23
agentliyin 145-dən çox üzvü vardır. İZÇA-nın fəaliyyəti təkcə
qeyd olunan istiqamətlə məhdudlaşmır.
Qurum eyni zamanda
üzv ölkələrin hökumət dairələrilə xarici investisiya siyasəti,
eləcə də onun proqram və proseduraları haqqında məsləhətləş-
mələr aparır.
Haqqında danışdığımız beynəlxalq maliyyə kredit qu-
rumları ilə yanaşı regional maliyyə qrumları da, o cümlədən İs-
lam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Afrika İnkişaf Bankı
da fəaliyyət göstərir.
Beynəlxalq maliyyə təşkilatları bir neçə valyuta əməliy-
yatları həyata keçirir. Bu əməliyyatlardan ən geniş yayılmışı
təcili göndəriş üzrə valyuta əməliyyatlarıdır.
Bu əməliyyatlar
valyuta sövdələşmələrinin 90%-ni əhatə edir. Bu əməliyyat
spot əməliyyat adlanır və onun mahiyyəti ondan ibarətdir ki,
valyuta alqı-satqısında
müqavilə o, şərtə bağlanır ki, müqavi-
lədə nəzərdə tutulmuş məbləğ imzalanma anında qəti müəyyən
olunmuş kurs üzrə imzalanma günündən başlamaqla ikinci iş
gününün sonuna qədər müxbir banklara göndərilməlidir.
Valyuta əməliyyatlarının
digər qismini valyuta sövdə-
ləşmələri təşkil edir. Bu sövdələşmələrə forvard, fyuçers və
svop sövdələşmələri aiddir.
Forvard müqavilə bağlanandan
bir neçə gün ərzində
aparılan (reallaşdırılan) qabaqcadan ödəniş formasıdır. Əsas
etibarilə forvard əməliyyatları müqavilə üzrə valyuta məzənnə-
sinin tərəddüdündən (qalxıb-enməsindən) qaçmaq məqsədi ilə
bank və digər kredit təşkilatları tərəfindən aparılır.
Fyuçers əmtəə, valyuta, qızıl və qiymətli kağızların al-
qı-satqısı üçün pul məbləğinin müqavilə bağlandıqdan sonra
müqaviləyə uyğun məbləğdə ödəniş formasıdır. Bu sazişdə
başlıca məqsəd müqavilə müddətindən sonra alqı-satqı obyekti-
nin müqavilə qiyməti ilə faktiki məzənnə arasındakı fərqin əldə
edilməsidir. Fyuçers münasibətlərində uduzan tərəf hazırkı
birja qiymətləri arasında əmtəənin, valyutanın və s.-nin məzən-
nə fərqi məbləğində alışını, yaxud satışını həyata keçirir. Udan
24
tərəf isə qarşı tərəfin ziyanı hesabına öz mənfəətini təmin edir.
Bu əməliyyatda əsasən kontraktın baza aktivi kimi ABŞ dolları
çıxış edir.
Svop müəyyən müddətdən sonra yenidən əksinə müba-
dilə edilməsi şərtilə milli valyutanın xarici valyutaya mübadilə
edilməsidir. Bu əməliyyat daha
çox Mərkəzi Bank tərəfindən
həyata keçirilir. Mərkəzi Bank tərəfindən svop əməliyyatları
beynəlxalq səviyyədə likvidlik böhranlarını aradan qaldırmaq
məqsədilə çox zaman beynəlxalq maliyyə kredit institutları ilə
ə
laqəli surətdə aparılır. Bura aşağıdakı əməliyyatlar daxildir:
I.
Aktivlərin sonradan satılması şərtilə alınması;
II.
Qarışılıqlı şəkildə mənfəət əldə edilməsi məqsədilə
aktivlərin, qiymətli kağızların, eləcə də maliyyə öhdəliklərinin
mübadilə edilməsi;
III.
Öhdəlik yükünün qismən yüngülləşdirilməsi məqsədi
ilə borc öhdəlikli qiymətli kağızların emitent tərəfindən başqa-
ları ilə əvəz olunması və s.
IV.
Azərbaycanın beynəlxalq
maliyyə əlaqələri və gələ-
cək inkişaf strategiyası.
Azərbaycanın konkret aşağıdakı beynəlxalq maliyyə təş-
kilatları ilə əməkdaşlığı haqqında danışaq:
Dostları ilə paylaş: