«Fosbyuri-flop» üsulu ilə tullanmanın təkmilləşdirilməsi.
Aşağı siniflərdə Siz qaçaraq hündürlüyə tullanmanın
«addımlama», «aşma» üsullarına yiyələnmişsiniz. Bu üsulların əsas fazaları,
onların rolu haqqında məlumata maliksiniz. Siz bu məlumatlara və icra
bacarıqlarına əsaslanaraq «fosbyuri-flop» üsulu ilə hündürlüyə tullanmanın hərəkət
texnikasını təkmilləşdirə bilərsiniz. Bunun üçün ilk növbədə hər biriniz bu
hərəkətin icrası üçün zəruri şəraiti, yəni, hərəkət trayektoriyasını qurmağı
bacarmalısınız. Bu da hərəkətin qövsvari qaçış hissəsinə aiddir. Bu hissənin
qurulması nümunəsi şəkil 19-da verilmişdir. «Fosbyuri-flop» üsulu ilə hündürlüyə tullanma zamanı qaçışın qövsvari
xəttinin sxemi.
«Fosbyuri-flop»la hündürlüyə tullanmanın fazaları.
Qaçış və təkan.
Sərbəst qıçla başlanır və qövsvari xətt üzrə sürətli tempdə icra olunur.
Qövsvari hissə sonuncu 3 qaçış addımında daha çox əyridir.
Təkan:
1. Hündürlük plankasından uzaq ayaqla icra olunur.
2. Təkan qıçı sürətlə, maksimal dərəcədə şaquli-yuxarıya olmaqla düzəldilir.
3. Sərbəst (holaylandırma) qıç dizdən bükülərək daxildə (hündürlük plankası
iə təkan ayağı arasında) kəskin holaylandırma hərəkəti icra edir. Sərbəst qıçın
hərəkəti və qaçış istiqaməti arasında təxmini olaraq 15-20%-lik bucaq yaranır ki,
bu da idmançıya kürəyini hündürlük plankasına tərəf döndərməyə imkan verir .
4. Baxışlar hündürlük plankasına istiqamətlənir. Bu səbəbdən də baş sərbəst
qıç tərəfdə çiyin üzərindən enmə sahəsinə tərəf döndərilir.
Hündürlük plankasının keçilməsi
1. Təkandan sonra boşaldılmış sərbəst qıç təkan qıçına yaxınlaşdırılır.
Bədən düzəldilir və bunun da hesabına kürək tez hündürlük plankasına tərəf
çevrilir və sürətlə yuxarıya qalxır. «Fosbyuri-flop»la tullanmada qaçış və təkan fazaları
2. Çiyinlər hündürlük plankası üzərindən keçdikdə aşağıya endirilir və
idmançı (şagird) hündürlük plankası üzərində «körpü» vəziyyəti alır
3. Çanaq hündürlük plankasını keçdikdə çanaq-bud oynağı bükülür, qıçlar
düzəldilir. Bədən «L» hərfinə bənzər vəziyyət alır.
Şəkil 21. Hündürlük plankasının keçirilməsi
Yerəenmə
1. Əvvəlcə yerəenmə sahəsinə yanlara açılmış qollar toxunur. Sonra
idmançı (şagird) «L» vəziyyətini saxlamaqla kürəyi üstə yerə enir. Bu zaman
gövdə əzələlərinin müəyyən gərginliyi saxlanılır.
2. Belə yerəenmə ancaq xüsusi avadanlığı olan sektorlarda mümkündür.
Qumdan olan enmə sahəsinə heç vaxt «Fosbyuri-flop» üsulu ilə tullanmaq olmaz.
Dostları ilə paylaş: |