Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Səmərəli vergi yükünün mahiyyəti və beynəlxaq təcrübəsi



Yüklə 169,19 Kb.
səhifə6/21
tarix02.01.2022
ölçüsü169,19 Kb.
#46141
1   2   3   4   5   6   7   8   9   ...   21
AZ rbaycan respublikasi t HS l naziRL Y

1.2 Səmərəli vergi yükünün mahiyyəti və beynəlxaq təcrübəsi.

Optimal vergi sisteminin qurulması vergitutmanın metodoloji əsaslarına yenidən

baxılmasını tələb edir. Vergilər yalnız prioqnozlaşdırılmış budcənin təmin edilməsi

aləti deyil, həm də iqtisadiyyatın inkişafının guclu stimuluna cevrilməlidirlər.

Vergilər iqtisadi munasibətlərin təkmilləşməsinə, maraqların tarazlaşmasına, paritet əsaslarla mulkiyyətin butun formalarının inkişafına komək etməlidir.

Vergi siyasəti sahəsində aparılan bir cox elmi tədqiqatların nəticələri gostərir ki,

bu və ya digər olkənin iqtisadi inkişafı iqtisadiyyatın vergi yukunun səviyyəsindən

asılıdır. Bununla yanaşı, olkədə siyasi sabitlik səviyyəsi də vergi yığımından asılıdır. Siyasi hakimiyyətin zəifləməsi ərəfəsində vergi borcları artır və dovlət oz

funksiyalarını həyata kecirmək ucun maliyyə təminatında problemlə uzləşir. Vergi

yığımının səviyyəsi isə olkənin iqtisadi inkişaf səviyyəsindən, iqtisadiyyatın strukturundan, əhalinin iqtisadi bilik səviyyəsindən, təkmilləşmiş muhasibat ucotu və vergi qanunvericiliyinin imkanlarından istifadə səviyyəsindən, əhalinin qanuna

əməletmə meyilliliyindən, olkədə formalaşan vergi mədəniyyəti və vergiodəmə

ənənələrindən asılıdır. Bu baxımdan “Vergi yukunun optimallaşdırılmasının nəzəri

əsasları” movzusu olduqca aktualdır. Bu istiqamətdə olkəmizdə və olkə hududlarından kənarda iqtisadcı alimlərin apardıqları araşdırmalar diqqətəlayiqdir. Lakin, bu araşdırmaları yetərli, qənaətbəxş hesab etmək də duzgun olmazdı. Bu baxımdan da vergi yukunun optimallaşdırılmasının təkmilləşdirilməsi istiqamətin- də daha geniş elmi araşdırmalar tələb olunur. [7]1

Vergitutma praktikasının nəzəri cəhətdən əsaslandırılması istiqamətində gorulən

işlər vergi nəzəriyyəsində oz əksini tapmışdır. Onların təkamulu iqtisadi fikrin muxtəlif istiqamətlərinin inkişafı ilə eyni zamanda baş vermişdir. Vergitutmanın umumi və xususi nəzəriyyələrini xronoloji ardıcıllıqla təhlil etmək fikrində deyilik. Lakin, bu sahədə bəzi məqamlara diqqət yetirmək tədqiqatın məqsədləri baxımından zəruridir. Qeyd etməliyik ki, vergilərin klassik nəzəriyyəsi daha yuksək nəzəri səviyyəyə malikdir. Bu nəzəriyyənin tərəfdarları vergilərə hokumətin saxlanılması ucun zəruri olan xərcləri təmin etməli olan dovlət gəlirlərinin bir novu kimi baxırdılar. XX əsrin ikinci yarısından başlayaraq vergilər bazar təsərrufatının umumi tarazlığının tənzimləyicisi kimi geniş istifadə olunur. Vergilərin belə istifadəsi xususən coxsaylı antibohran proqramlarda nəzərdə tutulur. Belə proqramlarda iqtisadiyyatın tənzimləyicisi kimi vergilərə muxtəlif rol ayrılır ki, bu da hokumət tərəfindən rəhbərlik edilən konsepsiyadan asılıdır. İngilis iqtisadcısı C.M.Keynsə (1886-1946) gorə tənəzzul dovru vergilər, istehsalı

stimullaşdırmaq ucun azaldılır. Tərəqqi dovrundə isə əksinə, vergilər artır, bu da investisiyanın artımının və bununla da iqtisadiyyatda həddindən artıq uyğunsuzluq- larınyaranmasının qarşısını almağa imkan verir. Tərəqqi dovrundə vergi daxil- olmalarının artımı tənəzzul dovrundə dovlət xərclərinin maliyyələşməsi səbəbindən yaranmış dovlət borcunu odəməyə imkan verir. Monetaristlərin nəzəriyyəsinə və iqtisadiyyat konsepsiyasına gorə vergilərin azaldılması effektiv istehsal ucun muhum stimul yaradır. XX əsrin 50-ci illərində monetar məktəbin ideoloqu M.Fridman (1912-2006) iqtisadi bohranın ən yuksək həddi dovrunun kecməsi ilə bazarda yalnız effektiv istehsalcıların qalması, digərlərinin isə muflisləşməsi zamanı vergi yukunu azaltmağı tovsiyə edir. Bu halda olkədə aşağı vergi dərəcələri investisiya ucun guclu istehsalcılara boyuk imkanlar yaradır və effektiv istehsalın daha da yuksək mərhələsinə kecməyə imkan verir. Təklif iqtisadiyyatı nəzəriyyəsi, vergi yukunu yungulləşdirərək rəqabət rejimini saxlamağı tovsiyə edir. Bunun ucun isə hətta kicik biznesə və ya cəmiyyətin tələbatını muəyyən dərəcədə odəyən məhsulları istehsal edən muəssisələrə vergi tətillərinin tətbiqi labud hesab olunur.

Vergi yukunun mahiyyətinə diqqət yetirək. Makroiqtisadi səviyyədə vergi yuku

- vergilərin cəmiyyətin ictimai həyatında rolunu xarakterizə edən vergi daxilolmalarının həcminin UDM-nin həcminə nisbəti kimi təyin olunan umumiləşdirilmiş gostəricidir. Xarici olkələrdə vergi yukunun orta səviyyəsi məlum səbəblərə gorə 40-45% təşkil edir.

Budcə mədaxilini məlum olduğu kimi, formalaşdırmaq verginin başlıca

funksiyasıdır. Lakin yeganə funksiya deyil. Vergi iqtisadiyyatın makroiqtisadi və

makromaliyyə səviyyəsində tənzimləyicisidir. Fikrimizi daha yığcam ifadə etsək,

deməli, vergi yuku vergi verəndən alınan verginin həcmidir. O ilk novbədə vergi

verənin aldığı mənfəətin səviyyəsindən asılıdır.

Bildiyimiz kimi, dovlət budcəsinin məqsədi olkənin iqtisadi, sosial və digər

strateji proqramlarının və problemlərinin həlli, dovlətin funksiyalarının həyata keci -rilməsi ucun qanunvericiliklə muəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Dövlət budcəsinin formalaşmasını və icra edilməsini ölkənin muvafiq hakimiyyət orqanları təmin edir. Büdcə siyasətinin onəmli fazası bazar iqtisadiyyatına kecid şəraitində gəlirlər hissəsinin formalaşma mənbələrini muəyyən etmək və maliyyə sabitliyinin təmin olunması istiqamətində budcə kəsirinin maksimum aradan qaldırılmasına nail olmaqdır. Qeyri-diskriminasiya xarakterli vergi siyasəti nəticəsində iqtisadiyyatın vergi yuku formalaşır. Ümumi daxili məhsulda vergilərin payını vergi yüku gostərir və

vergi mexanizmləri vasitəsi ilə formalaşır. Vergi mexanizmləri huquqi və ya fiziki

şəxslərin gəlirlərinin hansı hissəsinin vergi şəklində budcəyə odənilməsini muəyyənləşdirir. Bu mexanizmlərin formalaşmasında əsas rolu vergi qanunvericiliyinin muəyyən etdiyi vergi dərəcələri oynayır. Vergi yuku iqtisadi inkişaf səviyyəsindən, makroiqtisadi gostəricilərin dinamikasından asılı olaraq olkələr arasında bir-birindən fərqlənir. Adətən, iqtisadi cəhətdən inkişaf etmiş, yuksək sosial təminata malik olkələrdə vergi yuku kifayət qədər yuksək olur və onun boyuk hissəsi istehlakın uzərinə duşur. Vergi yuku makro səviyyədə iki gostərici ilə qiymətləndirilir:

 nominal vergi yuku;

 faktiki vergi yuku.

Nominal vergi yuku dedikdə, movcud qanunvericiliyə əsasən muəyyən olunmuş

vergi potensialı tam şəkildə səfərbər olunduğu halda əldə edilən daxilolmaların

həmin mərhələdə movcud olan nominal umumi daxili məhsula nisbəti başa duşulur. Nominal vergi yuku ilə faktiki vergi yuku arasındakı fərqlər vergidən yayınma dərəcəsini gostərir. Nominal vergi yuku nə qədər yuksək olarsa, ondan yayınma ehtimalı da bir o qədər cox olur. İqtisadi inkişafın səviyyəsindən asılı olaraq, dovlət vergi siyasətini həyata kecirərkən əhalinin gəlirlərinin yenidən paylanması, iqtisadi bərabərsizliklərin azaldılması, iqtisadiyyatın daxili və ya xarici investisiyalar hesabına inkişafının təmin edilməsi, xarici iqtisadi əlaqələrin stimullaşdırılması və s. məqsədləri əsas goturə bilər. Vergi siyasətinin dəyişməsi bilavasitə makroiqtisadi səviyyədə məcmu tələbə və məcmu təklifə təsir gostərir. Bu baxımdan, vergi siyasəti mobil xarakter daşımalı və iqtisadi aktivliyin stimullaşdırılmasında həlledici rola malik olmalıdır.

Dövlət xərclərinin, istehlak həcminin dəyişməsindən asılı olaraq vergi yuku dəyişir. Belə ki, dovlət xərcləri artdıqca, orta vergi yuku artır, azaldıqda isə azalır.

Bununla yanaşı, dovlət investisiyasına munasibətdə də oxşar yanaşma movcuddur.

İqtisadi inkişaf tempinin yuksəlməsi, şubhəsiz, iqtisadiyyatın vergi yukunun

artırılmasını tələb edir və əksinə. İstehlakın səviyyəsinin artması halında isə əks

mənzərə yaranır. İstehlak norması artdıqca orta vergi yuku azalır. Ona gorə də umumi daxili məhsulun istehlak və yığım komponentlərinin optimal nisbəti iqtisadi siyasətin əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlanmalıdır.

Məlumdur ki, vergi odəyicisinin uzərinə duşən vergi yukunun artması nəticəsində

əvvəlcə vergi sisteminin səmərəliliyi yuksəlir və oz maksimum səviyyəsinə catır,

sonra isə kəskin surətdə aşağı duşur. Bu zaman budcə sisteminin itkilərinin yerinin

bərbasında problemlər yaranır, cunki vergi odəyicilərinin muəyyən hissəsi ya muflisləşir, ya da oz fəaliyyətini dayandırır, digər hissəsi isə odəməli olduqları vergilərin məbləğinin minimal səviyyəyə endirilməsinin qanuni və ya qeyri-qanuni yolunu tapırlar. Sonradan vergi yukunun səviyyəsi aşağı salındıqda belə dağılmış istehsalı bərpa etmək ucun illər tələb olunur. Bundan başqa, vergidən yayınmanın real yolunu tapan vergi odəyicisi vergi yığımlarının əvvəlki səviyyəsi bərpa olunduqda belə vergiləri tam həcmdə odəməkdən yayınacaqdır .

Vergi yukunun buna gorə də optimal səviyyəsinin muəyyən edilməsi problemi

inkişaf səviyyəsindən asılı olmayaraq istənilən olkənin vergi sisteminin qurulması

və təkmilləşdirilməsində muhum rol oynayır. Vergitutmanın beynəlxalq təcrubəsi gostərir ki, vergi odəyicilərindən tutulan vergilər onun məcmu gəlirinin 30-40 faizindən cox olduqda iqtisadi fəallığın səviyyəsi aşağı duşur, olkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi azalır, olkədəki biznes muhiti oz şəffaflığını itirir. Onu da qeyd edək ki, bir cox olkələrdə vergi yuku gostəricisinin kəmiyyəti yuksəkdir. İsvecdə məsələn, vergi sistemi elə qurulmuşdur ki, vergi odəyiciləri ozlərinin gəlirlərinin 50% və daha artıq hissəsini dovlət xəzinəsinə odəyirlər. Bu hec də onların istehsalın inkişafına marağını azaltmır. Cunki başqa olkələrdə vergi odəyicilərinin oz gəlirləri hesabına həll etdikləri sosial xarakterli problemləri bu olkələrdə dovlət öz vəsaitləri hesabına həll edir. Bu isə ağır vergi yukundən narazılığın qarşısına sədd cəkir və maraqlar balansı gozlənilmiş olur.

Adətən tez-tez belə fikir irəli surulur ki, vergi yuku gostəricisinin səviyyəsi nə

qədər aşağıdırsa, iqtisadiyyat daha surətlə və dinamik inkişaf edir. Lakin digər

tərəfdən nəzərə almaq lazımdır ki, vergi yuku dovlətin oz normal fəaliyyətini təmin

edə biləcək həcmdə vergilərin budcəyə daxil olmasını təmin etməlidir .

Vergilərin UDM-un həcmində xususi cəkisi kimi muəyyən edilən vergi yuku

gostəricisinin hesablanması metodologiyası kifayət qədər sadə və aydın olmaqla

xarici olkələrdə geniş istifadə olunur.Vergi yukunun hesablanmasına muxtəlif yanaşmalar movcuddur. Vergi potensialının, əhaliyə duşən vergi yukunun səviyyəsinin, makro səviyyədə vergi yukunu və onun dinamikasını muəyyən edən və olkə iqtisadiyyatının əsas makroiqtisadi gostəriciləri əsasında təyin olunan vergilərin umumi daxili məhsulda (UDM) xususi cəkisinin hesablanması metodikaları məsələn, məlumdur. Praktikada ən umumi şəkildə vergi yuku vergi daxilolmalarının cəminin umumi daxili məhsulun həcminə nisbətinin faizlə ifadəsi kimi təyin olunur. Vergi yuku gostəricisinin belə təyin olunmasının bir sıra catışmazlıqları var. Əvvəla o, orta statistik vergi odəyicisinin uzərinə duşən vergi ağırlığının səviyyəsini təyin edir, konkret vergi odəyicisinin fərdi xususiyyətlərini nəzərə almır. Həqiqətən də istənilən olkədə yalnız fəaliyyət novlərinə gorə deyil, həm də digər əlamətlərinə gorə bir-birindən fərqlənən on minlərlə muəssisə fəaliyyət gostərir. Bu fərqlər həmin muəssisələrdə vergitutma bazasının formalaşmasına və deməli, odənilməli olan vergilərin həcminə təsir edir. Bunlar həmin muəssisələrin istehsal xərclərinin strukturu, kapitalın dovretmə surəti, istehsalın fond tutumunun muxtəlifliyi, gəlirlilik səviyyəsi və s.-dir. Vergi sisteminin formalaşmasında isə butun bunları nəzərə almaq olduqca murəkkəbdir. Butun bunlarla bərabər bu gostərici cox əhəmiyyətlidir, cunki vergiləri dovlət təyin edir və o, bu orta gostəricini nəzərə almalıdır. Bu gostərici olmadan dovlətin vergi dərəcələrini dəyişdirərkən, vergi guzəştlərini ləğv edərkən, umumiyyətlə, vergi qanunvericiliyində dəyişikliklər apararkən kecmək huququ olmadığı həddi muəyyən etmək mumkun deyildir. [12]1bAYCANIN VerGİ JUrNALI. 5/2012.

Vergi həddi vergitutmanın elə şərti gostəricisidir ki, bu nöqtədə həm dovlət xəzinəsi, həm də vergi odəyiciləri üçün, umumi daxili məhsulun büdcə sistemi vasitəsi ilə yenidən boluşdurulən optimal xususi cəkisinə nail olunur. Şərti nöqtənin bu və ya digər istiqamətdə hərəkəti vergi odəyicilərinin vergi qanunlarına tabe olmamasına, olkədən kapital axınına, vergidən yayınma hallarının kutləvi hal almasına səbəb olur. Bu catışmazlığın aradan qaldırılması ucun təcrubədə yeni yaradılmış dəyər və ya əlavə dəyər gostəricilərindən istifadə edilir. UDM gostəricisinin hesablanmasında əsas tələb il ərzində istehsal edilmiş məhsul və xidmətlərin dəyərinin bir dəfə nəzərə alınmasıdır, yəni hesablamalar zamanı yalnız son məhsul nəzərə alınsın və bir necə dəfə alınıb-satılan aralıq məhsullar nəzərə alınmasın. Son məhsul yenidən satılmaq ucun deyil, istehlakcılar tərəfindən son istehlak ucun alınan məhsul və xidmətlərdir. Aralıq məhsul isə son istehlakcıya catana qədər sonradan emal edilən və bir necə dəfə yenidən satılan məhsul və xidmətlərdir. Əgər olkədə iqtisadiyyatın butun sahələrində istehsal olunmuş məhsul və xidmətlərin dəyərini cəmləsək, onda istehsal edilmiş umumi məhsulun real həcmini təhrif edən coxsaylı təkrar hesablamalar qacılmazdır. Xalq təsərrufa- tının butun sahələri uzrə əlavə dəyərlərin cəmi umumi daxili məhsulun təkrar hesab nəzərə alınmadan qiymətini verir. Milli hesablar sistemində əlavə dəyərin tərkibinə amortizasiya, əməkhaqqı, muəssisələrin mənfəəti, onların aldığı renta, borc kapitalının faizləri və dolayı vergilər daxil edilir. Ona gorə də vergi yuku gostərici- sinin təyin edilməsində milli gəlir gostəricisindən də istifadə etmək olar. Milli gəlir il ərzində yaradılmış yeni dəyərdir. Bu gostəricinin həcmi umumi daxili məhsulun həcmindən amortizasiya məbləğlərini, dolayı vergiləri və dovlət subsidiyalarını cıxmaqla alınır.

Birinci paraqrafda göstərilənlərlə yanaşı, vergi daxilolmalarının həcminə müəyyən iqtisadi amillərin təsirini xarakterizə etmək ucun makroiqtisadiyyatda vergilərin elastiklik əmsalı adlanan gostəricidən istifadə olunur. Bu əmsal aşağıdakı dusturla hesablanır:


Yüklə 169,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin