S.ƏLİyev: “TƏDRİSİn yüKSƏk səVİYYƏDƏ aparilmasi müƏLLİMLƏRİn təLƏBƏLƏRƏ olan



Yüklə 313,36 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix21.04.2017
ölçüsü313,36 Kb.
#15037
  1   2   3

S.ƏLİYEV:

“TƏDRİSİN YÜKSƏK 

SƏVİYYƏDƏ APARILMASI 

MÜƏLLİMLƏRİN 

TƏLƏBƏLƏRƏ OLAN 

MÜNASİBƏTİNDƏN ASILI 

OLACAQ” 

ATU-nun xarici tələbələrinin ingilis 

dilinin səviyyəsini yoxlamaq üçün 

imtahan keçirildi

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 16 (1613) 30 sentyabr 2015 - ci il                           Qiyməti 40 qəpik

2014/2015-ci tədris ilinin yekunları və 2015/2016-

cı tədris ilində universitet kollektivi qarşısında 

duran vəzifələr müzakirə edildi

Qarşılıqlı əməkdaşlığa 

dair müzakirələr aparılıb

Akkreditasiya 

komissiyası yaradıldı

BU  SAYIMIZDA 

3

3

2

4

5

Rektor Prezident 

təqaüdçüləri ilə görüşdü

4

Azərbaycan Respub-

likasının Prezidenti 

İlham Əliyev 2015-ci il 

üzrə beynəlxalq “Cənub-

Cənub” mükafatı ilə təltif 

olunub.

Sentyabrın 26-da Nyu-Yorkda 

mükafatın təqdim olunması 

mərasimi keçirilib.

Mərasimdə bildirilib ki, Pre-

zident İlham Əliyev əhalinin 

sosial rifahının yaxşılaşdırılması 

istiqamətində ölkə rəhbərliyinin 

siyasi iradəsi, bununla əlaqədar 

həyata keçirilən Dövlət proq-

ramları, savadsızlığın və yoxsul-

luğun minimuma endirilməsi və 

Minilliyin İnkişaf Məqsədlərinin 

uğurla həyata keçirilməsi 

istiqamətində görülən tədbirlərə 

görə “Cənub-Cənub” mükafatı 

ilə təltif olunub.

Mükafatı Prezident İlham 

Əliyevin adından xarici işlər 

naziri Elmar Məmmədyarov 

qəbul edib.

“Cənub-Cənub” mükafa-

tı BMT-nin Ərzaq və Kənd 

Təsərrüfatı Təşkilatı, Davamlı 

İnkişaf üçün Cənub-Cənub 

İdarəedici Komitəsi, Beynəlxalq 

Telekommunikasiya İttifaqı, 

Cənub-Cənub Əməkdaşlığı 

üzrə Beynəlxalq Təşkilat və 

BMT-yə üzv bir sıra dövlətlər, 

agentliklər və fondlar tərəfindən 

təsis edilib.

Bu mükafat BMT-nin hesabat-

larına əsasən, kənd təsərrüfatı 

və ərzaq təhlükəsizliyi, Minilliyin 

İnkişaf Məqsədlərində əsaslı 

irəliləyişlərə nail olmuş ölkələrə 

verilir.


AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq 

“Cənub-Cənub” 

mükafatı ilə təltif olunub

http://www.amu.edu.az

30 sentyabr 2015-ci il

2

Öz  növbəsində  ona  göstərilən 



di

qqət  və  qayğıya  görə  uni-

versitetin  rektoru,  akademik 

Ə.Əmiraslanova və elmi şuranın 

üzvlərinə  təşəkkürünu  bildirən 

yubilyar  “70  yaşın  nə  vaxt 

gəldiyini”    hiss  etmədiyini  dedi 

və  həmkarlarına  90-100  il  ömür 

arzuladı.

Bundan  sonra  “Azərbaycan 

Tibb  Universitetində  2014/2015-

ci  tədris  ilinin  yekunları  və 

2015/2016-cı tədris ilində univer-

sitet  kollektivi  qarşısında  duran 

vəzifələr”  barədə  universitetin 

tədris işləri üzrə prorektoru, pro-

fessor  Sabir  Əliyevin  hesabatı 

dinlənildi.

Azərbaycan xalqının ümummil-

li  lideri  Heydər  Əliyevin  təhsilin 

inkişafına  və  bu  sahədə  çalışan 

müəllimlərə həmişə böyük diqqət 

və  qayğı  göstərdiyini  xatırla-

dan  prorektor  qeyd  etdi  ki,  artıq 

Azərbaycan  təhsil  sistemi  yeni 

inkişaf dövrünə qədəm qoymuş-

dur.  Möhtərəm  Prezidentimiz 

cənab  İlham  Əliyevin  qayğısı, 

Heydər  Əliyev  fondunun  həyata 

keçirdiyi  layihələr  ulu  öndərin 

təhsil  siyasətinin  uğurlu  davamı 

və inkişaf meyarıdır.

Azərbaycan Tibb Universitetinin 

85 ildə keçdiyi yolu araşdırdıqda 

bu  ali  tibbi  təhsil  müəssisəsinin 

sürətli 


inkişafının 

ölkəmizin 

müstəqillik  illərinə  düşdüyünü 

söyləyən  S.Əliyev  ulu  öndər 

Heydər  Əliyev  cənablarının  və 

onun  daxili  və  xarici  siyasətinin 

layiqli  davamçısı  möhtərəm  İl-

ham  Əliyev  cənablarının  ölkəyə 

rəhbərlik 

etdikləri 

zamanı 

təhsilə,  səhiyyəyə,  sosial  inki-



şafa  diqqətin  artdığı  dövr  kimi 

səciyyələndirdi:  “Onların  yaxın-

dan dəstəyi və bilavasitə iştirakı 

ilə  universitetin  maddi-texniki 

bazası  üç  dəfədən  çox  artmış, 

müasir  avadanlıq  və  mülti-me-

dia  sistemi  ilə  təchiz  olunmuş  4 

klinik  tədris  bazası  tələbələrin 

və  professor-müəllim  heyətinin 

istifadəsinə  verilmişdir.  Keçən 

vaxt ərzində universitetin 41 ka-

fedrası  yeni  kliniki  və  tədris  ba-

zasına köçürülmüşdür”. 

2015/2016-cı tədris ilində I kursa 

hərbi tibb fakültəsi istisna olmaq-

la,  864  tələbənin  qəbul  olundu-

ğunu  nəzərə  çatdıran  prorektor 

bildirdi  ki,  həmin  tələbələrdən 

382-si  dövlət  hesabına,  562-si 

ödənişli əsasla təhsil alacaqdır. 

Universitetə  qəbul  olan  xa-

rici  vətəndaşlardan  19  nəfəri 

(keçən  tədris  ilində  18  nəfər) 

qardaş Türkiyə Cümhuriyyətində 

YÖK  yolu  ilə  bizim  universitetin 

«müalicə  işi»    və  «stomatologi-

ya» ixtisaslarını göstərərək qəbul 

olanlardır.  Bildiyiniz  kimi,  həmin 

82  tələbə  universitetimizdə  I-III 

kurslarda  təhsilini  başa  vur-

duqdan  sonra  öz  ölkələrinin 

müxtəlif  universitetlərinin  tibb 

fakültələrinə köçürülürlər. 

Universiteti tibb ixtisasları üzrə 

957  nəfər  bitirərək  həkim  ixtisa-

sı  almışdır.  Onlardan  115  nəfəri 

xarici  ölkə  vətəndaşıdır.  Univer-

sitetin  həkim  məzunlarından  63 

nəfəri fərqlənmə diplomuna layiq 

görülmüşdür. 

Hesabat 

ilində 


hərbi-tibb 

fakültəsinin  növbəti  buraxılışı 

olmuşdur.  Fakültəni  bitirən    82 

hərbi həkim və 38  hərbi feldşer 

Azərbaycan  silahlı  qüvvələri  sı-

ralarında xidmətə göndərilmişdir.  

Artıq  4  ildir  ki,  rezidenturaya 

qəbulun 2 mərhələdə aparıldığı-

nı  və  hər  mərhələnin  100  balla 

qiymətləndirildiyini  vurğulayan 

S.Əliyev  bildirdi  ki,  2015-ci  il 

qəbulu üçün müraciət edən 1280 

nəfər  həkim  və  məzunun  1119 

nəfəri  ATU-nun  məzunları  və 

ya  sonuncu  kurs  tələbələridir.  I 

mərhələdən keçid balını (30 bal) 

toplayanlar  1000  nəfər  olmuş-

dur  ki,  onlardan  da  958  nəfəri 

ATU-nun məzun və tələbələridir. 

I  mərhələdə  60  baldan  yuxarı 

nəticə  göstərənlər  218  nəfər  ol-

muşdur  ki,  bunların  da  hamısı 

universitetimizin  məzun  və  ya 

tələbələridir. 

II  Mərhələyə  1000  nəfər  bura-

xılmışdır  ki,  onlardan  51  nəfəri 

imtahana 

gəlməmişdir. 

949 

nəfərdən 549-u  lazımi miqdarda 



bal toplayaraq müsabiqəyə bura-

xılmışdır. 

S.Əliyev  hesabat  dövründə 

Universitetin 

elmi-tədqiqat 

hissəsinin də xeyli məhsuldar ça-

lışdığını  diqqətə  çatdıraraq  vur-

ğuladı ki,  elmi işlərin nəticələrinə 

görə  universitetin  əməkdaşları 

tərəfindən  12  monoqrafiya,  18 

dərslik,  44  dərs  vəsaiti,  5  kitab-

ça  və  sorğu  ədəbiyyatı,  3  elmi 

əsərlər  məcmuəsi,  32  metodik 

ədəbiyyat dərc edilmişdir.

Universitetin əməkdaşları xaric-

də  419,  eləcə  də  Respublika 

mətbuatında  724  elmi  iş  çap 

etdirmiş  və  müntəzəm  olaraq 

çıxışlar  etmişlər.  2014-cü  ildə  8 

Azərbaycan  patenti  alınmışdır 

ki, onlardan da 6-sı ixtiraya görə, 

2-si faydalı modelə görədir.

Məruzəsində 

universitetin 

tədris binalarında, klinikalarında, 

yataqxanalarında  və  həmçinin 

sağlamlıq 

düşərgəsində 

müəyyən  əsaslı  və  cari  təmir 

işləri  görülməsinə  də  yer  ayıran 

prorektor keçən tədris ilinin payız 

və  yaz  semestrlərinin  imtahan 

sessiyalarının nəticələri üzərində 

xüsusi  dayandı:  “2014/2015-ci 

ilin  yay  imtahan-məqbul  sessi-

yasının  başlanğıcından  6  nəfər 

akademik  məzuniyyətdə  ol-

muşdur.  Yaz  semestri  ərzində 

öz  ərizələrinə  görə  9  tələbə 

universitetdən xaric edilmişdir.  

Ümumiyyətlə,  tibb  universi-

teti  üzrə  kəmiyyət  göstəricisi 

94,8% (keçən il 78,2%), keyfiyyət 

göstəricisi 60,9% (keçən il 44,5%) 

olmuşdur  ki,  bu  da,  göründüyü 

kimi, keçən ilin göstəricilərindən 

xeyli yaxşıdır. 

Kredit  sistemi  üzrə  imtahan 

verməli  olanlardan  4018  nəfəri 

bütün  imtahanlarda  müvəffəq 

qiymətlər alaraq, sessiyanı başa 

vurmuşlar. 

2015/2016-cı  tədris  ili  üçün 

müxtəlif  ölkə  və  səfirliklərlə 

sıx  əlaqələr  saxlanılmış,  yeni 

əcnəbi  tələbələrin  universitetə 

cəlb  olunması  üçün  danışıqlar 

aparılmışdır.  Bunun  nəticəsidir 

ki,  2015/2016-cı  tədris  ili  üçün 

universitetimizə  150-yə  yaxın 

əc nəbi vətəndaş müraciət etmiş-

dir.  Onu  da  qeyd  etmək  lazım-

dır  ki,  bu  il  universitetimizə  yeni 

ölkələrdən  -  Liviya,  Hindistan, 

Nigeriya,  Əlcəzair  ölkələrindən 

də  tələbələr  qəbul  olunmuşlar. 

Bu  da  onu  göstərir  ki,  ildən-ilə 

universitetimizə  maraq  artır  və 

müraciət  edən  ölkələr  sırasına 

yeni-yeni ölkələr əlavə olunur. 

Tədris  proqramına  əsasən  yaz 

imtahan  sessiyasından  sonra 

tələbə  və  dinləyicilərin  isteh-

salat  təcrübəsi  haqqında  da 

şura  üzvlərinə  məlumat  verən 

S.Əliyev  universitetimizə  bu  il 

qəbul  olunmuş  tələbələrin  test 

imtahanlarında  yüksək  nəticələr 

göstərməsini  xüsusi  qabarda-

raq  qeyd  etdi  ki,    944  tələbənin 

395  nəfəri  600-dən  yuxarı  bal 

toplayaraq  universitetimizə  daxil 

olmuşdur,  yeri  gəlmişkən  qeyd 

edim ki, onlar əlaçı tələbələr he-

sab olunurlar. 

“Ölkə  başçısı  İlham  Əliyev 

cənablarının 

sərəncamına 

əsasən təyin olunmuş 102 Prezi-

dent təqaüdçüsünün 24 nəfəri bi-

zim universitetə daxil olmuşdur”–

deyən  prorektor    ötən  illərdə 

universitetə  qəbul  olunan  Prezi-

dent  təqaüdçülərinin  elə  I  kurs-

dan  aşağı  qiymət  alaraq  bu  adı 

itirmələrindən 

təəssüfləndiyini 

bildirdi.  

S.Əliyev 

çıxışının 

sonun-

da    universitet  kollektivinin  cari 



tədris  ilində  əvvəllər  buraxılmış 

nöqsanları  aradan  qaldırma-

ğa,  tələbələrlə  aparılan  tədris 

və  tədris-metodik  işi  günün 

tələblərinə  uyğun  qurmağa  çalı-

şacaqlarına əminliyini bildirdi. 

Məruzə  ətrafında  çıxış  edən 

kafedra  müdirləri  Eldar  Qası-

mov,  Arif  Əfəndiyev,  Ədalət 

Həsənov,  əczaçılıq  fakültəsinin 

dekanı  Tahir  Süleymanov  və 

immunologiya  kursunun  rəhbəri 

Lalə 

Abdullayeva 



hesabatı 

qənaətbəxş  qiymətləndirərək  bu 

sahədə  qazanılan  uğurlardan, 

həmçinin  mövcud  çətinliklərdən 

söhbət  açdılar.  Həllini  gözləyən 

problemlərlə bağlı təkliflərini irəli 

sürdülər.

Akademik 

Ə.Əmiraslanov 

müza  kirələrə  yekun  vuraraq 

məruzə  və  çıxışlarda  səslənən 

fikirlərə  münasibətini  açıqladı: 

“Biz  hər  tədris  ilinin  əvvəlində 

keçirilən  elmi  şuranın  iclasın-

da  tədris  işlərini  müzakirə  edi-

rik,  çünki  tədris  bizim  əsas 

sahəmizdir.  Əsas  vəzifəmiz 

yüksək ixtisaslı həkim və əczaçı 

kadrlar  hazırlamaqdır.  Şübhəsiz 

ki,  elmi  fəaliyyətimiz  də,  digər 

sahələr də vacibdir. Ancaq əsas 

işimizin  ana  xətti  tədrisdir.  Mən 

həmişə  demişəm  ki,  tədrisdə 

islahatlar  aparmaq  çox  çətindir. 

Bu  islahatları  ağrısız  həyata 

keçirmək  asan  deyil.  Ona  görə 

də  burada  çıxış  edən  kafedra 

müdirlərinin  narahatlığını  yax-

şı  başa  düşürəm.  Əgər  yadı-

nızdadırsa,  Boloniya  prosesinə 

ən  gec  qoşulan  da  Azərbaycan 

Tibb  Universiteti  oldu.  Biz  bir 

qədər  gözlədik,  xarici  ölkələrin, 

Azərbaycanda  bu  sistemə  keç-

miş  universitetlərin  təcrübəsini 

öyrəndik.  Əlbəttə,  mən  hesab 

etmirəm ki, bu ideal bir sistemdir, 

təbii  ki,  çatışmayan  cəhətləri  də 

var.  Düşünürəm  ki,  bu  sistemin 

çatışmayan  cəhətləri  üzərində 

işləmək  lazımdır.  Əsasnamənin 

içərisində  elə  məsələlər  var  ki, 

rektorun da səlahiyyəti yoxdur ki, 

onu dəyişsin. Bu əsasnamələrin 

bir  çoxu  hətta  Təhsil  Nazirliyi-

nin  yox,  Nazirlər  Kabinetinin 

qərarı  ilə  həyata  keçirilir.  Sizin 

təkliflərinizlə  bağlı  biz  dəfələrlə 

Təhsil  Nazirliyinə  müraciət  et-

mişik.  Sağ  olsunlar,  bir  çox 

təkliflərimizi  də  nəzərə  alıb-

lar.  Dərsə  davamiyyətə  görə 

bal  götürülsə,  tələbələr  dərsə 

gəlməyəcəklər.  Bizim  psixo-

logiyamızda  da  bir  qədər  fərq 

var.  Yəni,  xarici  ölkələrdə  bir 

çox  mühazirələr  könüllüdür.  Biz 

mühazirələri  könüllü  eləsək,  gö-

rün hansı mənzərə yaranar”. 

Universitetdə  aparılan  tikinti-

abadlıq  işlərinin  səviyyəsindən 

və  klinikaların  fəaliyyətindən 

ümumilikdə  razı  qaldığını  vur-

ğulayan  rektor  nə  qədər  ağır 

olsa  da,  kafedralarda  müəyyən 

ixtisarların  labüdlüyünə  də  to-

xundu.  Bu  məsələyə  insani 

nöqteyi-nəzərdən  yanaşmağın 

vacibliyini  önə  çəkən  universi-

tet  rəhbəri  “Elektron  universi-

tet”  yaratmaq  istiqamətində  də 

ciddi  işlərin  görüldüyünü  şura 

üzvlərinin diqqətinə çatdırdı.

Sonda  idman  kafedrasının 

nəzdində  yaradılan  idman  klu-

bunun  Əsasnaməsini  və  2016-

cı  ilin  əvvəllərində  universite-

tin  akkreditə  edilməsinə  uyğun 

olaraq  rektorun  əmri  ilə  yara-

dılmış  komissiyanın  tərkibini 

təsdiqləyən  Böyük  Elmi  Şura 

müsabiqə 

məsələlərini 

həll 


etməklə öz işini yekunlaşdırdı.

 

 



Arif MƏMMƏDLİ

2014/2015-ci tədris ilinin yekunları və 2015/2016-cı tədris ilində 

universitet kollektivi qarşısında duran vəzifələr müzakirə edildi

B Ö   Y Ü K   E L   M İ   Ş U   R A D A

Sentybrın 28-də Böyük Elmi Şuranın 2015-2016-cı tədris ilində ilk 



yığıncağını açan Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili, 

akademik Əhliman Əmiraslanov əvvəlcə universitetin tərbiyə işləri üzrə 

prorektoru, II daxili xəstəliklər kafedrasının müdiri, professor Rafiq 

Məmmədhəsənovu 70 illik yubileyi münasibətilə təbrik etdi və 1974-cü 

ildən həyatını universitetimizlə bağlayan yubilyarın fəaliyyətini yüksək 

qiymətləndirdi: “1990-cı ildən kafedra müdiridir,  universitetin ictimai-si-

yası həyatında çox yaxından iştirak edir. YAP siyasi şurasının üzvüdür, 

91-lərdəndir və 22 ildir ki, universitetimizdə prorektor vəzifəsində çalışır. İki 

çağırış Milli Məclisin deputatı olub, yenə də YAP-ın namizədi kimi siyahıda-

dır, əminik ki, 3-cü çağırış da seçiləcəkdir. Rəhbərliyi altında namizədlik və 

doktorluq dissertasiyaları müdafiə edilib. Əməkdar elm xadimi fəxri adına 

layiq görülüb, “Tərəqqi” medalı ilə təltif olunub. Rafiq müəllimin xidmətləri 

çoxdur və hesab edirəm ki, universitetimizdə yüksək ixtisaslı həkim kadrla-

rının hazırlanmasında indən belə də əlindən gələni edəcəkdir”.

30 sentyabr 2015-ci il

http://www.amu.edu.az

3

ATU-nun mətbuat xidməti

Azərbaycandakı ali təhsil müəssisələri arasında 

Tibb  Universiteti  xarici  ölkədən  ən  çox  tələbə 

qəbul  edən  universitetlərdən  biridir.  Hər  il 

olduğu kimi, bu tədris ilində də Azərbaycan Tibb 

Universitetində  oxumaq  istəyən  xeyli  əcnəbi 

gənclər universitetimizə müraciət edib.

Artıq  xarici  ölkələrdən  olan  abituriyentlərin  dil 

biliklərinin yoxlanılması məqsədilə imtahan keçirilib. İm-

tahanın təşkili və prosesə nəzarət Beynəlxalq əlaqələr 

üzrə  prorektor  Rəhimə  Qabulova  və  ATU-nun  xarici 

tələbələrlə iş üzrə dekanlığı tərəfindən aparılıb.

Xarici tələbələrlə iş üzrə dekan, tibb üzrə fəlsəfə dokto-

ru, dosent İsmayıl Əfəndiyev bildirib ki, rektorun əmri ilə 

yaradılmış xüsusi komissiya ATU-ya müraciət etmiş xa-

rici vətəndaşların təqdim etdiyi sənədləri araşdırıb. Bun-

dan  sonra  tələbə  olmaq  istəyən  əcnəbi  abituriyentlər 

üçün yazılı imtahan keçirilib. Esse sınağında 34 nəfər 

iştirak  edib.  Bunlarda  32  nəfərin  dil  biliklərinin  lazımi 

səviyyədə olduğu müəyyənləşib. Onlar universitetin ha-

zırlıq və birinci kursuna qəbul ediliblər.

Bu tədris ilində Azərbaycan Tibb Universitetinə qəbul 

olunmuş  xarici  tələbələrlə  universitetin  tədris  işləri 

üzrə  prorektoru,  professor  Sabir  Əliyev  və  beynəlxalq 

əlaqələr  üzrə  prorektor  Rəhimə  Qabulova  görüşüb. 

Prorektor onlara təhsildə uğurlar arzulayıb, hər bir kəsə 

gələcəkdə öz ölkələrində peşəkar həkim olmağı diləyib.

Sentyabrın 

18-də 

Azərbaycan 

Tibb 

Universitetinin  Tədris  Cərrahiyyə  Klinikasında 

Türkiyənin 

Turgut 

Özal 

Universiteti 

Xəstəxanasının  nümayəndələri  ilə  görüş 

keçirilib. Görüşün əsas məqsədi həm qarşılıqlı 

təhsil,  həm  də  tüp  bebek  (süni  mayalanma) 

tətbiqi  yönümündə  ATU  ilə  əməkdaşlıq 

etməkdir.

  Tədris  Cərrahiyyə  Klinikanın  baş  həkimi  Asiman 

Həsənov  qonaqlarla  görüş  zamanı  Azərbaycanda 

süni  mayalanma  ilə  bağlı  yüksək  ixtisaslı 

mütəxəssislərə  böyük  ehtiyac  olduğunu  vurğula-

yıb. Baş həkimin sözlərinə görə, bu mövzu hazırda 

ölkəmizdə aktualdır və süni mayalanma yolu ilə öv-

lad sahibi olmaq arzusunda olan ailələr çoxdur.

Görüş  zamanı  A.Həsənov  qonaqlara  Klinika 

haqqında  da  məlumat  verdi.  O,  ATU-nun  Tədris-

Cərrahiyyə  Klinikasının  2013-cü  ildə  fəaliyyətə  baş-

ladığını,  burada  cərrahi  və  diaqnostik  istiqamətlərdə 

18 kafedra, 20 şöbənin fəaliyyət göstərdiyini bildirdi. 

Baş həkim qeyd etdi ki, il ərzində burada 2 min 800 

tələbə, 400-dən çox rezident, 20-dən artıq doktoran-

tın  cərrahi  ixtisaslı  fənlər  üzrə  təhsili  ilə  40  profes-

sor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul 

olur:  “Bizim  tibbi  mərkəzdə  tələbələrin,  rezidentlərin 

və doktorantların təhsili və biliklərini artırmaları üçün 

mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laborato-

riyası vardır. Gənc mütəxəssis hazırlığını dünya stan-

dartları səviyyəsində aparmaq üçün MDB məkanında 

analoqu  olmayan  bacarıq  laboratoriyalarında  anato-

mik,  funksional  və  mulyaj  simulyantlar  quraşdırılıb. 

Buradakı bir çox avadanlığın üstünlüyü ondadır ki, bu 

cihazlara kompüterə yüklənmiş məlumatlarla yanaşı, 

xəstənin də maqnit rezonans, rentgen, kompüter to-

moqrafiyasından alınan görüntülərini yükləmək olur”.

Turgut  Özal  Universiteti  Xəstəxanasının  Baş 

həkiminin  müavini  dos.  Dr.  İsmayıl  Sərdaroğlu  da 

rəhbərlik  etdiyi  müəssisə  haqqında  geniş  məlumat 

verdi. Onun sözlərinə görə, 1996-cı ildə yaradılmış bu 

xəstəxana  universitetin  tibb  fakültəsinə  məxsusdur: 

“Xəstəxanalarımızda yüksək səviyyəli standartlara uy-

ğun xidmət göstərilir. Ən son texnologiya əsasında qu-

rulmuş modern laboratoriyalarımız, əməliyyatxanalar 

və çarpayı müalicə modulları, apteklərimiz, təcili tibbi 

yardım 24 saat xidmət verməkdədir”. Qeyd olundu ki, 

xəstəxanalarda illik 200 min klinik xəstə, 6 min yataq 

xəstəsi olur. Hər il təxminən 3 min əməliyyat aparılır.

  İ.Sərdaroğlu söylədi ki, hazırda xəstəxanada 250-

dən artıq uzman doktor və ümumilikdə 800-dən çox 

əməkdaş var. Xəstəxananın 3 ayrı məkanda filialları 

fəaliyyət  göstərir.  Bura  Türkiyənin  hər  tərəfindən  və 

xaricdən xəstələr gəlir. 

Qonaqlar xəstəxana tərəfindən göstərilən xidmətlər 

sırasında  Qadın  Xəstəlikləri  və  Doğum,Uşaq  Sağlı-

ğı  və  Xəstəlikləri  bölmələrini  vurğuladılar.  Klinikanın 

Qadın-doğum  şöbəsinin  müdiri  dos.  Dr.  Zəhra  Can-

san Duvan rəhbərlik etdiyi süni mayalanma şöbəsinin 

fəlaiyyətindən  danışdı.  Onun  sözlərinə  görə  klinika-

larına  Azərbaycandan  tüp  bebek  üçün  gedənlərin 

sayı  olduqca  çoxdur  və  aparılan  sorğular  göstərir 

ki,  xəstələrin  xidmətdən  məmnuniyyət  səviyyəsi  95 

faizdən də yüksəkdir.

  Görüşdə Tədris Cərrahiyyə Klinikasının beynəlxalq 

əlaqələr şöbəsinin müdiri Aygün Şükürova iştirak edir-

di.  Sonda  hər  iki  tibb  müəssisəsi  arasında  qarşılıqlı 

əməkdaşlıqla bağlı müzakirələr aparıldı.

ATU-nun xarici tələbələrinin 

ingilis dilinin səviyyəsini 

yoxlamaq üçün imtahan keçirildi

Qarşılıqlı əməkdaşlığa dair 

müzakirələr aparılıb

Görüşdə  ATU-nun  xa-

rici  işlər  üzrə  prorekto-

ru  Rəhimə  Qabulova 

son  illər  universitetdə 

görülən işlər, açılan yeni 

klinikaların 

fəaliyyəti 

haqqında 

ətraflı 


məlumat  verib.  Qeyd 

olunub  ki,  Universitetin 

Stomatoloji, 

Onkolo-


ji,  Tədris-terapevtik  və 

Tədris-cərrahiyyə  klini-

kalarının  hər  birində  ən 

müasir tibbi avadanlıqlar 

quraşdırılıb.  Dünyanın 

aparıcı  şirkətlərinin  is-

tehsalı  olan  bu  cihazlar 

müayinə  və  müalicə  işi-

ni  ən  yüksək  səviyyədə 

həyata 


keçirməyə 

tam  imkan  verir.  Abu-

Dabinin 

Cleveland 

Xəstəxanasının 

direk-


toru  Tariq  S.  El-Titi  isə 

öz  klinikalarının  imkan-

ları  haqqında  məlumat 

verib. 


O, 

ATU 


ilə 

gələcəkdə saziş imzala-

yıb, qarşılıqlı mütəxəssis 

mübadiləsinin 

təşkil 

olunması  istəklərini  də 



açıqladı.

Görüşdə 


ATU-nun 

beynəlxalq əlaqələr üzrə 

şöbə  müdiri  Nadir  Zey-

nalov,  Tədris  Terapev-

tik  Klinikanın  direktoru 

Surxay Musayev, Tədris 

Cərrahiyyə 

Klinika-


nın  baş  həkimi  Asiman 

Həsənov  və  Klinika-

nın  beynəlxalq  əlaqələr 

şöbəsinin  nümayəndəsi 

Aygün  Şükürova  iştirak 

edirdilər.



Yüklə 313,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin