II BÖLMƏ.Azərbaycanda rəqəmsal bankçılıqdan istifadənin artması yolları(Bank of Baku timsalında)
2.1 Rəqəmsal bankçılıq sistemi və onun mahiyyəti.....................................9
2.2 Rəqəmsal bankçılıqda qarşıya qoyulan hədəflər və ondan istifadənin artması yolları.........................................................................................................14
NƏTİCƏ....................................................................................................16
ƏDƏBİYYAT...........................................................................................17
GİRİŞ.
XXI əsrdə texnologiyalar elə sürətlə yenilənir ki, bir qədər əvvəl verilmiş ən cəsarətli proqnozları belə üstələyir. Texnoloji inkişafın gətirdiyi yeniliklər həyatımızın bütün sahələrində tətbiq olunur. Bu yeniliklərdən ən çox yararlanan qurumlardan biri də banklardır. Xüsusilə, son 20 ildə maliyyə texnologiyalarının inkişafı banklarda elektron xidmət sahəsinin sürətli inkişafına səbəb olmuşdur. Maliyyə texnologiyalarını nəzərə almamaq banklar üçün ölümə bərabər nəticələrə gətirə bildiyindən deyə bilərik ki, mövzu günümüz üçün olduqca aktualdır.
Banklar - istənilən ölkənin maliyyə kredit sisteminin əsas tərkib hissədir. Onlar pul vəsaitlərini yaradır, yığır və təqdim edirlər.
Tədqiqat işində bank sistemindəki yeniliklərə diqqət yetirilir. Bu, bank əməliyyatları üçün elektron vasitələrdən istifadə və məsafədən bank xidmətlərinin göstərilməsidir.
Bizim bu gün də istifadə etdiyimiz xidmət səviyyəsinə çatmaq üçün bank sistemi uzun bir təkamül yolu keçmişdir. İndi müştəri banka getmədən müxtəlif bank xidmətlərindən günün bütün saatlarında istifadə edə bilər.
Texnoloji inkişaflar, rəqabətin artması və müştəri məmnunluğunun qazanılması səyləri elektron bankçılıqda təklif olunan xidmətlərin sürətlənməsinə, çoxalmasına və asanlaşmasına zəmin yaradır. Günümüzdə bir bank şöbəsində edilən demək olar ki, bütün əməliyyatların elektron bankçılıq ilə də edildiyi görülür.
Bank müştəriləri elektron bankçılığın ən çox zaman qazanmaq, az xərc və istifadə asanlığı xüsusiyyətlərinə görə istifadə edirlər. Ən az faiz isə elektron bankçılığın qarışıq əməliyyat olduğunu deyir.
Fərqli səslənsə də, rəqəmsal və elektron bankçılıq eyni anlayışı ifadə edir və bank xidmətlərinin məsafədən təqdim olunması mənasını daşıyır. Müasir dövrdə internet imkanlarının və ödəniş terminallarının əhatə dairəsinin genişləndiyi, mobil telefonların kütləvi şəkildə istifadə edildiyi şəraitdə banklar və qeyri-bank təşkilatları bu avadanlıqlar vasitəsilə öz müştərilərinə yeni ödəniş xidmətləri təqdim etməyə meyil göstərirlər. Elektron bankçılığın istifadəsi ilə həyata keçirilən ödənişlər çevikliyi və rahatlığı ilə nağd ödənişlərdən fərqlənir. Elektron bankçılıq xidmətləri aşağıdakı formada təsnifləşdirilir:
Mobil bankçılıq – mobil qurğular (mobil telefon, planşet, kompüter və s.) vasitəsilə mobil rabitə kanallarından (GSM, CDMA, 3G, HSPA+, WiFi, LTE və s.) istifadə etməklə bank əməliyyatlarının həyata keçirilməsidir; Terminal bankçılıq – bankın özünəxidmət avadanlıqları (bankomat, infokiosk, ödəniş terminalı və s.) vasitəsilə bank xidmət(lər)inin həyata keçirilməsidir;
Dostları ilə paylaş: |