Azərbaycan döVLƏT İQTİsad universiteti unec X. H. Kazımlı, Q. S. Bayramov, B. C. Sadıqov


Kreditə görə real = Kreditə görə nominal — inflyasiyanın faiz dərəcəsi



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə203/302
tarix22.12.2023
ölçüsü5,84 Mb.
#190135
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   ...   302
Qiymet-2019

Kreditə görə real = Kreditə görə nominal — inflyasiyanın faiz dərəcəsi
 


faiz dərəcəsi

sürəti 
 
2. Kreditə olan tələb 
3. Dövlət sektorunun borc vəsaitlərinə olan tələbatının dəyişməsi
4. Valyutanın mübadilə məzənnəsi 
5. Investisiya risqindən asılı olan real qazanc. 
Müasir dövrdə xarici təcrübədə kredit resurslarına qiymətqoymada “dəyər +”, 
“qiymət liderliyi”, “əlavələr”, “kep”, “dəyər - sərfəlilik” , “praym - reyt” və s. 
modellər tətbiq olunur. 
“Dəyər +” modeli uyğun olaraq borc vəsaitləri ilə onların cəlb olunmasına 
sərf edilən əməliyyat xərclərinin toplanmasına əsaslanır. Burada kredit 
resurslarına olan tələbin nəzərə alınmaması digər modellərin tətbiqi üçün 
əlverişli zəmin yaradır.Onlardan biri digər modellərlə müqayisədə daha 
uzunmüddətli tətbiq dövrünə malik olan “praym- reyt” modelidir.Praym - reyt 
modeli XX 
əsrin 30-cu illərindəki böyük durğunluq dövründən etibarən 
Amerikada sadələşdirilmiş kredit dərəcəsi kimi tətbiq olunur. O, kredit qabiliyyətli 
müştərilərə qısamüddətli kreditlərin verildiyi sadə və ən aşağı dərəcədir. Ötən 
əsrin 90-cı illərinə qədər “praym - reyt” modeli sabit dərəcələrlə tətbiq olunurdu. 
Lakin qeyd olunan dövrdə bank sferasında rəqabətin güclənməsi nəticəsində onun 
iki sürüşkən variantı yarandı: “praym +” və “praym x”. 
Əgər kredit 10%-ə bərabər praym (bazis) dərəcəsi üzrə illik 12%-lə 
verilmişdirsə, onda bu “praym+ 2”, “praym x 1.2” kimi ifadə olunur.Onlar 
arasında əsas fərq ondan ibarətdir ki, faiz dərəcələrinin artdığı şəraitdə borclunun 
və yaxud borc alanın “praym x” modeli üzrə ödənişləri daha çox olur. 
Kredit resurslarının qiymətqoyma modeli olan “LİBOR 
ötən əsrin 
80-
ci illərindən tətbiq olunur.Onun yaranmasının başlıca səbəbi bank sferasının 
beynəlmilələlşməsi olmuşdur. Dollar üzrə kreditin topdansatış faizi əsasən 
London banklararası birjada müəyyən edilir ki, bu da iqtisadi ədəbiyyatlarda
London Interbank Offered Rate
yəni, London banklararası birjada təklif olunan 
333 


faiz norması adlanır. Eynilə Yapon iyeni üçün TİBOR, rubl üçün MİBOR 
müəyyən olunur.
Digər modellərdən fərqli olaraq, “kep “ modeli kreditlərə görə faizlərin 
bazis dərəcədən əlavə olan hissəsinə yüksək həddin məhdudlaşdırılmasını nəzərdə 
tutur. 
Sonrakı dövrlərdə bank xidmətləri bazarının sürətli inkişafı ilə əlaqədar cüzi 
faiz dərəcələri üzrə günlük, nəftəlik və aylıq kreditlərin verilməsi təcrübəsi geniş 
yayılmışdır. 
Kredit resurslarına qiymətqoyma modelləri hər bir ölkənin iqtisadi 
inkişafına və milli iqtisadiyyatın xarici kapitaldan asılılığına görə seçilə bilər.Bu 
zaman pul multiplikatoru göstəricisinə xüsusi diqqət yetirilir.
Dövlət maliyyə orqanları kredit resurslarının son yerləşdirilməsinə nəzarət 
etmır, ancaq onlara olan tələb və təklifi formalaşdırmağa çalışır, yəni bazarın 
konyukturuna və qiymət artımına fəal təsir etməyə çalışır.Qiymət artımını 
əvvəlcədən bildirmək məqsədilə Mərkəzi bankın uçot stavkalarının dəyişməsi, 
dövlət qiymətli kağızlarının satılması, büdcə kəsirinin azaldılması, kredit 
restriksiyası və digər tədbirlərdən istifadə edilir. Kredit restriksiyası bank 
kreditlərinin azaldılması və kredit emissiyasının məhdudlaşdırılması yolu ilə 
qiymətlərin həddən artıq artımının qarşısını almağa yönəldilən tədbirlər 
sistemindən ibarətdir.Bu siyasətin əsas elementi kreditin yüksək qiymətli 
olmasıdır.Bahalı kredit vəsaitin məqsədli istifadə edilməsinə, borc götürənlərin 
ssudaları vaxtında qaytarmasına, “riskli” istehlakçılardan azad olmağa kömək 
edir.Nəticə etibarilə, müasir bank praktikasında fərdi müştərilərin istehlak 
məqsədlərinin kreditləşməsinin ssudaların şərtlərinin diferensiallaşdırılması və 
kreditləşmə obyektlərinin genişləndirilməsi nöqteyi-nəzərindən təkmilləşdirilməsi 
tələb olunur. Odur ki, makroiqtisadi sabitləşmə və inflyasiyanın qarşısının alınması 
əhaliyə öz istehlak ehtiyaclarını ödəmək üçün bank kreditlərindən geniş istifadə 
imkanı verir.
Kredit resursları bazarında diqqəti cəlb edən digər bir səbəb kreditə görə 
faizlərin ümumi məbləğinin və qaytarılan məbləğin metodoloji baxımdan düzgün 
müəyyən edilməsidir.Kreditlərə görə faizlərin ümumi məbləği aşağıdakı düsturla 
hesablanır: 
Burada: 
F – 
hesablanmış faizlərin miqdarı 
i – 
kreditə görə faiz dərəcəsi 
k – 
təqvim ilindəki günlərin sayı 
d – 
kreditin verilmə müddətidir.
Ardıcıl olaraq, verilən kreditə görə qaytarılacaq məbləği aşağıdakı kimi 
müəyyən etmək olar: 

Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin