§1. “İnsan kapitalı” anlayışının elmi məzmunu və praktiki əhəmiyyəti.
“İnsan kapitalı” anlayışı idarəetmədə insan amilinin zəruriliyini ifadə edir. İnsan kapitalı nəzəriyyəsi nəzərə çarpacaq dərəcədə 1950-1980-cı illərdə Q.Bekker, Dj.Mintsir, T.Şults, B.Beysbrod , B.Xansen və başqa iqtisadçıların elmi tədqiqatlarında yüksək yer almışdır.Bu anlayış və ona bağlı ideyalara hələ A.Smit və V.Petti, K.Marks, U.Farr və T.Vitsteyn və bir çox böyük iqtisadçıların elmi əsərlərində rast gəlinir.
Antiböhranlı idarəetmənin müasir konsepsiyasının inkişafı, bu ideyaya marağı yenidən artırdı. İdarəetmə təcrübəsi göstərirki, insan kapıtalı antiböhranlı inkişafın vacib amilidir. Odur ki, antiböhranlı inkişaf bu kapitalın yaranması və ondan rasional istifadəyə yönəltməlidir.
Ümumiyyətlə insan kapitalı ideyasına qayıdış və bu istiqamətin intensiv inkişaf etdirilməsi iqtisadi nəzəriyyədə bir çox səbəblərdən doğur. Bu elmi-texniki inqilab nəticəsində xalq təsərrüfatında baş verən real dəyişiklikləri nəzrə almaq istəyidir. Çünki, müasir şəraitdə sərvətlərin qeyri material elementlərinin (elmi yeniliklər, əhalidə təhsil səviyyəsinin yüksəlməsi və.s) toplanması bütün ictimai təkrar istehsal prosesi üçün birinci dərəcəli əhəmiyyət kəsb etməyə başlamışdır. Antiböhranlı idarəetməyə yaranan kəskin tələb bu amillərin təsirinini gücləndirir.
İnsan kapitalı biliklərin strukturu və xarakteri, intellektual potensial (problemlərin həllində təcrübə və biliklərdən istifadə edilməsi), motivləşdirmə, təhsil və əmək təcrübəsi, sağlamlıq, coğrafi səfərbərlik, fəaliyyət vərdişləri, informasiyaların axtarılması və alınması imkanlarını özündə birləşdirən ehtiyyatdır.
Əşyalardan fərqli olaraq insan kapitalı, insan daxilində olduğundan satıla bilməz, yaxud pul və material qiymətləri kimi heç kəsə vəsiyyət edilib saxlanıla bilməz. İnsan kapitalı nəzəriyyəsi imkan verir ki, şəxsi gəlirlərin bölgüsü strukturunu, əmək haqqının artımı dinamikasını, kişi və qadın əməyinin ödənişindəki qeyri-bərabərliyi, miqrasiyanın səbəbləri və s. halları izah etmək mümükün olsun. Məhz bu nəzəriyyə sayəsində təhsil investisiyaları iqtisadi artım mənbəyi kimi qəbul edilməyə başlanmışdır və heçdə digər investisiyalardan az əhəmiyyətli deyildir.
Təhsil uzun müddətli hərəkət amilidir. Təhsil prosesinin məhsulu isə daha mürəkkəb əməyə malik olan, yüksək ixtisaslı yeni keyfiyyətli işçi qüvvəsidir.
İnsan kapitalı (işçi tərəfindən toplanmış, bacarıq və bilik ehtiyatı), yalnız özünün mənsub olduğu insanın əməyində reallaşdırıla bilər. Bu kapitalın dəyərinin artması sahibindən əlavə hər hansı əmək məsrəfləri tələb etmir.
Dostları ilə paylaş: |