĞINIZIN ANEMİYA ÜZRƏ 

TESTİNİN  NƏTİCƏLƏRİ  BU KİTABÇADA 

QEYD OLUNUR.

Anemiyanın səbəbi nədir?

Anemiyanın səbəbləri:

qanın aşağıdakı səbəblərə görə itirilməsi:

parazitlər, xüsusilə də qansoran 

bağırsaq qurdları

həddən artıq menstrual itkilər

mədə yarası və ya vərəm kimi xroniki 

xəstəliklər

qidada dəmirin çatışmazlığı

orqanizm tərəfindən qidada olan dəmirin 

mənimsənilməməsi

Hamilələr və körpələr tərkibində dəmir 

olan həb və ya sirop qəbul etməlidirlər.

Dəmirlə zəngin olan qida qəbul edin 

– misal üçün, tünd yaşıl rəngli tərəvəz 

(göyərti), ciyər, ət və ya balıq,

C vitamini ilə zəngin olan meyvələr.

Körpə uşaqlara çay içizdirməyin.

Çay və ya qəhvəni xörəklə içməyin.

Bağırsaq qurdunun qarşısını alın və 

müalicə edin.

Doğuşlar arasında intervalı artırın.

Anemiyanın qarşısı

necə alına bilər?


Anemiya nədir?

Anemiya qanda qırmızı qan hüceyrələrinin 

(eritrositlər) və ya hemoqlobinin 

çatışmazlığı ilə müşahidə edilən ciddi 

xəstəlikdir.

Hemoqlobin beyinə, əzələlərə, xəstəliklərlə 

mübarizə aparan orqanlara və bədənin 

digər hissələrinə oksigeni çatdıran 

maddədir. Dəmir hemoqlobinin yaradılması 

üçün zəruridir.



Anemiyanın SİMPTOMLARI 

hansılardır?

Anemiyanın simptomları aşağıdakılardır:

yorğunluq

baş ağrıları

baş gicəllənməsi

iştahsızlıq

tez-tez ürək döyüntüləri

nəfəsin çatmaması

Anemiya nə üçün 

TƏHLÜKƏLİDİR?

Anemiya aşağıdakı səbəblərə görə 

təhlükəlidir:

infeksiyalara qarşı müqaviməti azaldır

kəskin anemiya ürək çatışmazlığına 

gətirib çıxara bilər

doğuş zamanı son dərəcə güclü qanax-

malarda həyat üçün təhlükəlidir

anemiyası olan uşaqlar az çəkili doğulur,  

digərlərinə nisbətən pis qavrama 

qabiliyyətli və infeksiyalara qarşı az 

müqavimətli olurlar



Testin nəticələri nə 

göstərdi?

Kəskin anemiya: 

Sizin qanınızın hemoqlobin səviyyəsi 

çox aşağıdır. Siz müalicə üçün dərhal 

öz həkiminizə və ya tibb müəssisəsinə 

müraciət etməlisiniz. 

Orta dərəcəli anemiya: 

Siz anemiyadan müalicə olunmalısınız. 

Siz tezliklə öz həkiminizə və ya tibb 

müəssisəsinə müraciət etməlisiniz. 



Yüngül dərəcəli anemiya:

Siz gündəlik yeməyinizdə daha çox dəmirlə 

zəngin olan qida məhsullarından istifadə 

etməlisiniz. 



Dəmirlə zəngin

olan qidalar

tünd yaşıl rəngli tərəvəz (göyərti)

ət, ciyər və ya balıq

Dəmirin yaxşı mənimsənilməsi üçün

daha çox C vitamini ilə zəngin olan 

meyvələr yeyin:

portağal 

limon


manqo

Tarix ____________________

Qadın

  

______________________________



Uşaq I

 ________________________

Uşaq II _____________________________

Hemoqlobinin səviyyəsi

Qadın

Uşaq I


Uşaq II

____ q/dl

____ q/dl

____ q/dl

Müayinənin nəticəsi 

(birini dairəyə alın)

Qadın*

Uşaq I


Uşaq II

Kəskin anemiya

(7.0 q/dl-dən 

aşağı)


Kəskin anemiya

(7.0 q/dl-dən 

aşağı)

Kəskin anemiya



(7.0 q/dl-dən 

aşağı)


Orta dərəcəli 

anemiya


(7.0-9.9 q/dl)

Orta dərəcəli 

anemiya

 (7.0-9.9 q/dl)



Orta dərəcəli 

anemiya


 (7.0-9.9 q/dl)

Yüngül dərəcəli 

anemiya

(10.0-11.9 q/dl)



Yüngül dərəcəli 

anemiya


 (10.0-10.9 q/dl)

Yüngül dərəcəli 

anemiya

 (10.0-10.9 q/dl)



Normal

(12.0 q/dl-dən 

yuxarı)

Normal


(11.0 q/dl-dən 

yuxarı)


Normal

(11.0 q/dl-dən 

yuxarı)

*Qadın


  hamilədirsə,  qanının  hemoqlobininin  səviyyəsi 

11.0  q/dl  və  ya  yuxarı  olarsa,  normaldır,  10  və  10.9  q/dl 



arasında olarsa, anemiya yüngül dərəcəlidir.

TESTİN NƏTİCƏLƏRİ


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə