Azərbaycan Dövlət İqtisad Univеrsitеti (unec) Təsdiq edirəm


XV. Fənn üzrə qiymətləndirmə



Yüklə 293,31 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix29.12.2021
ölçüsü293,31 Kb.
#48772
1   ...   10   11   12   13   14   15   16   17   18
ASEU TEACHERFILE WEB 639610018048412631.pdf 1614858057

XV. Fənn üzrə qiymətləndirmə  


Aralıq qiymətləndirmə  

Fənnin tədrisi prosesində magistrantın dərslərdəki cari fəallığı (mühazirədəki fəallıq, seminar-

məşğələdə  cavabları,  qrup  işlərində  iştirakı  və  s.)  10  ballıq  sistemlə  0-10  bal  arasında 

qiymətləndirilir.  

Fənnin  tədrisi  prosesində  magistrantın  əldə  etdiyi  bilik  və  bacarıqları  2  dəfə  kollokvium 

keçirilməklə qiymətləndirilir. Kollokviumlar, müvafiq  olaraq, tədrisin  birinci  və ikinci  ayı  başa 

çatdıqdan sonra yalnız həmin dövrdə keçirilən mövzuları əhatə edən suallar əsasında təşkil olunur. 

Kollokvimlar test üsulu formasında keçirilir.  

Hər kollokviumda magistrantın bilikləri 10 ballıq sistem üzrə 0-10 bal arasında (maksimum 10 

bal)  qiymətləndirilir.  Magistrant  kollokviumda  iştirak  etmədikdə  jurnalda    “0”  (sıfır)  bal  qeyd 

olunur.  

Yekun imtahan  

Fənnin  tədrisinin  sonunda  bir  dəfə  yekun  imtahan  təşkil  olunur.  Magistrantın  imtahandakı 

cavabı 0-50 bal aralığında (maksimum 50 bal) qiymətləndirilə bilər. İmtahan yazılı formada yaxud 

test  qaydasında  təşkil  olunur.  Fənn  üzrə  imtahan  sualları  yaxud  testlər  mühazirə  mətnləri  və 

məşğələ dərslərinin məzmununa uyğun olaraq tərtib еdilir. 

Yekun imtahanda magistrant minimum 17 bal tоplamazsa, onda imtahana qədər yığılan ballar 

tоplanmır, magistrant bu fəndən krediti qazanmır və onun fənn üzrə akademik borcu qalır.   

İmtahanın  nəticələrinin  qiymətləndirilməsi  ilə  bağlı  magistrantın  hər-hansı  şikayəti  olarsa, 

tələbə  Universitetdə  müəyyən  olunmuş  ümumi  qaydalar  əsasında  Apellyasiya  Komissiyasına 

müraciət edə bilər.  

 

Fənn üzrə yekun qiymətləndirmə 

Fənn  üzrə  magistrantların  yekun  biliyi  100  ballıq  sistem  üzrə  qiymətləndirirlir.  Balların 

maksimum miqdarı -100 baldır.  

Yekun imtahandan sonra magistrantın fənn üzrə topladığı bütün ballar toplanır və yekun qiymət 

(bal) hesablanır.  


Yüklə 293,31 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin