42
inzibati rayonlar erməni işğalından azad edildikdən sonra həmin rayonların
sosial-iq-
tisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlanaraq həyata keçiriləcəyi qeyd edilmişdir
[1]. Qeyd olunanlar bir daha göstərir ki, qarşıya qoyulan məsələlər xeyli aktualdır.
Tədqiqat işində Azərbaycan regionlarının (iqtisadi rayonların) əsas inkişaf göstəricisi
üzrə klasterləşdirilməsi həyata keçirilməsi, ayrı-ayrı iqtisadi rayonların sosial-iqtisadi
inkişafını xarakterizə edən göstəricilərin qarşılıqlı əlaqlərinin korrelyasiya-reqressiya
təhlilinin aparılması və alınmış nəticələrin təhlilinin aparılması qarşıya məqsəd olaraq
qoyulmuşdur. Kəlbəcər - Laçın iqtisadi rayonu üzrə zəruri məlumatların olmadığı sə-
bəbindən təhlillər on iqtisadi rayon üzrə aparılmışdır.
Regionların klasterləşdirilməsi
Məlum olduğu kimi Azərbaycan Bakı şəhəri və 10 iqtisadi rayondan ibarətdir.
Cədvəl 1. Azərbaycanın iqtisadi rayonlarının adları
Sıra sayı
Regionlar - iqtisadi rayonlar
1
Bakı şəhəri
2
Abşeron
3
Gəncə-Qazax
4
Şəki-Zaqatala
5
Lənkəran
6
Quba-Xaçmaz
7
Aran
8
Yuxarı Qarabağ
9
Kəlbəcər-Laçın
10
Dağlıq Şirvan
11
Naxçıvan Muxtar Respublikası
Bu iqtisadi rayonların bir sıra göstəricilərinin dinamikası verilmişdir (bax: Əlavə 1 -
Əlavə 11).
Regionlarda(iqtisadi rayonlarda) hər nəfərə məhsul buraxılışı göstəricisinə (
ESM_P)
görə klasterlərə ayrılmasını MatLab Tətbiqi Proqram Paketində (TPP) müvafiq funk-
siya əsasında həyata keçirilmişdir. Hər nəfərə düşən məhsul buraxılışı ən mühüm gös-
təricilərdən biri olduğu üçün regionların klasterlərə ayrılması bu göstəriciyə görə apa-
rılmışdır. Regionlarda 2019-cu və 2020-ci il üzrə hər nəfərə düşən məhsul buraxı-
lışının həcmi müvafiq olaraq cədvəl 2 və cədvəl 3-də verilmişdir.
Dostları ilə paylaş: