Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademyası
Sərbəst iş İxtisas: FTÇ
Kurs: III
Qrup: 120 A5
Fənn: Mülki müdafiə və İlk Tibbi yardım - 2
Tələbə: Məmmədzadə Orxan
Müəllim: Novruzova Mənzər
Baku 2022 Komatoz hallar və onların xüsusiyyərləri Koma (yunanca koma - dərin yuxu) - mərkəzi sinir sistemində kəskin ləngimə nəticəsində huşun itməsi, reflektor fəaliyyətin pozulması, həmçinin tənəffüs, qan dövranı və maddələr mübadiləsində dərin pozulmalarla xarakterizə edilən ağır pato-loji haldır.
Komanın müxtəlif növlərinin öz etiologiyası və patogenezi vardır. Lakin onların hamısının inkişafında beyin qabığının, qabıqaltı nüvələrin və beyin kötüyünün funk-siyalarının pozulması, xüsusən torabənzər törəmənin beyin qabığına fəallaşdırıcı tə-sirinin zəifləməsi başlıca rol oynayır ki, bunun da nəticəsində xəstə huşunu itirir.
Komatoz vəziyyətlərə endokrin vəzilərin, qaraciyərin, böyrəklərin patologiyası, eləcə də bəzi zəhərlənmələr zamanı maddələr mübadiləsinin ağır pozulması səbəb olur.
Bunların patogenezi və klinik əlamətləri etioloji amildən çox asılıdır. Bu baxımdan komanın ən çox təsadüf edilən növləri aşağıdakılardır:
I Diabetik və ya hiperqlikemik koma adətən diabetli xəstələrin qanında şəkərin səviyyəsi 350 mq %-dən yuxarı olduqda tədricən inkişaf edir. Xəstə huşunu itirir, arterial təzyiqi aşağı, nəbzi tezləşmiş və zəif, dili və dərisi quru, əzələ tonusu zəif ol-ur, tənəffüsü pozulur (Kussmaul tənəffüsü).
Diabetik komanın bilavasitə səbəbi hiperqlikemiya zamanı maddələr mübadiləsi-nin pozulması nəticəsində qanda çoxlu miqdarda olan keton cisimciklərinin mərkəzi sinir sisteminə toksik təsir göstərib, xüsusən beyin qabığında ləngimə törətməsidir. Xəstənin ağzından aseton iyi gəlir.
Diabetik koma həmişə ölümə səbəb olmayıb, bəzən xəstə həmin vəziyyətdən öz-özünə çıxır; amma təkrar komalar mütləq ölümlə nəticələnir.
Xəstəyə yardımın göstərilməsi: Diabetik komanın patogenezində sinir hüceyrələri-nin enerji aclığının, asidozun, orqanizmin susuzlaşmasının mühüm rol oynadığını nəzərə alaraq, xəstəyə təcili yardım göstərmək üçün dərhal venasına, sonra dərisi al-tına böyük dozada insulin yeritmək, çoxlu miqdarda fizioloji məhlul və bikarbonat məhlulları köçürmək lazımdır. İnsulinin böyük dozalarının törədə biləcəyi hipoqli-kemik komanın profilaktikası məqsədilə o mütləq qlükoza ilə birlikdə yeridilməlidir.