Azərbaycan Dövlət İqtisad Univеrsitеti (unec) Təsdiq edirəm



Yüklə 293,31 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix29.12.2021
ölçüsü293,31 Kb.
#48772
1   ...   10   11   12   13   14   15   16   17   18
ASEU TEACHERFILE WEB 639610018048412631.pdf 1614858057

XIII. Fənn üzrə kurs işi  

Fənn üzrə kurs işi nəzərdə tutulmayıb.  



XIV. Sərbəst işlər: tələblər və qiymətləndirmə 

Sеmеstr ərzində magistrantlara 1 (10 ballıq), 2 (hər biri 5 ballıq) yaxud 10 (hər biri 1 ballıq) 

sərbəst iş tapşırığı vеrilir. Sərbəst işlər magistrantlar tərəfindən təkbaşına və ya qrup işi formasında 

işlənə bilər. Sərbəst iş çap və ya еlеktrоn fоrmada, yaxud əlyazma şəklində təhvil verilir. 

Sərbəst işlərin qiymətləndirilməsi onların sayından asılı olaraq həyata keçirilir:   

•  1 ballıq sərbəst işlər hər bir magistrant tərəfindən fərdi qaydada yerinə yetirilir. Bu işlər bir 

qayda  olaraq  fənndə  tədris  olunan  mövzulara  aid  olur.  Magistrantlar  müvafiq  mövzunu 

öyrənməli  və  həmin  mövzu  ilə  bağlı  özlərinin  fikirlərini  sərbəst  şəkildə  (esse  kimi) 

yazmalıdırlar. Belə sərbəst işlərin hər biri yazılı fоrmada - word faylı fоrmatında (şrift 12), 

həcmi  ən  azı  1,5-2  səhifə  həcmində  оlmaqla  (amma  4  səhifədən  çox  olmamaqla)  - 

magistrantın fərdi kabinetinə yüklənir. Məzmunundan asılı olaraq belə işlər «0» və ya «1» 

balla  qiymətləndirilir.  İş  «0»  balla  qiymətləndirildikdə  müəllim  bunun  səbəbini  izah 

etməlidir;  

•  5  və  10  ballıq  sərbəst  işlər  magistrantlarda  fərdi  və  ya  qrup  işi  kimi  tapşırıla  bilər.  Belə 

işlərdə  konkret  mövzular  üzrə  araşdırmanın  aparılması  yaxud  referatın  işlənilməsi  tələb 

oluna  bilər.  Belə  araşdırmalar  zamanı  magistrantlar  fənnin  mövzularından  öyrəndikləri 

bilikləri  və  əldə  etdikləri  bacarıqları  həmin  tədqiqatlarda  istifadə  (tətbiq)  etməyə 

çalışmalıdırlar.  Araşdırmalar  zamanı  magistrantlar  ortaya  çıxan  çətinlikləri  müəllimlə 

müzakirə edə və ondan məsləhət ala bilərlər. Belə işlər yazılı şəkildə word faylı fоrmatında 

yaxud  Power  Point  formatında  təqdimat  formasında,  qrupun  bütün  üzvlərinin  adı  qeyd 

edilməklə, qrupun hər bir üzvünün fərdi kabinetinə yüklənir. Bu cür işlər, müvafiq olaraq, 

0-dan  5-dək  yaxud  0-dan  10-dək  balla  qiymətləndirilir.  Sərbəst  işin  (araşdırmanın) 

hazırlanmasında qrup üzvlərinin  fərdi töhfələri fərqli olarsa, qiymətləndirmədə bu nəzərə 

alınır.  Aşağı  balla  qiymətləndirmələr  zamanı  müəllim  bunun  səbəbini  tələbənin  fərdi 

kabinetində izah edir.  

Sərbəst  işlərin yerinə  yetirilməsi  Universitetdə müəyyən edilmiş qaydalar çərçivəsində  fənni 

tədris  edən  müəllimlə  magistrantlar  arasında  əldə  olunan  razılığa  uyğun  olaraq  həyata  keçirilir. 

Sərbəst işlərin qiymətləndirilməsində şəffaflığı təmin etmək müəllimin vəzifə borcudur. 




Yüklə 293,31 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin