Azərbaycan Dövlət İqtisad Universiteti (unec) Baş müəl., I f. d Sevil Musayeva


§2. . İnsan kapitalı və sosial iqtisadi-proseslərin idarə esilməsi



Yüklə 25,75 Kb.
səhifə3/6
tarix01.01.2022
ölçüsü25,75 Kb.
#50453
növüMühazirə
1   2   3   4   5   6
UNEC 1640061658.docx

§2. . İnsan kapitalı və sosial iqtisadi-proseslərin idarə esilməsi.

Sosial-iqtisadi proseslərin idarəedilməsi hər zaman vacib məsələdir. Bu gün ən əhəmiyyətli məsələ isə insan kapitalının formlaşdırılmasıdır. Bu prosesləri idarəetmək olar və bu çox vacibdir.

İnsan kapitalı iki funksiyada təzahür edir: vasitəidarəetmə obyekti kimi. Onun formalaşması və istifadəsini idarə etmək olar. Bu daha çox heyyət ilə iş zamanı fəaliyyətin motivləşdirilməsi, ixtisas dərəcəsinin yüksəldilməsinin təşkili, fərdi xüsusiyyətlərin inkişafı üçün şəraitin yaradılması, iş üçün sosial-psixoloji atmosferin layihələndirilməsi və s. hallarda nəzərə çarpır.

İnsan kapitalının idarə edilməsində iqtisadi motivləşdirmə xüsusi əhəmiyyətə malikdir. Burada problem əməyin keyfiyyəti və onun ödənilməsi arasindakı əlaqənin düzgün təyin edilməsindədir.

İnsan kapitalının idarə edilməsində vacib amillərdən biri də onun inkişafına qoyulan investisiyalardır. Son dövrlərdə ABŞ-da fiziki kapitala qoyulan ənənəvi investisiyalarla müqayisədə insan kapitalına qoyulan investisiyalar durmadan artır.

Təhsil mütləq olaraq müstəqil dəyişiklik kimi qəbul edilməməlidir. Təhsilin hazırlıq səviyyəsi çox vaxt insanın şəxsi bacarığı və ailədə aldığı tərbiyədən asılı olur. Həm də təhsil yalnız səviyyəsinə görə deyil, eyni zamanda ixtisasa görə fərqli ola bilər. Bu cəhətdən əhəmiyyətli rol təhsilin istehsal funksiyasına deyil, informasiya (selektiv) funksiyasına aiddir.

Təhsil informasiya funksiyasını necə yerinə yetirir? Nəzərə alınsa ki,i stedadlı insanlar daha yüksək təhsil səviyyəsi əldə edirlər, deməli tədris prosesində sanki şagirdlərin öz istedadlarından asılı olaraq seçilməsi (ələkdən keçirilməsi) baş verir. Belə olan halda, təbii ki, sahibkar mütəxəssis seçimi zamanı işçinin potensial qabiliyyəti barədə informasiyadan istifadə edəcəkdir.

İnsan kapitalı yalnız idarəetmə obyekti kimi çıxış etmir, həm də müəssisənin inkişafında bir çox problemlərin həlli vasitəsi kimi, yəni idarəetmə vasitəsi kimi çıxış edir. İnsan kapitalının məqsədyönlü şəkildə formalaşdırılması və inkişafı idarəetmə mexanizmini zənginləşdirərək, ETT-nin bir çox problemlərini müvəffəqiyyətlə həll etməyə, istehsalın məhsuldarlığını artırmağa və müasir texnologiyalardan istifadə etməyə imkan verir. Bu nöteyi nəzərdən insan kapitalından istifadə idarəetmədə liderlik, motivləşdirmə sistemi, idarəetmə bacarığı, fəaliyyətin təşkili, korporativ mədəniyyət və sosial tərəfdaşlıq kimi yanaşmalar tələb edir. Bu amillər insan kapitalını sosial-iqtisadi proseslərə təsir vasitəsi kimi xarakterizə edir.



Yüklə 25,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin