Bostançılıqda yüksək, sabit və keyfiyyətli məhsul almağın əsası düzgün növbəli əkinlər tətbiq etməkdir. Növbəli əkində torpağın münbitliyini artırmaq, alaqlarla, xəstəlik və zərərvericilərə qarşı mübarizə və bitkilərdən yüksək məhsul götürmək üçün onların sahə və vaxt üzrə yerdəyişməsi təşkil edilir. Növbəli əkin sisteminə ciddi riayət olunması, sahələrdən bitki qalıqlarının yığılıb məhv edilməsi, alaq otlarına qarşı, eləcə də torpaqda zərərvericiləri qışlama mərhələsində məhv etmək üçün dərin şumun aparılması vacibdir.

Bostan bitkiləri əkilən sahəyə həmin bitkini 5 ildən sonra əkmək məsləhətdir.
Qarpız bitkisinin gübrələnməsi və torpağın becərilməsi
Bostançılıq rayonlarının torpaq şəraitini nəzərə almaqla, hektara 20-30 ton peyin norması daxilində boz-qonur torpaqlarda təsiredici maddə hesabı ilə 120 kq azot, 120 kq fosfor və 120 kq kalium gübrəsi vermək lazımdır. Qarpız bitkisində fosfor gübrəsinin 60%-i 20-30 ton peyinlə birlikdə əsas şum altına, azot, fosfor və kalium gübrələrinin 10%-i 10 ton peyin cürüntüsü ilə birlikdə səpinqabağı yuvalara, yaxud cərgələrə, fosfor gübrələrinin 30%-i bərabər hissədə çiçəkləmə fazasında və meyvələr əmələ gəldikdən sonra yemləmə şəklində lentdə cərgəaralarına, yaxud bitkinin ətrafına səpilir və torpağa qarışdırılaraq suvarılır.
1 ton əsas və əlavə məhsulla 2,4 kq N, 1,6 kq P2O3, 4,4 kq K2O torpaqdan aparır.
1 ton əsas və əlavə məhsulla 2,4 kq N, 1,6 kq P2O3, 4,4 kq K2O torpaqdan aparır.
Planlaşdırılmış məhsul 40 ton/ha olacağı ehtimal edilir.