Məmmədzadə Orxan Mülki müdafiə və İlk Tibbi yardım - 2 (1)-1
II. Hipoqlikemik koma Qanda şəkərin səviyyəsi 40 mq %-dən aşağı olduqda sü-rətlə inkişaf edir. Orqanizmdə insulinin artması (diabetli xəstələrə artıq dozada yeri-dilməsi və ya mədəaltı vəzi şişinin hasil etməsi nəticəsində) ilə əlaqədar olduğundan, buna insulin koması da deyilir. Hipoqlikemik komanın bilavasitə səbəbi beyin hü-ceyrələrində karbohidrat aclığı və bu fonda beyin damarlarının kəskin spazmıdır.
Komanın hər hansı növü üçün səciyyəvi olan mərhələlər hipoqlikemik koma za-manı daha aydın nəzərə çarpır:
1.Hipoqlikemiya - qanda şəkərin səviyyəsi 80 mq %-ən aşağı olur. Yüngül hipo-qlikemiya sutka ərzində qida qəbulu arasında böyük fasilələr olduqda da törənir. Əsəbilik, sonra ləngimə halı, yuxuculuq, süstlük, əmək qabiliyyətinin azalması, mə-də nahiyəsində xoşagəlməz hissiyyat müşahidə edilir.
Orqanizmin qlükoza ehtiyatını bərpa etdikcə (məsələn, bir stəkan şirin çay içmək-lə) bu hal keçib gedir, vaxtında aradan qaldırılmadıqda isə, sonrakı mərhələyə keçir.
2. Somnolensiya və ya hipersomniya (patoloji yuxuculluq) - xəstə təkbaşına qaldıq-da dərhal yuxuya gedir. Amma ona müraciət etdikdə oyanır və yuxuya getməzdən əvvəl olanları yaxşı xatırlayır. Peros (ağızdan) kifayət qədər şəkər verməklə qarşısını almaq olur.
3. Stupor - kəskin ləngimə halı, xəstə ilə danışarkən, söhbətin ortasında yuxuya get-məsi, yuxuya getməzdən əvvəl olanlara dair hissəvi amneziya müşahidə edilir. Müa-licə əvvəlki mərhələlərdə olduğu kimidir.
4. Sopor - xəstənin şüuru tutqunlaşır, bir sıra reflekslər itir, amma buynuz qişa qıcıq-landıqda və ya xəstəni adı ilə çağırdıqda cavab reaksiyası alınır. Damar tonusu pozu-lur.
5. Koma - son mərhələdir. Sopor və koma zamanı xəstənin huşu itdiyi üçün qlükoza-nı venaya yeridirlər.
6. l mərhələ -pasient ağrı qıcığına qarşı məqsədli reaksiya (iflic olmayan ətraflarla) verir.
7. ll mərhələ - pasient ağrı qıcığına qarşı məqsədsiz ümumi hərəkətlə reaksiya verir
8. lll mərhələ - ağrı qıcığına qarşı reaksiyanın olmaması, lakin beyin kötüyü refleks-ləri saxlanılır
9. lV mərhələ - ağrı qıcığına qarşı reaksiyanın olmaması eyni zamanda beyin kötüyü reflekslərinin itməsi, patoloji tənəffüsün meydana çıxması, bəbəklərin geniş və reak-siyasız olması