Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Beynəlxalq vergitutma təcrübəsi və təhlili



Yüklə 169,19 Kb.
səhifə8/21
tarix02.01.2022
ölçüsü169,19 Kb.
#46141
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
AZ rbaycan respublikasi t HS l naziRL Y

1.3 Beynəlxalq vergitutma təcrübəsi və təhlili.
Sosial-iqtisadi dəyişikliklər respublikada bazar iqtisadiyyatının tələblərinə uyğun adekvat vergi tənzimlənməsi sisteminin formalaşdırılmasını obyektiv zərurətə çevirir.

Azərbaycan Respublikasında bununla əlaqədar olaraq vergiyə cəlb etmə­nin müasir konsepsiyasının elmi əsaslandırılması, vergi siyasətinin həyata keçirilməsi mexanizminin və vergitutma sisteminin təkmilləşdirilməsinin nəzəri-metodoloji prinsiplərinin yaradılması və s. kimi bir sıra müstəqil problemlər mövcuddur. Vergi sisteminin konseptual modelinin və onun həyata keçirilməsi mexanizminin formalaşdırılması; səmərəli vergi siyasətinin qurulması prinsiplərinin, onun taktika və strategiyasının müəyyən edilməsi; vergi tənzimlənməsi ilə dövlətin iqtisadi proseslərə büdcə, pul-kredit, valyuta-maliyyə vasitəsilə təsiri arasındakı qarşılıqlı əlaqələrin formalarının müəyyən edilməsi və s. bu problemlərə aiddir.

Ölkədə göstərilən məsələlərin həll edilməməsi səmərəli vergi siyasətinin həyata keçirilməsinə mənfi təsir göstərə bilər və bazar iqtisadiyyatının formalaşdırılması vasitəsi kimi vergilər özünün potensial imkanlarını reallaşdıra bilməz.

Ölkəmizdəson illər vergi qanunvericiliyində aparılan əsaslı dəyişikliklər, dövlətimizin yürütdüyü vergi siyasətini makroiqtisadi inkişafı stimullaşdıran səmərəli iqtisadi alətə çevirmiş, sahibkarlarla vergi xidməti əməkdaşları arasında münasibətlərin qarşılıqlı anlaşma əsasında qurulmasına səbəb olmuş, habelə vergi nəzarətinin təkmilləşdirilməsi vasitəsilə vergilərin vaxtında və tam həcmdə büdcəyə alınmasının təmin olunması məqsədilə vergi orqanlarının inzibati strukturunda adekvat islahatların həyata keçirilməsini zəruri etmişdir. Bütün ölkələrdə olduğu kimi, respublikamızın da vergi sistemi özünəməxsus çalarlara malikdir. Ümumiyyətlə, müxtəlif ölkələrin vergi sistemi müəyyən xüsusiy­yətlə­rinə - vergilərin strukturuna, növlərinə, onların tutulma qaydasına, vergi dərəcə­lərinə, yerinə yetirdiyi fiskal funksiyanın səlahiyyət dairəsinə, vergi bazasına, vergi güzəştlərinə və s. görə bir-birindən fərqlənir. Əlbəttə ki, bu qanunauyğun haldır, çünki formalaşan hər bir vergi sistemi müxtəlif iqtisadi, siyasi və sosial şəraitə uyğunlaşaraq həmin ölkənin vergi rejimini tənzimləyən qanunverici qüvvədir. Lakin beynəlxalq vergi sistemləri müəyyən prinsipial fərqlərə malik olsalar da, onlar arasında oxşar cəhətlər də mövcuddur.

Hazırda ölkəmizdə beynəlxalq standartlara uyğun sivil vergi sistemi qurulsa da dünya ölkələrinin bu sahədəki təcrübələrinin təhlili və öyrənilməsi, mövcud vergi sistemlərinin müqayisəsi, respublikamızda aparılan islahatları, görülən işləri daha dəqiq qiymətləndirməyə əsas verir.

Vergitutma sahəsində inkişaf etmiş dövlətlərin bir çoxu uzun tarixi yol keçmiş və hər biri demək olar ki, çevik vergi sistemi formalaşdırmışdır. Bu ölkələrdən bəzilərində, məsələn ABŞ, Kanada, Yaponiyada və s. büdcə, 3 səviy­yədə - federal (dövlət), regional və yerli vergilər tərtib və təsdiq edilir və bu sis­temə uyğun olaraq vergilər müəyyənləşdirilir. Güclü iqtisadi bazaya malik olan ABŞ, həm də sivil bazar münasibətlərinə uyğun vergi sisteminə malikdir. İnkişaf etmiş Avropa ölkələrinin vergi sistemi də ABŞ-da olduğu kimi çoxşaxəli və müxtəlifdir. Bu ölkələrdə icbari ödəmələrin ÜDM-da xüsusi çəkisi belədir: ABŞ-da-30%, Kanadada-34%, Fransa, Avstriya, Danimarka, Belçika və İsveçdə- 40%, Almaniyada isə 38%-ə çatır. ABŞ-da federal büdcə bütün gəlir və xərclərin təxminən 80%-ni, ştatların büdcəsi- 15%-ni, yerli vergilər isə 5%-ni təşkil edirsə, bu göstəricilər Kanadada müvafiq olaraq, 48%, 42% və 10% təşkil edir.

ABŞ-da federal vergilərin prioritet mövqe tutmasına baxmayaraq şəhər və digər yerli qurumların büdcəsinin formalaşmasında yerli vergilərin payı kifa­yət qədər yüksəkdir. Onlar federal və ştatların büdcələrindən ayrılan dota­siya­lar və subvensiyalarla bərabər, həm də yerli büdcələrin gəlirlərinin forma­laş­ma­sında mühüm rola malik olmaqla öz xərclərinin 80%-ni ödəmək qabiliyyətinə ma­lik­dir. ABŞ-da müstəqil maliyyə bazasına malik olan 83 min yerli idarəetmə orqanı fəaliyyət göstərir. Təcrübədə bələdiyyələrin vəsaiti hesabına yerli təsər­rüfat fəaliyyəti növlərinin inkişafına şərait yaradan xüsusi istehsal yerlərinin tikin­tisi də həyata keçirilir. Stimullaşdırıcı tədbir kimi buna müəssisələrin yerli vergilərdən birdəfəlik, və ya müvəqqəti olaraq azad olunmasını göstərmək olar. Ərazilərin sosial-iqtisadi infrastrukturunun inkişafına yönəldilən əsaslı vəsait qoyuluşunun böyük bir hissəsi dövlət hakimiyyəti və bələdiyyələr tərəfindən həyata keçirilir. Bu kapital qoyuluşları mənfəət əldə edilməsini nəzərdə tutmur, lakin dolayı yolla xüsusi kapitalın mənfəətinin artırılmasına xidmət edir. Bunlara ilk növbədə tikinti, nəqliyyat, rabitə sahəsində infrastrukturun inkişafına yönəl­dilən xərclər, su təchizatı sistemlərinin qurulması, tikintilər üçün torpaq sahələ­rinin hazırlanması və s. xərclər aiddir. Avropa ölkələrində bu sahədə nisbətlər bir az fərqlidir. Yerli vergilər çoxsaylı olmalarına baxmayaraq bir növ köməkçi rolunda çıxış edirlər. Əsas (federal) vergilər bütün səviyyəli büdcələr arasında qanunvericiliklə müəyyən edilmiş nisbətlərdə paylaşdırılır. Bu üsul Almaniyada özünü daha qabarıq göstərir.

ABŞ-da və bir sıra Avropa ölkələrində federal vergilər büdcəyə, yerli ver­gilər isə müvafiq olaraq yerli büdcəyə daxil olur. Almaniyada isə əsas vergi mən­bələri hesabına iki və ya üç büdcə formalaşır. Məsələn, fiziki şəxslərdən gəlir vergisi aşağıdakı qaydada bölüşdürülür: 43 faizi federal büdcəyə yönəldilir, 42 faizi müvafiq vilayətin sərəncamında qalır. 15 faizi isə yerli büdcələrdə saxlanılır. Korporasiyaların gəlirlərindən tutulan vergilər federal və vilayət büdcələrinə bərabər həcmdə daxil olur. [25]1

Digər Avropa ölkələrindən fərqli olaraq Almaniyanın vergi sistemində daha bir cəhət vardır. Burada gəlirlərin bölgüsü yalnız üfüqi deyil, eləcə də şaquli istiqamətdə tarazlaşdırılır. Burada yüksək gəlir gətirən ərazilərin (Bavariya, Vyurtemberq, Şimali Reyn-Vestfal) maliyyə vəsaitlərinin bir qismini nisbətən zəif inkişaf etmiş (Saksoniya, Şlezviq-Qolşteyn) bölgələrə köçürürlər. Bu üsul AFR-nın vergi sisteminin uzun müddətli təkamülü və inkişafı nəticəsində əldə etdiyi böyük nailiyyətidir.

Respublikamızdan fərqli olaraq inkişaf etmiş ölkələrin vergi sistemində birbaşa vergilər prioritetlik təşkil edir. Belə ki, Böyük Britaniyanın büdcəsində birbaşa vergilər 45,9%, vasitəli vergilər 31,4%, İspaniya vergi siste­min­də isə bu göstəricilər müvafiq olaraq 47,2% və 40,3% təşkil edir.



Fiziki şəxslərdən tutulan gəlir vergisi inkişaf etmiş ölkələrdə büdcənin mü­hüm gəlir mənbələrindən biri kimi çıxış edir. Son onillikdə bu vergidən yığılan vəsaitin həcminin ümumi vergi daxilolmalarındakı xüsusi çəkisi Almaniyada 23-27%, Böyük Britaniyada 25-30%, Yaponiyada 20-26%, ABŞ-da 30-40% arasında dəyişmişdir.


Yüklə 169,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin