Paralinqvistikvasitələrdil koduna, yaxud onu əvəz edənə bərabər tutulan ünsiyyət vasitəsidir.
Jest latın mənşəli sözdür, “bədən hərəkəti” deməkdir. Şifahi nitqdə klişeylənmiş ifadələrdən də istifadə edirik. Lakin işgüzar üslubda klişeylənmiş ifadələrlə danışmırıq.
Qeyd:Klişey sözü fransız sözüdür (fransız dilində cliche). Uzun müddət istifadə edilmiş və artıq təsirini itirmiş ifadə, fikir və ya elementdir. Vizual latın sözüdür. Adi gözlə, yaxud optik cihaz vasitəsilə görünən şeylərdir.
Nitqin şifahi və yazılı formalarında görmə, eşitmə kimi hiss üzvləri iştirak edir.
Şifahi nitqin əsas xüsusiyyətləri:
şifahi nitq danışılır və eşidilir;
şifahi nitqdə ümumişlək sözlər özünə daha çox yer alır;
şifahi nitqdə cümlələr daha çox sadə quruluşda olur;
dil ünsiyyət vasitəsidir, nitq isə ünsiyyət prosesidir.
İşgüzar ünsiyyətdə özünütəsdiq təqdimatı.İşgüzar ünsiyyətin əsas formaları. İşgüzar ünsiyyət ünsiyyətin elə bir növüdür ki, burada qarşılıqlı əlaqələr hansısa söhbətin həllini nəzərdə tutur. Bu prosesdə tərəfdaşların hər birinin statusu müəyyən olunur. Tərəfdaşlar öz hərəkətlərinə nəzarət etməli, davranış taktikası barədə düşünməli, son nəticəni proqnozlaşdırmalı və işgüzar ünsiyyət etikasına riayət etməlidir.