65
fəaliyyətin qiymətləndirilməsi
– müəyyən edilən müddət ərzində fəaliyyət gös-
tərdikdən sonra yekun qiymətləndirmə aparılaraq əldə edilən nəticə və qarşıya qo-
yulan hədəflər təhlil edilir;
fəaliyyətin hüquqi əsasda davam etdirilməsi
– qanunvericilikdən asılı olaraq bu,
qeydiyyat, məktub, lisenziya, icazə və ya digər formalarda ola bilər;
şəffaflığın təmin edilməsi
–sandbox rejimi altında fəaliyyət göstərən təşkilatlar
öz müştərilərini (istehlakçıları) təşkilatın bu rejim altında fəaliyyət göstərməsi, qarşı-
laşa biləcəyi risklər haqqında əvvəlcədən məlumatlandırmalıdır.
II.
Sandbox rejiminin hüquqi tənzimlənməsi və beynəlxalq təcrübə
İnformasiya texnologiyaları sahəsində sıçrayışlı irəliləyiş,
bununla belə, qanunveri-
cilikdə islahatların aparılmasının uzun müddət tələb etməsi ilə əlaqədar tənzimləmənin
texnoloji tərəqqidən geridə qalması bir çox sahələrdə, xüsusilə də fəaliyyəti və isteh-
lakçılarının hüquqlarının ayrıca qanunvericilik aktları ilə tənzimləndiyi sahələrdə qa-
baqcıl texnologiya və həllərin istifadəsi ilə bağlı maneələrin olmasına yol açır. Sand-
box rejiminin tətbiqi isə bu problemin aradan qaldırılmasını,
hüquqi tənzimləmənin
yubandığı sahələrin ümumi inkişaf tendensiyasından geri qalmamasını, habelə tənzim-
ləmədə boşluqların və ya qeyri-müəyyənliklərin olduğu müddətdə istehlakçı hüquq-
larının müdafiəsini, innovativ maliyyə xidmətlərinin göstərilməsində təhlükəsizliyi və
bu fəaliyyət üzərində dövlət nəzarətini təmin edir.
Ənənəvi ardıcıllıqdan fərqli olaraq, “eksperimental hüquqi rejim” mənasını verən bu
rejimdə qanunvericilikdə əksini tapan müddəalar tətbiq olunmur, tam əksi tətbiq olu-
nub uğurlu nəticə əldə edilən münasibətlər və onları nizama salan müddəalar qanunve-
ricilikdə əksini tapır. Qanunvericiliyin pozulması təhlükəsi olmadan tətbiq edilən bu
rejim beynəlxalq təcrübədə “wait and see” and “test and learn” ifadələri ilə xarakterizə
olunur [3]. Belə ki, tənzimləyici-nəzarətedici qurumlar bu rejimi tətbiq etməklə nəza-
rət etdikləri sahədə mövcud olmayan yeniliyin nə qədər effektiv və gəlirli olduğunu,
istehlakçılarının hüquqlarının qorunma səviyyəsini və
müvafiq sahə üçün nə qədər
lazımlı olub-olmadığını müəyyənləşdirə bilirlər. Bu rejim müvafiq sahənin inkişafında
dövlət və özəl əməkdaşlığının rolunu artırmaqla, qanunvericiliyi lüzumsuz dəyişik-
liklərdən qoruyur.
“Eksperimental hüquqi rejim və ya sandbox rejimi” nə deməkdir? Necə tənzimlənir?
İstənilən növ yeniliyi tətbiq edərək buna eksperimental hüquqi rejim – sandbox deyilə
bilərmi?
Eksperimental hüquqi rejim ən çox maliyyə bazarlarında tətbiq edilən bir mexanizm
olsa da, artıq müxtəlif ölkələrdə tibb (şəxslərin tibbi diagnozu və əczaçılıq sahəsində
texnologiyaların istifadəsi və s.), nəqliyyat (pilotsuz uçuş aparatlarının istehsalı, lo-
Dostları ilə paylaş: