Azərbaycan döVLƏT İQTİsad universiteti unec X. H. Kazımlı, Q. S. Bayramov, B. C. Sadıqov



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə211/302
tarix22.12.2023
ölçüsü5,84 Mb.
#190135
növüDərs
1   ...   207   208   209   210   211   212   213   214   ...   302
Qiymet-2019

 
17.5. Tender qiym
ətəmələgəlməsi 
 
Tender qiym
ətəmələgəlməsi - bir neçə firmanın konkret müqaviləni 
qazanmaq üçün ciddi r
əqabətə girməsi şəraitində qiymətin yaranması prosesidir. 
Alıcı firma satıcı firmaların istehsal etdikləri məhsullarını və onların müəyyən 
texniki-iqtisadi xüsusiyy
ətlərini təqdim etmələri üçün müsabiqə elan edir. 
Müsabiq
ənin şərtlərinə uyğun olaraq rəqiblərilə müqayisədə ən optimal təklifi edən 
iştirakçı qalib sayılır. Torqlarda müəyyən olunan qiymətlər aşağıdakı amillərdən 
asılıdır: 

İddiaçının məqsəd və vəzifələri; 


əssisənin daxili imkanları ( potensial istehsal gücü, əmək, maliyyə 
resursları, ohtəlikləri yerinə yetirmək bacarığı); 

Müxt
əlif qiymətlərlə torqu qazanmağın imkanının qiymətləndirilməsi (bu 
r
əqib firmalar, iştirakçı məhsullarının keyfiyyəti, əvvəlki təkliflər 
haqqında informasiyalar tələb edir); 
H
ər hansı bir məhsulun xüsusi keyfiyyəti varsa və bu onu rəqib mallarından 
ayırırsa və yaxud istehlakçılar tərəfindən fərqli mal kimi qəbul olunursa, bu malın 
qiym
əti rəqiblərin qiymətindən asılı olmayaraq təyin edilə bilər.
Qapalı torqlardan və ya tenderlərdən dünyanın bir çox yerlərində dövlət 
sifarişlərinin, müqavilələrin əldə edilməsində və s. üçün istifadə edilir. Tender 
t
əşkilatçısı rəsmiləşdirilmiş istehsal təyinatlı malların, xidmətlərin təchizatçıları 
arasında seçim edir. 
Beyn
əlxalq səviyyədə tender prosedurunun reallaşdırılması kreditlərin, 
beyn
əlxalq maliyyə təşkilatlarının yardım proqramları vasitəsilə baş tutur. Tenderin 
pot
ensial iştirakçılarının təklifi “oferent” adlanır. Bu bahalı və vaxt aparan 
prosedurdur. 
Əgər firma kontraktı qazanmaq istəyirsə, rəqiblərinə nisbətən mallarına aşağı 
qiym
ət təyin etməlidir. Tender iştirakçısı tələb olunan məhsulun keyfiyyətinin 
əsaslandırılması üçün tenderdə iştirak edir. Torqda iştirak edən firma özünün 
aşağıdakı məqsədlərini müəyyən edə bilər: maksimum mənfəət, yeni bazarlara 
nüfuz, tam m
əşğulluq və potensial istehsal, bazarda özünə imic qazanmaq və s. 
Torqlar çoxlu malları əldə etmək istəyən çoxlu sayda alıcının və bir və yaxud bir 
neç
ə məhdud sayda satıcının olduğu vəziyyəti göstərir, və ya əksinə. Hərraclar tək 
satıcı və çoxlu sayda alıcının olduğu ticarəti göstərdiyi halda tenderlərdə isə əksinə 
olaraq bir alıcı (sifarişçi) və çox sayda satıcının (iddiaçı) olduğu ticarət növüdür. 
Beyn
əlxalq təşkilatlar (tenderçilər) malların alınması üsulu, sifarişlərin 
yerl
əşdirilməsi və podratların verilməsini bir sıra xarici ölkələrin malgöndərənləri 
354 


v
ə podratçıları ilə müqavilə bağlamaq yolu ilə həyata keçirirlər. 
Müasir dövrd
ə tenderlər kifayət qədər geniş yayılmışdır. Xarici ölkələrdə 
maşın və avadanlıqların satılmasının 80%-ə yaxını tenderin payına düşür. 
Əgər torqu satıcı təşkil edirsə onda alıcılar arasında ən yüksək qiyməti təyin 
ed
ən qazanır. Əgər torq alıcılar tərəfindən aparılırsa (satıcılar arasında rəqabət), 
onda 
ən aşağı qiyməti müəyyənləşdirən satıcı qazanacaq. Tərəflər arasında 
bağlanan müqavilədə göstərilən qiymət satış qiymətidir.Və onlar qərar qəbul etmək 
üçün informasiya daşıyıcısına çevrilir. 
Tender qiym
ətlərinin formalaşmasının geniş metodikasından istifadənin 
z
əruriliyinin əsaslandırılması vacibdir. 
T
əklif edilən malların qiymətlərinin əmələgəlməsi firma üçün tenderə qədər 
hazırlığın vacib mərhələsidir. Onun düzgünlüyü özündə torqda iştirak edən 
firmanın uğurunu daşıyır.
Qiym
ətlərin əmələ gəlməsinin metodologiyası qiymətəmələgəlmə konsep-
siyasının işlənib hazırlanması, qiymətlərin müəyyən edilməsi və əsaslandırılması, 
qiym
ət sisteminin formalaşdırılması, qiymətəmələgəlmənin idarə olunması üzrə 
ümumi qaydaların, prinsip və metodların məcmusundan ibarətdir.
Onun 
əsasında qiymət strategiyası işlənib hazırlanır. Metodika isə həmin 
strategiyanın reallaşdırılması üçün konkret tüvsiyyə və vasitələrdən ibarətdir. Odur 
ki, metodika metodol
ogiyasının tərkib elementidir. 
Qiym
ətqoyma təcrübəsində çoxlu sayda metodlardan istifadə olunur. Hər 
hansı metodun və ya metodlar qrupunun tətbiqi zəruriliyi isə aşağıdakı şərtlərlə 
əlaqədardır: 

M
əhsulun qiyməti onun təkrar istehsalı xərclərini tam əks etdirməlidir; 

Əmtəələrin keyfiyyətində və istehlak faydalılığında olan fərqlər 
qiym
ətlərin səviyyəsində ciddi uçota alınmalıdır. 
Qiym
ətlərin əmələ gəlməsinin metodlarını iki qrupa 

əsas (bazis) və 
alternativ metodlara ayırırlar. Əsas (bazis) metodlar qrupuna aşağıdakılar aiddir: 

x
ərc metodları (xərc metodu, aqreqat metod və normativ metod); 

parametrik metodlar (bal metodu, xüsusi güst
əricilər metodu və reqressiv 
t
əhlil metodu); 

normativ-parametrik metodlar. 
X
ərc metodu özündə tam xərclər, birbaşa, marjinal xərclər, qiymət siyasətini 
n
əzərə alan ( məqsədli mənfəət norması) informasiyaları əks edirir.
M
əlumdur ki, müəssisələrdə qiymətlərə dəyişən amil kimi baxılır və 
qiym
ətqoyma məsələsinin həlli zamanı onların maksimum, mümkün (orta) 
maksimum s
əviyyələri, seçilir. Qiymətlərin bu və ya digər səviyyəsinin 
seçilm
əsinin iqtisadi əsasları və məqsədlərinin öyrənilməsi də xüsusi diqqət 
m
ərkəzində olmalıdır. 
Bazar iqtisadiyyatı şəraitində qiymətlərin əmələ gəlməsində alternativ 
metodların tətbiqi xarakterikdir. Onlar aşağıdakılardır: 

qiym
ətlərin istehsal xərcləri əsasında müəyyənləşdirilməsi; 
355 



qiym
ətlərin tələbə meylliliklə müəyyən edilməsi; 

qiym
ətlərin rəqabətə meylliklə müəyyən edilməsi; 

qiym
ətlərin istehsal xərcləri ilə bazar vəziyyəti (konyunktura) arasında 
tarazlıüa meylliliklə müəyyənləşdirilməsi. 
İstehsal xərcləri əsasında qiymətin təyin olunması metodu. İstehsal xərcləri 
əsaslanan bu metodun məğzi odur ki, məcmu xərclər və firmanın almağa ümid 
etdiyi m
ənfəət toplanır. Bu zaman sabit xərclər ayrı – ayrı əmtəələrə görə 
bölüşdürülmür, yalnız realizasiya qiyməti ilə dəyişən xərclər arasında fərqlə 
öd
ənilir. Bu fərq “əlavə edilmiş” və ya “marginal” mənfəət adı almışdır. 
T
ələbə oriyentasiya ilə qiymətin müəyyən olunması metodu(və ya istehlakçı 
qiym
ətləndirməsi metodu). Bu ən orijinal qiymət əmələgəlmə metodlarındadır, 
bel
ə ki, daha çox istehsalçılar xərclərlə deyil, əmtəənin istehlakçı tərəfindən qəbul 
edilm
əsinə əsaslanaraq qiymət təyin edirlər.
İstehsalçı ondan çıxış edir ki, istehlakçı əmtəənin dəyəri ilə onun qiymətini 
qarşılaşdırır və onu rəqiblərin analoji göstəriciləri ilə müqayisə edir.
Bu metodda m
əhsulun diferensiasiyası nə qədər yüksəkdirsə, istehlakçı üçün 
qiym
ətlərin elastikliyi bir o qədər yüksəkdir. Əmtəələr texniki parametrlərə
dizayna, zövq
ə, keçirilən reklam kompaniyalarına, güvənliliyə, uzunömürlülüyə, 
istismarda q
ənaətliyə, satışdan sonra servisə və s. görə diferensiasiya oluna bilər. 
Bazarın diferensiasiyası məhsulun diferensiasiyası ilə sıx bağlıdır. Bu metodun 
uğurlu gerçəkləşdirilməsi ona əsaslanır ki, istehsalçı öz potensial alıcılarının 
t
ələbatlarını yaxşı tanıyır, öz məhsulunun spesifik xüsusiyyətlərinə diqqət cəlb 
etm
əyi bacarır və rəqiblərin imkanlarını real olaraq qiymətləndirir. 
Kapitala g
əlir metodu
 
istehsal x
ərcləri və planlaşdırılmış kapitala görə gəlirə 
əsaslanır. Metod ona əsaslanır ki, məhsul vahidinə çəkilmiş məcmu xərclərin 
üz
ərinə qoyulmuş kapitala faiz əlavə olunur. Bu metodun tətbiqi zamanı istehsalın 
rentabelliyi aşağıdakı kimi hesablanır: 

Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin