lıqları üzrə ixtisaslaşıb.
gətirməkdir”.
salmanov Sergey çıxış edib.
http://www.amu.edu.az
30 sentyabr 2015-ci il
4
Məlum olduğu kimi, ölkəmizdə
«Təhsil
müəssisələrinin
akk re-
ditasiyası Qaydaları» təs diq edilib.
2015/2016-cı təd ris illərində ali təhsil
mü əssisələrinin akreditasiyası Azər-
baycan Respublikası Təhsil Nazirliyinin
qrafikinə uyğun aparılmalıdır. Buna
uyğun olaraq təhsil müəssisələrinin
akkreditasiyasının keçirilməsinə dair
Təhsil Nazirliyi tərəfindən xüsusi
cədvəl hazırlanıb.
Toplantını açan universitetin tədris
işləri üzrə prorektoru, professor Sa-
bir Əliyev bildirib ki, Azərbaycan Tibb
Universieti də həmin qrafikə uyğun
olaraq akkreditasiyanı keçirəcək.
Bu məqsədlə ATU-nun rektoru,
millət vəkili, akademik Əhliman
Əmiraslanovun əmrinə əsasən, akk-
reditasiya prosesini uğurla həyata
keçirmək üçün 57 nəfərdən ibarət
komissiya yaradılıb. Komissiyanın
tərkibinə universitetin prorektorları, de-
kanları, kafedra və şöbələrin müdirləri,
professor və müəllimləri daxildir.
Komissiyanın yaradılması ilə bağlı
keçirilən iclasda qeyd olundu ki, üzvləri
təhsil müəssisələrinin akkreditasiyası
qaydalarına uyğun aparılmasına nəza-
rət edəcəklər. Onlar tərəfindən son
kursda təhsil alan tələbələrin səviyyəsi
yoxlanılacaq. Bir neçə aydan sonra isə
komissiya üzvləri özünütəhlil toplantısı
keçirəcək və nəticələrə uyğun müvafiq
məlumatları Təhsil Nazirliyinə təqdim
edəcək.
İclasda ATU-nun tədris hissə müdiri,
dosent Nəsimi Qasımov akkredasiya
üçün qarşıya qoyulan tələblər haqqında
toplantı iştirakçılarına ətraflı məlumat
verdi.
Bildirildi ki, akkreditasiya–təhsil mü-
əs si səsinin fəaliyyətinin dövlət təhsil
standartlarına uyğunluğunun və оnun
statusunun
müəyyənləşdirilib
təs-
diq edilməsi prоsedurudur. Təhsil
müəssisəsinin akkreditasiyası təhsil
prоsesinin təşkilinin, maddi-teхniki ba-
zasının, təhsil prоqramlarının, kadr
pоtensialının, maliyyə resurslarının və
təhsil infrastrukturunun qəbul оlunmuş
dövlət standartlarına və digər nоrmativ
hüquqi aktların tələblərinə uyğunlu-
ğunun öyrənilməsi məqsədi ilə aparı-
lır və təhsil müəssisəsinin statusunun
müəyyən edilməsi, оnun fəaliyyətinin
növbəti müddətə uzadılması üçün hü-
quqi təminat yaradır.
Sentyabrın 18-də Azər-
baycan Tibb Univer-
sitetinin rektoru, mil-
lət vəkili, akademik
Əhliman
Əmiraslanov
qəbul
imtahanlarında
yüksək nəticə göstərə-
rək universitetə qə-
bul olan Prezident tə-
qaüdçüləri ilə görüş ke-
çirdi.
Rektor
Ə.Əmiraslanov
çıxış edərək, cari ildə Tibb
Universitetinə 24 nəfər
Prezident təqaüdünə la-
yiq görülən gəncin qəbul
olduğunu bildirdi. Onun
sözlərinə görə, bu tələbələr
yüksək bal topladıqları
üçün möhtərəm Preziden-
timiz tərəfindən “Prezident təqaüdü”
ilə təltif ediliblər: “Bu münasibətlə sizi
ürəkdən təbrik edirəm, sizinlə qürur du-
yuram. Siz bu universitetin fəxrisiniz,
qaymaqlarısınız. Biz fəxr edirik ki, siz
məhz bizim universiteti seçmisiniz”.
Sözünə davam edən akademik
Ə.Əmiraslanov tələbələrə ATU-nun
maddi-texniki bazası, təhsil siste-
mi, imtahanların keçirilmə qaydası
və tələbə yataqxanaları haqqında da
ətraflı məlumat verdi. O, universitetdə
bütün imtahanların insan faktoru olma-
dan, kompüter vasitəsi ilə, Virtual Test
Mərkəzində (VTM) keçirildiyini dedi:
“ATU-da yaradılmış 4 möhtəşəm klini-
ka universitetimizin əsas maddi-texniki
bazasını təşkil edir. Bu klinikalar elmi
texnologiyaların ən son innovativ
avadanlıqları ilə təchiz olunub.
Beynəlxalq standartlara uyğun
olan bu təchizat ATU-da elmin və
təhsilin yüksək səviyyədə aparıl-
masına geniş imkanlar verir”.
Rektor Əhliman Əmiraslanov
həmçinin qetd etdi ki, ATU-da
tələbələrin yaşayış şəraitinin
yaxşılaşdırılması məqsədilə inşa
edilmiş 6 yataqxana binasının
fəaliyyət göstərdiyini bildirdi. Onlar-
dan 1 və 6 saylı yataqxanalarda ATU-
da təhsil alan oğlan tələbələr, 2 və 3
saylı yataqxanalarda qız tələbələr, 5
saylı yataqxanada isə xarici tələbələr
yerləşdirilib. 4 saylı yataqxanada
müvəqqəti olaraq məcburi köçkünlər
məskunlaşıb. Hazırda ATU-nun 1
saylı yataqxanasında 172 nəfər, 2
saylı yataqxanasında 160 nəfər, 3
saylı yataqxanasında 291 nəfər, 5
saylı yataqxanasında 273 nəfər, 6
saylı yataqxanasında isə 368 nəfər
tələbənin yaşadığını da tədbir iştirak-
çılarının nəzərinə çatdırdı.
Tədbirin
sonunda
rektor
Ə.Əmiraslanov Prezident təqaüdünə
layiq görülmüş tələbələrin hər birinə
hədiyyələr təqdim etdi.
Ы mцалиъя-профилактика факцлтяси цзря
Мящяррямова Пяри Гафил qızı
Юмярова Эцлай Фярман qızı
Кяримли Ляман Араз qızı
Алыйева Нярмин Цзейир qızı
Дадашова Сяидя Яли qızı
Ялийева Айчин Рауф qızı
Байрамова Фярящ Мяммяд qızı
Исмайылзадя Зяриня Шащин qızı
Йцзбашова Сащиля Сали qızı
Cяфярли Лаля Елшян qızı
Щясянов Имамверди Рювшян oğlu
ЫЫ mцалиъя-профилактика факцлтяси цзря
Мащмудова Асйа Идрис qızı
Мяcидов Нурлан Namiq oğlu
Гулузадя Нярмин Сяфяр qızı
Ширинбяйли Тяраня Сеймур qızı
Исайев Мурад Садиг oğlu
Рцстямова Сяидя Ряшад qızı
Мирзяйева Ниэар Бящлул qızı
Надирли Лейла Мещди qızı
Бяьялийев Намазяли Аьалар oğlu
Сядряддинова Сябиня Ниймят qızı
Ширинов Турал Видади oğlu
Ейналлы Ялишащ Елман oğlu
Cяфяров Елшян Елдяниз oğlu
2015/2016-ъı тядрис
илиндя АТУ-йа дахил
олмуш Президент
тягацдчцляри
Rektor Prezident
təqaüdçüləri ilə görüşdü
Akkreditasiya komissiyası yaradıldı
ATU-nun mətbuat xidməti
30 sentyabr 2015-ci il
http://www.amu.edu.az
5
- Bu il universitetin müalicə-
profilaktika,
stomatologiya,
əczaçılıq, hərbi tibb, tibbi
profilaktika və tibbi biologiya
fakültələrinə minə yaxın tələbə
qəbul olub. Adətən yüksək bal
toplayanlar
universitetimizə
qəbul olduğundan, bu il də
elə olub. Sevindirici haldır ki,
bu il qəbul olan tələbələrin
400-ə yaxını 600-dən çox bal
toplayanlardır. Bu isə əlaçı
tələbə deməkdir. Tələbələrin
24-ü prezident təqaüdçüsüdür.
“Bilik
günü”
münasibətilə
hörmətli rektorumuz, akade-
mik Əhliman Əmiraslanov
tələbələrlə görüş keçirdi. Onun
həm də bu günlərdə prezi-
dent təqaüdçüləri ilə də görü-
şü oldu. Dəyərli tövsiyələrini
verərək yeni tədris ilində
on lara
uğurlar
arzuladı.
Bil diyiniz
kimi
universitet
rəhbərliyi daima əlaçı tə lə-
bələrin fəaliyyətini diqqətdə
saxlayır. Hər il olduğu kimi,
bu il də “Sabah” qrupu təşkil
olunub. Bu qrup 3-cü kurs-
dan fəaliyyət göstərir. Aşağı
kurslarda oxuyan tələbələr
üçün də bu tipli qrup yara-
dılır. Çalışırıq ki, tələbələr
həmçinin ingilis dilində də
dərs alsınlar. Tədrisin yüksək
səviyyədə
təşkilini
təmin
etmək məqsədi ilə möhtərəm
Prezidentimizin fərmanları ilə
universitetin yeni klinikaları
inşa edilərək istifadəyə verilib.
Tədris aparma ərazisi əvvəlki
illərə nisbətən 3 dəfəyədək
genişləndirilib. Bu da, heç
şübhəsiz, tələbələrin tibbi ba-
carıqları
mənimsəməsində
müs bət rol oynayır. Yataqxa-
na da əsaslı təmir olunaraq
tələbələrin ixtiyarına verilib.
Tələbələr üçün bu ildən başla-
yaraq kitabxana əsaslı təmirə
başlayıb. Təmir başa çatdıq-
dan sonra elektron kitabxana-
nın təşkil olunacağı nəzərdə
tutulub. Bu da tələbələrin
tədrisi
yüksək
səviyyədə
mənimsəməsində əhəmiyyətli
rol oynayacaq.
“Yeni dərsliklər nəşr
olunub”
- Bu il tələbələr dərslik problemi
ilə üzləşməyəcəklər ki?
- Son zamanlar yeni dərs-
liklərin sayı artıb. Bizim əksər
kafedramızda dərsliklər ha-
zırlanaraq çap olunub. Pato-
loji fiziologiya kafedrasında
əvvəllər situasiyalarla bağlı və
test suallarına dair dərsliklər
olub. Dərsliklərimiz bir neçə
il öncə həm kril, həm də latın
əlifbası ilə çap olunmuşdu.
Yeniləşməyə ehtiyac oldu-
ğuna görə, kollektiv son tibbi
nailiyyətlər nəzərə alınmaqla
yeni dərslik hazırlayaraq çap
etdirib, tələbələrə tədris olu-
nur. Doğrudur, bütün kafedra-
lar hələ ki, azərbaycan dilində
dərsliklərlə əhatə olunmasalar
da, hesab edirəm ki, yaxın
gələcəkdə bu problem mütləq
aradan qaldırılacaq. Amma
demək olar ki, kafedraların 90
faizi tam dərsliklə təmin olu-
nub.
- Yüksək bal toplayan tələbələr
sonralar
tədris
prosesində
problemlərlə üzləşmir?
- Yüksək balla univer siteti-
mizə daxil olan tələbələrin
demək olar ki əksəriyyəti
özləri ni doğruldur. Hazırda
ka fedralarımız da tələbələrin
qəbu luna tam hazırdır. Hör-
mətli rektorumuz Əhliman
müəl limin göstərişi ilə ka-
fedralar texniki vasitələr və
raktivlərlə
təchiz
olunub.
Təd risin yüksək səviyyədə
aparılması, keyfiyyət göstə-
riciləri isə indən sonra müəl-
limlərin
tələbələrə
olan
münasibətindən asılı olacaq.
Tələbə
çətinlikdən
qorxmamalıdır...
Yeni tədris ilinin başlaması
ilə əlaqədar tələbələrlə də gö-
rüşüb, onların təəssüratlarını
oxucularımızla bölüşmək qə-
rarına gəldik. Bizi ən çox ma-
raqlandıran isə yeni qəbul olan
tələbələrin fikirləri idi.
Hərbi tibb fakültəsinin I kurs
tələbəsi Mirmövsüm Şixəliyev
uşalıqdan həkim olmaq ar-
zusunda olduğunu bildirir. O,
əvvəllər stomatoloq olmaq
istəyib. Böyüdükcə fikrindən
daşınıb. Seçimi hərbi tibb
fakültəsi olub. Bu il imtahan
verərək 401 balla universitetə
qəbul olub. Dərslərin çətin
olduğunu dilə gətirən Mir-
mövsüm müəllimlərindən ra-
zıdır. Hesab edir ki, tənbəllik
etməsə, çətinlikləri arxada qo-
yacaq.
Mirmövsimin tələbə yoldaşı,
hərbi tibb fakültəsinin I kurs
tələbəsi Kamran Yunisov da
dərslərin çətin olmasını desə
də, yaxşı oxuyan tələbə üçün
bunun problemli hal olmadığı-
nı, çətinliyin onu qorxutmadığı-
nı bildirdi: “ Tibb Universitetinə
527 balla qəbul olmuşam.
Mən elə əvvəldən bura hazır-
laşmışam. Bu gün Vətənimizi
düşmənlərdən
qoruyanlar
bizim cəsur hərbçilərimiz və
əsgərlərimizdir. Ona görə də
qəlbimdən keçdi ki, Vətənimizi
göz bəbəyi kimi qoruyunların
sağlamlığının keşiyində du-
rum. Hesab edirəm ki, mən
bu addımı atmaqla qismən də
olsa, Vətən qarşısında borcu-
mu yerinə yetirmiş olaram”.
I müalicə işi fakültəsinin I
kurs tələbələri Aytac Həmido-
va,
Dürdanə
Yusifova,
Şəms Qurbanzadə, Fidan
Rüstəmzadə, Raya Əliyeva,
Elvin Mirzəyev də həkim ol-
maq arzusunda olduqlarını
bildirdilər. Universitetə qəbul
olduqları üçün çox seviniblər.
Müəllimlərdən və tələbə yol-
daşlarından razılıq etdilər.
Qədəm qoyduqları bu yeni
həyatda özlərinə dost və rəfiqə
də tapıblar. Savadlı həkim kimi
universiteti bitirmək arzusun-
da olduğunu da bildirdilər.
Fətəliyev Məhərrəm də 580
bal toplayaraq stomatolo-
giya fakültəsinə daxil olan
tələbələrdəndir. Ona stoma-
toloq olmaq arzusunu atası
aşılayıb. Məhərrəm deyir ki,
atasının bu peşənin incəlikləri
ilə bağlı söylədiyi fikirlərin
müsbət təsiri olub. Hesab edir
ki, bu peşəni müəllimləri ona
bir daha sevdirəcəklər.
“Bu ölkəni və milləti çox
sevdim”
Bəllidir ki, universitetdə yerli
tələbələrlə yanaşı, minə ya-
xın əcnəbi tələbələr də təhsil
alır. Biz onlarla da görüşməyə
nail olduq. İran İslam Respub-
likasından olan II müalicə-
profilaktika fakültəsinin 3-cü
kurs tələbəsi Saman Möhtati
Tibb Universitetində təhsil al-
dığı üçün fəxr etdiyini bildirdi:
“Bu universitetdə yaxşı oxu-
maq isə tələbədən asılıdır.
Tələbə inkişaf etmək istəyirsə,
mütləq çalışmalıdır. Çün-
ki burada birmənalı olaraq,
tələbənin biliklərə və təcrübi
vərdişlərə yiyələnmələri üçün
hər cür şərait var. Həm kli-
nik, həm də adi dərsləri nor-
mal şəkildə davam etdiririk.
Müəllimlərimizin savadından
və bizə göstərdikləri diqqət və
qayğıdan tam razıyıq”
Kərküklü Ömər Hamdi Cihad
da S.Möhtati ilə eyni fakültədə
oxuyur:
“Burada
oxumaq
mənim üçün böyük fəxrdir.
Elə uşaqlıqdan həkim olmaq
istrəmişəm. Müəllimlərimizdən
razıyam. Azərbaycan və bu
ölkənin insanları mənim çox
xoşuma gəldi. Əgər universi-
teti bitirəndən sonra bir həkim
kimi məni burada saxlasalar,
məmuniyyətlə razılıq verərəm.
Hər şey qaydasındadı.”
Əlbəttə, yeni tələbə üçün
yeni şəraitə alışmaq müəyyən
vaxt tələb edir. Dərslərin ağırlı-
ğı oxumaq və çalışmaq istəyən
tələbəni heç vaxt qorxutma-
malıdır. Onlar bir şeyi unut-
mamalıdırlar ki, nə qədər ağır-
lığa qatlaşsalar və nə qədər
çalışsalar, bir o qədər yaxşı
mütəxəssis olacaq, xalqına
bir o qədər xeyir verəcəklər.
Onlara yaxşı həkim olmalarını
arzulayan
Qabil ABDULLAYEV
Fotolar Cənnətalı Çingizindir
S.ƏLİYEV:
“TƏDRİSİN YÜKSƏK SƏVİYYƏDƏ
APARILMASI MÜƏLLİMLƏRİN TƏLƏBƏLƏRƏ
OLAN MÜNASİBƏTİNDƏN ASILI OLACAQ”
H
ər il olduğu kimi, bu il də sentyabrın 15-dən etibarən
Respublikada fəaliyyət göstərən orta və ali təhsil
müəssisələrində yeni tədris ilinə start verilib. Qızmar
yay tətilindən qayıdan Azərbaycan Tibb Universitetinin tələbə
şəhərciyində də bir canlanma var. Tələbə-müəllimlərin yeni
tədris ilinə necə başladıqları və ümumiyyətlə universitetdə bu
münasibətlə hazırlığın hansı səviyyədə olduğunu öyrənmək
məqsədilə tədris işləri üzrə prorektor, professor Sabir Əliyevin
“Təbib” qəzeti üçün mövqeyini öyrənməyi lazım bildik:
http://www.amu.edu.az
30 sentyabr 2015-ci il
6
Mütəxəssis sözü
A
zan səsini, tibet monaxlarının ruha-
ni musiqisini və qriqoryan nəğməsini
dinlədikdə səsin, süzülərək döyünən
bir ton əmələ gətirdiyini duyuruq.
Fərqli musiqi alətlərinin səsləri və bir
tonda xor oxuyan insanların səsi də
döyüntü (ritmik dalğa) əmələ gətirir,
səslərin və alətlərin səsi eyni ahəngli
olursa döyünmə yavaşıyır, fərqlənərək
aralandıqda isə sürətlənir. Bu, ən
maraqlı effektlərdən biridir
Tədqiqatçı Pover Monro olmasaydı, bu ef-
fekt yəqin ki, təkcə musiqiçilər üçün maraqlı
olardı. Elm aləmində bunun geniş yayılması-
na baxmayaraq səsin hər iki qulaq vasitəsi ilə
(sterofonik) eşitdikdə insanın ovqatına təsiri
öyrənilməmişdir. P.Monro insanın müxtəlif
istiqamətlərdən (sağ və sol kanalla) tezlikləri
yaxın səslərin eşidilməsini binaural adlanan
döyünmə və ya binaural ritm kimi duyulduğu-
nu kəşf etdi. Bir qulaq tezliyi 330 dal/san təmiz
ton eşidirsə, digəri isə 335 dal/san tezlikdə eşi-
dir. Beyin yarım kürələri bu an bir yerdə işləyir
və nəticədə o döyünmənin tezliyi 335 – 330 =
5 dal/san tezlikdə eşidilir, bu həqiqi zahiri səs
deyil, əksinə kabusdur. Bu, insan beynində iki
eyniahəngli işləyən beyin yarım kürələrindən
gələn elektromaqnit dalğalarının sintezi
nəticəsində yaranır. İnsan bu “səsləri” eşidən
zaman, beyində nə baş verir?.
İnsan beyni təbiətin ən böyük sirridir. Mil-
yardlarla sinir hüceyrələrinin giqant populya-
siyaları və sinir əlaqələrinin daha çox astra-
nomik ədədlə sayı təbii inkişaf edən effektli
neyronlararası kombinassiyalar, özü - özünü
təsdiq edən formada məxsusi quruluşa ma-
likdir. İnsanın motivasiyaların proqramlaşdı-
rılmasında və davranışlarında, mismar ça-
lınması kimi sadə aktlardan elmi hipotezlərin
düşünülməsinədək, mürəkkəb şəxsiyyətlərarası
əlaqələrin və ekzistensional düşünmələrə
qədər, bu proseslərin yaranmasının subyektiv
obrazı, real ilkin təqdim olunma şəklində da-
vam edir. Bütöv hər şey və təbiətin özü də,
beynin hakim araşdırması nəzarətindədir. Psi-
xofizioloqlar sinir hüceyrələrinin menbranın
da 70- 80 mkv elektrik potensiallarını aşkar
etdi. Menbran potensialının və sinir impuls-
larının akson boyunca yayılması, kaskat-
la gücləndirilmiş elektrik siqnalı vasitəsilə
təchiz olunmur, bunu adi voltimetrlə qeyd
etmək olur. Neyronların dinamiki vəziyyəti
yüngül gecikmələrlə elektrik qeydedicilərinin
əqrəblərinə ötürülür. Beyin qabığının elektrik
fəaliyyəti yuz dəfələrlə zəifdir. Bunu ilk dəfə
alman psixiatrı Hans Berqer öyrənmişdir.
Son illərdə elektroensefaloqrafiya (EEQ)
müayinə üsulunun kəşfi beynin bioelektrik
fəaliyyətinin öyrənilməsinə imkan yaratdı. Baş
beynin ritmlərinin tezliyi, müəyyən şəraitdə,
məsələn: zəif elektrik cərəyanı impulsları, işıq
parıltısı və səs şıqqıltısı, işıq dalğalarının tez-
liyi, beyin ritmlərinin təbii tezliklərinə uy-
ğundursa eyni ahəngli olur. Baş beyində qı-
cıqlara müvafik 8,0-25 hs intervalda tezliklər
asanlıqla izlənir, məşq nəticəsində bu tezlik
fasilələri beynin təbii tezlik diapazonuna-
can genişləndiriir. Hal-hazırda beyində 5 əsas
ritm ayırd edilir; fikrin və düşüncənin müxtəlif
hallarında, onların özünə məxsus diapazonu
və tezliyi üstün olur. Bu dalğalardan sürəklisi
beta - ritmlərdir. Ayıq vəziyyətdə, gözü acıq
ətrafı seyr etdikdə və ya cari problemlərin
həlli üçün fikrimizi cəmləşdirdikdə, dərk
etdikdə və narahatçılıq, qorxu, təşviş za-
manı da beynimizdə 14 - 40 hs, (müasir fikrə
görə 100 hs qədər) tezlikli beta dalğalar üs-
tünlük təşkil edir. Depressiya, seçici diqqətin
pis olması və informasiyanın yadda saxlanması
zamanı beta dalğalar itir. İnsanların müəyyən
qisminin beynində böyük həcmdə yüksək tez-
likli beta və çox kiçik həcmdə alfa, teta
diapazonu relaksasiya dalğaların üstünlüyü
olmaqla gərgin vəziyyətdədirlər. Onlar siqaret
çəkmək, çox yemək, şirnikləşdirici oyunlar,
narkotikdən və alkoqollu içkilərdən asılı-
lıq kimi tez -tez səciyyəvi davranışlar edirlər.
Bunlar belə şeylərə müvəffəq olan insanlar-
dır, onlar zahiri qıcıqlara qarşı çox həssas
və digərlərdən fərqli olaraq, daha tez cavab
verirlər. Adi hadisələr onlara həddən çox
stressli görünür, gərginlik və təşvişi azalt-
maq üçün spirtli içki və narkotikdən istifadə
etməyə məcbur olurlar. Gərginliyin artması-or-
qanizmin neyrotənziminin pozulması ilədir.
Bu insanların beyninə müxtəlif təsirlər beta
fəallığın həddini aşağı salır və uyğun olaraq
relaksasiyaedici alfa və teta ritmlərin faizlə
miqdarını artırır.
Amerikada “Milli Mental sağlamlıq institu-
tu” nun banisi Ph. Henri Adams və Vaşinqton
müqəddəs Elizabet qospitalının «alkoqolizmin
tədqiqat proqramı» üzrə mütəxəssisləri, qısa
alkaqol inandırıcı təlqin müşayiətləri zamanı
alfa – teta relaksasiyasının bir mövsümündən
sonra ən ağır spirtli içki əyyaşları, son iki
həftə ərzində alkoqola tələbatın səviyyəsini 55
% azaltdığını müəyyən etdilər. Doktor Adams
bu üsulla bağlı jurnalistlərə belə deyir,“ bu
təsir üsulu çox sadə, hazırlanması, istifadəsi
əhəmiyyətli və effektlidir”, hər hansı tibbi
təhlükədən və əlavə riskdən azaddır. Təsdiqini
tapmış bu üsul asılılıq vəziyyəti sindromunu
kəskin azaldır, dərin relaksasiya yaradır, bu-
nunla da kefləndirici maddələrin ( narkotik və
alkoqol ) qəbulu həvəsini söndürür.
Gözümüzü yumduqda, fikirləşməyəndə
zəifləyərək fəaliyyətsizləşdikdə beyində 8 -13
hs tezlikli alfa dalğalar aşkar edilir. Bu hal belə
davam edərsə, beyində alfa dalğalar üstünlük
təşkil edir, bu xoş bir sakitlik halı alfa vəziyyəti
adlanır. Digər tədqiqatçılar göstərmişdir
ki, beyinə təsir zamanı bəzi məlumatların
mənimsənilməsi üçün mükəmməl nümunə, bi-
zim yaddaşımızda, dəlillərin, faktların, yazılı
məlumatların, hansı ki, alfa diapazonu fonunda
həmin an hazır olmasıdır. Şərqdə təkbətək vu-
ruşan döyüşçülərdə “usta vəziyyəti” deyilən
bir düşüncə var və EEQ müayinə göstərdi
ki, bu an insan beynində alfa dalğalar daha
üstündür. Beyinin alfa fəallıq fonunda əzələ
reaksiyasının sürəti adi vəziyyətdən on dəfə
yüksək olur. Stressiz sağlam insanın EEQ-
də alfa dalğalar üstün olur. Onların azlığı,
stressin, mükəmməl olmayan istirahətin baca-
rılmaması və nəzərə çarpan öyrənilmə, beynin
fəaliyyətinin pozulmasını və xəstəliyi təsdiq
edir. “Alfa vəziyyətdə” beynində beta – endor-
fin və enkefalinlər çox sintez olunur, xüsusən
bu (narkotiklər) sevincə, istirahətə və ağrı-
nın azalmasına şərait yaradır. Həmçinin alfa
ritmlər özünə məxsus şüurla, şüuraltı (instinq-
tiv) əlaqəni təmin edir. EEQ -fik tədqiqatlarla
müəyyən edilmişdir ki, uşaq yaşlarında güclü
ruhi sarsıntı almış, həmin hadisələrin iztira-
bını çəkən insanların beynində alfa dalğalar
zəifləmiş olur. Analoji səhnə, hərbi müdaxilələr
və ekoloji fəlakətlər nəticəsində sarsıntılardan
əziyyət çəkən insanların beynin bioelektrik
fəaliyyətində müşahidə edilir. Nə qədər ki, sen-
soer – hərəki ritmlər alfa diapazolu dalğaların
öhdəsinə düşür, belə aydın olur ki, postravmatik
sindromlu insanlarda nəyə görəsə hissi surət
tamaşalarına iradi yanaşma çətinləşir (bunun,
əsasında ənənəvi, dərmansız psixoterapiya) və
ya ekstrasensor bacarıqlar yaradılır. Adi hal-
da insanlarda alkoqola və narkotikə aludəcilik
onunla izah edilir ki, onlarda kifayət miqdarda
alfa dalğalar generalizə olunmur. Həmçinin
narkotik və alkaqol keflənmələri zamanı
beynində alfa ritmlərin aktivliyi kəskin artır.
Oyaq halın yuxuya keçən anında beyində
dalğaların tezliyi yavaşıyır 4 - 8 hs diapazonda
teta dalğalar aşkara çıxır və bu vəziyyət mür-
gü halı adlanır. Uşaqlarda bu gözlənilməz və
aydın yadda qalan yuxu görmələrlə müşahidə
olunur. Teta vəziyyəti ağlın şüursuz tutum
hissəsinə daxil olmaqla sərbəst şüurda ayrı-ayrı
təsəvürlərin qavranılması zamanı yaradıcılq ide-
yalarının qəfildən şölələnməsidir.
XIX əsrdə Frencmen Mauri belə psixofi-
zioloji vəziyyəti hipnaqoqika adlandırmışdır
(yunanca hipnoz – yuxu, aqnoqeous – isə nəql
edəndir). Hər Şərq fəlsəfi ezotrik şkalaya görə
(hipnoqoqiya) əsrlərlə yaradılaraq, xüsusilə
təkmilləşdirilərək bu vəziyyətə çatmaq üçün
hazırlanmış psixotexnika və rituallardan
istifadə olunmuşdur. Şərq dininə görə hipno-
qoqiyanın istifadəsi məhdudlaşdırılmır. Belə
məşhur şəxsiyyətlər Aristotel, Brams, Pucci-
ni, Vaqner, Fransisk Qoya, Edqar Alan Po,
Carlz Dikkens, Salvador Dalli, Henri Ford,
Tomas Edisson və Albert Eynişteyn kimiləri
hipnoqoqiyanı öz yaradıcılıqlarında texni-
ka kimi istifadə etmişlər və bu barədə hələ
Aristotel də əsərlərində yazmışdır. Məsələn,
Edisson oz kəşflərində gərgin iş rejimdə çalış-
mış və fikirlərində çətinliklərə qarşılaşdıqda
mürgülədiyi anda əlində oynatdığı xüsusi metal
şarin qəfildən əlindən düşdüyü zaman gurultulu
səsi onu yuxudan oyadır və hansıki o, oyanan
an çox tez-tez nisbi proyektlərin yeni ideyaları
üzərində işləyirmiş.
Yuxuda və huşsuz vəziyyətdə olduqda
beyində tezliyi 4 imp/s – dən aşağı olan delta
dalğalar qeyd edilir. Müəyyən insanlar delta
vəziyyətdə olaraq hissiyatlarını itirmirlər,
qanuni olaraq bu dərin trans və ya “qey-
ri - fiziki “vəziyyətlə assosiasiya olunur, bu
zaman beynimiz somatotrop hormonu if-
raz edir, intensiv olaraq bu özünü bərpa və
özünümüalicə ilə müşahidə olunur. İnsan bir
şeylə maraqlandığını biruzə verdikdə, beyində
- beta fəallıqla yanaşı, delta dalğalar da artır.
Beyin ritmlərinin kompyuterlə analizləri, ayıq
vəziyyətdə beyində bütün tezlikli diapazonla-
rın iştirakının olduğuna imkan yaratdı, bey-
nin iş qabiliyyətinin effektliyindən asılı ola-
raq bu an beyin yarımkürələrinin simmetrik
zonalarda bütün diapazoda dalğalar daha çox
koqerentliklə (sinxronluq) müşahidə olunaraq
qeyd edilir. EEQ müayinə üsulu ilə müasir
dövrdə uyğun profildə yerləşən xəstəxanalar
nevraloji şöbə və tibbi müəssisələr, poliklini-
kalar, bu işlə əlaqədar elmi tədqiqat idarələri
də elektroensefaloqrafik laboratoriyasız keçinə
bilmir. EEQ müayinəsi baş beynin çox saylı,
üzvü, ocaqlı və digər zədələnmələri, boğulma,
zəhərlənmə, şiş prosesləri, epileptik, damar tipli
və bir neçə ayrı neyrogen, psixiki xəstəliklərin
diaqnostikası üçün çox vacibdir.
Professor A. Kaplan psixiki aktları «səslərlə»
araşdırmış və beyin ritmləri öyrənilmiş,
həmçinin Moskvada RTEA P.Anoxin adı-
na normal fiziologiya institutunda akademik
K.Sudakov rəhbərliyi ilə daha maraqlı elekt-
rofizioloji tədqiqatlar aparılmışdır. Son za-
malar alimlər unikal və praktiki çıxılmaz
vəziyyətlə qarşılaşmış, eksperimental prosedur
şəbəkələrdə real müşahidə edilən prosesi, tez
uçan və gözəgörünməyən psixi fenomenləri:
emosional vəziyyəti, təfəkkür proseduraları və
əqli simanı qeyd etməklə rastlaşmışlar və insan
psixikasının elementar aktlarını qeyd edən ci-
haz və alətlərdən istifadə etmişlər. Neyronların
istilik əmələgətirməsini də ölçmək mümkündür.
Hal hazırda məsələn: pazitron - emision tomoq-
raf (PET), nüvə - maqnit rezonansı, istilikgörmə
və s. belə müayinə metodlarından geniş istifadə
olunur. Alimləri düşündürən odur ki, müxtəlif
psixi proseslər, yaddaş, diqqət, xüsusən koqne-
tiv və tanıma əməliyyatları EEQ səviyyəsində
aşkar ifadə edilirsə və bunun güclü statis-
tik hədd səviyyəsində əhəmiyyəti daha aydın
qeyd edilir. EEQ-da təxmini olan dəyişiklər
yəqin ki, əsl həqiqətdə psixiki proseslərin öz
təbiətinə müvafiq yüksək dinamikliyi he-
sablana əks olunmasıdır. EEQ səviyyəsində
oxşar əməliyyatlar əsas qısamüddətli siqnal-
ların statistik parametrinin tənzimlənməsi ilə
müşahidə olunur.
Professor B. Darxovski EEQ ritmlərinin nisbi
eyni adlı seqmentlər şəklində həqiqi oxşarlığını
və saniyənin onda biri qədər davam etdiyini,
EEQ-nin seqmentlərlə (ritm arası dalğa) oxşarlı-
ğını həqiqi fizialoji və psixaloji proseslərin
funksional strukturlarına çox uyğun gəlidiyini
müəyyən etdi. Akademik İ.Aşmarinin
rəhbərliyi ilə yeni nootrop preparatının effek-
tinin EEQ-nin alfa ritmin seqmentlərinə kifayət
amplitudada özünəməxsus pozitiv təsiri
(yaddaşın yaxşılaşması) və həmin seqmetdəki
yüksək amplitudlu aktivliyə bir neçə əks
təsirləri aşkar edilmiş və Almanyadakı Quber-
nator universitetinin klinikasında insanlarda
gecə yuxusunun funksional blokunu öyrənmək
üçün EEQ seqmentləri birgə tədqiq edilib. Yuxu
fazaları təcürbəli ekspermentlərlə “əllə” təyin
olunur və subyektiv kriterilər əsasında, prak-
tiki avtomatlaşma şəklinə gətirmək olur. Gecə
qeyd olunan EEQ-nin seqmentləri qabaqcadan
məlum olmayan obyektiv həqiqətlərə baxma-
ğa imkan verir, klassik yuxu fazaları EEQ-nin
sayına uyğun gəlir və yuxunun digər stadiya-
ları üçün səciyyəvidir. Bu ondan xəbər verir
ki, yuxunun dərin fazalarında ayıq vəziyyətin
qısa zamanları aşkar edilir, hansı ki, insan
tərəfindən subyektiv olaraq müddətin qısa ol-
masına görə əhəmiyyət kəsb etmir.
Hindistanda Kampur şəhərində Texnaloji
İnstitutun tədqiqatçıları, nəsililərlə yoqa ilə
məşğul olanların meditasiya dövründə EEQ-
də seqmentlərin strukturasında hər şeydən
əvvəl ayıqlıq vəziyyətində yüksək diapazonlu
növbələşmələrlə, qısa seqmentli alfa (8-12 hs)
və teta ritmlərin (3-6 hs) tezlikləri ilə fərqini
göstərmişlər. İndi, EEQ-nin fenomenlərinə
oxşar görsənməsi şüurun vəziyyətinin dövrü
dəyişikliyindən xəbər verir və bunların sis-
temli öyrənilməsinə gətirib çıxarır.
EEQ-də seqmentdən seqmentə keçmə anları,
vaxta uyğun, bu sahələrdə cari işlərin razılaş-
dırılmasının təsdiq edilməsi ideyasını meyda-
na çıxarır. Belə kombinasiyalarda EEQ-nin
qeydi: alın, mərkəz, təpə, gicgah, ənsə və s.
nahiyyələrdən daha çox, məsələn 16 elektrodla
120 kombinasiya yaratmaq olur. Fərqli funk-
sional vəziyyət üçün müddətə və əməliyyata
uyğun EEQ aparmalarında vertikal boyunca
bu kombinasiyaların sinxron portretini ya-
ratmaq, seqmentlərin sərhədlərilə uyğun gəlir.
Araşdırılan tədqiqatın proyekti çərçivəsində
alimlər müxtəlif psixi gərginliklərə uyğun ay-
dın ifadə olunan maraqlı portretlər almışlar.
Beynin stukturlarının öyrənilməsi, müxtəlif
tapşırıqları yerinə yetirən insanlar da generalizə
olunmuş psixi vəziyyətin yüksək həyəcan
vəziyyətinə uyğun xüsusiyəti barədə maraqlı
məlumatlar aşkar etdi. Bunlar nevrotik və psi-
xosomatik patologiyaların əmələ gəlməsində va-
cib rol oynayır və bu tədqiqat işi təbabət ücün
çox vacib nəticələrə gətirəcək. Psixi funksiyalar
EEQ-nin spesifik patterilərində əks olunur.
Bunları həmişə fikirləşmək olmur, hansı ki,
öz gücü ilə tədqiqatçılara insan psixikasının
növbəti sirrini cəm şəkildə açmağa imkan verir.
Bu sahədəki yüksək nailliyyətlərə baxmayaraq,
ən maraqlı ekspermentlər, qalmaqallı məsələlər
hələ öndədir. Professor Ə.Allahverdiyevin
rəhbərliyi ilə bubertat dövrdə baş beynin yaşa
müvafik inkişaf tempi, cinsiyyətə uyğun fərqi,
həmçinin normal fiziologiya kafedrasının müdi-
ri prof.A.Məmmədov və əməkdaşlarla birlikdə
tərəfimizdən müxtəlif funksional vəziyyətlərdə
və davamlı stresslə yaranan funksional və so-
matik xəstəliklər zamanı öyrənilməsi və onların
qeyri ənənəvi (musiqi ilə) dərmansız korreksi-
yasında seqmetlər arası vəziyyətlər, teta-alfa
relaksasiya kimi probləmlər geniş araşdırılaraq
və çox maraqlı nəticələr əldə olunmuş, yerli və
xarici mətbuatda dərc olunub. Müasir dövrdə,
tərəfimizdən insanın psixi proseslərinin ya-
radıcı tənzimi mexanizmlərinin öyrənilməsi
ekspermentləri planlaşdırılıb. Müasir texniki
vasitələrin köməyi ilə hazırlanmış və proq-
ramlaşdırılmış sistemlərlə müayinə olunan
şəxslərin funksional münasibətləri beyin struk-
turları ilə qarşılıqlı əlaqələrini sərbəst surətdə
modifikasiya etməyin yolları öyrəniləcək. Har-
dasa bu yolda “iradə azadlığı” nın sirlərinin
üstündən pərdə götürüləcəkdir:maraqlıdır,
bu metafizik alleqoriyadırmı, yoxsa zərərli
təmsildirmi, yoxsa real psixofizioloji proses-
dirmi?
Dostları ilə paylaş: