62
İlk öncə qeyd edilməlidir ki, dünya təcrübəsində vahid sandbox forması yoxdur. Bir
sıra səbəblərdən, xüsusilə də, maliyyə bazarlarının inkişaf səviyyəsindən asılı olaraq
sandbox rejiminin tətbiqi müxtəlif məqsədlər baxımından fərqləndirilir. Qeyd edək ki,
hazırda beynəlxalq təcrübədə aşağıdakı 3 (üç) növ sandbox fərqləndirilir:
İnnovasiyaları təşviq edən sandbox rejimi -
innovasiyaların təşviqinə və tənzimlənən
bazara daxil olmaq üçün xərcləri azaltmağa yönəlir. Bu rejimin qiymətləndirmə me-
yarı (keyfiyyət göstəricisi) bazara daxil olan yeni müəssisələrin, məhsul və xidmət-
lərin sayı ilə müəyyən edilir. Bu sandbox nümunəsinə Birləşmiş Krallıqda rast gəlinir.
Siyasəti təşviq edən sandbox rejimi
- innovasiyaların tətbiqində maneələrin aradan qal-
dırılması və mövcud tənzimləmə və siyasətin qiymətləndirilməsinə yönəlir. Bu növdən
olan sandbox rejimlərinin qiymətləndirmə göstəricisi isə tənzimləmədəki dəyişikliklər və
əvvəl qüvvədə olan tənzimləmə ilə imkan verilməyən yeni bazar iştirakçılarının sayı ilə
müəyyən edilir. Sinqapurda tətbiq edilən sandbox rejimi məhz bu növə daxilir.
Tematik sandbox rejimi.
Müəyyən edilmiş xüsusi innovasiya və ya siyasətin tətbiqinin
sürətləndirilməsinə yönəlir. Bu sandbox rejiminin qiymətləndirmə meyarı isə hədəf-
lənmiş iş modellərinin və ya sahələrin həcminin böyüməsi, habelə tənzimləmədəki
dəyişikliklərlə müəyyən edilir. Bu sandbox rejimi isə Syerra-Leone Mərkəzi Bankı
tərəfindən tətbiq edilir.
Sxem 1. Tənzimləyici-nəzarətedici qurumlar (TNQ) üçün Sandbox rejiminin üstünlükləri
Tənzimləyici-nəzarətedici qurumlar baxımından sandbox rejimini cəlbedici edən
amillərə ümumən prosesin nəzarət altında saxlanılaraq mütəmadi əsasda monitorinq
Dostları ilə paylaş: