Azərbaycan diLLƏr universiteti Təhsil fakültəsinin I kursunun 111-ci a qrupunun tələbəsi HƏBİb zəRBƏLİyeviN


II fəsil. Söz leksikanın başlıca vahidi kimi



Yüklə 29,9 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü29,9 Kb.
#47500
1   2   3   4   5
Leksikologiya və leksikoqrafiya

II fəsil. Söz leksikanın başlıca vahidi kimi

Dildə söz iki əsas vəzifəni yerinə yetirir:

1) Gerçəklikdə baş verən müxtəlif hadisələrin adını bildirmək;

2) Məfhumları ümumiləşmiş şəkildə ifadə etmək. Bu iki vəzifə bir-biri ilə qarşılıqlı əlaqədədir və bir-birinə qarşılıqlı təsir göstərir. Lakin bu vəzifələr müxtəlif sözlərdə eyni dərəcədə özünü göstərmir. Müxtəlif söz qruplarında bunların bəzən biri, bəzən də o biri daha qabarıq nəzərə çarpır, bəzən də həmin vəzifələr sözlə bərabər səviyyədə özünü göstərir. Üçüncü hal dildəki sözlərin əksəriyyətində baş verir.

Məsələn, meyvə, ağac, kağız, kitab, jurnal, qəzet, meşə, qələm, quş, qapı, açar, daş, dəniz, çörək və s. sözlərdə sözün konkret ad və ümumi şəkildə məfhum bildirməsi vəzifələri, demək olar ki, bərabər səviyyədədir. Lakin elə sözlər də vardır ki, onlar konkret ad bildirmədən daha çox ümumiləşmiş məfhumu ifadə edir, məsələn, insan, heyvan, bitki, hadisə, iş, əşya, ölkə və s. sözlər bu tiplidir.

Bu cür sözlərə ən çox mücərrəd isimlər daxildir. Məsələn, fikir, xəyal, xoşbəxtlik, xeyirxahlıq, kədər, narahatlıq, sevinc, gülüş, yuxu və s.

Dildə elə söz qrupları da vardır ki, onlar olduqca dar, məhdud mənalarda əşya və hadisələrin adını bildirir. Bu sözlərdə ümumiləşdirmə funksiyası olduqca zəif çıxış edir. Məsələn, Araz, Kür (çay adları), Savalan, Qoşqar (dağ adları) Şəmkir, Gədəbəy, Saatlı (rayon adları), “Dilçilik”, “Onomastika”, “Türkologiya”, “Qobustan” (jurnal adları) və s. sözlər dar mənada konkret ad bildirir. Dildə ümumi sözlərdən xüsusi sözlərin əmələ gəlməsi və ya əksinə olan proses sözün vəzifəsini də dəyişir.

Belə hal dildə həm söz, həm də termin kimi işlənən sözlərdə daha çox baş verir. Məsələn, güc sözü fiziki termin kimi işləndikdə nominativ vəzifə, ümumi söz kimi işləndikdə isə ümumiləşdirmək vəzifəsini daha çox ifadə edir.

Sözlərin daxili quruluşunun mürəkkəbliyi və ümumiyyətlə, müxtəlifliyi onun bir leksik vahid kimi təsnif olunmasını çətinləşdirir. Çünki sözlər dil sistemində öz məna xarakterinə, vəzifəsinə, gerçəkliyi ifadə tərzinə, leksik və qrammatik xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Müasir dilçilikdə sözlər müstəqil məna bildirib-bildirmədiyinə görə iki qrupa bölünür:

1) müstəqil mənalı sözlər;

2) köməkçi sözlər.

Bu meyar əsasında sözlər əsas nitq hissələri (isim, sifət, say, əvəzlik, feil, zərf) və köməkçi nitq hissələri (qoşma, bağlayıcı, ədat) daxilində təsnif edilir.

Müstəqil mənalı sözlərdən əşyanın adını bildirən sözlər isim, əşyanın əlamətini bildirən sözlər sifət, əşyanın miqdarını bildirən sözlər say, əşyanın adını əvəzetmə yolu ilə ikinci dəfə bildirən sözlər əvəzlik, əşyanın hərəkətini bildirən sözlər feil, əşyanın yerini, istiqamətini, hərəkətini, əlamətini, zamanını bildirən sözlər zərf adı altında öyrənilir.

Dilçilikdə ən mübahisəli tədqiqat sahələrindən biri nitq hissələrinin təsnifidir. Bu məsələ indiyə qədər həll olunmamış qalır. Dilçilikdə sözlərin məna əsasında təsnifi də böyük maraq doğurur. Burada sözlər oxşarlığa və qarşılıqlığa görə semantik birlik əsasında təsnif olunur. Məsələn, heyvanat aləmi adı altında külli miqdarda sözlər birləşir. Bu cəhətdən dildə çoxlu miqdarda söz qrupları mövcuddur.

Leksik-semantik qruplar əsasında təsnif müxtəlif istiqamətdə aparılır:

İlkin və törəmə sözlər;

Qohum sözlər;

Ümumi və xüsusi sözlər;

Qədim və yeni sözlər;

Köhnəlmiş sözlər;

Kommunikativ və ekspressiv sözlər;

Saf və hibrid sözlər;

Mənşəcə doğma və alınma sözlər və s.


Yüklə 29,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin