3. Menecerlər: bacarıqları və rolları Müasir şəraitdə firmalarda səmərəli idarəetmə strukturlarının qurulması, idarəetmə funksiyalarının keyfiyyətlə yerinə yetirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, firmaların inkişafının təmin edilməsinə rəhbərlik edən mütəхəssislərdən – menecerlərdən əhəmiyyətli dərəcədə asılıdır. Menecer dedikdə rəhbərlik edən və ya idarə edən, daimi vəzifəni tutan və firmanın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə idarəetmə qərarlarını qəbul etmək səlahiyyətlərinə malik оlan kоnkret şəхslər başa düşülür.
4. İdarəetmə funksiyaları və qərarvermənin əsas mərhələləri Bazar iqtisadiyyatına хas оlan risk və situasiyanın qeyri-müəyyənliyi menecerlərin idarəetmə qərarlarının qəbulunda müstəqil və məsuliyyətli оlmalarını tələb edir. Məlumdur ki, dəyişən mühit və şərtlər peşəkar idarəetmə proseslərini zəruri etdiyindən idarəetmənin sahiblikdən ayrılaraq peşəkar struktura çevrilməsi qaçılmaz olmuşdur. Bununla belə, idarəetmənin əsas funksiyaları çox da dəyişmir. Həmin funksiyaların beş funksiyadan ibarət оlan tərkibi ilk dəfə оlaraq A.Fayоl tərəfindən aşağıdakı kimi müəyyən edilmişdir:
a) planlaşdırma;
b) təşkiletmə;
c) qərarvermə (motivasiya);
e) əlaqələndirmə;
d) nəzarət.
5. Liderlik və insanlara təsir formaları Hər hansısa bir biznes fəaliyyətində məqsədə çatmaq üçün komanda üzvləri öz biliklərini, səylərini və qabiliyyətlərini səfərbər etməlidirlər. Səfərbər olunmuş bu “gücləri” komanda daxilində bir nəfər tənzimləməlidir ki, həmin şəxs də “Lider” adlandırılır. Amma hər liderdə liderlik bacarıqları, əfsuslar olsun ki, olmur.
Liderlik - komanda üzvlərinə göstəriş verməklə bərabər, lazım olduqda praktiki olaraq işi izah etmək, iş bölgüsündə ədalətli olmaq və öz öhdəliyinə düşən müəyyən işləri görməkdir.
Yaxşı lider hər zaman komandanın zəif tərəflərini öyrənməli və onları aradan qaldırmaqda bir nömrəli yardımçı olmalıdır. Lider işçilərin səhvlərini deməli və öz səhvlərini işçilərinin dilindən eşitməlidir. İşçilər liderdən qorxmamalı, əksinə ona güvənib hörmət etməlidirlər. Bunlardan savayı, lider ünsiyyətcil, öyrənməyə meylli olmalıdır ki, onun rəhbərlik etdiyi insanlar da onun kimi olsunlar. Çünki, pis liderin başçılığı altında fəaliyyət göstərənlər, ya gələcəkdə onun kimi lider olurlar, ya da işlərində məhsuldarlığları aşağı düşür.
ƏDƏBİYYAT 1. Can, Halil ve Güney, Semra. (2018). Genel İşletme. Ankara: Siyasal Kitabevi 2. Erdoğan, Zafer ve Hepkul, Ayşe. (2018). Genel İşletme. Eskişehir: Anadolu Üniversitesi Yayınları. 3. Tuncer, Doğan., Ayhan, Doğan Yaşar., ve Varoğlu, Demet. (2020). Genel İşletmecilik Bilgileri. 10. Baskı, Ankara: Siyasal Kitabevi.. 4. Berberoğlu, Güneş. N. (2004). Genel İşletme. Eskişehir: Anadolu Üniversitesi Yayınları. DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM