1. Biznesdə idarəetmə və onun xüsusiyyətləri Ölkəmizin iqtisadi inkişafının müasir mərhələsində aparılan islahatlar biznes subyektlərinin müхtəlif mülkiyyət fоrmalarına əsaslanan yeni təşkilati-hüquqi fоrmalarının yaradılmasına, onların хarici mühitdə baş verən dəyişikliklərə dərhal uyğunlaşan təşklati idarəetmə strukturlarının formalaşmasına, habelə səmərəli idarəetmə sisteminin yaradılmasına şərait yaratmışdır.Biznes subyektlərinin idarə edilməsi – peşəkar fəaliyyət olmaqla, özündə işgüzar müəssisənin (firmanın) məqsədlərinin qoyulmasından tutmuş bu məqsədlərə nail olmaq üçün seçilmiş yolların və metodların məcmusunu ehtiva edir.
Deməli, müəssisə (firma) də bir qrup insanın müəyyən məqsədlərə nail olmaq üçün sistemli şəkildə bir araya gəldiyi mühit kimi qiymətləndirilərək, onun idarəetməsi həmin müəssisənin məqsədlərinə çatmaq üçün resursların (əmək, pul, torpaq, avadanlıq, materiallar, informasiya və vaxt) balanslaşdırılmış şəkildə planlaşdırılması, təşkil edilməsi, idarə edilməsi və nəzarət edilməsi prosesi kimi çıxış edir.
Bu proses bəzi aşağıdakı xüsusiyyətlərə malikdir:
bu prosesin həyata keçirilməsi üçün insanların kiçik qruplarda bir araya gəlmələri vacibdir;
bu proses insanların məqsədyönlü bir fəaliyyətinə əsaslanır. Bu məqsədlər həm təşkilata, həm də qrup üzvlərinə məxsus ola bilər. Bu məqsədlərə nail olunması üçün qrup üzvlərinin birgə səy göstərməsi çox vacibdir.