Mövzu 3. Milli aviaşirkətlər və onların turizm sənayesində rolu Plan: Azərbaycan hava yolları- mülki aviasiyanın əsas infrastrukturu kimi
Azərbaycan hava yollarının təklif etdiyi xidmətlər
Buta Airways- aşağıbüdcəli(lowcost) hava yolu
Azərbaycan Hava Yolları (AZAL)- Azərbaycan mülki aviasiyasının əsas infrastrukturu və beynəlxalq aviasiya birliyinin tamhüquqlu üzvüdür. “Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. 1992-ci ilin aprelində müstəqillik əldə etdikdən sonra Respublika hökumətinin qərarı ilə Azərbaycanda aviasiya üzrə dövlət orqanı - "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-ci ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşımışdır. Azərbaycanın mülki aviasiyasının təyyarələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına tamamilə uyğundur, AZAL isə ən nüfuzlu mülki aviasiya təşkilatının - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL 23 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir. Qeyd edək AZAL-ın ölkəmizdə və dünyanın əksər şəhərlərində qərargah və mərkəzləri yerləşir.
Cədvəl.1